Dərsin mövzuları:
- Adam Rişonun ruhu;
- Şxina nədir;
- İnsan fərdiyyəti və onun azad iradəsi.
Bütün ruh hissələrini birləşdirmək
"Ondan başqa heç kim yoxdur" qanunu insanın bütün ruhani işinin əsasıdır. Hər bir başlanğıc və son Yaradana münasibətimizin quruluşuna əsaslanır. Hər bir hərəkətin əvvəlində biz bütün işləri baş verənlərin yeganə mənbəyi ilə əlaqələndirməliyik. Və hər bir hərəkətin sonunda hər şeyi Yaradanla – yeganə, xeyirxah və xeyir verən qüvvə ilə əlaqələndirməliyik.
Sual yaranır: əgər "Ondan başqa heç kim yoxdur" qanunu ilə işləmək insanın Yaradana münasibətini belə qaydada qurmaqdan ibarətdirsə, bu, bizim yaxınlarımıza olan münasibətimizin islahı ilə necə əlaqəlidir? Axı biz öyrəndik ki, Yaradana olan münasibətimizi, yaxınlarımıza olan münasibətimizi islah etməklə qururuq.
Yaxınlara olan münasibətin islahı ilə Yaradana münasibətin quruluşu arasındakı əlaqəni başa düşmək üçün Adam Rişon ruhu adlanan ruhani quruluşu aşkara çıxarmaq lazımdır.
Kabala alimlərinin yazdıqlarına görə, bizim hamımız artıq vahid ruhani bədən kimi bir birimizlə əlaqədəyik, burada hər birimiz digərini tamamlayan hissələrik. Lakin bu birlik bizdən gizlədilib. Əksinə, bizə elə gəlir ki, bir birimizdən ayrılməşəq və hər birimiz öz uğurumuzu digərlərinin bədbəxtliyi üzərində qura bilərik. Bu isə bir illüziyadır. Yenə də bu illüziya o qədər qüvvətlidür ki, biz onu həqiqət kimi hiss edirik. Buna baxmayaraq, nəticədə anlayacağıq ki, bu bir yalandır və dünyamızdakı bütün əzabların səbəbidir.
Əslində isə nə artıq, nə də təsadüfi bir şey yoxdur. Bizim ayrı düşdüyümüz görünür, çünki yalnız bu ayrılıq halından və ona qarşı durmaq istəyindən çıxaraq aramızdakı əlaqəni aça bilərik. Biz öyrəndik ki, ayrılıq ruhani bir prosesin nəticəsidir, bu proses Adam Rişonun ruhunun parçalanması adlanır. Nə parçalandı? Bizim aramızdakı ruhani əlaqə. Bizi bir vahid ruh kimi birləşdirən əlaqə parçalanıb ki, biz onu şüurlu şəkildə bərpa edək və aramızdakı bu birliyi tam dərk etməyi istəyək.
Biz hamımız Adam Rişonun ruhunun parçalanmış hissələrini təmsil edirik. Bu parçalanmış hissələri birləşdirərək, aramızda sevgi və vermək münasibətlərini bərpa edirik və ruhani pillələrlə tamamilə islah edilmiş qarşılıqlı əlaqəyə doğru yüksəlirik (şəkil 3.5ə bax). Bu yolla biz Yaradanı – hamımızı birləşdirən vermək xüsusiyyətini aşkar edirik. Əslində, qeyd etdiyimiz kimi, bu prosesi əlaqənin yenilənməsi kimi təsvir etmək daha doğrudur, nəinki onun açıqlanması, çünki bu əlaqə artıq mövcuddur. Yeganə fərq ondadır ki, bu birlik vəziyyəti bizdən hələ ki gizlədilib. Adam Rişonun ruhunun parçalanması və bizim yaşadığımız ayrılıq, müvəqqəti və zəruri bir haldır ki, biz həmin ruhani səviyyəyə yenidən yüksələk, oradan düşdüyümüz yerə qayıdaq.
Sxem 3.5

Siz yəqin ki, belə bir sual vermək istəyirsiniz: ruhani bağlılığı itirib sonra ona yenidən qayıtmaq nə üçündür?
