<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Məktub № 19
9 sentyabr 1926, Roş a-Şana, London

Əziz dostuma və şagirdimə, müəllimimizə və ravvinimizə ***, onun şamı işıqlı olsun, və bütün dostlarına , qoy Uca Yaradan daim yanlarında olsun.

Sizin bütün məktublarınızı aldım və qoy onlar Uca Yaradanın razılığına səbəb olsun. Lakin: «Atanın Rəbbini tanı və Ona xidmət et». «Tanı» – tanıma deməkdir, çünki biliksiz ruh yaxşı deyil. Bu o deməkdir ki, Ona xidmət etməyə həsrət çəkən və arzulayan kəsin ruhu var, lakin o öz Sahibini tanımırsa, bu yaxşı deyil.

Hərçənd insanın ruhu olsa da, o, özündən Onu tanımağa hazır deyil, «ta ki, yuxarıdan onun üzərinə ruh tökülənədək». Lakin insan qulaq asmalı və müdriklərin sözlərini dinləyib onları bütün qəlbi ilə qəbul etməlidir.

Ayədə yazılıb: «Yalnız xeyir və mərhəmət həyatımın bütün günlərində məni təqib edəcək». Baal Şem Tov «Yaradan sənin kölgəndir» ifadəsini belə izah edir: insanın hərəkətlərini izləyən kölgə kimi, onun meylləri insanın meyl etdiyi hər tərəfə əyildiyi kimi, insan da Yaradan qarşısında elədir. Bu o deməkdir ki, Yaradan sevgisi oyananda, insan görməlidir ki, Yaradan ona qarşı böyük həsrətlə oyanıb və s. Bu, ravvin Akivanın sözlərinin mənasıdır: «Xoşbəxtsən, İsrail — Kimin qarşısında təmizlənirsən və səni Kim təmizləyir».

Buna görə, insanın yaxınlaşmasının əvvəlində ona bir birini ardınca  ruh (mi- sitrade-ofanim)verilir. Bu o deməkdir ki, insanın Yaradana həsrət və arzu ilə tutunması üçün fürsət olanda, hər dəfə Yaradan ona qarşı oyanır. Şairin bizə dediyi də budur: «Yalnız xeyir və mərhəmət həyatımın bütün günlərində məni təqib edəcək». Padşah Davud bütün İsrailin ümumi ruhudur. Buna görə də o həmişə Onunla həqiqi dvekut [qovuşma] üçün həsrət çəkir, arzulayır və can atırdı.

Lakin insan öz ürəyində bilməlidir ki, Yaradan onu o, Yaradanı təqib etdiyi qədər təqib edir. İnsan bunu heç vaxt unutmamalıdır, hətta ən böyük həsrət vaxtında belə. Yaradanın onu, insanın özünün istədiyi qədər, ona qovuşmaq üçün darıxdığını və təqib etdiyini xatırlayanda, o zaman o həmişə güclənən həsrət və arzu ilə, bitməyən bir zivuqda [birləşmədə], ruhun tam kamilliyində irəliləyir, ta ki, məhəbbətdən tövbəyə layiq olana qədər, yəni Vavın Heyə qayıtması, Yaradanın Öz Şxinası (bütün ruhların cəmi) ilə birləşməsi.

Lakin öz Sahibini dərk etməyən və tanımayan bir ruh, həsrət müəyyən bir həddə artanda böyük bir enişdə olur, çünki ona elə gəlir ki, Yaradan onu sevmir. O rüsvayçılığa və biabırçılığa məriz qalır; o, nəinki öz həsrətini və arzusunu əbədi məhəbbətlə dolmaq üçün tamamlamır, hətta «Qəzəbli Bir Olanı bölür» halındadır, çünki o düşünür ki, yalnız o Yaradan üçün istəyir və həsrət çəkir və arzulayır. O, müdriklərimizin sözlərinə inanmır ki, eynilə o ölçüdə Yaradan da onu istəyir, həsrət çəkir və arzulayır.

Ürəyi müdriklərə inamla bərqərar olmayanlara fayda vermək üçün biz nə etməliyik? «Özümdən Rəbbi görəcəyəm», çünki mən sizə artıq bir neçə dəfə sübut etmişəm ki, bu dünyanın müxtəlif idarəolunmaları elə Otiotdur [hərflərdir] ki, insan onları ruhaniyyətdə öz həqiqi yerlərinə köçürməlidir, çünki ruhaniyyətdə hərflər yoxdur.

