Dərsin mövzuları:
• Yaradanın niyyəti – yaradılışa bəxş etmək;
• Yaradanın gizlədilmə səbəbləri;
• Bizim dünyamızda İstəyin inkişafı.
Xeyirxah və xeyir verən
Ötən dərsdə kimlərin kabala elmini öyrənə biləcəyindən danışmışdıq və bu elmin inkişaf tarixinə qısa bir nəzər salmışdıq. Hər iki hissəni birləşdirən ümumi mövzu İstəyin mövcudluğudur, dəqiq desək, almaq istəyidir. Biz öyrənmişdik ki, həyatın mənası haqqında sual yaranan kifayət qədər inkişaf etmiş İstək kabala öyrənməyə başlamağın yeganə şərtidir. Həmçinin, İstəyin inkişafının kabala elminin tarixinin əsasını təşkil etdiyini müəyyənləşdirdik.
Bu dərsdə İstəyin yaranma səbəbləri və onun inkişaf prosesi ilə tanış olacağıq. İndiyə qədər əsasən bizim dünyamızın reallığından danışmışıq, xüsusən də kabala elminin insanın almaq istəyinə uyğun olaraq necə açıldığından. Bu gün biz yaradılışın niyyətindən, yəni almaq istəyinin yaradılması planından danışacağıq ki, bu da eyni şeydir.
Kabala elminə görə Yaradan, təbiətin ümumbəşəri qanunu, yalnız bəxş etmək və sevmək qüvvəsidir. Kabalanın dilində bu belə səslənir: "Xeyirxah və xeyir verən", yəni tamamilə xeyir olan, yalnız xeyir bəxş etmək istəyən qüvvə. Kabalistlər Yaradanı bəxş etmək istəyi adlandırırlar (ivrit- leaşpia). Leaşpia sözü, bolluq mənasını verən ivritcə "şəfa" sözündən gəlir, yəni öz şəfasını bəxş etmək istəyi.
Sxem 1.3

Təkcə Yaradanın bəxş etmək istəyi həyata keçə bilərsə, qəbul edə biləcək bir qab lazımdır. Buna görə Yaradan hər bir xeyir-bərəkəti qəbul edə bilən bir varlıq yaratdı, hansı ki, Onun məqsədi həmin varlığa bu xeyir-bərəkəti verməkdir. Əgər Yaradanın mahiyyəti bəxş etmək və doldurmaq istəyidirsə, yaradılışın mahiyyəti isə almaq və doldurulmaq istəyidir. Yaradan, yəni bəxş etmək istəyi, kabala elminə görə "nur" (ivritcə or) adlanır, yaradılış, yəni almaq istəyi isə "qab" (ivritcə kli) adlanır.
Özünü yoxla:
• Yaradan nəyi yaratdı? Və nəyə görə?
Yaradana bənzəmək
Məqsəd, Yaradan tərəfindən bəxş edilən bütün xeyiri qəbul etməyə qadir olan bir varlıq yaratmaqdır. Beləliklə, kabala elminə görə yaradılışın məqsədi "Yaradandan xeyir əldə etmək məqsədi" adlanır. Bu məqsəd hər şeyin əsasını təşkil edir. O, yaradılışdan əvvəl mövcuddur və yaradılışın hər hissəsinin inkişafının başlanğıcıdır – həm bizim anlayışımıza açıq olan, həm də bizdən gizli olan şeylər.
Yaradılışın inkişaf prosesini daha ətraflı nəzərdən keçirək.
Əgər Yaradanın məqsədi yaradılışları sevindirməkdirsə, sual ortaya çıxır: yaradılışlara məhz hansı xeyir verən xoşbəxtlik və zövq vəd edilir? Bu asan sual deyil. Aşağıdakı nümunə bir cavab ola bilər. Təsəvvür edin ki, siz bir kralısınız. Amma hakimiyyətindən sərxoş olan və xalqını təqib edən bir kral deyil, nağılvari kral, hansı ki, xalqını şərtsiz sevər. Onun xalqı də öz kralını sevər. Və onların ölkəsi çiçəklənir. İndi təsəvvür edin ki, sizin bir oğlunuz doğulur, tək və sevimli. Ona nə bəxş etmək istərdiniz? Sahip olduğunuz hər şeydən ən yaxşı hədiyyə nə olardı?