Bir birimizlə əlaqəni bərpa etmək bizə yalnızca onun içində olmaqla kifayətlənməyəcək, həm də bu əlaqənin nə olduğunu tam şəkildə başa düşməyimizə, onun mövcudluq səbəbini dərk etməyimizə və həmçinin, onu Yaradan özü kimi öz səylərimizlə yaratmağımıza imkan verəcək. Öz aramızda olan əlaqə vasitəsilə biz bu əlaqənin arxasındakı ideyanı dərk edirik, yəni Yaradılışın Məqsədini – məxluqu zövqləndirmək. Bu yolla biz tam islahata çatırıq.
Bunu nəyə bənzətmək olar? Valideynlər öz uşağına pazl alır. Uşaq ayrı ayrı hissələrdən şəkli topladıqda, o yalnız gözəl bir görüntü əldə etmir. Onun qurulması prosesində uşaq öz zehnini inkişaf etdirir və qüvvələndirir, yeni bacarıqlar və qabiliyyətlər qazanır, çətinlikləri dəf etməyi öyrənir.
Bu, demək olar ki, bizim sizə “Adam Rişon ruhu” adlanan ruhani quruluş haqqında demək istədiyimiz hər şeydir. Bunun “Ondan başqa heç kim yoxdur” qanunu ilə nə əlaqəsi var? Bu barədə dərsin növbəti hissəsində danışacağıq.
Özünü yoxla:
- Nə üçün Adam Rişon ruhunun bütün parçalanmış hissələrini birləşdirmək bu qədər vacibdir?
Vahid nur, vahid yaradılış, vahid qab
İnsan öz ruhani yolunda məqsədindən onu sanki uzaqlaşdıran maneələrlə qarşılaşır. Lakin o bilməlidir ki, heç nə boş yerə baş vermir. Bütün reallıq hadisələri, xüsusən də insanı guya yoldan çıxaranlar, ona ruhaniyyətə olan istəyini qüvvələndirmək və onda ruhani alətləri yaratmaq üçün göndərilib. İnsan anlamalıdır ki, bütün maneələr tək bir mənbədən – xeyirxah və xeyir verən Yaradandan gəlir və onların məqsədi onu dərk etmə yolunda irəli aparmaqdır. Necə ki, yazılıb: “Ondan başqa heç kim yoxdur.”
Bu ruhani yolda qarşıya çıxan bütün bu xəyali maneələr hər bir insan üçün dəqiq ölçülmüşdür və onun ruhunun kökünə, həmçinin yaradılış niyyətini həyata keçirməkdə öz şəxsi yoluna uyğundur. Heç birimiz niyə məhz bu maneəni aldığımızı anlaya bilmirik. Səbəbləri axtarmağa ehtiyac yoxdur, çünki onları başa düşmək imkanımız yoxdur. Bizim bütün işimiz bu maneələrin üzərinə qalxmaq və yaxşı ilə pisi vahid Yaradanla bağlamaqdan ibarətdir, o Yaradan ki, başımıza gələn hər şeyi bizə göndərir. Bu, “Ondan başqa heç kim yoxdur” qanunu ilə işləməkdir.
“Ondan başqa heç kim yoxdur” işində biz köhnə dəyər sistemini “acı – şirin” yeni dəyər sistemi ilə dəyişirik: “doğru – yalan”. Bu nə deməkdir? “Acı – şirin” dəyər sisteminə görə, biz hər bir şeyi almaq istəyinə nisbətən qiymətləndiririk: əgər bu şey almaq istəyinə xoşdursa, yəni onun üçün şirindirsə, biz onu yaxşı hesab edirik. Amma əgər bu şey almaq istəyini narahat edirsə (acıdırsa), biz onu pis hesab edirik. “Doğru – yalan” dəyər sistemi bizi almaq istəyinin üzərindən qaldırır. Biz hər şeyi ruhani məqsədə nisbətən ölçürük: bu, bizi Yaradanla birliyə yaxınlaşdırırmı, yoxsa yox? Əgər “bəli”dirsə, bu, doğrudur, yaxşıdır, amma əgər “xeyr”dirsə, bu, yalandır, yəni pisdir.
Reallıqda baş verən hər şeyi vahid qüvvə ilə bağlayaraq, biz tədricən almaq istəyinin üzərindən qalxırıq. Biz almaq istəyini və onun içindəki hissləri ləğv etmirik, biz ondan yuxarı qalxırıq. Və onu necə idarə etməyi anlamağa başlayırıq.
