<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Baal Sulam

Məktub 39
17 iyun, 1927-ci il, London

Tanınmış salehə  – qoy onun şamı daim yansın

Sağlamlıq arzusu ilə

Sizə bildirirəm ki, mən yeni bir məktub aldım və bu məktub qəlbimi çox incitdi. Orada mənim müqəddəs dəftərimin yad əllərə verildiyi bildirilirdi ki, onlar onu istədikləri kimi məsxərəyə qoya bilsinlər. İndi sən məni və sirri qorumaqla bağlı ikiqat və üçqat xəbərdarlıqlarımı daha yaxşı başa düşərsən, və niyə indiyədək dəftərləri göndərmirdim – mən məhz bundan qorxurdum və bu səbəbdən əvvəlcə dəftərləri hörmətli rava... – günləri uzun olsun – və müqəddəs rava... – günləri uzun olsun – göndərmək istəyirdim.

Amma qorxduğum başıma gəldi və mənasız biliyə sahib olanların əlləri məni satdı, mənim-  kim olursa olsun,sirrimi heç bir insana açıqlamamağa dair ən ciddi xəbərdarlığımdan sonra – – “mənim əmr etmədiyim şeyi”etdilər . Onlar məni nəsil-nəsil insanların gözündə rüsvay etdilər. Onlar mənim Yaradana həzz vermək üçün etdiyim uca əməlimə mane oldular – bunu kim onlara bağışlaya bilər?! Göylərdə şahidim var ki, mən var gücümlə çalışıram ki, bu nəslə Yaradanın müqəddəsliyini gətirim.

Amma Sitra Axra həmişə özünə tərəfdarlar tapır ki, mənə maneçilik törətsin, yaxınlarıma həzz vermək üçün hara üz tuturam, yaxınlarıma həzz vermək üçün bu maneələr oradadır. Lakin “Bizimlə olanlar  onlarla olanlardan daha çoxdur” və Yaradan məni mükafatımdan məhrum etmir. Mən yavaş-yavaş yol açıram – bəzən az, bəzən çox – lakin daim mənfəətlə, Yuxarıdan kömək ilə, ta ki Yaradanın bütün düşmənlərini yerə yıxmağa nail olum – Onun böyük və dəhşətli adı ilə.

Sən isə axmaqların qorxusu ilə qorxma! Yalançılara gəldikdə isə – mənim çeçələ barmağım onların ombasından qalındır. Belə istədi Yaradan və məni belə yaratdı – kim Ona deyə bilər: “Sən nə edirsən və necə davranırsan?” Axı mənim Tövratımın haqqı onların atalarının haqqından böyükdür. Həmçinin, peyğəmbər Amosun zamanında da onun müasirləri onu alçaldırdılar və deyirdilər ki, Yaradan Şxinasını yerləşdirmək üçün heç kimi tapmayıb, gedib bu kəkələyə verdi – necə ki, Psiktada deyildiyi kimi.

Lakin yazılmışdır: “Haqqın dili əbədi yaşayacaq, yalanın dili isə bir anlıqdır”, çünki sonunda həqiqət tərəfdarları qalib gəlir. Amos əbədi olaraq yaşayır və salamatdır, bəs onun əleyhdarlarından kim eşitdi, kim onların aqibətini bilir?

Elə burada da böhtançılar yalnız özü kimilərinə zərər verə bilərlər və beləliklə “qəzəb günahkarların başına töküləcək”, lakin həqiqət yaşayır və çiçəklənir – o, hər cür yalandan zəifləməz, əksinə, ondan güc alar. Bu, əkin sahəsinə bənzəyir: ona atılan peyin və tullantılar sayəsində o daha da yaxşılaşır, və əgər Yaradanın iradəsi varsa, o sahə bərəkətlə dolub-daşar.

Mən hələ də hiss etmirəm ki, onlar mənə, təlimimi yaymaq işində, bir zərər vura bilərlər. Buna görə də bu zərərin qarşısını almaq üçün necə nur yerləşdirəcəyimi hesablaya bilmirəm. Amma heç bir şübhə yoxdur ki, əgər zərəri hiss etsəm, Tövratın hökmünə uyğun olaraq onlardan intiqam alacağam və kin saxlayacağam. Onlarla güc yarışına girəcəyəm və əlimdən nə gəlirsə, edəcəyəm. Çünki mən Qüdrətli Olandan qorxuram, və Ondan başqa heç bir qüvvə yoxdur – bunu demək belə dəhşətlidir – və anlayan üçün bu, kifayətdir.