Bu barədə düşünək... Cavab açıq şəkildə: o da sizə bənzəsin, sevimli və xoşbəxt kral olsun. Bu da həmin suala cavabdır: “Yaradan bizə, öz yaradılışlarına, hansı xeyiri bəxş etmək istəyir?”. Ən böyük xeyir bizə Onun səviyyəsinə qalxmaqdır, bizə Onun kimi olmağı öyrətməkdir.
Baal Sulam “Kabala elmi və onun mahiyyəti” məqaləsində yazır: "...yaradılışın bütün ardıcıllığı, hər bir təzahüründə, əvvəlcədən müəyyənləşdirilmişdir və yalnız insanlığın inkişaf edib yüksələcəyi səviyyəyə uyğun olaraq tərtib olunmuşdur. Ta ki insanlar Yaradanı, dostlarını necə hiss edirlərsə, eləcə də hiss etməyə qadir olana qədər yüksəlsinlər."
İlk baxışda bu şişirtmə və hətta məntiqsizlik kimi görünə bilər. Ancaq dərindən düşündükdə başa düşülür ki, başqa bir cavab yoxdur. Çünki Yaradan mütləq xeyirxahdır və O, özündən bir zərrə belə az verə bilməz. Onun sahib olduğu ən yaxşı şeylərdən biridir. Ən yaxşısı isə O Özüdür, Mütləq Xeyir. Bu o deməkdir ki, Yaradan bizə verəcəyini arzuladığı ən böyük xeyir, mütləq Onun kimi olmaqdır.
Burada mühüm bir qeyd etmək lazımdır: kabala elmi fəlsəfə deyil. Kabalistlər öz izahlarını məntiqi nəticələrə əsaslanaraq qurmurlar. Kabala kitablarında yazılan hər şey kabalistlərin şəxsi Ruhani qavrayışlarına əsaslanır. Başqa sözlə, kabalistlər bizə ruhaniyyətin mahiyyətindən yazırlar, onu özlərinə necə açıldıqlarını göstərirlər, sadəcə düşüncələrini paylaşmırlar. Deməli, kabala elminə doğru münasibəti müəyyən edən əsas şey budur: onu şəxsi ruhani qavrayış istəyi ilə öyrənmək, təsəvvür və ya düşüncə ilə deyil. Bu yanaşma tədris kursunun bütün izahlarının əsasını təşkil edir.
Mövzuya qayıdaq. Kabalistlər başa düşdülər ki, Yaradanın məqsədi yaradılışı sevindirmək, yəni onu Öz səviyyəsinə qaldırmaqdır. Bu məqsədin yerinə yetirilməsinin ilk və vacib şərti, ruhani inkişaf istəyinin olması və bu ruhani yüksəlişin yaradılış tərəfindən həyata keçirilməsidir. Yaradılışın məqsədi məcburiyyətlə və ya şüursuz şəkildə yerinə yetirilə bilməz, çünki öz hərəkətlərini anlamayan və ya məcburiyyətlə bir şey edən yaradılış Yaradan kimi ola bilməz. Axı Yaradan aktiv yaradıcı qüvvədir; yaradılış da eyni cür olmalıdır.
Yaradılışın özü Yaradan kimi olmaq istədikdə, ilk növbədə Onunla oxşarlıqda olan həzzi hiss etməlidir. Bu həzz daimi deyil, bir müddətdən sonra itir. Yalnız bundan sonra yaradılış yenidən Yaradanla oxşarlıqdan zövq almaq istəyir. Əslində, bütün istəklər bu şəkildə doğulur. Məsələn, müəyyən bir qidanı dadmaq istəyi bir dəfə onu dadıb bu dadı xatırladıqdan və yenidən hiss etmək istədikdən sonra yaranır. Yalnız bu şəkildə bizdə əsl istək yaranır.
Beləliklə, yaradılışın Yaradan kimi olmaq istəyini oyatmaq üçün, Yaradan ilkin mərhələdə yaradılışı (almaq arzulayanı) ona təyin edilmiş bütün xeyirlərlə doldurmuşdur. Daha sonra müəyyən bir mərhələdə tamamilə Yaradanla oxşarlıq halından, "Sonsuzluq Aləmi" adlanan haldan, yaradılış "bu dünya" adlanan bizim reallığımıza gətirilmişdir. Burada yaradılış Yaradanın tam əksi olur.
Bu dünyada yaradılış Yaradandan o qədər fərqlənir ki, onun Yaradanla heç bir əlaqəsi yoxdur. Yaradan yaradılışdan tamamilə gizlənmişdir. Yuxarıda qeyd edildiyi kimi, yalnız tam gizlənmə yaradılışda Yaradan kimi olmağı və Yaradanın ilkin məqsədinə uyğun olaraq onun üçün nəzərdə tutulmuş hər şeyə çatmağı arzulamaq istəyini oyada bilər.