Lakin kelimin qırılması səbəbindən bütün bütün hərflər cismani davranışlara və insanlara atılmışdır. İnsan özünü islah edib öz kökünə çatanda, o, onları özü bir-bir toplamalı və kökə, müqəddəsliyə qaytarmalıdır. Bu, «özünü və bütün dünyanı ləyaqət tərəfinə mühakimə etmək» sözlərinin mənasıdır.İnsanın həsrət və arzu ilə dolub-daşdığı zaman oyatdığı Yaradanın və Onun Şxinasının birləşməsi məsələsi, cismani bədənin doğuluşunda tətbiq olunan aşağı zivuq kimidir. O da zəruri olaraq əvvəlki səbəbdən, yəni sərtləşmədən uzanır, bu isə cismani dildə «sərtlik» adlanan müəyyən bir həsrət və arzu ölçüsüdür. Sonra insanın toxumu da bərəkətlənir, çünki o, Nefeş [ruh], Şana [il], Olam [aləm]də ox kimi atılır. Bu, «Tövbə necə olur? Elə həmin yerdə, elə həmin zamanda və elə həmin qadınla» sözlərinin mənasıdır, çünki aşağı Hey (AVAYA adında) Nefeş, Şana, Olamdan ibarətdir.

Ruh (nefeş ) həsrətin və arzunun ölçüsüdür. İllər (Şana) dəyişən oyanışlardır, necə ki, tam qovuşma keçmiş şöhrəti bərpa etmək üçün tam ölçünü daşıyır (atara və yoşna), yəni cismani dünyada ayrılmadan əvvəl öz kökləri ilə dvekutda [qovuşmada] olduqları kimi. Lakin insan bu uca zivuq üçün, «tam yaxınlaşma» adlanan hal üçün bir anda hazır ola bilməz. Əksinə, «Yalnız xeyir və mərhəmət məni izləyəcək», və s.Buna görə də, qıcıqlandırma, hansı ki qovuşmanın başlanğıcıdır, «əzab çəkən saleh» mənasına gəlir. Yaradan onun dvekutunu [tutunmasını] istəmir, buna görə o, «eyni şey»ə və «eyni yer»ə ehtiyac duyan həsrət və arzuda məhəbbət dadmır. Beləliklə, insan kədər halında olur, bu isə Oneqə [ləzzətə (sözlər eyni hərflərlə tərsinə yazılır)] şirinləşdirilməyə təyin olunmuş Nega [bəlaya]dır.

Lakin «zaman ağlın etmədiyini edəcək». Yaradan bütün oyanışları sayır və onları tam ölçüyə toplayır, bu isə nəzərdə tutulan gün üçün sərtlik ölçüsüdür. Şairin «Oyan və hər bir şər törədənə səslən» deməsi də budur. Tkiya yaxınlaşmanın tamamlanmasıdır, necə ki: «yevimaya girişdə»deyilir, bu isə ruhun bu dünyanın təcəssümlərinə bürünməzdən əvvəl yuxarıdan aşağıya doğru Yaradanın və Onun Şxinasının [İlahiyyətinin] zivuqudur. Onda O, kamil zivuqu bir dəfədə yaratmaz, əksinə oyadılmalar meydana gətirir və bu, ofanimə (çarxlar) məxsus olan nefeş səviyyəsinin sirridir ki, onlar bütün gücləri ilə müqəddəs Şxinanın ardınca qorxu və vahimə içində qaçırlar, ta ki, bu oxun ətrafında fırlanmağa başlayana qədər – bütün günü və bütün gecəni, daima sükut etmədən. Kitabda ofanim sirri haqqında belə deyilir ki, insanın nəfsi nefeş səviyyələrində kamilləşdikcə, o həmişə yaxınlaşır, bu zaman onun həsrət və ağrısı artır, çünki ehtiraslı arzu ödənilmədiyi təqdirdə, arxasında bu istəyin miqyasında böyük bir ağrı buraxır.

