- dərs mövzuları:
- kabbala - bu elmdir;
- xeyir, şər və yaradılış;
- alma qanunu və vermə qanunu;
- qloballaşma və vermənin zəruriliyi.
Kabala digər elmlərdən nə ilə fərqlənir?
Kabala, dünyanın quruluşuna yeni və gözlənilməz bir baxış təqdim edir. Kabala daim insana təəccüblü bir tərəfdən yanaşır və hər mövzu yeni düşüncə istiqaməti yaradır. Bu, bir qədər məşhur rejissor Hiçkokun filmlərinə baxmaq kimi hisslər yaradır: müxtəlif süjet döngələri və hər dəfə duyğuların dəyişməsi, qorxu və narahatlıq yerini sevinc və sakitliyə verir.
Məsələn, “kabala və elm” sualını göturək. Kabalanı öyrənənlər təhsil zamanı kabalistik yanaşmanın dinə deyil, elmə daha yaxın olduğunu görmüşlər. Lakin kabala ilə tanış olmayan birinə soruşsanız: “kabala din, yoxsa elmdir?” O, tərəddüd etmədən birincini seçəcək. O haqlıdırmı? Xeyr, yanılır.
Kabala elmdir. Üstəlik, kabala bütün elmlərin əsasını təşkil edir. Baal Sulam bu barədə bir neçə məqaləsində yazır. Məsələn, “Şalom” (“Sülh”) məqaləsində o, belə bir iddia irəli sürür ki, “təcrübə məlumatlarının təhlilinə əsaslanan elmi tədqiqat – bu Yaradanın işidir”.
Bu dərsdə biz Baal Sulamın "Şalom" məqaləsinə əsaslanaraq, Yaradan üçün işin zəruri hissəsi kimi tədqiqatın mənasını başa düşməyə çalışacağıq. Eləcə də, "Yaradan üçün iş" anlayışının bütün yaradılış obyektlərinə aid təbiət qanunu olduğunu təsdiqləyəcəyik.
Kabala – bu, elmdir və reallığın gizli hissəsini araşdırır. Elmi tədqiqatçılar ətraf mühiti beş hiss orqanı vasitəsilə və onların həssaslığını artıran cihazlardan istifadə edərək öyrənirlər. Kabalistlər isə ruhani dünyanı “ekran” və ya “ruh” adlanan əlavə bir hiss orqanı vasitəsilə tədqiq edirlər. Bu hiss, almaq niyyətindən vermək niyyətinə keçmiş təmizlənmiş istəkdir.
Baal Sulam “kabala elmi və onun mahiyyəti” məqaləsində yazır: “Bu dünyada heyvanlar aləminin aşkara çıxarılması necə ecazkar bir elm idisə, Yaradanın nurunun aşkara çıxarılması da eyni dərəcədə böyük bir elmdir; və bu elm, fizikadan daha dəyərli bir elmdir.”
Beləliklə, kabala ruhani reallığı araşdıran bir elmdir. Onun öyrənilməsi prosesində kabalistlər bütün reallığa yalnız bir qanunun – vermək və sevgi qanununun təsir etdiyini aşkar etdilər. Bu qanun bütün yaradılış hissələrini birləşdirir və onları vahid orqanizm kimi idarə edir.
Vermək qanununa əsasən, hər birimiz başqalarının xeyri üçün fəaliyyət göstərməyə borcluyuq, yəni özümüzlə yaradılışın digər hissələri arasında balans qurmalıyıq ki, bizim hərəkətlərimiz bütün orqanizmə zərər vurmasın. Hər birimizin yerinə yetirməli olduğu bu işə kabalada “Yaradana xidmət” deyilir. Baal Sulam "Şalom" məqaləsində bu işin zəruriliyini sübut edir. Kabala, əslində, başqasına verməklə Yaradana xidmət etmək vəzifəsini elmi əsaslarla izah edən bir elmdir.