Yaradılışın Sonsuzluq Aləmindən bizim dünyamıza qədər uzaqlaşdırılma prosesi 5 mərhələyə bölünür. Hər bir növbəti mərhələdə yaradılış daha çox Yaradanla olan oxşarlığını itirir və Yaradan ondan daha çox gizlənir. Yaradılışın Yaradandan uzaqlaşmasının hər bir mərhələsi "aləm" adlanır – ivritdə "olam" sözü, "gizlənmə" mənasını verən "alama" sözündən götürülüb.

Sxem 1.4
Birinci aləm, yaradılışın Yaradanla ən çox oxşar olduğu dünya "Olam Adam Kadmon" adlanır (ivritcə "Adam" – insan, "Kadmon" – əvvəlki, ilkin). İkinci aləm, oxşarlığın azaldığı və gizlənmənin artdığı dünya "Olam Atsilut" adlanır. Qalan üçüncü, dördüncü və beşinci aləmlər isə müvafiq olaraq "Olam Briya", "Olam Yetsira" və "Olam Asiya" adlanır. "Olam Asiya"dan aşağı isə bu dünya yerləşir.(Bizim) dünya, artıq qeyd edildiyi kimi, yaradılışın Yaradanla maksimum uzaq olduğu və Yaradanın yaradılışdan tamamilə gizləndiyi aləmdir. Bizim dünyamızla ruhani dünyalar arasındakı sərhəd "maxsom" (ivritdə: maneə, baryer) adlanır.
Özünü yoxla:
• Yaradanın məqsədinə görə yaradılış üçün hansı həzz hazırlanmışdır?
• Yaradanın gizlənməsi niyə vacibdir?
Yaxınlıqda və uzaqlıqda
Keçmiş materialla bağlı yəqin ki, çoxlu suallar yaranır və onların hamısı cavab tələb edir. Onların əksəriyyətinə kurs ərzində toxunacağıq, amma iki suala indi cavab verək:
1. "Yaradan kimi olmaq" nə deməkdir?
2. "Yaradandan uzaq olmaq və ya Ona yaxın olmaq" nə deməkdir?
Dərsin əvvəlində biz Yaradanın bütün yaradılışı idarə edən xeyirxahlıq və vermək qüvvəsi olduğunu qeyd etmişdik. Sual yaranır: bu qüvvəyə bənzəmək nə deməkdir? Axı, qüvvə mücərrəddir, heç bir formaya malik deyil.
Cavab: Yaradan kimi olmaq, Onun xassələrinə bənzəmək deməkdir, yəni Onun daxili mahiyyətinə – vermək istəyinə bənzəməkdir. Yaradılış nə qədər şərtsiz və öz xeyri üçün olmadan bəxş edərsə və başqalarına vermək istəyi nə qədər güvvəli olarsa, o qədər Yaradanla oxşar olar və Ona bəxş edilən bütün xeyiri daha çox hiss edər.
İndi ikinci suala keçək: Yaradandan uzaq olmaq və ya Ona yaxın olmaq nə deməkdir?
Axı, Yaradan, sevgi və vermək qüvvəsi olaraq hər yerdə mövcuddur. Ona necə uzaq və ya yaxın olmaq mümkündür?
Cavab: Yaradılış üzərində almaq istəyi hakim olduqda, o Yaradandan uzaq olur. Əgər vermək istəyi hakim olarsa, o Yaradanla yaxın olur.
Baаl Sulam “Tövratın bəxş edilməsi” məqaləsində bunu belə izah edir: “Çünki ‘insan vəhşi eşşək kimi doğular’: axı, o, tamamilə çirkin və alçaq bir vəziyyətdə yaranır və yaradılışın bətnindən çıxır, bu da onun özünə olan məhəbbətinin böyüklüyü ilə bağlıdır. Onun bütün hərəkətləri yalnız özünün ətrafında dönür, heç bir vermək qığılcımı olmadan. O, kökdən, yəni mütləq altruizmdən – heç bir almaq istəyi olmayan bir kökdən ən uzaq məsafədədir, halbuki həmin yenidoğulmuş tamamilə almaq istəyinə qərq olunub və heç bir vermək qığılcımına malik deyil. Buna görə də onun vəziyyəti insan dünyasında alçaqlığın və çirkinliyin ən aşağı nöqtəsi sayılır.”
