Dərsin mövzuları:
- İstək – inkişafın hərəkətverici qüvvəsi;
- Həzz İstəyi ləğv edir;
- Qəlbdəki nöqtə;
- Kabala elminin tarixindən.
Qəlbdəki Nöqtə
Kabala elmini kimlərin öyrənə biləcəyi sualı ən çox verilən və maraq doğuran suallardan biridir. Bu suala XX əsrdə yaşamış böyük kabalist və İsrailin ilk baş ravvini r. Kukun (1865-1935) cavabı olduqca sadədir: "İstəyən hər kəs."
Siz soruşa bilərsiniz: "Hər kəs nəyi bilmək istəyir?" Cavab isə belədir: "Hər kəs nə üçün yaşadığını öyrənmək istəyir." Kabala öyrənmək üçün insanın keçməli olduğu yeganə sınaq – həyatın məqsədini dərk etmək istəyinin olub-olmamasıdır. Əgər belə bir istəyiniz varsa, onda siz Kabala öyrənə bilərsiniz! İnsan Kabala elminə həyatı yeni baxışla görmək axtarışında gəlir. O, şüuraltı olaraq onu maraqlandıran sualların cavablarının adi dünya səviyyəsindən daha dərin olduğunu hiss edir.
R. Kukun "Kabala elmini kim öyrənə bilər?" sualına verdiyi sadə cavab əslində böyük bir dərinliyi ehtiva edir. Onun cavabının dərinliyini başa düşmək üçün insan həyatında İstəyin oynadığı əsas rolu və məhz bu İstəyin böyüməsi ilə həyatın mənasının dərk edilməsinə gətirib çıxaran səbəbləri başa düşmək lazımdır.
İstəklər birdən-birə, heç nədən yaranmır. Onlar qeyri-şüuri olaraq içimizdə formalaşır və yalnız formalaşdıqdan sonra üzə çıxır. Bu vaxta qədər biz istəklərı hiss etmirik və ya çox vaxt yalnız ümumi narahatlıq hissi keçiririk. Hamımıza bu hiss tanışdır: nə isə istəyirsən, amma dəqiq nə olduğunu bilmirsən.
Platon demişdi: "Zərurət ixtiraların anasıdır" və bu sözlər doğrudur. Kabala izah edir ki, bizim nəyisə öyrənmək qabiliyyətimiz həmişə onu öyrənmək istəyimizdən asılıdır. İstək inkişafın hərəkətverici qüvvəsidir. Formula sadədir: bir şeyi arzulayanda biz o istəyimizə çatmaq üçün əlimizdən gələni edirik. Biz vaxt tapırıq, güvvəsimüzü səfərbər edirik və lazımi bacarıqları qazanırıq. Beləliklə, hər hansı dəyişikliyin əsasında İstək dayanır.
Daha da önəmlisi, istəklərın təkamülü yalnız fərdi insanın taleyini deyil, həm də bütün bəşəriyyətin tarixini müəyyənləşdirir və formalaşdırır. istəklərın böyüməsi və inkişafı insanları öz istəklərini yerinə yetirmək üçün ətrafdakı dünyanı araşdırmağa məcbur edib. Cansız, bitki və heyvan təbiətindən fərqli olaraq, insanlar daim inkişaf edir. Hər nəsildə və hər bir insanda istəklər böyüyür və inkişaf edir.
Kabala elminə görə, İstək dəyişikliklərin hərəkətverici qüvvəsidir. istəklərın inkişafı beş mərhələdə baş verir – sıfırdan dördüncü mərhələyə qədər. kabalistlər bu hərəkətverici qüvvəni "həzz almaq istəyi" və ya sadəcə "almaq istəyi" adlandırırlar. Sıfırdan dördüncü səviyyəyə qədər olan hər bir səviyyədə almaq istəyi böyüyür və həm kəmiyyət, həm də keyfiyyətcə daha çox dolum tələb edir. Qədim Babil dövründə (təxminən 4000 il əvvəl) Kabala elmi inkişaf edəndə almaq istəyi sıfır səviyyəsində idi. Bu gün biz almaq istəyinin dördüncü, yekun inkişaf mərhələsindəyik.