Xeyir,şər və yaradılış
Futbol azarkeşlərinin baxış bucağından yanaşsaq, komandaları qalib gələndə sanki göydə bir Tanrı var, lakin uduzanda isə onun mövcudluğu şübhə altına alınır. İnsanlar hər zaman “xeyir”, “şər” və ali güvvənin, yaxud müəyyən bir nizam və ədalətin mövcudluğu arasında əlaqəni tapmağa çalışıblar. Hər kəs bizi niyə mükafatlandırdıqlarını və ya əksinə, cəzalandırdıqlarını anlamaq istəyir. Biz belə qurulmuşuq ki, müəyyən bir qaydanın mövcud olduğunu bilmək və xeyirlə şərin niyə yanaşı mövcud olduğunu bilmək istəyirik. Lakin bu əlaqəni başa düşmək çox çətindir.
İnsan reallığa dərindən baxanda iki ziddiyyəti görür. Birincisi, təbiətin gözəl olduğunu və hər şeyi qeyri-adi mükəmməl nizamla idarə etdiyini göstərir. Məsələn, həyatın yaranması möcüzəsini göturək. Bir kiçik hüceyrədən milyardlarla hüceyrədən ibarət olan bədən yaranır və bu bədən kompleks sistemlər təşkil edərək, hamısı birlikdə harmoniya içində fəaliyyət göstərir, orqanizmin varlığını təmin edir.
Bədəni ana hüceyrədən doğulma anına qədər öyrənən hər kəs orqanizmin mükəmməl şəkildə, əvvəlcədən nəzərə alınmış bütün ehtiyaclarla inkişaf etməsinə heyran qalır. Lakin bu "xəzinə" böyüyüb yetkinləşdikdən sonra, amansızcasına qoruma altından çıxarılır və ədalətsiz və nizamsız bir dünyada sağ qalmaq üçün mübarizə aparmalı olur.
Tarix boyu insanlar təbiətin mərhəmətli qayğısı ilə həyatda qalmaq üçün sərt mübarizə arasında olan bu ziddiyyəti izah etməyə çalışıblar. Hər nəsil anlamaya çalışıb ki, necə ola bilər ki, xeyirxah Yaradan pis bir şey yaratsın. Əgər Yaradan tam xeyirdirsə, onun işlərində pis bir şey ola bilməz.
Bəzi insanlar bu problemi iki güvvəsin mövcud olduğunu irəli sürərək həll etməyə çalışdılar: biri xeyir, digəri isə şər yaradır. "Elohim" xeyirxahdır, "Şeytan" isə şərin mənbəyidir.
Digərləri bu sistemə daha çox güvvə əlavə edib, hər hərəkəti idarə edən ali qüvvələri təyin etdilər: biri zənginliyə, digəri gözəlliyə, başqa biri isə qidaya, digərləri isə ölümə və yalanlara cavabdeh idi. Bu yanaşmanın ən uğurlu nümunəsi qədim Yunan mifologiyasıdır.
Zaman keçdikcə elm inkişaf etdi və insanlar başa düşdülər ki, bütün yaradılış vahid orqanizm kimi fəaliyyət göstərir və hər bir hissə bir-birinə bağlıdır. Bu, çoxallahlılıq ideyasından imtina etməyə səbəb oldu. Lakin xeyir və şər arasındakı ziddiyyəti izah etmək asan olmadı. Elm vahid qüvvənin mövcud olduğunu, onun yaradılışı böyük hikmətlə yaratdığını sübut etdi. Lakin bəzi düşüncələrə görə, Yaradan dünyanı yaratdı və daha sonra bizi tərk etdi, bu da şərin mövcudluğuna səbəb olur. Bu ideyalar alman filosofu Fridrix Nitsşenin fəlsəfəsində yer aldı.
Bütün bu uğursuz izah cəhdlərinə baxmayaraq, Baal Sulam “Şalom” məqaləsində yazır ki, xeyir və şər arasındakı uçurum daha da dərinləşir və heç bir çıxış yolu görünmür.
Bu ziddiyyətin səbəbi isə problemi özümüzdən uzaqda axtarmağımızdır. Əslində, problemin kökü bizim daxili təbiətimizdədir. Bu ziddiyyətin həlli bizim əlimizdədir, çünki problem Yaradanın güvvəsində deyil, insan təbiətindədir. Xeyir və şər arasındakı ziddiyyəti həll etmək bizim əlimizdədir.