Ümumilikdə isə öz xeyrin üçün bil ki, mən bu kitabı nə öz şöhrətim, nə də ehtiyacım üçün yazmışam, yalnız Yaradan naminə. Çünki mən Ari'nin əsərlərində böyük qarışıqlıq gördüm. Bunun səbəbi isə odur ki, Ari özü bu əsərləri öz müqəddəs xətti ilə yazmayıb və bu uca elmin dərinliyinə uyğun şəkildə düzənləməyib. Rav Xaim Vital bu sözləri eşidib yazanda hələ onların kökündən qavrayışı üçün zəruri olan kamillik pilləsində deyildi, çünki o zaman yaşca hələ cavan idi.

O, Ari'nin qarşısına çıxanda 30 yaşı vardı, necə ki “Həyat dövriyyələrinin Qapıları”nda (qapı 8, vərəq 49) yazılıb: “İndi, dünyanın yaradılışından sayılan 5331-ci ildə, 29 yaşımda” və s. – ora bax. Və həmin Pesaxda o, artıq Ari'yə xidmət edirdi. Həmin ilin av ayının yeni ayı ərəfəsində – “Matot Masey” adlı həftəlik başlığın şənbə gecəsi öncəsi, cümə günü – Ari xəstələndi. Bu tarixdən sonra, av ayının 5-də – çərşənbə axşamı günü – gələcək həyat üçün dünyadan köçdü. Deməli, sən görürsən ki, Ari bizdən ayrıldığında rav Xaim Vitalın cəmi 30 yaşı vardı. Ari isə – məlum olduğu kimi – 38 il yaşamışdı.

O həmçinin orada (“Həyat dövriyyələrinin Qapıları”, qapı 8, vərəq 71) yazır ki, r. Xaim Vital Ari'nin vəfatı zamanı orada olmayıb. Və budur, o nə yazıb – sözbəsöz: “Rav İtsxak a-Kohen mənə danışdı ki, müəllimim dünyadan köçərkən, mən (yəni r. Xaim) ondan çıxandan sonra, o (r. İtsxak a-Kohen) onun yanına girdi və onun qarşısında ağladı və dedi: ‘Görəsən, bu idimi bizim bütün ümid bəslədiyimiz nicat, həyatınızda yaxşılıq, Tövrat və böyük hikmət görmək istədiyimiz?’ Və o cavab verdi: ‘Əgər aranızda tam saleh olan heç olmasa bir nəfər tapsaydım, məni bu dünyadan vaxtımdan əvvəl çıxarmazdılar’.

Və bu sözləri deyərkən, o mənim (r. Xaim Vitalın) harada olduğumu soruşdu və dedi: ‘Hara getdi Xaim? Belə bir anda o məni tərk etdi?’ Və çox kədərləndi. Və o (r. İtsxak) onun sözlərindən başa düşdü ki, o (Ari) ona nəsə gizli bir şey ötürmək istəmişdi. O zaman r. İtsxak ona dedi: ‘Bəs biz indi nə edəcəyik?’ Və Ari cavab verdi: ‘Mənim adımdan dostlara de ki, bu gündən etibarən mənim onlara öyrətdiyim bu elmlə – ümumiyyətlə – məşğul olmasınlar, çünki onlar onu lazımınca anlamadılar. Yalnız bir nəfər – rav Xaim Vital – bu elmlə təkbaşına, gizli və səssiz şəkildə məşğul olsun’.

Və r. İtsxak soruşdu: ‘Bəs heç bir ümid yoxdurmu?’ Və o dedi: ‘Əgər layiq olsanız, mən sizin yanınıza gələcəyəm və sizə öyrədəcəyəm’. O dedi: ‘Axı necə gələcəksiniz və bizi öyrədəcəksiniz, əgər indi bu dünyanı tərk edirsinizsə?’ O isə dedi: ‘Sənin sirlərin necə baş verdiyi haqda anlayışın yoxdur – mənim gəlişim necə olacaq və s.’ Və dərhal dünyasını dəyişdi.”

Və mən burada rav Xaim Vitalın “Həyat dövriyyələrinin Qapıları” kitabından bu qədər geniş şəkildə sitat gətirdim ki, sən görəsən: Ari r. Xaim Vitala onun təlimini başqalarına öyrətməyi qadağan etmişdi. Bu isə ona görə idi ki, o zaman r. Xaim Vital Aridən eşitdiklərini tam şəkildə dərk etmirdi. Məhz bu səbəbdən o, müəllimindən eşitdiklərini qaydaya salmaq istəmədi və onları sistemləşdirənlər ondan sonra gələnlər – üçüncü nəsil – oldu: rav Yaakov Tsemax, rav Meir Poppers, rav Şmuel Vital.

Bu sistemləşdirənlərin heç birinin əlində Ari'nin bütün əsərləri tam şəkildə olmayıb, çünki r. Xaim Vitalın sağlığında bu əlyazmalardan altı yüz vərəq oğurlanmışdı. Rav Yaakov Tsemax həmin oğurlanmış vərəqlərdən “Həyat Ağacı” (‘Etz Hayim’) əsərinin böyük bir hissəsini və digər bəzi əsərləri tərtib etmişdi.