Var qüvvəmizlə,bütün hisslərimizdə, həm yaxşı, həm də pis olanlarda “Ondan başqa heç kim yoxdur” prinsipinə “bağlanmağa” çalışırıq. Biz daim Yaradanla əlaqəyə köklənirik, hətta bizi çaşqınlıq və zəiflik basanda da. Həm pis olan (bizim islah olunmayan istəyimizdə acı olan) üçün, eləcə də yaxşı olan (Yaradanla əlaqənin yetərincə düzəldilmədiyi barədə həqiqət) biz təşəkkür edirik. “Ondan başqa heç kim yoxdur” fikrini daim düşünərək, özümüzü almaq istəyinin idarəsindən çıxarır və tədricən onun üzərindən ruhani dünyaya daxil olmağa yüksəlirik.
Almaq istəyinin üzərindən qalxmaq yalnız ruhani dünyaya daxil olmaq üçün bir şərtdir. İndi biz almaq istəyini idarə etmə imkanını əldə etdikdə, biz həqiqi ruhani işə başlaya bilərik: özümüzdən kənarda olan istəklərı öz istəklərımız kimi özümüzə birləşdirmək və onlarla işləmək.Başqa sözlə, öz almaq istəyimizi ram etdikdən sonra, biz vermək istəyini inkişaf etdirməliyik, yaxınlarımıza nə qədər verdiyimizi yoxlamalıyıq, onun qabı (kli) ilə işləməyi öyrənməliyik, öz içimizdə onun obrazını yaratmalı, onun bizdən zövq alıb almadığını hiss etməliyik. Yalnız bu cür işlə biz “Ondan başqa heç kim yoxdur” vəziyyətini tam şəkildə dərk edə bilərik. Almaq istəyinin üzərindən qalxdığımız zaman Yaradanın özümüzə birləşdirməyə başlamalı olduğumuz təzahürləri, artıq danışdığımız Adam Rişon ruhunun bütün hissələridir. Çünki Kabala elminə görə, Yaradan – özümüzdə, islah olunan istəklərimizdə dərk etdiyimiz vermək və sevgi xüsusiyyətidir. Bizim islah olunmuş istəklərimiz isə bir araya toplanaraq “Adam Rişon ruhu” adlı ruhani quruluşu yaradır. Biz Yaradan haqqında danışa bilmirik. Kabala elmini öyrənərək, biz Yaradanı dərk etməyin metodikasını mənimsəyirik. Biz Onu yalnız bütün istəklərı vermək və sevgi əsasında birləşdirdikdə dərk edə bilərik, bu yolla Yaradanın nurunu alırıq.
Yaradanla əlaqəmiz, Adam Rişon ruhunun hissələrinə olan münasibətimizin islahı əsasında qurulmuşdur. Yalnız vermək xüsusiyyəti və sevgi bağları ilə bütün parçalanmış ruh hissələrini bir araya gətirən vahid bir qablarda biz Yaradanı, yəni vermək xüsusiyyətini hiss edə bilərik. Biz Yaradanla birbaşa əlaqə qura bilmirik, bu yalnız özümüzün yaxınlara olan münasibətimizi islah etməklə mümkündür. Yaxınlara olan münasibətimizin islahı dərəcəsində biz Yaradanı açırıq.
"Ondan başqa heç kim yoxdur" məqaləsi insanın bütün daxili işinin əsasını təşkil edir.” Baal Sulam yazır ki, insan "Ondan başqa heç kim yoxdur" qanununa riayət etməkdə nail olduğu qələbə və məğlubiyyətləri öz adına çıxmamalıdır, onları Adam Rişonun ruhu ilə əlaqələndirməlidir. Əgər insan Yaradanla əlaqədən uzaqlaşırsa, Adam Rişon ruhuna əzab verdiyi üçün təəssüf etməlidir. Əgər insan Yaradanla əlaqəyə yaxınlaşırsa, Adam Rişon ruhunun həyat enerjisini qüvvələndirdiyi üçün sevinməlidir.