Bəs bizim istəyimizi inkişafın yeni pilləsinə qaldıran mexanizm nədir? Kabalistlər yazır ki, mexanizm sadədir: istəyimiz dolan kimi, o artıq İstək olaraq mövcudluğunu dayandırır. Həzz, İstəyi doldurduqda, onu ləğv edir. Əgər İstək müəyyən bir dolum üçün ləğv olunursa, biz artıq ondan həzz ala bilmirik. Kabalada bu prinsipi "həzz İstəyi ləğv edir" adlanır.
Sevdiyiniz yeməyi təsəvvür edin. Siz gözəl bir restorandasınız, rahat kresloda oturmusunuz və mehriban ofisiant sevimli yeməyinizi gətirir. Oooo! Necə də tanış və möhtəşəm ətirdir! Siz artıq həzz almaq ğa başlamısınız? Əlbəttə. Amma elə ki yeməyə başlayırsınız, həzz tədricən azalır. Nə qədər çox doyursunuzsa, yeməkdən aldığınız zövq də o qədər azalır. Və nəhayət, artıq doymuş vəziyyətdə yeməkdən heç bir zövq almırsınız və yeməyi dayandırırsınız.
Biz yeməyi təkcə ona görə dayandırmırıq ki, tox olmuşuq, həm də ona görə ki, mədəmiz dolduqda yemək bizə artıq həzz vermir. Bu, almaq istəyinin "tələsi"dir: o, istədiyini (dolumu) aldıqda, artıq həzz almır və onu istəmir.

sxem 1.1
Həyat həzlərsiz mümkün olmadığından, biz daim yeni, daha intensiv həzzlər axtarmağa məcburuq. Beləliklə, nəsildən-nəslə inkişaf edirik, təməl istəklər olan qida, cinsi əlaqə, ailə, sığınacaqdan daha mürəkkəb istəklərə, yəni şərəf, şöhrət və biliyə doğru irəliləyirik. Hər mərhələdə yeni istəklər ortaya çıxır, amma onlar da bizi təmin etmir. İnsan nə qədər çox arzulayırsa, özünü bir o qədər boş hiss edir və bu boşluq onda daha böyük məyusluq yaradır.
Bu gün biz almaq istəklərının ən yüksək səviyyəsindəyik. Bu səbəbdən də indi, hər zamankından daha çox, özümüzü heç vaxt olmadığı qədər təmin olunmamış hiss edirik, baxmayaraq ki, əcdadlarımızdan qat-qat artıq şeyə sahibik. Bizim sahib olduqlarımızla, digər tərəfdən isə daim yaşadığımız çatışmazlıq hissi arasındakı ziddiyyət müasir böhranın əsasını təşkil edir. istəklərımız böyüdükcə, daxili boşluq daha da dərinləşir və nəticədə böhran getdikcə kəskinləşir.
İndi r. Kukun "həyatın mənasını dərk etmək istəyi Kabala elmini öyrənmək üçün şərtdir" fikrini niyə söylədiyini anlamaq olar. almaq istəyimiz dolduğu müddətdə bizi irəli aparır və həyatımıza mənalı bir dad qatırdı. Lakin bu günlərdə, on min illərlə inkişaf etdikdən sonra, istəyimiz ən son mərhələsinə çatıb və artıq özünü dolduracaq heç nə görmür, getdikcə daha çox insan öz-özünə həyatın mənası haqqında suallar verir. Bu sual bizim həyatımızın üzərinə qalxır – bu əslində yeni İstəyin başlanğıcıdır, yəni Ruhani və əbədi reallığı dərk etmək istəyidir. R. Kukun dediyi kimi, əgər bu İstək insanın qəlbində yaranırsa, o artıq Kabala elmini öyrənə bilər.
Bu yeni Ruhaniyyətı dərk etmək istəyi Kabalada "qəlbdəki nöqtə" adlanır. Kabala dilində qəlb insanın maddi istəklərını simvollaşdırır, nöqtə isə həyatın mənasını anlamaq istəyinə doğru hələ çox kiçik olan yeni bir istəkdir.
Özünüzü Yoxlayın:
- Sual: Kabala elmini kim öyrənə bilər?
- Cavab:Kabala elmini öyrənmək istəyən hər kəs, yəni həyatın mənasını dərk etmək İstəyində olan hər kəs.
