On Sfirotu Tədrisi (TES)
Birinci Hissə: “İxtisar və Xətt”
"Sözlərin mənası" ilə bağlı Cavablar
- "Nur" (Or) nədir?
Dünya məxluqlarında "yeş mi yeş" olaraq meydana gələn hər şeydir və bu, kli materiyası istisna olmaqla hər şeyi ehtiva edir. ("Daxili Düşüncə", b.18). - "Nur və kli" nədir?
Yaradılışda olan almaq istəyi "kli", alınan həzz isə "nur" adlanır (Fəsil,1, "Or Pnimi", b.6). - "Dairəvi nur" (Or Agol) nədir?
Dairəvi nur, pillələrin fərqləndirmədiyi nurdır (Fəsil,1, "Or Pnimi", b.100). - "Sadə nur" (Or Paşut) nədir?
Sadə nur, kli daxil olmaqla nur və kli arasında fərq qoymayan nurdur (Fəsil, 1, "Or Pnimi", b.30). - "Xoxma nuru" nədir?
Xoxma nuru, yaradılışa birinci yayılma zamanı cəlb olunan nurdur və bu, yaradılışın həyatının mahiyyətidir (Fəsil,1, "Or Pnimi", b.50). - "Xasadim nuru" nədir?
Xasadim nuru, xoxma nurunu örtən və birinci dəfə maneəni dəf edərək yaradılışa cəlb olunan nurdur (Başlıq 1, "Or Pnimi", b.5). - "Boş hava" (avir Reykani) nədir?
Xəsadim nurunın xoxma nurunı örtmədən əvvəlki halıdır (Fəsil, 1, "Or Pnimi", b.5). - "Sonra" nə deməkdir?
Ən əvvəlki mərhələnin nəticəsidir. ("Daxili Düşüncə", b.34). - "Mərkəzi" (Emtsait) nə deməkdir?
Cavabı 39-a baxın. - "Biri" (Exad) nə deməkdir?
Yaradanın Açmutosundan yayılan ali nur təmiz və sadədir, necə ki, O’nun özü. Necə ki, bu nur Sonsuzluqda var, eləcə də Asiya aləmində hər hansı bir dəyişiklik və ya artırma olmadan vardır. Buna görə "biri" adlanır ("Daxili Düşüncə", b.1). - "Yaradır" (Bore) nə deməkdir?
"Yaradır" sözü yalnız yeniliyi, yəni "heç nədən yaranan" məqamı ifadə edir və bu, yalnız almaq istəyindən ibarət olan kli materiyasına aiddir. Bu arzu Açmutoda yaradılışdan əvvəl mövcud deyildi ("Daxili Düşüncə", b.18). - "Birləşmə" (Dvekut) nədir?
Bu, forma bənzərliyi vasitəsilə ruhani obyektləri bir-birinə yaxınlaşdırıb bir-birinə birləşdirən haldır. Forma fərqliliyi isə onları bir-birindən uzaqlaşdırır (Fəsil,1, "Or Pnimi", b.30). - "Bərabərlik" (Aşvaa) nədir?
almaq istəyinin dörd pilləsi arasında heç bir fərqin olmadığı halda, onlar tam bərabər hesab edilir (Fəsil,1, ARI-nin mətni, b.1). - "Yayılma" (Itpaştut) nədir?
Yaradanın kateqoriyasından yaranış kateqoriyasına daxil olan nur "yayılma" adlanır. Amma ali nur bunu həqiqi mənada hiss etmir – bu, bir şamin başqasından yandırılması kimidir, ilkin nur azalmır – lakin yaradılışla bağlı olaraq buna belə deyilir (Fəsil,1, "Or Pnimi", b.2). - "Təmiz" (Zax) nədir?
almaq istəyinin birinci pilləsi növbeti üç pilləyə nisbətən daha təmiz olaraq müyən edilir (Fəsil, 1, "Or Pnimi", b.90). - "Zaman" (Zman) nədir?
Bu, biri digərindən türəyən və "səbəb-nəticə" ardıcıllığıyla bir-birini izləyən mərhələlərin məcmusudur. Məsələn, günlər, aylar və illər ("Daxili Düşüncə", b.34). - "Qaranlıq" (Xoşex) nədir?
almaq istəyinin dördüncü mərhələsi ali nuru özündə almamaq üçün məhdudlaşdırıldığı halda "qaranlıq" olaraq müyən edilir ("Daxili Düşüncə", b.24). - "Xoxma" nədir?
Xoxma yaradılışın həyatının mahiyyətini təmsil edir. Cavab 5-ə baxın (Fəsil,1, "Or Pnimi", b.50). - "Məkan" (xalal) nədir?
almaq istəyinin dördüncü mərhələsi nurdan boş qaldıqda, bu, nurla müqayisədə qaranlıq, kli ilə müqayisədə isə "məkan" olaraq adlandırılır. Yaradılış prosesi nəticəsində dördüncü mərhələ yox olmur, sadəcə nursız boş məkan olaraq qalır (Fəsil, 1, ARI-nin mətni, b.1). - "Əvvəl" (Terem) və "sonra" (Axar Kax) nədir?