Qalan bir hissəni isə r. Xaim Vital vəsiyyət etdi və əmr verdi ki, onu özü ilə birlikdə məzara qoysunlar – və belə də etdilər. Üçüncü hissəni isə o, oğlu rav Şmuel Vitala miras qoydu və həmin vərəqlərdən səkkiz məşhur qapı tərtib olundu.Uzun illər keçdikdən sonra rav Yaakov Tsemax və bir çox müdriklər bir yerə toplaşaraq üçüncü hissəni məzardan çıxardılar. Onlardan birinci və ikinci redaksiya “Həyat Ağacı”, “Əbədi Yüksəliş” (‘Olat Tamid’) və digər əsərlər tərtib edildi.

Və diqqət yetir ki, hər dəfə sistemləşdiricilərin əlinə bu əlyazmaların ümumi sayının yalnız üçdə biri keçib, halbuki onlar birlikdə bir bütöv və tam quruluş təşkil edirlər. Kaş ki, bu qədər də onlara kifayət olaydı. Lakin onların əlində əlyazmaların yalnız kiçik bir hissəsi olduğu üçün, bu uca elmin dərinliyini dərk etmədilər və anlamadıqları məsələləri sistemləşdirərkən son dərəcə dolaşdırdılar.

Və bunu qəti bil ki, Ari'nin dövründən bu günədək, onun metodikasını kökünədək anlayan heç kim olmayıb. Çünki Ari qədər və ya ondan da ikiqat çox anlayış və müqəddəsliyə sahib olmaq, onun metodikasını anlamaqdan daha asan olardı –bu metodika onu ilk eşidib yazandan tutmuş, onu sonradan sistemləşdirənlərədək bir çox əllərdən keçmişdi:. Lakin onlar bu məsələləri onların yüksək kökündə doğru şəkildə qavramadıqları üçün, hər biri bu sistemi çevirdi və dolaşdırdı.

Və indi, Yuxarıdan gələn iradə ilə mən Ari'nin ruhunun ibur (bürünməsi) halına nail oldum – bu, mənim yaxşı əməllərimə görə deyil, yalnız Yuxarıdan gələn iradəyə görədir. Elə ki, mənim üçün belə anlaşılan deyil, necə oldu ki, bu heyrətamiz ruh üçün seçildim – onun ölümündən bu günədək heç bir insan bu nemətə nail olmamışdı. Və bu barədə daha geniş yazmaq mənlik deyil, çünki mənim adətimdə möcüzələr haqqında danışmaq yoxdur.

Lakin səni bu qüdrətli suların axınına görə sakitləşdirməyi  özümə borc bilirəm – yəni, öz ağalarına qarşı qalxan qulların “onun sularını palçıq və çirkabla qarışdırması” – onlar, heyvani ruhları ilə etdikləri bu əməldə mütləq çökəcəklər. Çünki onlar hələ bu heyvani ruhu ruhani ruhdan necə ayırmaq olduğunu anlamayıblar,. Bunu bil ki, bu cür qüvvələrdən qorxmaq lazım deyil– onlar yalnız müqəddəsliyi, dəhşətli olsa da, yuyub aparmaq üçün axan sulardır. “Və Yaradan bizi onların əllərindən xilas edir.”

Düşünürəm ki, sən mənə inanacaqsan, çünki mənim adətimdə heç vaxt nə yalan danışmaq, nə də şişirtmək , nə şöhrət dalınca qaçmaq, nə də axmaqlar arasında ad qazanmaq istəyi olub. Axı indiyə qədər mən dözdüm və onlarla mübarizə aparmaq istəyi belə hiss etmədim.

Və daha da böyük güc üçün, Sitra Axranın bu sürüləri səni çaşdırmasın deyə, mən sənə Ari'nin dilindən aldığımız dəqiq bir əlaməti açıqlayacağam. Bu əlamət bizə imkan verir ki, əsl salehin kim olduğunu, və kiminsə hələ əsl saleh olmadığını, lakin bu dərəcəyə layiq olduğunu bilək. Və belə birisinə də hörmətlə yanaşmaq lazımdır.

Axı sən düşünürsən ki, bizə Yaradana xidmət edənlə etməyən arasındakı fərqi bilmək üçün püşk atmaq lazımdır – çünki bu məsələdə nişanələr və möcüzələr həlledici deyil, necə ki, bu, xasidlər arasında məlumdur. Ona görə də bizə, guya ki, püşk lazımdır.