Özünü yoxla:
- Müxtəlif nəzəriyyələr və kabala elmi arasında xeyirlə şərin mövcudluğunu izah edən fərqlər nələrdir?
Qanunlar pozula bilməz
Qanunlar diqqətlə ölçülməlidir. Bəzən insanlar qəbul etdikləri qanunları lazımi qədər ciddi qəbul etmirlər. Məsələn, ABŞ-ın Tennessi ştatında, hərəkətdə olan nəqliyyat vasitəsindən hər hansı heyvana atəş açmaq qadağan edilir, yalnız balinaya bu qadağa şamil edilmir. Maraqlı olan odur ki, Tennessi ştatı dəniz sahilində yerləşmir. Başqa bir nümunə olaraq Fransada bir donuza "Napoleon" adını vermək cinayət hesab edilir. Kaliforniyada isə hər bir vətəndaş günəş işığından həzz almaq hüququna malikdir. Yəni, qanunların olması çox yaxşıdır.
İndiyə qədər biz dövlət qanunlarından danışırdıq. Lakin təbiət qanunları başqa bir məsələdir. Bu qanunlar daha sadə və dəqiqdir və öz təsir mexanizminə görə daha effektivdir. Məsələn, beşinci mərtəbədən pəncərədən çıxmağa cəhd edən hər kəs cazibə qanununa görə pis nəticə ilə üzləşəcək. Təbiət qanunlarına qarşı hər hansı bir fəaliyyət avtomatik olaraq mənfi nəticələrə səbəb olur. Belə hallarda heç bir vəkil sizin maraqlarınızı müdafiə edə bilməz.
Daha əvvəl də qeyd etdiyimiz kimi, kabala elmi təbiətin əsas qanununu, yəni -vermək və sevmək qanununu- formalaşdırır. Bütün digər qanunlar da bu əsas qanundan qaynaqlanır. Təbiətin əsas qanunu – vermək və sevmək – kabala elmində “Elohim” (Yaradana aid olan adlardan biri) adlanır. vermək və sevmək qanununa riayət etmək isə -əmrin yerinə yetirilməsi- adlanır. İvrit dilində “əmr” “mitsva” kimi tərcümə olunur, bu da “göstəriş”, “nizam” mənasını verir. vermək və sevmək qanununa riayət etmək -Yaradana xidmət- kimi qəbul edilir.
Baal Sulam "Şalom" məqaləsində yazır: “Daha dərin bir müqayisə aparmaq yaxşı olardı və kabalistlərin, “təbiət” (ivr. “a-teva”) və “Elohim” sözlərinin ədədi ifadəsinin eyni olduğunu qəbul edək. Hər ikisinin dəyəri 86-dır. Beləliklə, Yaradana aid qanunları təbiət qanunları adlandırmaq olar və əksinə, çünki bunlar eynidir.”
Hər hansı akademik elm kimi, kabala elmi də müəyyən qanunlar əsasında idarə olunan dünyanı araşdırır və biz bu qanunlara riayət etməliyik. Fərq ondadır ki, akademik elmlərdə biz təbiət qanunlarına məqsədsiz, şüursuz şəkildə riayət edirik. kabala elmi isə bildirir ki, biz bu qanunlara, yaradılışın məqsədini həyata keçirmək üçün riayət etməliyik.
Bu qanunları bilmək vacibdir, çünki onlara qarşı çıxdıqda cəza alırıq. Fiziki aləmin qanunlarını bilirik və onlara uyğun yaşamağı öyrənmişik, hətta öz xeyrimizə istifadə edirik. Lakin bizim aramızdakı münasibətlər də, maddi təbiət qanunları kimi, sərt qanunlarla tənzimlənir. Problemlərimizdən biri budur ki, bu qanunların mövcudluğunu dərk etmirik.
Baal Sulam "Şalom" məqaləsində insanların cəmiyyət içində yaşamasını tənzimləyən üç əsas qanunu (əmri) qeyd edir:
Ehkam 1. İnsan cəmiyyət daxilində yaşamalıdır.