Yaradılış prosesində səbəb "Əvvəl", səbəbin nəticəsi isə "sonra" kimi ifadə edilir. Cavab 16-ya baxın ("Daxili Düşüncə", b.34). - "Tək və vahid" nədir?
"Tək" Yaradanın nurunın hər pilləyə eyni vaxtda təsir edərək, bənzərlik yaradan halını ifadə edir. "Vahid" isə, bu nur təsiri sayəsində hər bir şeyi kəmil hala qaytaran məqamı təmsil edir. ("Daxili Düşüncə", b.1). - "Vəhdət" (Ixud) nədir?
Bir-birindən fərqlənən iki xassə öz formalarını eyniləşdirdikdə, onlar tək bir xassə kimi birləşir. Cavab 12-ya baxın (Fəsil, 1, "Or Pnimi", b.30). - "Sağ" və "sol" (Yamin və Smol) nədir?
Aşağı pillə yüksək pillənin ehtiyac duyduğu halı tamamladıqda, aşağı pillə "sol", yüksək pillə isə "sağ" kimi adlandırılır. - "Yaradır" (Yotser) nədir?
"Yotser" sözü nurun dünya məxluqatına təsirini ifadə edir və kli materiyası istisna olmaqla bütün reallıqları ehtiva edir. Cavab 1 və 11-ə baxın ("Daxili Düşüncə", b.18). - “Kli” nədir?
Yaradılmışda mövcud olan almaq istəyi onun "kli"sidir. ("Or Pnimi", 1-ci Fəsil,, 6-cı bənd). - “Yuxarı” (Lemala) nədir?
Aşağıdakı mərtəbənin öz formasını yuxarıdakına oxşatması "yuxarıya qalxma" adlanır. (ARI mətni, 1-ci Başlıq, 2-ci bənd; "Or Pnimi", 2-ciFəsil,, 4-cü bənd). - “Yaradan” (Maacil) nədir?
Hər bir səbəb özündən meydana gələn mərtəbəyə nisbətdə "maacil" adlanır. Bu "maacil" adı, həm nuru cəlb etməyi, həm də nura aid olan "kli"ni ehtiva edir. - “Ruhların kəsilib atılması” (Maxçevet HaNeşama) nədir?
Ruhalarda mövcud olan almaq istəyi onları yuxarı nurdan ayırır və "kəsir", çünki xassələrin fərqi ruhani mahiyyətləri ayırır. (Cavab 12-yə baxın). "Ruhların kəsilməsi" – Atsilut aləmi ilə Briya aləmi arasındakı keçidə işarə edir. Bu anlayış daha sonra izah ediləcək ("Daxili təfəkkür", 15-ci bənd). - “Aşağı” (Mata) nədir?
Xassələr baxımından digərlərindən daha aşağı olan şəxs "aşağı" hesab olunur. ("Or Pnimi", 2-ci Başlıq, 4-cü bənd). - “Yeganə” (Meyuxad) nədir?
"Yeganə" anlayışı üçün yuxarıdakı “Tək” ifadəsinə baxın. - “Sonsuzluğun Malxutu” (Malxut de-Eyn Sof) nədir?
Orada hökmən mövcud olan almaq xassəsidir. ("Daxili təfəkkür", 14-cü bənd). - “Yuxarıdan aşağıya” (Mimala lemata) nədir?
Birinci mərhələdən dördüncü mərhələyə qədər olan ardıcıllıq nəzərdə tutulur, çünki nursuz qalan dördüncü mərhələ bütün mərtəbələrdən aşağıda hesab olunur. almaq istəyi daha zəif olan şəxs daha yüksək səviyyədə, almaq istəyi ən güclü olan isə ən aşağı səviyyədə hesab edilir. Bu, birinci mərhələdən başlayaraq ən yüksək səviyyə kimi müəyyən edilir. ("Or Pnimi", 2-ci Fəsil, 4-cü bənd). - “Doldurur” (Memale) nə deməkdir?
Orada heç bir çatışmazlıq anlayışı yoxdur və mükəmməlliyə əlavə edilə biləcək heç bir şey yoxdur. ("Or Pnimi", 1-ci Fəsil,, 3-cü bənd). - “Yuxarı – aşağı” (Mala – mata) nədir?
Ən dəyərli olan "yuxarı", ən dəyərsiz olan isə "aşağı" kimi müəyyən edilir. ("Or Pnimi", 2-ci Fəsil,, 4-cü bənd). - “Yer” (Makom) nədir?
Yaradılmışda mövcud olan almaq istəyi bütün həzz və nur üçün "yer" hesab olunur. ("Daxili təfəkkür", 11-ci bənd). - “Dördkünc” (Meruba) nədir?
İstəyin dörd mərhələsinin hamısını özündə birləşdirən səviyyədir. ("Or Pnimi", 1-ci Fəsil,, 300-cü bənd). - “Üçbucaq” (Meşulaş) nədir?