Adam Rişon ruhu həm də "Şxina" adlanır – Yaradanı aşkar etmək istəyən bütün ruhların toplusu.Yaradan onun bütün hissələrinin birləşməsində aşkar olur. Necə deyilib, bizim "Ondan başqa heç kim yoxdur" üzərindəki işimiz Şxinanın ayrılmaz hissəsidir. "Ondan başqa heç kim yoxdur" məqaləsində Baal HaSulam yazır: "Və Yaradanın onu Özünə yaxınlaşdırmaması üçün təəssüflənəndə, insan özünə görə Yaradanla uzaqlaşmasından narahat olmaqdan çəkinməlidir. Çünki o zaman o, öz mənfəəti haqqında düşünər – və öz mənfəətini düşünən Yaradandan ayrıdır. Halbuki, insan Şxinanın sürgünündə olduğu üçün təəssüflənməlidir, yəni onun Şxinaya əzab verdiyinə görə kədərlənməlidir.”
Yekunlaşdıraq. "Ondan başqa heç kim yoxdur" qanunu ilə işimiz, həyatımızdakı bütün hadisələri, bütün yaradılışı idarə edən vahid qüvvə ilə əlaqələndirməkdən ibarətdir. Beləliklə, biz almaq istəyinin üzərinə qalxırıq və Adam Rişonun ruhunun hissələri, müqəddəs Şxina adlanan, bizdən kənar istəklərlə işləməyə başlayırıq. Yaradanla əlaqəni bərpa etmək yolundakı bütün qələbə və uğursuzluqları özümüzlə deyil, yalnız ruhani bədənlə əlaqələndirməliyik. Bu bədən bizim səylərimizdən asılı olaraq ya ölür, ya da canlanır.
Bizim dövrümüzdə, ruhani yolun başlanğıcında olduğumuz zaman, "Ondan başqa heç kim yoxdur" üzərində işimiz, reallıqda baş verən hər şeyi vahid qüvvə ilə əlaqələndirmək üçün maksimum səylər göstərməkdən ibarətdir. Həmçinin bu işi hələ bizdən gizli olan, lakin islah olunmuş halımızla birləşdirməliyik ki, burada biz bir birimizlə bəxş etmək və sevgi bağları ilə birləşirik.
SXEM 3.6

Həyatda baş verən hər şeyi vahid mənbəyə bağlamaq, mahiyyət etibarilə, Adam Rişon ruhunun qırılmış hissələrinin vahid ümumi istəkdə birləşməsi deməkdir. Yaradanı – vahid yaradıcı və bütün hissələri bir bədən kimi qarşılıqlı əlaqədə olanı yalnız bütün ruhların birləşdiyi vahid "kli"də (qabda) aşkar etmək olar. Ruhani yolun hər anında və hər pilləsində biz üç ayrılmaz hissəni bir yerdə saxlamağa çalışmalıyıq: Yaradanı axtaran özümüzü, Yaradanın aşkar olduğu vahid qabı və Yaradanın özünü.
Özünü yoxla:
- "Ondan başqa heç kim yoxdur" qanunu ilə işdə nəyə görə təəssüflənmək və nəyə görə sevinmək lazımdır?
Yeqanə və təkrarolunmaz
Beş meymunun bir qəfəsdə olduğunu təsəvvür edin. Tavanın üstündən banan dəstəsi asılıb, onun altında isə bir nərdivan var. Meymunlardan biri nərdivana tullanır və bananlara əl uzadır. Bu zaman, qəfəsdəki digər meymunlar soyuq su ilə islanır. Islanmış meymunlar narahat olurlar, amma bir müddət sonra sakitləşirlər.
Bir neçə dəqiqə keçir və başqa bir meymun bananı götürmək üçün nərdivana qalxır. Yenə də soyuq su axını digər meymunları isladır; onlar narahat olurlar və bir müddət sonra yenidən sakitləşirlər. Beləcə, təkrar təkrar, meymunlardan biri nərdivana qalxır, digər meymunlar isə soyuq duşun təsirindən çaşırlar – və hər şey yenidən təkrarlanır. Bir müddət sonra meymunlar nərdivana çıxmaq istəyən hər hansı bir meymunu dayandırmağı öyrəndilər. Onlar soyuq duşdan şübhəli zövq almağa hazır deyillər.
