<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

 

-Dərsin mövzuları:

- reallığın qavranışına müxtəlif yanaşmalar;

- almaq  istəyi və reallığın qavranışı arasındakı əlaqə;

- xassələrin oxşarlığı qanunu.

 

 


 

 

Bu, İtaliyanın Monza şəhərində adi bir səhər idi. Şimaldan cənuba doğru axan Lambro çayı sakitcə sularını daşıyırdı. Heç bir qeyri-adi hadisə gözlənilmirdi.

Lakin günorta saatlarında şəhər rəhbərliyi heyvanları qorumaqla bağlı yeni bir qərar yayımladı. Bu qərara əsasən – diqqət yetirin! – şəhər sakinlərinə qızıl balıqları dairəvi akvariumlarda saxlamaq qadağan olundu. Şəhər şurasının nümayəndəsi Giampietro Mosca bu qeyri-adi qərarı belə şərh etdi: “Akvariumun dairəvi divarları reallığı təhrif edir. Bu səbəbdən zavallı balıqlar əziyyət çəkir. Bu isə qəddarlıqdır!”

O vaxtdan bəri çox şey dəyişib. Qızıl balıqların həyat keyfiyyəti yaxşılaşıb. Lakin sual hələ də açıq qalır. Dairəvi akvariumdakı qızıl balıqlara dünya təhrif olunmuş şəkildə görünürdü. Əminlik varmı ki, həmin dünya bu dünyadan daha az gerçək idi? Ümumiyyətlə, biz qavradiğimiz reallığın həqiqi dünya mənzərəsi olduğuna əmin ola bilərikmi?

Kabala elminə giriş kursunun ikinci hissəsinə xoş gəlmisiniz.

Müzakirə edəcəyimiz mövzu şübhəsiz ki, kabala elminin ən maraqlı, eyni zamanda, öyrənilməsi ən çətin mövzusudur – reallığın qavrayışı. Narahat olmayın, bu mövzu ilk baxışdan göründüyü kimi fəlsəfi incələmələrə söykənmir. Əksinə, əgər reallığı necə qavradığımızı anlasaq, öz həyatımızda da çətin situasiyalara düzgün yanaşa bilərik.

Kabala elminin reallığın qavrayışına necə yanaşdığını daha asan anlamaq üçün təbii elmlərdə bu mövzunun inkişaf tarixindən bəzi məqamlara müraciət edək.

Klassik Nyuton fizikasının yanaşması dünyanın insandan asılı olmayaraq mövcud olduğunu və dəyişməz qaldığını iddia edir. 

Çox sonralar, Eynşteyn dünyamızın qavrayışımızdan daha geniş olduğunu kəşf etdi. Bizim qavrayışımız nisbidir, çünki hiss orqanlarımızdan asılıdır və bu səbəbdən, akvariumumuzun divarlarından kənarda dünyanın əslində necə olduğunu deyə bilmərik. Hər şey reallığı qavramaqda konkret müşahidəçidən asılıdır.

Müasir elmi yanaşma, kvant fizikası ilə əlaqəlidir və bu, müşahidəçinin dünyaya təsir etdiyini və nəticədə qavradığı mənzərəni dəyişdirdiyini irəli sürür. Bu isə o deməkdir ki, qavranılan reallıq müşahidəçinin xüsusiyyətləri ilə müşahidə olunan obyektin xüsusiyyətlərinin qarışığıdır.

Bu nə deməkdir? Fiziklər kəşf ediblər ki, fiziki reallığın əsas vahidləri müəyyən bir mövqe, sürətə malik deyil və hətta müəyyən bir zamanla da əlaqəli deyillər. Təəccüblü olsa da, bütün bu məlumatlar yalnız araşdırma və həqiqi ölçmələr nəticəsində qeyd olunur.

Çaşqınlıq yarandı? Onda kabala elminin bu barədə nə dediyini dinləyin. Baаl Sulam "Zoar Kitabına Giriş" məqaləsində izah edir ki, bizim müşahidə etdiyimiz bu böyük və möhtəşəm xarici dünya əslində bizim daxili təəssüratımızda yaranan bir görüntüdür:

"Baаl Sulam "Zoar Kitabına Giriş" məqaləsində yazır: “Məsələn, görmə qabiliyyətimiz vasitəsilə qarşımızda böyük bir dünya və onun bütün möhtəşəm dolğunluğunu görürük, lakin biz bunları reallıqda görmürük, yalnız öz daxilimizdə müşahidə edirik. Başqa sözlə, beynimizin arxa hissəsində bir növ fotoaparat mövcuddur ki, gördüyümüz hər şeyi orada canlandırır, lakin bu, əslində xaricimizdə olan deyil.” 

Bunu təsəvvür etmək üçün insanı beş açılışı olan bağlı bir qutu kimi düşünək: gözlər, qulaqlar, burun, ağız və əllər (sxem 1.6-ya bax). Açılışlar bizim hiss orqanlarımızla – görmə, eşitmə, iybilmə, dadbilmə və toxunma ilə əlaqəlidir. Onlar vasitəsilə insan xaricində olanı qəbul edir.