Bu, yalnız arzunun ilk üç mərhələsini ehtiva edən səviyyədir. ("Or Pnimi", 1-ci Fəsil,, 400-cü bənd). - “Toxunur” (Noqe) nə deməkdir?
Əgər mərtəbənin forması ilə onun kökü arasındakı fərq o qədər azdır ki, onu kökdən ayırmaq mümkün deyil, bu, onun kökə "toxunduğu" hesab edilir. Bu, bir mərtəbədən digər mərtəbəyə keçid vəziyyətidir. ("Or Pnimi", 2-ci Fəsil, 6-cı bənd). - “Mərkəzi nöqtə” (Nekuda Emtsait) nədir?
Bu, Sonsuzluqda mövcud olan dördüncü mərhələyə verilən addır və bu, onun Sonsuzluğun nuru ilə birliyindən irəli gəlir. ("Or Pnimi", 1-ci Fəsil,, 50-ci bənd). - “Son” (Sof) nədir?
Hər bir yaradılmışın sonu (sof) və bitişi (siyum), dördüncü mərhələdə mövcud olan ixtisar qüvvəsi ilə formalaşır. Yuxarı nur orada nur saçmağı dayandırır, çünki həmin mərhələ onu qəbul etmir. ("Or Pnimi", 1-ci Fəsil,, 20-ci bənd). - “Dairəvi” (Aqol) nə deməkdir?
Əgər almaq istəyinin dörd mərhələsi arasında “yuxarı-aşağı” fərqi yoxdursa, bu, "dairəvi" hesab olunur (maddi aləmdə dairəvi forma kimi, burada yuxarı və aşağı fərqlənmir). Bu dörd mərhələ bir-birinin içində yerləşmiş dörd dairəvi çevrə adlanır, yuxarı və aşağı vəziyyətləri arasında fərqi ayırd etmək mümkün deyil. ("Or Pnimi", 1-ci Fəsil,, 100-cü bənd). - “Yuxarı” (Elyon) nə deməkdir?
"Yuxarı" termini daha dəyərli olanı ifadə edir. ("Or Pnimi", 2-ci Fəsil,, 4-cü bənd). - “Bölünmə” (Perud) nə deməkdir?
Formalarında heç bir tərəfdən oxşarlıq olmayan iki mərtəbə tamamilə bir-birindən ayrılmış hesab edilir. ("Daxili təfəkkür", 12-ci bənd). - “Boş” (Panuy) nədir? Bu, islahlar və kamillik əldə etməyə hazır olan bir yerdir. ("Or Pnimi", 1-ci Fəsil,, 4-cü bənd).
- “Sadə” (Paşut) nə deməkdir? Onda mərtəbələr və tərəflər arasında heç bir fərq olmadıqda "sadə" adlanır. ("Or Pnimi", 1-ci Fəsil,, 9-cu bənd).
- “ixtisar” (Tsimtsum) nədir?
Arzusunu tabe edən, yəni almaq istəyərkən almağı özünə qadağan edən şəxs özünü "ixtisar etmiş" hesab edir. ("Or Pnimi", 1-ci Fəsil,, 40-cı bənd). - “Xətt” (kav ) nədir?
Bu, onun yuxarı və aşağı fərqlərinə malik olduğunu göstərir, bu isə əvvəlki vəziyyətdə mövcud deyildi. Həmçinin, onun nurunın əvvəlki vəziyyətlə müqayisədə çox zəiflədiyini göstərir. ("Or Pnimi", 2-ci Fəsil,, 2-ci bənd). - “Yaxın” (Karov) nə deməkdir?
Forması başqasına daha yaxın və oxşar olan şəxs ona daha yaxın hesab edilir. ("Or Pnimi", 1-ci Fəsil, 30-cu bənd). - “Roş” nədir?
Yaradılmışda kök formasına ən çox oxşayan hissə "roş" adlanır. - “Ruax” nədir?
Xesed nuru "Ruax" adlanır. ("Or Pnimi", 1-ci Fəsil,, 5-ci bənd). - “İstək” (Rason) nədir?
Cavab üçün 35-ci maddəyə baxın. - “Ad” (Şem) nə deməkdir?
Müqəddəs adlar, onlarda nurun necə əldə olunduğunu və bu mərtəbədəki dərk yollarını müəyyən edir. ("Daxili təfəkkür", 5-ci bənd). - “Tox” (Daxili hissə) nədir?
"Daxilində qəbul edən" – nurun "kli"də ölçülərək və məhdudlaşdırılaraq qəbul edilməsi halıdır. "Özündən kənarda qəbul edən" – nura heç bir ixtisar qoymadığı haldır. ("Or Pnimi", 1-ci Fəsil, 50-ci bənd). - “Hərəkət” (Tnua) nə deməkdir? Formanın hər hansı bir yenilənməsi ruhani hərəkət kimi təyin olunur, çünki bu forma əvvəlkindən ayrılır və müstəqil bir ad altında çıxır. Bu, material obyektin bir hissəsinin ayrılmasına və öz əvvəlki yerindən kənara çıxmasına bənzəyir. ("Daxili təfəkkür", 33-cü bənd).