Kabala elminin tarixindən.İlk kabalistlər.
İnsanın inkişafında İstəyin aparıcı rolu və bu gün Kabalanın açıqlanması məsələləri, Kabala elminin tarixini öyrənməklə daha yaxşı başa düşülə bilər. Bu dərs hissəsində biz bu mövzunu müzakirə edəcəyik.
Kabala elminin açıqlanması və gizlədilməsi prosesini hərəkətə gətirən və insanlığın inkişafına cavabdeh olan mexanizm – istəkdir. İnkişafın başlanğıc mərhələsində, İstək nisbətən az olduğu zaman Kabala elmi təbiətə yaxın kiçik bir insan qrupuna açıqlanırdı. İstək böyüdükcə və insan təbiətdən uzaqlaşdıqca, yeni dolumlar (sərvət, hakimiyyət, bilik) axtarmağa başlayanda Kabala elmi gizlənirdi. Günümüzdə, İstək dolduqda və həyatın mənası ilə bağlı suallar oyandıqda, Kabala yenidən açıqlanmışdır və artıq hər kəs üçün əlçatandır.
Biz bu tarixi icmalda tanış olacağımız kabalistlər, almaq istəyinin bir inkişaf mərhələsindən digərinə keçdiyi dövrlərdə Kabala elmini açıqladılar. Bu elm onlara, hər yeni İstəyin səviyyəsinə uyğun olaraq inkişaf etdirmək üçün açıqlanmışdır və onlar da məhz bunu edirdilər. Qeyd etmək vacibdir ki, Kabala elminin tarixində çoxlu digər kabalistlər də var ki, onlar bu tarixi icmala daxil edilməyib. Bu, onların əhəmiyyətini və böyüklüyünü kiçiltmək məqsədilə edilməyib. Çünki onlardan bəziləri bizim haqqında danışacağımız kabalistlərdən daha böyük dərəcələrə çatmışdır.
Kabala tarixində ilk kabalistin adı Adam Rişondur (ivritcə Birinci İnsan). Bu, cənnətdən qovulmuş məşhur Bibliya personajı deyil (bu haqda və Bibliyanın kabalistik izahı haqqında ikinci və üçüncü hissələrdə danışacağıq). Kabala elmini dərk etmiş Adam Rişon bizim kimi adi bir insan idi, təxminən 5774 il əvvəl doğulub. Bu da o deməkdir ki, o, fiziki baxımdan dünyada ilk insan olmayıb: ondan əvvəl də insanlar yaşayırdı. Onun adı Adam Rişon, yəni Kabala elmini ilk dəfə açıqlamış insan olduğu üçün verilib. Baal Sulam bu barədə belə yazır: "Adam Rişon, gördüyü və dərk etdiyi hər şeyi tam başa düşmək və tam istifadə etmək üçün kifayət qədər bilikləri qəbul edən ilk şəxs idi."
Kabala elmi Adam Rişona, almaq istəyinin öz inkişafının birinci səviyyəsində olduğu vaxtda açıqlanmışdır. O dövrlərdə insanlar təbiətə çox yaxın idi və bu yaxınlıq sayəsində onlara təbiətin ali məqsədi – Kabala elmi açıqlanmışdı. Digər kabalistlər kimi, elmin inkişafında mühüm mərhələ olan Adam Rişon da öz dərkini bir kitabda təsvir etmişdir. Bu kitab "Raziel Ha-Malax" (Gizli Mələk) adlanır.
Kabala elmi tarixində növbəti əhəmiyyətli mərhələ İbrahim peyğəmbər dövrü oldu. O dövrdə (təxminən 4000 il əvvəl) bəşəriyyət Qədim Babilistan ərazisində cəmləşmişdi. Məhz bu dövrdə almaq istəyi yeni bir inkişaf səviyyəsinə keçdi. Bu artmış İstək insanları təbiətdən uzaqlaşdırdı və onları bir-birindən ayırdı (Bu, Babil qülləsi haqqında hekayədə təsvir edilmişdir).