Yaradılışın Yaradanla olan oxşarlığını itirməsi və ondan uzaqlaşması 5 aləm boyunca davam edir: Adam Kadmon, Atsilut, Briya, Yetsira və Asiya. Bu müddət ərzində almaq istəyi inkişaf edir və öz almaq təbiətini dərk etməyə baradanın yaradılışdan uzaqlaşması prosesi, yaradılışın bu dünyaya enişi ilə başa çatmır. Bu, əslində, yalnız başlanğıcdır. Bizim dünyamızda almaq istəyi inkişaf etməyə davam edir. Bu prosesin məqsədi yaradılışda Yaradanın məqsədini həyata keçirmək üçün müstəqil bir istək yaratmaqdır. Əvvəlki iki dərsdə biz almaq istəyinin bu dünyada inkişafına təsir edən bəzi meyillərlə tanış olduq. Növbəti hissədə biliklərimizi genişləndirəcəyik.
-Özünü yoxla:-
- Yaradanla oxşarlıq və Yaradanla yaxınlıq nəyə görə və necə ölçülür?
Yeni Doğuluş
Almaq istəyi tamamilə Yaradandan uzaqlaşdıqdan və bu dünyaya düşdükdən sonra o, bizim dünyamızda inkişaf etməyə başlayır. Bu inkişafın məqsədi, yaradılışın Yaradandan daha da uzaqlaşmasıdır. Yaradılış elə bir vəziyyətə çatana qədər uzaqlaşır ki, öz təbiətinin Yaradanın təbiətinə tamamilə zidd olduğunu açıq şəkildə dərk edir. Yalnız bu cür, Yaradanın tam gizləndiyi zaman yaradılışda müstəqil bir istək – Ona bənzəmək istəyi yarana bilər. Biz əvvəlki hissədə yaradılışın Yaradandan uzaqlaşmasını və bu dünyaya enişini müzakirə etdik. Növbəti hissədə biz almaq istəyinin bu dünyadakı inkişafını araşdıracağıq.
Milyardlarla il ərzində yer kürəsində maddə sadə formalardan daha mqəlbkəb formalara inkişaf edib: cansız təbiətdən bitki aləminə, sonra heyvan aləminə qədər, nəhayət insan meydana çıxıb. Kabala elmi ona “Bxinat medaber” (ivritdə “Bxina” – xassə, “medaber” – danışan) deyir. Öz mahiyyətinə görə, yuxarıda sadalanan bütün formalar almaq istəyindən yaranmışdır. Onların inkişaf prosesi – almaq istəyinin inkişaf mərhələləridir. Baаl Sulam “Kabala Elminə Giriş” məqaləsində yazır ki, bütün yaradılış hissələri – həm açıq olanlar, həm də hələ ki, bizdən gizli olanlar – yalnız fərqli səviyyələrdə olan almaq istəkləridir. Bizə onlar cansız, bitki, heyvan və insan səviyyələrində inkişaf edən almaq istəyi kimi açılır.
İndi insan – danışan səviyyəsində olan almaq istəyini nəzərdən keçirək. Adətən, insanın istəklərinin inkişafında iki əsas istiqaməti ayırd etmək olar.
• İstəklər, hansılar ki, artır, böyüyür və daha dolğun, daha keyfiyyətli və daha mücərrəd bir dolğunluq axtarır;
• İstəklər, hansılar ki, inkişaf edir, ətraf mühitdən daha çox asılı olur, ona uyğunlaşır və öz maraqlarına, şəxsi faydalarına xidmət etmək üçün ətraf mühiti istifadə etməyə başlayır.
Birincilər bədən istəkləri adlanır: qida, cinsi, sığınacaq, ailə – bunlar insanın mövcudluğu üçün əsas zəruri istəklərdir. Sonrakı mərhələdə insanda var-dövlət istəyi açılır, sonra isə şərəf və hakimiyyət istəyi gəlir. Bunlardan sonra isə bilik istəyinə keçilir. İnsan inanır ki, nə qədər çox bilsə, həyatı bir o qədər yaxşı olacaq. Var-dövlət, şərəf və bilik istəklərı sosial istəklərdir. Bu istəklərı insanda ətraf mühit oyadır və onların həyata keçməsinə dəstək olur.