Lakin bil ki, bu sualı rav Xaim Vital Ari'ya verib, və bu məsələ Ari'nin əsərlərinə daxil olan səkkiz məşhur qapıdan yeddincisi olan “Müqəddəslik Ruhunun Qapıları” kitabında izah olunur, 1-ci səhifədə. Və budur, orada yazılıb – sözbəsöz:

“Və müəllimim mənə belə bir əlamət dedi: Əgər biz görsək ki,  insan hər sözündə həqiqəti deyir, yaxud bütün sözləri Səma uğrunadır, və o, sözlərindən bir hərfi belə dəyişmir (burada söhbət onun dostundan öyrəndiyi və saxlamalı olduğu bir hərfdən – anlayışdan gedir, necə ki, bu, gizli elmin bilicilərinə məlumdur), və əlavə olaraq Tövratın sirlərini və onun gizli məqamlarını izah etməyi bacarır – belə birinə biz, əlbəttə ki, inana bilərik.”

Və rav Xaim Vital bu əlamət haqqında sözünü belə tamamlayır – sözbəsöz: “Onun sözlərinə əsasən biz onun böyüklüyünü, dərəcəsinə isə – onun biliyinə uyğun olacaq bilib anlayarıq.”Və izah budur: yuxarıda deyildiyi kimi, əgər bir insan saleh və mömindirsə, Tövratla məşğuldursa və niyyətlə dua edirsə və s., ondan mələklər və müqəddəs ruhlar – “ruxim” yaranır, necə ki, deyilir: “Bir əmr yerinə yetirən özünə bir vəkil qazanar…” Və onun ağzından çıxan buxar əvvəlki saleh ruhların enməsi və bu insana Tövratı öyrətməsi üçün dayaq olur və s. – oraya bax.

Bundan başqa, orada deyilir ki, əgər əmr və əməl kamil deyilsə, onlardan tam olmayan mələklər və ruhlar yaranır, və onlar “magidim” – xəbərçilər adlanır və s. Buna görə də, o (rav Xaim Vital) yuxarıda adı çəkilən əlaməti verdi: əgər Tövrat və əməllər kamildirsə, o zaman insan tam dərkə nail olur və Tövratın bütün sirlərini izah etməyi bacarır. Əgər bu ona çatmırsa – yəni o, azacıq izah edə bilirsə – bu, şübhəsiz, onun əməllərinin naqis olduğunu göstərir. Ətraflı şəkildə bax orada.

Və indi, mənimlə mübahisə edə biləcək bütün adamlar – bu, yalnız onların mənim danışığımı belə başa düşməməsindən qaynaqlanır. Belə olan halda onları necə tam saleh adlandırmaq olar?! Bax, mən sənə aydın əlamət verdim.

Mən artıq sənə yazmışdım ki, mənim kitabım tövsiyəyə ehtiyac duymur, çünki mən Ari’nin sözlərinə bircə kəlmə belə əlavə etməmişəm. Və mən artıq hər bir müddəa üçün göstəricilər tərtib etmişəm ki, həmin müddəaların Ari’nin əsərlərində harada qeyd edildiyini göstərim. Belə olan halda – Ari bizim dövrümüzün adamlarının tövsiyəsinə ehtiyac duymur.

Mən bunu uzaqgörənliklə, Sitra Axranın mənə qarşı yönəlmiş yollarını qabaqcadan görərək etdim,, və öz işimi demək olar ki, hiss olunmaz etdim – hər iki şərhdəki əlavə də elə bu cür. Belə olan halda, onlar bu broşura qarşı duruş gətirə və mübarizəni necə davam etdirə bilərlər?

Əgər onların iddiası bu olacaqsa ki, mən Ari’nin əsərlərini onlardan daha çox öyrənmiş və başa düşmüşəm – bu, arqument deyil. Onlar öz vaxtlarını boş işlərə sərf etməməliydilər, əvəzində Ari’nin əsərlərini öyrənməliydilər. Amma onlar əllərini yanına salıb oturduqlarına görə, indi içlərini yeyəcəklər.

Mən sənə sağlamlıq arzulayıram, və … və … Ona de ki, onun bütün yolları bu hərəkətə bənzəyir – niyyəti yaxşıdır, amma əməli – pis. Və hər şey əməldən asılıdır. Amma mən onunla nə edim, axı “o mənim sümüyüm və ətim”dir. Hər bir halda, bu işin bütün gedişatını mənə ətraflı yaz – necə baş verdi, əvvəldən axıra və s. – və mən ona bu haqda cavab verəcəyəm.

Səndən çox xahiş edirəm ki, bu məktubum və aralarında baş verənlər barəsində fikrini mənə bildirəsən – geniş və ətraflı şəkildə. Çünki mənim üçün hər bir təfərrüatı bilmək vacibdir ki, qalxanı saxlaya bilim. Axı bu az məsələ deyil – bu, Yaradanın işidir.

Yequda