Bütün meymunlar nərdivana çıxmamağı "öyrəndikdən" sonra, onlardan birini yeni bir meymunla əvəz edirlər, o, əvvəl bu qəfəsdə olmayıb. Yeni meymun nərdivana qalxıb bananları götürməyə çalışır, amma təəccübünə səbəb olaraq, digər meymunlar ona mane olurlar. Bir neçə cəhddən sonra yeni meymun da başa düşür ki, bu qəfəsdə nərdivana çıxmaq olmaz. Daha bir meymunu dəyişirlər. Bu yeni meymun nərdivana tullanmağa çalışır, amma qəfəsin digər sakinləri onu da dayandırırlar. Ondan əvvəl qəfəsə yerləşdirilən meymun da sevinclə hamıya qoşulur. Ancaq digər meymunlardan fərqli olaraq, o bunu başqalarına baxaraq edir, səbəbini bilmədən: axı onu soyuq su ilə islatmayıblar.
Beləliklə, bir bir bütün meymunlar qəfəsdə əvəz edilir. İndi qəfəsdə heç vaxt nərdivana qalxmağa cəhd etməmiş və buna çalışmayan beş meymun var. Niyə? Çünki onlar bilirlər ki, bu qəfəsdə belə davranırlar.
Bu təcrübə (qismən, bu arada, elmi araşdırmaya əsaslanır), dərsin son hissəsinə başlamaq üçün istifadə etdiyimiz, sürü instinkti adlanan psixoloji fenomeni aydın şəkildə göstərir. Ancaq heç birimiz sürünün bir hissəsi olmaq, fərdiliyimizi itirmək və sadəcə ətrafın davranışına görə düşünmədən hərəkət etmək istəmirik. Hər birimiz özümüzü xüsusi hiss etmək istəyirik və unikallığımızı qoruyub saxlamaq bizim üçün çox vacibdir.
Fərdiliyimizi qorumaq ehtiyacı kabala elmi ilə qarşılaşdığımız zaman təsdiqini tapır. Biz dərs almağa böyük həzz almaq istəyimizlə gəlirik; buna uyğun olaraq, fərdiliyimizi qorumaq ehtiyacımız da yüksəkdir. İnsan kabala elminə "Mən kiməm?" sualı ilə müraciət edir. Bu haqda dərsin son hissəsində danışacağıq.
Bütün kurs ərzində biz öyrəndik ki, biz Yaradanı almaq istəyindən yuxarı qalxaraq və başqalarının istəklərı ilə elə birləşərək dərk edirik ki, sanki onlar həqiqətən də bizimdir. Yaradan – vermək xüsusiyyətidir. O, bizə xüsusiyyətlərin oxşarlığı vasitəsilə, sevgi və vermək əlaqəsi ilə, Adam Rişon ruhunun digər hissələrinə verdikdə aşkar olur.
Ancaq digərləri ilə əlaqə ruhani dərk etmə üçün şərt olaraq insan qarşısında mürəkkəb bir məsələ qoyur. Bir tərəfdən, birlik zəruri bir şərtdir, amma digər tərəfdən, digərləri ilə əlaqənin onun fərdiliyini siləcəyindən və onun kiçik bir hissəsinin ümumi ruhani qabı təşkil edən çoxsaylı hissələr arasında yox olacağından qorxu yaranır. Onun fərdiliyini qorumaq istəyi, hamı ilə birləşmə zərurəti və müstəqil qalmaq ehtiyacı arasında yaranan həllolunmaz bir ziddiyyətlə daha da qüvvətlənir.
Amma qorxmağa heç bir əsas yoxdur. Əslində, hər şey tam əksinədir. Daha əvvəl qeyd etdiyimiz kimi, kabala elmi "Mən kiməm?" sualına cavab verir. Məhz digərləri ilə birləşərək insan özünü tapır və öz fərdiliyini ifadə edir.
Nə haqqında danışdığımızı anlamaq üçün azad iradə ilə bağlı dərs materiallarına müraciət edəcəyik. Bizim dünyamızda insanın azad iradəsi yoxdur. Artıq atom molekulyar səviyyədə o, "minimum səylə maksimum zövq" formulasına əsaslanaraq həzz almaq istəyi ilə idarə olunur ki, bu da tamamilə təbii və "effektivlik" sözü ilə adlandırılır.