Bu yeni inkişaf mərhələsində insan artıq təbiətə yaxınlıqla Kabala elmini təbii şəkildə dərk edə bilməzdi. İstəyin böyüməsi Kabala elminin açıqlanması üçün bir sistemin qurulmasını tələb etdi. Bu metodikanın inkişafı ənənəvi olaraq İbrahimə aid edilir. Tədricən İbrahim ətrafına öz metodikası üzrə məşğul olan bir qrup şagird topladı və sonradan onlardan İsrail xalqı formalaşdı. İbrahim kainatın əsaslarını dərkini "Sefer Yetsira" (Yaradılış Kitabı) əsərində təsvir etmişdir. RAMBAM bu barədə belə yazır: "İbrahim 40 yaşında öz Yaradılışını dərk etdi... O, insanlara müraciət edir və onlara öyrədirdi ki, dünyada yalnız bir Yaradan var və yalnız Ona xidmət etmək lazımdır. İnsanlar suallar verirdilər, o isə hər kəsin anlayışına uyğun olaraq izah edirdi və tezliklə onun ardınca gedən minlərlə insan vardı ki, onlara 'İbrahimin evinin insanları' deyirdilər. O, bu böyük həqiqəti onların qəlbində əkməyi bacardı və bu barədə kitablar yazdı... Bu hərəkət Yaqubun nəslindən olanlar və onlara qoşulanlar arasında güvvələndi və nəticədə dünyada Yaradanı tanıyan bir xalq yarandı."
İbrahimin ardıcıllarından ibarət olan kabalistlər qrupu onun metodikasına uyğun olaraq bir neçə nəsil boyu məşğul oldu, nəhayət, almaq istəyi öz inkişafının növbəti səviyyəsinə çatdı və Kabala elminin daha yüksək səviyyədə açıqlanma vaxtı gəldi. Bu mərhələdə Kabala elmi Musa peyğəmbərə (rusca Moisey), təxminən 3000 il əvvəl yaşayan kabalistə açıqlanmışdır. Musa metodikası İbrahimin metodikasının davamı idi və "Tövrat" adlanır. Tövrat bu gün onu tarixi hekayələr və ya dinin əsasları toplusu kimi qəbul etdiyimiz kimi deyil. Tövrat – almaq istəyinin böyüməsinə uyğun olaraq Yaradanın, vermək və sevgi qanununun açıqlanmasının təsviridir.
Musa ilə birlikdə İsrail xalqı Misirdən çıxdı və Eretz İsrailə (ivritcə, İsrail Torpağı) çatdı. Birinci və İkinci məbəd dövrlərində burada yaşayan hər kəs Ruhani dərk səviyyəsində idi. Uşaqlar kabalist metodikaya uyğun olaraq tərbiyə edilirdi və onlar da Ruhani səviyyəyə çatırdılar.
Lakin yenə də təbiətin inkişaf qanununa uyğun olaraq, almaq istəyi yeni bir səviyyədə açıldı və Eretz İsraildə birliyi pozdu. Ruhani səviyyədən düşmək xalqı sürgünə gətirib çıxardı.
Özünüzü Yoxlayın:
- Sual: İbrahim və Musa Kabala elminin açıqlanması prosesinə nə əlavə etdilər?
Sürgündən günümüzə qədər Kabala elminin tarixi
Sürgün dövründə (eramızın II əsri) yaşamış və Kabala metodikasını yeni səviyyədə açılmış istəyə uyğunlaşdıran kabalist Ravvin Şimon bar Yoxay (Raşbi) idi. Ravvin Şimon özünün doqquz tələbəsi ilə birlikdə Kabalanın ən mühüm əsəri olan "Zoar Kitabı"nı yazdı.
Bu kitabın əhəmiyyəti birbaşa olaraq həmin dövrdə açılan almaq istəyi ilə bağlıdır. Bu, keyfiyyət baxımından tamamilə yeni bir istək idi – sürgün dövründən sonra və günümüzə qədər istəklərin inkişafının son mərhələləri açıqlanmağa başladı.
Bu səviyyədə olan istəklərə uyğun olaraq, çox böyük Ruhani qüvvə – Ravvin Şimonun və onun tələbələrinin güvvəsi Zoar Kitabında gizlənmişdir. Faktiki olaraq, Zoar Kitabının Ruhani qüvvəsi almaq istəyinin inkişafının son mərhələsinə uyğun gəlir, hansı ki, bu günlərdə açıqlanır. Buna görə də, Zoar Kitabı sürgün dövründə gizlədilmişdi və yalnız XX – XXI əsrlərin qovşağında açıqlanmağa başladı.