Hər bir növün özünəməxsus ictimai quruluşu var. Bəzi heyvanlar təklikdə, bəziləri cüt-cüt, digərləri isə milyonlarla fərddən ibarət qruplarla yaşayırlar. İnsanlara da təbiət tərəfindən cəmiyyət içində yaşamaq qabiliyyəti verilib. Bu quruluş müəyyən növ cəmiyyətə uyğun olaraq təbiət tərəfindən təyin edilib.
Təbiət qanunu insanlara insanlar arasında yaşamağı tələb edir.Biz daim maddi və sosial statusumuzu yüksəltməyə, xoşbəxt və uğurlu olmağa çalışırıq. Bu yalnız o halda mümkündür ki, insanlar bir-biri ilə ünsiyyətdə olub, birlikdə yaşasınlar. Əgər insan tənhalığı üstün tutursa, özünü yoxsulluğa, ağır əməyə və darıxdırıcı həyata məhkum edir. Bu, təbiət qanunlarına, yaradılış qanunlarına zidd getdiyi üçün insana verilən bir cəzadır.
Ehkam 2 və 3. Cəmiyyətdə yaşadığımız zaman bizə iki əlavə qanunu yerinə yetirmək öhdəliyi qoyulur: bunlar -almaq (kabala)- və -vermək (aşpaa)- qanunlarıdır.
Almaq qanununa- (kabala) əsasən, təbiət hər birimizi cəmiyyətdən yaşamaq üçün zəruri olan hər şeyi almağa məcbur edir. Cəmiyyət daxilində hər birimiz öz rifahımızı təmin etməliyik.
Vermək qanunu- (aşpaa) isə əksinə, hər kəsi cəmiyyətin rifahı üçün çalışmağa məcbur edir.
Almaq qanununa əməl etmək təbiətimizdən irəli gəlir. Bunun sübutu insanların öz rifahlarını təmin etmək üçün çox vaxt və güvvə sərf etməyə hazır olmalarıdır. Əgər bu qanuna əməl edilməzsə, cəza dərhal gəlir. Məsələn, işini dayandıran bir insan tez bir zamanda maddi çətinliklərlə qarşılaşacaq və bu, onu dolanışıq vasitələri barədə düşünməyə məcbur edəcək. Və ya əksinə: haqsız olaraq nəyisə mənimsəyən şəxs də cəzalandırılır (məsələn, oğru və ya dələduz). Beləliklə, həyat bizi almaq qanununa doğru ölçüdə riayət etməyə məcbur edir.
Problemimiz, məlum olduğu kimi, vermək qanununa (aşpaa) əməl etməməyimizdədir. Bizim cəmiyyətin rifahı barədə düşünmək üçün motivasiya və güclü istəyimiz yoxdur, çünki bu qanunun yerinə yetirilməməsinə görə cəza dərhal gəlmir və dolayı yolla baş verir. Təbiətimizin içinə yerləşdirilmiş almaq istəyi bizdən vermək qanununu gizlədir. Əksinə, bizə elə gəlir ki, cəmiyyətə verməkdən yayınmaqla öz var-dövlətimizi artıracağıq. Bütün təbiət qanunları arasında vermək qanunu (aşpaa) bizdən daha çox gizlənmişdir.
Niyə vermək qanunu bizdən gizlidir, bunu əvvəlki fəsildə müzakirə etmişdik. İndi isə bu anlayışı genişləndirək. Qısaca desək, digər təbiət qanunlarından fərqli olaraq, vermək qanununa biz təkcə buna ehtiyac olduğu üçün deyil, həm də Yaradana bənzəmək üçün əməl etməliyik. Yaradana bənzəmək yalnız güclü bir vermək istəyi ilə mümkündür. Bu İstək isə yalnız real dünyada, vermək ehtiyacının gizli olduğu yerdə oyanır.
Hər necə olursa olsun, qanunu bilməməmiz bizi cəzadan azad etmir. “Bu səbəbdən,” – Baal Sulam yazır – “bəşəriyyət dəhşətli odun üzərində qovrulur, dağıntılar və aclıq onu hələ də tərk etməyib.”