Onun inkişafı valideynlərdən aldığı genetik məlumatlara və seçmədiyi ətraf mühitin təsirinə əsasən baş verir. Beləliklə, bizim dünyamızda öz müsbət fəaliyyətlərimizə aid edə biləcəyimiz bircə hərəkət belə yoxdur. Öz fərdiliyimizi ifadə edə biləcəyimiz heç bir fəaliyyət yoxdur.
Bəs insanın azad iradəsi haradadır? İstək, almağın dar hesabından yuxarı qalxmaqda və Adam Rişon ruhuna birləşməkdədir. Məhz başqaları ilə birləşmə, birlik nöqtəsi hər kəsin öz fərdiliyini ifadə edə biləcəyi yerdir. Hər birimiz Adam Rişon ruhunun xüsusi bir hissəsiyik. Bütün kainatda ikinci belə bir şey yoxdur. Nə də olacaq. Adam Rişon ruhu ilə birləşdiyi zaman insan mükəmməl ümumi mənzərəyə yalnız ona aid olan xüsusi bir ton əlavə edir. Onun digər Adam Rişon ruhunun hissələri ilə birləşmə nöqtəsi onun azad iradə nöqtəsidir. Bu, onu digərlərindən fərqləndirir və onun digərləri arasında və hamı üçün əlavə olunmasını göstərir.
R. Kuk gündəliyində Adam Rişon ruhunun digər hissələri ilə əlaqə vasitəsilə açılan həqiqi həyatı hiss etməsi haqqında yazmışdır: "Məni dinləyin, xalqımın övladları. Bütün qəlbimlə, ruhumun dərinliklərindən sizə deyirəm: bütün həyatım sizin içinizdədir... Yalnız siz, hamınız, bütün ruhlarınız, bütün nəsillər mənim həyatımın mənasını təşkil edirsiniz. Sizin sayənizdə yaşayıram, yalnız sizin cəmiyyətinizdə varlığım mənalıdır və həyat adlanır. Siz olmadan, heç bir şeyim yoxdur. Bütün ümidlərim, bütün istəklərım, həyatın bütün dəyəri – bunların hamısını yalnız sizinlə yaxınlaşmağımla tapıram, bütün ruhlarınızla əlaqəyə ehtiyacım var, sizə sonsuz sevgi ilə sevgi bəsləmək borcum var."
Bütün tərkib hissələrinin əbədi və müstəqil olan vahid sevgidə birləşməsi zamanı, hər kəs ruhani istəyə özünəməxsus çalar qatanda, Yaradan bütün əzəməti və dərinliyi ilə bizə açılır. Ondan başqa heç kim yoxdur.
Özünü yoxla:
- İnsan şəxsiyyəti ilə Adam Rişonun parçalanmış ruh hissələrinin birləşməsi arasında əlaqə hansı nöqtədə yerləşir?
Dərsin yekunu. Qısa nəticələr:
- Yaradılışın məqsədini həyata keçirmək və Yaradan səviyyəsinə yüksəlmək üçün Adam Rişonun ruhu çoxsaylı parçalanmış hissələrə bölündü. Bütün bu hissələri birləşdirərək, biz Yaradanın hərəkətini təkrarlayır və Onun düşüncəsinə yaxınlaşır, yaradılışın məqsədini anlayırıq.
- Bizim Yaradanla əlaqəmiz Adam Rişon ruhunun hissələrinə münasibətimizi islah cdən ibarətdir. Yalnız sevgi və fədakarlıq əlaqələri ilə bütün parçalanmış ruh hissələrini birləşdirən vahid qabda (kli) biz Yaradanı – vericilik xüsusiyyətini – hiss edə bilərik. Biz Yaradanla birbaşa əlaqə qura bilmirik, yalnız yaxınlarımıza olan münasibətimizi islah etməklə bunu edə bilərik. Yaxınlarımıza olan münasibətimizi düzəltdikcə, biz Yaradanı dərk edirik.
- Məhz Adam Rişonun ruhu ilə birləşərək biz öz fərdiliyimizi və müstəqilliyimizi ifadə edirik. İnsanın "Mən" hesab olunan nöqtəsi Adam Rişon ruhunun qalan hissələri ilə birləşmə nöqtəsidir. Bu birləşmədən başqa insanın bütün əməlləri əvvəlcədən təyin olunmuşdur və onlarda seçim azadlığı və yaradılış tərəfindən müstəqil hərəkət yoxdur.