Kabala elmi tarixində növbəti mühüm mərhələ 1534–1572-ci illərdə yaşamış, Ari adı ilə tanınan İtsxak Luriya Aşkenaziyə aid edilir. Ari, Tsfat şəhərində cəmi iki il ərzində (1570–1572-ci illər) yaşadığı müddətdə, 38 yaşında vəfat edənə qədər Kabala elmində ən mühüm inqilabı həyata keçirdi. Onun sayəsində Kabala, yalnız seçilmişlər üçün olan qapalı bir elm olmaktan çıxaraq, hər kəs üçün nəzərdə tutulmuş bir metodikaya çevrildi.
Bu dəyişikliklərin səbəbi də təbii ki, almaq istəyi inkişafının son mərhələsinə çatmışdı. Bir çox kabalistlər yazır ki, Ari dövründən etibarən gizlilik dövrü sona çatdı və artıq yalnız Kabalanı öyrənmək mümkün deyil, həm də zəruridir. Ari özü heç bir şey yazmamışdır. Onun tələbəsi Xaym Vital onun dediklərini kağıza köçürmüşdür. Onların ən məşhur birgə əsəri "Ets Xayim" ("Həyat Ağacı") kitabıdır.
XX əsrin sonunda almaq istəyinin inkişaf proqramı sona çatdı. Buna görə də təəccüblü deyil ki, bu, bəşəriyyətin inkişaf tarixində ən çətin dövr idi. Kabala elmini yeni açıqlanan reallığa uyğunlaşdıran kabalistin adı Yehuda Aşlaq idi, o, Baal Sulam adı ilə tanınır. Baal Sulamın əsərləri bizim nəslimizdə Kabala elminin öyrənilməsi üçün ən uyğun əsərlərdir. Bizim kursumuzun tədris proqramının böyük bir hissəsi onun metodikasına əsaslanır.
Beləliklə, Kabala elminin gizliliyi və açıqlanması tarixi almaq istəyi ilə paralel inkişaf edir. Hər dəfə almaq istəyi inkişafın yeni mərhələsinə keçdikdə, bir kabalist meydana çıxır və almaq istəyinin (eqoizmin) inkişaf səviyyəsinə uyğun olaraq Kabala elmini izah edir. Bu, insanın Ruhani əlaqə səviyyəsində daha yüksək mərhələyə qalxmasına səbəb olur.

Sxem 1.2
Baal Sulamın iki əsas əsəri – onun çoxillik əməyinin nəticəsi və həyatının meyvəsidir: "Talmud Eser Sfirot" ("On Sfirotun Tədrisi") və "Zoar Kitabına "Sulam" Şərhi (Yüksəliş Pillələri)" – Zoar Kitabına indiyə qədər yazılmış ən tam və hərtərəfli şərhdir. Bundan əlavə, o, çoxsaylı məqalələr dərc etmiş və hətta Kabalistik qəzet də buraxmışdır.
Baal Sulamı digər kabalistlərdən fərqləndirən və xarakterizə edən cəhət – onun Kabala elminin bütün insanlar arasında yayılmasında göstərdiyi səylərdir. Bu iş asan olmamışdır. O, qarşısına çıxan bütün maneələri dəf etməli, illərlə Kabala elminin ətrafında formalaşan xurafatları və mifləri təkzib etməli idi. Ən vacibi isə: o, hər kəs üçün uyğun olan Ruhani dərketmə metodikasını hazırlamışdır.
Baal Sulam bütün güvvəsini bu işə həsr etdi və öz fədakarlığı sayəsində sələflərinin istəyini reallaşdıra bildi: Kabala, ona ehtiyacı olan hər kəs üçün heç bir ilkin şərt olmadan əlçatan oldu. Bu böyük insan, Aridən sonra növbəti Ruhani inqilabı həyata keçirdi və biz bu gün bu inqilabın bəhrələrindən faydalanırıq.
Onun sayəsində İbrahim dövründən başlayan dövr qapanmış oldu. Əvvəllər yeddi möhürlə gizlədilmiş kabalistik kitablar bu gün insanın yeganə açarı – istəyi sayəsində hamı üçün açıqdır.