Beş açılış vasitəsilə qutuya müxtəlif təəssüratlar daxil olur. Hamısı daxildə cəmlənir və həmin şəxsin şüurunda mövcud olan məlumata və onun istəyinə uyğun olaraq müxtəlif ölçülərdən keçir. Alınan nəticə, beynin arxa hissəsindəki "ekran"da canlanan reallıq mənzərəsidir. Bu mənzərə bizim reallığımızdır. Başqa sözlə, kabala elminin dediyi kimi, insan öz reallıq qavrayışını özü müəyyən edir. Bəs həqiqətdə xaricimizdə nə mövcuddur? Bunu bilmirik.

Bizə saysız-hesabsız təzahürlərlə dolu bir dünya açılır, lakin onların mahiyyətini bilə bilmərik. Bizə məlum olan tək şey – bu təzahürlərdən aldığımız təəssüratdır. Kabala elminin bəhs etdiyi Yaradan belə – əslində bizim Onu qavrayışımızdakı Yaradan, müəyyən şərtlər daxilində (bu şərtlər daha sonra öyrəniləcək) Yaradan haqqında olan təsəvvürümüzdür. Yaradanın mahiyyəti "Asmuto" adlanır və kabala elminin tədqiqat sahəsinə daxil deyil."

 

Sxem 1.6    

 

-İndi nəticə çıxaraq. Müasir elmdə reallığın qavrayışına üç əsas yanaşma mövcuddur:-

 

1) -Klassik fizika-: Reallıq obyektiv olaraq mövcuddur və bizdən asılı deyil.

 

2) -Eynşteynin fizikası-: Reallıq mənzərəsi nisbidir və müşahidəçidən asılıdır.

 

3) -Kvant fizikası-: Reallıq mənzərəsi müşahidəçinin xüsusiyyətləri ilə kənarda mövcud olanın xüsusiyyətlərinin ortalamasıdır.

 

Kabala elminin qəbul etdiyi yanaşma sanki bu üç yanaşmanın hamısına cavab verir və tamamilə yeni bir nəticəyə gəlir: bizim xaricimizdə dünya yalnız illüziyadır və heç bir formaya malik deyil, çünki bizim xaricimizdə reallıq mövcud deyil. İnsan öz reallıq mənzərəsini özü müəyyən edir.

Niyə bizim üçün insanın öz reallıq mənzərəsini özü müəyyən etdiyini bilmək vacibdir? İnsan daxilində baş verən dəyişikliklər onun reallıq qavrayışına qaçılmaz şəkildə təsir edir. Məhz buna görə də ruhani reallıq bizim daxilimizdə baş verən dəyişikliklər nəticəsində açılır.

 

---

 

-Özünü yoxla:-

- Kabala elmi insanın daxilində reallıq mənzərəsinin yaranmasını necə izah edir?


Kim əmr verdi?

 

Kabala elmi bütün elmlərin köküdür. Baаl Sulam "Kabala Elminin Mahiyyəti" məqaləsində belə yazır. Buna görə də min illərdir ki, dünya elmləri inkişaf etdikcə kabala elminə yaxınlaşır və onların bir çox fərziyyələri kabala elminin prinsipləri ilə üst-üstə düşür. Məsələn, əvvəlki dərs hissəsində müasir elmin və kabalanın reallığın qavrayışına olan yanaşmalarının çox yaxın olduğunu qeyd etdik. Bununla belə, bir mühüm fərq var: bizim dünyamızın elmləri reallığı necə qavradığımızı izah etsə də, onlar nəyə görə reallığı məhz belə qavradığımızın mahiyyətini açıqlamır. Kabala elmi isə əksinə, bu qavrayışın tədqiqinə diqqət yetirir.

Kabala elminə görə, insanın reallığı qavramasının arxasında duran qüvvə almaq  istəyidir.

Almaq  istəyi sadə bir sxem üzrə işləyir: özünə xeyir verən şeyi almaq  və ona ziyan gətirən şeyi rədd etmək. Məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, almaq  istəyi bizim reallığı qavramağımıza da bu cür təsir edir. Bizim bütün hiss orqanlarımız və informasiyanı emal etmə mexanizmləri, o cümlədən beynin arxa hissəsindəki reallıq mənzərəsini proyeksiya edən hissə – hamısı almaq  istəyinin “agentləridir” və onun iradəsini yerinə yetirir: xoş olanı almaq  və xoş olmayanı uzaqlaşdırmaq.

Başqa sözlə, biz yalnız görmək istədiyimizi görürük və görmək istəmədiyimizi görmürük. İstək bizim tələblərimizi oyadır və ətrafımızda nə görəcəyimizi və nəyi görməyəcəyimizi müəyyən edir. Məsələn, valideyn olmuş bir insan hər küncdə uşaq mağazalarını görməyə başlayır. O mağazalar əvvəllər də var idi, amma ona ehtiyacı olmadığı üçün onları görmürdü.