Dünyadakı şərin səbəbi cəmiyyətə vermək qanununa əməl etməməyimizdir. Əsl səbəb budur. Bu, dərsin əvvəlində müzakirə etdiyimiz xeyir və şər arasındakı ziddiyyətin mahiyyətini də açır.
İndi bizə aydın olur ki, niyə Yaradana xidmət etmək, yəni vermək qanununa riayət etmək vacibdir. Əgər biz verməyi öyrənsək, əzab və ağrılardan qaça bilərik. Biz təkcə bir-birimizlə olan münasibətlərimizi islahyəcəyik, həm də bu, bizə ruhani dünyaya qalxmağa kömək edəcək.
Bizə vermək qanununu aşkar etmək üçün təsir göstərən qüvvələrdən biri qloballaşmadır. Növbəti dərsdə bu barədə daha ətraflı danışacağıq.
Özünü yoxla:
• İnsan cəmiyyəti hansı üç qanunla yaşayır?
Nə əlaqə var?
Tunisdən olan gənc Məhəmməd Buazizi meyvə və tərəvəz sataraq dolanırdı. 2010-cu ilin dekabrında onun ticarət köşkü bağlandı. Buna cavab olaraq, Buazizi özünü benzinlə yandırdı. Onun ölümü Tunisdə inqilab başlatdı və ölkədə hakimiyyətin devrilməsinə səbəb oldu.
Tunisdəki bu hadisələr digər ərəb ölkələrində də zəncirvari reaksiya doğurdu. Yəmən, Bəhreyn, Misir, Suriya və Liviyada mövcud hakimiyyətə qarşı üsyanlar başladı. Ərəb ölkələrindəki siyasi qeyri-sabitlik neftin qiymətlərinin artmasına gətirib çıxardı. Neftin bahalaşması isə əsas qida məhsullarının qiymətlərinin qalxmasına səbəb oldu və milyonlarla insana iqtisadi zərbə vurdu.
Bu təsir hər birimizin cibinə də toxundu. Qiymətlərin artması İspaniyada gənclərin səbr kasasını daşıran son damla oldu. Ərəb dünyasında baş verən inqilablardan ilhamlanaraq, minlərlə gənc evlərini tərk edib, İspaniyanın böyük şəhərlərində çadır düşərgələri qurdu.
Hadisələr bir qar topu kimi bütün dünyaya yayıldı. Ticarət köşkündən başlayan bu hadisələr ərəb ölkələri vasitəsilə İspaniyanın meydanlarına çatdı və hələ də davam etməkdədir. Bu, qlobal dünyanın sadəcə bir nümunəsidir. XXI əsrin əvvəlində ölkələr, ictimai təşkilatlar və insanlar arasındakı mədəni və iqtisadi əlaqələr tamamilə dəyişdi.
Bu əlaqələr o qədər dəyişdi ki, bəzən biz yeni yaranan minlərlə əlaqənin fiziki olaraq doğulduğunu hiss edirik. Sosioloqlar qloballaşmanın səbəbləri kimi texnologiya, iqtisadiyyat və siyasətin inkişafını göstərirlər. Lakin kabala bunun tamamilə fərqli bir səbəbini göstərir. kabala elmə görə, ölkələr və insanlar arasında genişlənən əlaqələr yeni deyil – həmişə mövcud olub. Sadəcə indi bu əlaqələr açılmağa başlayır.
Kabalistlər yazır ki, dünya mahiyyət etibarilə qlobal və inteqraldır, yəni vahid bir orqanizm kimi fəaliyyət göstərir və bütün hissələri bir-biri ilə sıx bağlıdır. Bu günə qədər biz bu qarşılıqlı asılılığı cansız, bitki və heyvan səviyyələrində müşahidə edirdik. Bu səviyyələrdə müxtəlif hissələr arasındakı disbalans ağır nəticələrə gətirib çıxarırdı. Qlobal istiləşmə buna bariz nümunədir. İndi isə bu əlaqələr insan səviyyəsində ortaya çıxır və inkişaf mərhələləri, eynilə İstəyin islahı mərhələləri kimi əvvəlcədən təyin olunmuşdur.