Özünü yoxla:
• ARİ və Baal Sulam özlərindən əvvəlki kabalistlərdən nə ilə fərqlənirlər?
Dərsin yekunu. Qısa nəticələr
• Kabala elmini həyatın mənası barədə sual verən hər kəs öyrənə bilər.
• İstək– bəşəriyyətin inkişafını müəyyən edən və formalaşdıran qüvvədir.
• İstəklər inkişaf etdikcə boşluq səviyyəsi artır. Bu günlərdə almaq istəyi ən yüksək inkişaf mərhələsinə çatıb və buna görə də getdikcə daha çox insan özlərinə həyatın mənası haqqında sual verir və təbii olaraq kabala elminə yaxınlaşır.
• İstəyin inkişafı kabala elminin aşkara çıxması və gizlənməsi mərhələlərini müəyyən edib. Əvvəllər kabala insanın təbiətə yaxınlığından aşkar idi. İnsanın sonrakı inkişaf dövründə kabala gizlənmişdi, çünki ona ehtiyac yox idi. Bu gün almaq istəyi inkişafını tamamlayıb və kabala elmi yenidən üzə çıxıb.
Terminlər
Zövq istəyi ləğv edir – istəyin inkişafını yaradan mexanizm: hər dəfə istək dolduqca, zövq yox olur və istək dağılır.
Nəticədə yeni və daha güclü bir istək oyanır.
Qəlbdəki nöqtə – Ruhani reallığı aşkar etmək istəyi.
Кabalistlər
Ravvin Şimon Bar-Yoxay – kabalist, öz doqquz tələbəsi ilə birlikdə kabala elminin gizlədilməsindən az əvvəl Zoar Kitabını yazmışdır.
ARİ (İtsxak Luriya Aşkenazi) – kabalist, qəlbdə nöqtə oyanmış hər bir insan üçün kabala elmini öyrənmə metodunu uyğunlaşdırmışdır.
Xayim Vital – kabalist, ARİ-nin tələbəsi. Onun kitablarının əksəriyyəti ARİ-nin dedikləri əsasında yazılmışdır.
Sual-cavab
• Sual: Kabala elmini kim öyrənə bilər?
• Cavab: Həyatın mənasını anlamaq istəyi olan hər kəs.
• Sual: İbrahim və Musa kabala elminin açılması prosesinə nə əlavə etdilər?
• Cavab: Onların hər biri kabala elmini yeni inkişaf səviyyəsində ortaya çıxan İstəkya uyğunlaşdırdılar.
• Sual: ARİ və Baal Sulam özlərindən əvvəlki kabalistlərdən nə ilə fərqlənirlər?
• Cavab: ARİ və Baal Sulam almaq istəyinin inkişafının son mərhələsinə uyğun kabala elmini öyrənmə metodunu uyğunlaşdırıblar.
R. Kuk «Tövratın nuru», 9-cu bənd, 12: «Hər şeyin daxili mahiyyətini öyrənmək və Yaradanın həqiqətini dərk etmək üçün qarşısıalınmaz bir istək hiss edən kəs, belə ki “insan yalnız qəlbinin meyl etdiyi şeyi öyrənir” və təbiidir ki, onda buna xüsusi qabiliyyətlər var və Yaradanın adını dərk etməklə məşğul olmaq istəyi sübut edir ki, buna Uca Yaradanın iradəsi var».
2 Dünyanın yaradılışından bəri, bu sətirlərin 2013-cü ildə yazıldığı ana görə.
3 Baal HaSulam, «Kabala elmi və onun mahiyyəti» məqaləsi.
4 Musa ben Maymon, RAMBAM (Ravvin Musa ben Maymonun akronimi), rus ədəbiyyatında həmçinin Misirli Moisey (1135–1204) kimi tanınır – görkəmli yəhudi filosofu və ilahiyyatçı – talmudçu, ravvin, həkim və öz dövrünün çoxşaxəli alimidir, Tövrat qanunlarının kodifikatorudur. Həm öz nəslinin, həm də sonrakı əsrlərin dini yəhudiliyinin ruhani rəhbəri.
5 RAMBAM. «Mişne Tövrat» məqaləsi. Elmi traktat. Bütpərəstlik haqqında qanunlar, 11–16.