Bizim istəyimiz təbii olaraq bizə xeyirli olanı və ya bizə ziyan verə biləcək şeyi qavramağa yönəldir. Almaq  istəyinin inkişafı ilə paralel olaraq ağıl da inkişaf edir və bizim anlama qabiliyyətimiz və həssaslığımız artır, bu da reallığın qavrayışını genişləndirir. 

Ancaq burada vacib bir "amma" var! Reallıq almaq  istəyi vasitəsilə qavrandığı üçün bizim reallıq qavrayışımız dar çərçivələrlə məhdudlaşır – bu, yalnız fiziki dünyaya yönəldilmişdir. Gizli, ruhani səviyyədə olan reallıq almaq  istəyi vasitəsilə qavranıla bilməz.

Bəs niyə biz ruhani reallığı almaq  istəyi vasitəsilə qavraya bilmirik? Kabala elmi bu suala xassələrin oxşarlığı qanunu əsasında cavab verir. Bu qanuna əsasən, hər hansı maddi və ya ruhani hadisəni qavramaq üçün biz özümüzdə ona qarşı bir həssaslıq yaratmalıyıq. Başqa sözlə, müəyyən bir hadisəni qavramaq üçün hiss orqanı həmin hadisənin müəyyən keyfiyyətlərinə malik olmalıdır.

Bunu anlamağa kömək edəcək sadə bir nümunə: xaricimizdə sonsuz sayda radiodalğalar və müxtəlif tezliklərdə fəaliyyət göstərən radiostansiyalar mövcuddur. Radiodan müəyyən bir stansiyanı dinləmək üçün qəbulu həmin stansiyanın tezliyinə uyğun tənzimləmək lazımdır. Bu hərəkətimizlə qəbuledici ilə həmin tezliyi tapırıq və xassələrin oxşarlığı qanununa uyğun olaraq istədiyimiz stansiyanı dinləyə bilirik.

-Özünü yoxla:-

- Biz Ruhani reallığı hiss etmək üçün nə etməliyik?


-Dərsin yekunları. Qısa nəticələr:-

- Kabala elmi deyir ki, bizim xaricimizdə mövcud olan reallıq yoxdur və reallığın öz forması yoxdur. Müşahidəçi reallığa formanı verir. Başqa sözlə, insan öz reallıq qavrayışını özü yaradır.

- eyni şəkildə kabala elminin bəhs etdiyi Yaradan – biz Onu necə qavrayırıqsa, o formada olan Yaradandır, Onun daxili mahiyyəti deyil. Kabala elmi Yaradanın mahiyyətini -Atsmuto- olaraq müəyyən edir və bu mahiyyəti öyrənmir.

- almaq  istəyi bizim reallığı qavrama mexanizmimizi idarə edən daxili proqramdır. Biz yalnız görmək istədiyimizi görürük. Ruhani reallığı qavramaq üçün biz reallığı qavrama proqramımızı dəyişməliyik, yəni almaq  istəyimizi dəyişməliyik.

- xassələrin oxşarlığı qanununa uyğun olaraq, ruhani reallığı qavramaq üçün almaq  istəyində ruhaniyyətə qarşı həssaslıq inkişaf etdirməli, yəni ona vermək xassəsini daxil etməliyik.



-Terminlər:

Xassələrin oxşarlığı qanunu – hər hansı bir hadisəni qavramaq üçün biz onunla bağlı həssaslığı özümüzdə inkişaf etdirməliyik. Ruhani reallığı anlamaq üçün biz özümüzə vermək xassəsini daxil etməliyik. Ruhaniyyət – verməkdir.

Atsmuto – Yaradanın mahiyyəti. Kabala elmi yalnız Yaradanı necə qavradığımızla məşğul olur, Onun mahiyyətini araşdırmır.



-Sual və cavablar:

 -Sual:- Kabala elmi insanın daxilində reallıq mənzərəsinin yarandığını necə izah edir?

-Cavab:- İnsan özündə istək yarandığı şeyləri qavrayır, ağıl isə informasiyanı emal edir və reallığa formalar verir.

-Sual:- Biz ruhani reallığı hiss etmək üçün nə etməliyik?

-Cavab:- Biz reallıq qavrama mexanizmimizi idarə edən proqramı dəyişməliyik, başqa sözlə, almaq  istəyimizi dəyişməliyik-almaqdan verməyə.


1 Бааль Сулам, məqalə «Zoar Kitabına Giriş», bənd 21.

2 Бааль Сулам, məqalə «Zoar Kitabına Giriş», bənd 34.

3 «Dünyamızın bütün elmləri Kabala elmində cəmlənib. Kabala bütün elmlər üçün ümumi bir nizam təyin edir ki, hər biri ona uyğun olmalıdır».