Məktub 77
18 fevral 1973-cü il
Dostuma...
Məktubunu on səkkizlik əlavəsi ilə aldım... "Üzbəüz" (panim be-panim) və s. kimi tanınan münasibətlərə gəlincə. Yəni insan Yaradanın böyüklüyünü hiss etdiyinə görə öz alçaqlığını duyduğu o anda, dünyada qəbul olunmuş qaydaya görə: başqasına verilən şey – əgər o kiçikdirsə – ona verilən əta payı da olduqca azdır.
Buna görə də, adətən, ianə vermək istəyəndə hörmətli, böyük insanları axtarırlar – çünki alana verilən payın ölçüsü onun əhəmiyyət səviyyəsinə uyğundur. Buna görə insan Yaradana əta etmək istədiyi vaxt onun yanına şər başlanğıc gəlir və ona "Şxina kül içində" mənzərəsini çəkir. Yəni nə qədər əta ediriksə – elə bu kifayətdir və daha çox əta etməyə ehtiyac yoxdur.
Öz işinə görə ödəniş almaq istəyən şəxs isə bunun əksinədir. O, əta edənə əhəmiyyət verir və öz-özünə deyir ki, əta edən yaxşıdır, xeyirxahdır və mərhəmətlidir. Və bütün məziyyətləri əta edənə aid edir, çünki onun ən yaxşı olan hər şeyi özünə verməsini istəyir.
Buna görə də işi ödənişə görə əsaslanandıranların hamısı – ödənişin maddi və ya ruhani olmasının, insanın nəyi ruhani kimi təsəvvür etməsinin fərqi yoxdur, əsas odur ki, bu, onun işinin ödənişi və əvəzi olsun – onda cüzi fikir gərginliyi və səyi ilə əta edənin əhəmiyyətini və dəyərini dərk edə bilər.
Halbuki atam və müəllimimin ruhani işi baxımından – burada bütün əsas ondan ibarətdir ki, insan bütün fikirlərinin və arzularının yalnız Yaradanın xeyrinə olması üçün dua etməlidir – dərhal onun qarşısında "Şxina kül içində" adlanan öz alçaqlığının mənzərəsi canlanır. Və buna görə enişlərə təəccüblənmək lazım deyil, çünki "qəpik-qəpik böyük hesab yığılır".
Və bu – öyrəndiyimiz kimi – ruhaniyyətdə boşluq olmaması kimidir, əksinə, irəli getmək imkanı olsun deyə [O] müvəqqəti uzaqlaşıb. Çünki aydınlaşdırılmış, təhlil olunmuş [və müqəddəsliyə birləşdirilmiş] hər bir an müqəddəsliyin mülkiyyətinə daxil olur. Və insan yalnız müqəddəsliyin əlavə qığılcımlarını seçmək üçün enir.
İnsana bircə məsləhət var: pillədən salınmasını gözləməsin, öz alçaqlığını hiss etdikdə – yenidən qalxsın. Və bu yüksəliş haqqında deyilir ki, o [insan] müqəddəsliyə bir hissə seçdi, lakin özü aşağı enir və digər qığılcımları qaldıraraq onları müqəddəsliyin mülkiyyətinə qaldırır.
Necə ki deyilir: "İtirməmişdən əvvəl axtardı" (Şabat, 152), yəni indiki vəziyyətimi itirməmişdən əvvəl artıq axtarmağa başlayıram. Necə ki atam və müəllimim "Sübhü oyadacağam" deyən Davud padşah haqqında demişdi; və müdriklərimiz bunu belə şərh etdilər: "Sübhü mən oyadıram, sübh məni oyatmır".
Buna görə əsas mühafizə eniş zamanı deyil, yüksəliş zamanıdır. Və yüksəliş zamanı [Yaradan qarşısında] qorxu/ehtiram pilləsini cəlb etmək lazımdır ki, Allah eləməsin, çölə itələnib atılmayaq. Lakin bütün bunlardan sonra bizə Padşaha fəryad etməkdən və bir dəfəlik bizə rəhm etməsini Ondan diləməkdən başqa heç nə qalmır.
Və məktubumu [burada] bitirirəm, çünki məktub yazmağa vərdiş etməmişəm.
Barux Şalom a-Levi Aşlaq
atası və müəllimi Baal Sulamın oğlu