Bu «səslən» sözünün mənasıdır. Şair bizi öyrədir və deyir: «Oyan», yəni Şxinada oyanmalar oyadırsan. «Səslən», çünki sən heç birinə bənzəməyən böyük bir bəla doğurursan, bu da «ah çəkdi və inlədi» mənasına gəlir, çünki «İnsan əzab çəkəndə Şxina nə deyir?» və s. Bunu niyə edirsən? «Hər bir şər törədəni məhv etmək» üçün. Bu, «Salehin salehliyi onun günah etdiyi gündə onu xilas etməyəcək» sözünün mənasıdır. Sirrləri bilən üçün, insanın qəlbində Onun yaxınlığına olan arzu məlumdur və bunun yenə də kəsilə biləcəyi də məlumdur. Buna görə O, oyandırmalarını artırır, yəni yaxınlaşmaların başlanğıclarını, çünki əgər insan Onun səsinə qulaq assa, «Yaradan sənin kölgəndir»də olduğu kimi, o, oyandırmaların artan bəlasına görə yıxılıb enmir, çünki o görür və eşidir ki, Şxina da artan həsrətə görə onun kimi əzab çəkir. Beləliklə, insanın həsrəti hər dəfə artır və güclənir, ta ki insanın qəlbindəki nöqtə möhkəm bir düyündə, dağılmayacaq tam iradə ilə tamamlanana qədər.

Ravvin Şimon Bar-Yoxay «İdra Zuta» (Zoarda) bu barədə dedi: «Mən sevdiyim üçünəm və Onun arzusu mənim üzərimdədir. Bu dünyaya bağlı olduğum bütün günlərdə Yaradanla bir düyünlə bağlı idim, və buna görə də indi, Onun arzusu mənim üzərimdədir, və s.» Yəni: «Ta ki, sirrləri bilən Şahidlik etsin ki, o, daha ağılsızlığa qayıtmayacaq». Buna görə də ona Heyin Vava qayıdışı əbədiyyət üçün verilir, yəni tam qovuşma və keçmiş şöhrətin bərpası, bu da «böyük Tkiya»nın mənasıdır. 

Bütün bunlar üfürmənin gücü və fəziləti ilədir, çünki onlar hər bir şər törədəni məhv etdilər və o daha ağılsızlığa qayıtmayacaq. Onda insan bitməyən bir zivuqda «bilik» adlanan tam şüura layiq olur  və o görür ki, ona gələn bütün o çoxsaylı çətinlik vaxtları yalnız «bilik» üçün idi. Bu, «eyni zamanda» sözünün mənasıdır, yəni «sirrləri bilənə məlumdur» ki, zamanla onda həmin qüvvəni yaratdı ki, o, əbədi öz salehliyində qalsın.

Və «elə həmin yerə», bu o deməkdir ki, «ataranın» «yoşna»ya daxil edilməsi, o, öz kiçilməsindən əvvəl necə idisə, siz məndən bir neçə dəfə eşitdiyiniz kimi, Yaradan İslahın Sonu zamanı heç nə yeni etmir, necə ki, düşüncəsizlər fikirləşir, əksinə «köhnə ehtiyatları dadacaqsınız», yəni ta ki o deyəcək: «istəyirəm mən!». Və anlayana bu kifayətdir.

Və “eyni qadına”, çünki “gözəllik aldadıcıdır və yaraşıq boşdur; Yaradan üçün qorxan qadın – o yüksəldiləcək”. Yəni, hazırlıq dövründə gözəllik və cazibə əsas kamillik kimi görünür və insan onların həsrətini çəkir və onlara can atır, amma islah dövründə, “yer üzü Yaradanın biliyi ilə dolduqda”, “əks dünyanı gördü”, – yalnız istəklər və qorxu insanın arzuladığı əsas kamillikdir və onlar hiss edirlər ki, hazırlıq dövründə özlərini aldatmışdılar- bunu anla. Və buna “saleh və ona yaxşıdır” deyilir, yəni qovuşmanın sonuna və “böyük şeypurun səslənməsinə” layiq görülən – tam, kamil saleh insan.

Bu məktubu bütün dostlara göstər və bununla siz salehlərin kitabına yazılmaq üçün mənim bərəkətimi alın.

Yequda Leyb

Qayğılar məni bürüyüb və sizə olan həsrətimi ölçə bilmirəm, amma tezliklə olacaq qurtuluşa güclü inamım var, siz də öz tərəfinizdən mənə məktub yazmağa mane olan hər şeyi mümkün qədər aradan qaldırın və istənilən halda həftədə bir böyük məktub yazın.Və mənə inanın, hələ də mənə yazırsınızsa, dərhal cavabınızı alacaqsınız. Və bizim dostumuzdan ***, qoy onun şamı işıq saçsın, heç nə almadım, ola bilər ki, “Ondan qorxanlara ehtiyac yoxdur”, bu barədə də mənə xəbər verin və mən ondan və ailəsindən necə olduqları barədə eşitmək üçün çox həsrətindəyəm. Və Yaradanın köməyi ilə biz hələ də böyük xeyir haqqında geniş söhbətə nail olarıq.

Yequda