İnsanda istəklərin inkişafı, bəşəriyyətin qədim dövrlərdən bu günə qədər inkişafını hərəkətə gətirən qüvvədir. Qədim dövrlərdə insanlar bədənlərinin istəklərını təmin etməklə kifayətlənirdilər. Onların dünyası yaşadıqları mağara və ov etdikləri ərazi ilə məhdudlaşırdı. Zamanla insanda mülkiyyətə və hakimiyyətə sahib olmaq istəyi inkişaf etməyə başladı. Beləliklə, ibtidai qəbilə quruluşu daha inkişaf etmiş bir sistemə çevrildi – əkinçilik cəmiyyətinə, daha sonra isə sənaye və şəhər cəmiyyətinə.
İnsanın yaşam sahəsi əhəmiyyətli dərəcədə genişləndi. İstəyin inkişafının son mərhələsi insanın biliyə can atması oldu. Bu İstək XVIII-XIX əsrlərdə təhsil sisteminin inkişafında, xüsusilə XX əsrdə özünü göstərdi. Beynəlxalq səyahət, fərdi rabitə vasitələri, kütləvi informasiya vasitələri və internet inqilabı insanı “dünya vətəndaşı”na çevirdi, dünyanı isə qlobal bir kəndə.
XX əsrin sonunda insanın bu dünyadakı almaq istəyi səviyyəsində inkişafı başa çatdı. Bu, iki xüsusiyyətlə təsdiqlənir:
• İnsan fiziki və ya sosial istəklərını təmin etməklə həyatının mənasını tapa bilmir.
• Ümumi narazılıq hissi insanları getdikcə daha çox narahat edir. Çoxları üçün "sabah" artıq "bu gün"dən daha yaxşı görünmür.
Almaq istəyi, yəni insanın təbiəti, özünü tam güvvəsi və aqressiyası ilə göstərir. İnsan başqalarını öz maraqlarına uyğun olaraq istismar etmə qabiliyyətini mükəmməl şəkildə inkişaf etdirib. Dünyada hökm sürən qanun budur: "Mənimlə bərabər heç kim yoxdur."
Bu dünyadakı almaq istəyinin inkişafının son mərhələsi XXI əsrin əvvəllərində baş verdi və bu, həyatımızın bütün sahələrində dərin bir böhranla ifadə olunur: təhsil, ailə, mədəniyyət, ekoloji problemlər, təhlükəsizlik və s. Ancaq böhran hər zaman mənfi bir hadisə kimi qəbul edilmir. Bəzən böhran, mövcud vəziyyətin inkişafını tamamladığına və növbəti mərhələyə keçməyin vaxtının çatdığına işarə edir. Dünyada üzə çıxan “mənfi” qüvvələr əslində doğum sancılarına bənzəyir və bizi yenidən doğulmağa məcbur edir.
Bizə elə bir dövrdə yaşamaq nəsib olub ki, yaradılışın məqsədindən bəri milyardlarla illik İstəyin inkişaf prosesi öz zirvəsinə çatıb. Tarixdə ilk dəfə olaraq, yaradılışın məqsədini həyata keçirmək üçün insanın şüurlu inkişafı üçün şərait yaranıb. Almaq istəyi maksimum ölçülərə çatıb və Yaradanı insanlardan tamamilə gizlədib. Ancaq yalnız Yaradanın tam gizlənməsi şəraitində insan Onu, yəni dünyada hökm sürən vermək və sevgi qüvvəsini üzə çıxarmaq və Yaradanın ona bəxş etdiyi bütün xeyiri almaq istəyini inkişaf etdirə bilər.
Almaq istəyi bu dünyada tam formalaşsa da, bu tamamlanma inkişafda yeni bir mərhələnin başlanğıcıdır. Qəlbdəki nöqtə yer kürəsinin müxtəlif yerlərində yaşayan insanlarda getdikcə daha çox oyanır. Ruhaniyyətə can atmaq – İstəyin inkişafının son mərhələsi – bizim dünyamızda açılmağa başlayır.
Ruhani İstəyin həyata keçirilməsi yolu əvvəl bildiyimiz hər şeydən fərqlidir. Buna görə də kabala elmi bizə lazımdır. Onu öyrənmək prosesində biz aşağıdan yuxarıya doğru, beş Ruhani aləm boyunca, gizlənmə pillələri ilə enərkən keçdiyimiz mərhələləri tərsinə gedəcəyik. İndi bu aləmlər Yaradanın açılma pillələrinə çevriləcək. Biz o qədər yüksələcəyik ki, Yaradanla tam oxşarlığa – Onun Xeyirxah və Xeyir Verən olduğu hissinə çatacağıq; bu vəziyyət “gmar tikun” (ivritdə: son islah) adlanır. Beləliklə, eniş zamanı olan gizlənmə pillələri, Ruhani yüksəlişdə açılma pillələri olacaq.
sxem 1.5

-Özünü yoxla:-
- Bu dövrdə almaq istəyinin inkişafını nə xarakterizə edir?