Terminlər
Şoxen – Yaradan. Adam Rişonun əvvəllər parçalanmış ruh hissələrinin birləşməsində özünü göstərən vericilik qüvvəsi.
Şxina – Yaradanın (Şoxen) təzahür etdiyi ruhani qab. Bu, Adam Rişonun parçalanmış ruh hissələrinin birliyidir.
Suallara cavablar
• Sual: Niyə Adam Rişon ruhunun bütün parçalanmış hissələrini birləşdirmək bu qədər vacibdir?
• Cavab: Adam Rişonun parçalanmış ruh hissələrinin birləşdirilməsi bizə yalnız vericilik və bir birimizlə bağ xüsusiyyətində olmaq imkanı vermir, həm də bu birliyi öz qüvvəmizlə yaratmağı öyrədir. Yaradılışın məqsədi Yaradanın səviyyəsinə qalxmaqdır. Yalnız Adam Rişonun parçalanmış ruh hissələrinin birləşməsi bizə Yaradanın düşüncəsini bəxş edir və bizi yaradılışın planı səviyyəsinə yüksəldir.
• Sual: "Ondan başqa heç kim yoxdur" qanunu ilə işləyərkən nə üçün peşman olmaq və nə üçün sevinmək lazımdır?
• Cavab: Bütün baş verənləri vahid mənbə ilə əlaqələndirmək yalnız Adam Rişon ruhunun bütün hissələrini vahid ruhani qabda birləşdirməklə mümkündür. Buna görə də, "Ondan başqa heç kim yoxdur" qanunu ilə işləməkdə uğursuzluqlara görə peşman olmaq lazımdır, çünki bu uğursuzluqlar müqəddəs Şxina və ya Adam Rişon ruhu adlanan vahid ruhani qabda birləşməni gecikdirir. Uğurlara görə isə sevinmək lazımdır, çünki bu, birliyi yaxınlaşdırır.
• Sual: İnsan fərdiyyəti ilə Adam Rişon ruhunun parçalanmış hissələrinin birləşməsi arasında əlaqə hansı nöqtədədir?
• Cavab: Hər bir insanın fərdiyyəti onun Adam Rişonun qalan parçalanmış ruh hissələri ilə birləşməsində təzahür edir. Bu birliyin içində insan yalnız ona məxsus olan və yalnız onun əlavə edə biləcəyi xüsusi bir çalarla mükəmməl ümumi mənzərəyə öz töhfəsini verir.
Məntiqi ardıcıllıq. Kursun öyrənilmə sırası
• Biz öyrəndik ki, kabala elmi Yaradanı bu dünyada yaradılışlara aşkar etmək üçün metodikadır.
• Yaradanı aşkar etmək üçün niyyətimizi almaqdan verməyə dəyişməliyik.
• kabalistik kitablarda "mənbəyə qaytaran nur" adlanan xüsusi ruhani qüvvə gizlənir, bu qüvvə niyyəti almaqdan verməyə dəyişdirə bilər.
• Yalnız yaxınlarımıza münasibətimizi aydınlaşdıraraq mənbəyə qaytaran nura səmimi bir müraciət edə bilərik.
• Yaxınlarımıza olan münasibətimizi dəqiq öyrənmək üçün düzgün ruhani inkişaf mühiti seçməliyik.
• "qəlbdəki nöqtələr" Adam Rişonun ruhunun parçalanmış hissələridir. Qəlbdəki digər nöqtələrlə birlikdə biz ruhani mühit qurur, parçalanmış hissələrin islahı və birləşməsi üçün dua edirik. Beləliklə, mənbəyə qaytaran nuru cəlb edirik.
• Mənbəyə qaytaran nura səmimi dua üçün əsas "Ondan başqa heç kim yoxdur" qanunudur, yəni baş verən hər şeyi vahid Yaradanla – bütün səbəblərin mənbəyi ilə əlaqələndirmək lazımdır.
• Növbəti hissədə biz özümüzdə necə səmimi bir dua yaratmaq barədə daha ətraflı danışacağıq.
Vtorozakonye (Dvärim), 4:35.
2 Stefenson, G. R. (1967). Fesus meymunları arasında müəyyən öyrənilmiş reaksiya modellərinin mədəni əldə edilməsi.
3 R. Kuk. «8 cildlik toplu», dəftər 1, bənd 163.