Kabala izah edir ki, bizi vahid insan cəmiyyətinə birləşdirən inteqral və qlobal əlaqələrin güvvətlənməsi əslində təbiət qanununun təsiridir. Qloballaşma cəmiyyət daxilində yaşamaq, cəmiyyətdən almaq və cəmiyyətə vermək kimi qanunların zahiri təzahürüdür.
Artıq qeyd etdiyimiz kimi, almaq istəyi ilə bağlı problemimiz yoxdur. Hər birimiz istədiyimizi almağı bacarırıq. Lakin biz verməyi bacarmırıq. Qlobal dünyada bizim aramızdakı yanlış əlaqələrin təzahürü bu problemi daha da dərinləşdirir. Buna 2008-ci ildə başlayan qlobal maliyyə böhranı nümunədir. Fərqli ölkələrin bir-birinə sıx iqtisadi asılılığı bir tərəfdən, hər bir dövlətin iqtisadçılarının eqoist maraqları digər tərəfdən, dünya iqtisadiyyatını bir kart evi kimi yıxır.
-Özünü yoxla:-
• Qlobal-inteqral qarşılıqlı asılılıqla vermək qanunu arasında əlaqə varmı?
-Dərsin yekunları. Qısa nəticələr:-
• Cəmiyyətin normal həyatını təmin etmək üçün biz iki əsas ehkamı (qanunu) yerinə yetirməliyik: cəmiyyətdən həyat üçün lazım olan hər şeyi almaq və cəmiyyətə fayda vermək üçün çalışmaq.
• Cəmiyyətə vermək öhdəliyi bizdən gizlədilib, lakin bu, cəmiyyətin varlığını təmin etmək üçün vacibdir.
• Bu dünyada bütün şərin səbəbi, biz cəmiyyətə vermək əmrini, yəni vermək qanununu yerinə yetirməməyimizdir.
• Aramızdakı qlobal-inteqral əlaqələrin kəşfi əslində bu dünyada vermək qanununun aşkara çıxmasıdır. Bu əlaqələrin təzahürü kabala elminin və onun düzgün əlaqə sistemləri yaratmaq metodikasının zəruriliyini göstərir.
-Terminlər:-
-Mitsva- (ivrit dilində, "əmr") – göstəriş, vermək və sevgi qanununun yerinə yetirilməsi.
-Suallara cavablar:-
• Sual: Müxtəlif nəzəriyyələr arasında nə kimi fərqlər var ki, bunlar dünyamızda xeyir və şərin mövcudluğunu izah etməyə çalışır və kabala elmi bu məsələni necə izah edir?
• Cavab: Fərqli nəzəriyyələr xeyir və şəri izah etmək üçün bir-birinə zidd olan çoxsaylı güvvə mənbələrinin mövcudluğunu irəli sürürlər. Məsələn, bəzi nəzəriyyələr xeyir yaradan bir güvvə və şər yaradan başqa bir güvvə olduğunu iddia edir. Kabala isə bildirir ki, bütün şər, insanların təbiət qanunlarını, xüsusilə də vermək qanununu yerinə yetirməməsindən irəli gəlir. Yaradılışın yeganə qüvvəsi xeyirli və mükəmməl bir qüvvədir, və şər yalnız bu qanuna uyğun olmayan davranışdan yaranır.
• Sual: İnsan cəmiyyəti hansı üç qanunla yaşayır?
• Cavab: a) İnsan cəmiyyətdə yaşamalıdır; b) İnsan cəmiyyətdən özünə lazım olan hər şeyi almaq hüququna malikdir; c) İnsan cəmiyyətə xidmət etməli, yəni verməlidir ki, onun mövcudluğunu təmin etsin.
• Sual:vermək qanunu ilə qlobal-inteqral qarşılıqlı asılılıq arasında əlaqə varmı?
• Cavab: Qlobal-inteqral qarşılıqlı asılılıq əslində vermək qanununun bu dünyada aşkara çıxmasıdır. Bu əlaqələrin təzahürü kabala elminin və onun düzgün əlaqə sistemləri yaratmaq metodikasının zəruriliyini göstərir.