-Dərsin yekunları. Qısa nəticələr:-
- Yaradanın məqsədi yaradılışı sevindirməkdir. Bu o deməkdir ki, yaradılışın səviyyəsini Yaradanın səviyyəsinə qaldırmaq lazımdır.
- Yaradılışın məqsədinin yerinə yetirilməsi üçün əsas şərt, yaradılışın Yaradan kimi olmağa müstəqil bir istəyə malik olmasıdır.
- Yaradılışın Yaradan kimi olmağa müstəqil bir istəyə malik olması üçün Yaradan yaradılışdan gizlədilməlidir.
- Yaradılışın beş Ruhani dünya vasitəsilə Yaradanla ardıcıl uzaqlaşması və bu dünyada inkişafı zamanı Yaradanın yaradılışdan tam gizlədilməsi baş verir.
- Bu dövrdə almaq istəyinin inkişafı sona çatır. Buna görə də kabala elmi açılır.
-Terminlər:-
- -vermək istəyi- (ivritcə, -ratzon le'ashpia-) – Yaradan, vermək və sevgi qüvvəsi.
- -Sonsuzluq aləmi- (ivritcə, -Olam Ein Sof-) – almaq istəyinin yaradılışın məqsədinə uyğun olaraq tamamilə bütün zövqlə dolduğu vəziyyət.
- -Aləm- (ivritcə, -olam-) – Yaradanın gizlənmə dərəcəsi. "Olam" sözü "gizlənmə" mənasını verən "alama" sözündən götürülüb. Beş aləm mövcuddur: Adam Kadmon, Atsilut, Briya, Yetsira və Asiya.
- -Bu dünya- (ivritcə, -HaOlam HaZeh-) – almaq istəyinin Yaradanı tamamilə gizlətdiyi reallıq.
- -Maneə, baryer- (ivritcə, -maxsom-) – bu dünya ilə Ruhani dünyalar arasındakı sərhəd.
- -Bədən istəklərı- – insanın cəmiyyətə bağlı olmayan əsas istəkləri.
- -Sosial istəklər- – ətraf mühitin təsiri ilə inkişaf edən istəklər; onların həyata keçməsinə dəstək olur.
- -"Danışan" səviyyəsi- (ivritcə, -medaber-) – "insan" səviyyəsində olan almaq istəyi.
- -Son islah- (ivritcə, -gmar tikun-) – Yaradanla tam oxşarlıq.
-Sual və Cavablar:-
- -Sual:- Yaradan nəyi yaratdı? Və nə üçün?
- -Cavab:- Yaradan almaq istəyini yaratdı ki, bu istək Onun vermək istədiyi bütün xeyiri qəbul etsin.
- -Sual:- Yaradanın məqsədinə görə yaradılış üçün hansı həzz hazırlanmışdır?
- -Cavab:- Yaradanla oxşarlıq.
- -Sual:- Niyə Yaradanın gizlənməsi vacibdir?
- -Cavab:- Yaradılış Yaradanın məqsədini yalnız ruhani bir istək oyandıqda həyata keçirə bilər. Belə bir istək yalnız Yaradanın gizlənməsi ilə ortaya çıxa bilər.
- Sual: Yaradanla oxşarlıq və yaxınlıq necə ölçülür?
- Cavab: Yaradanla oxşarlıq vermək istəyinin dərəcəsi ilə, yaxınlıq isə Onun xassələri ilə oxşarlıqla ölçülür.
- Sual: Bu dövrdə almaq istəyinin inkişafını nə xarakterizə edir?
- Cavab: almaq istəyi bu dünyada inkişafının zirvəsinə çatıb. Bu, ruhaniyyətə can atmağın oyanması ilə nəticələnir.
-Məntiqi ardıcıllıq. Kursun öyrənilmə ardıcıllığı-
- Biz öyrəndik ki, kabala elmi bu dünyada Yaradanın yaradılışlara açılması metodudur.
- Kabala elmi almaq istəyinin inkişafı ilə birlikdə açılır.
- Bu dövrdə hər kəs kabala elmini öyrənə bilər.
- Növbəti fəsildə Yaradanın necə açıldığını öyrənəcəyik.