Hər şeydə nuru və kli-ni ayırd etmək lazımdır
Rabaş, Məqalə 25.
Hər şeydə nuru və kli-ni ayırd etmək lazımdır. Başqa sözlə, verəni, yəni Yaradanı və alanı, yəni məxluqu.
Və çünki kli-siz nur yoxdur, bu da o deməkdir ki: “Əgər onu dərk edən yoxdursa, onda kim onun haqqında danışa bilər?” – buna görə yalnız kli-yə bürünmüş nurdan danışmaq olar, yəni Verənin bədənə verdiyi yaxşılıqdan, yəni bədənə ötürülən xeyirdən yaranan ruh yüksəkliyi ölçüsündə.
Və inanmaq lazımdır ki, insanın bədəninə daxil olan hər şey, həm maddi, həm də ruhani olanlar, hamısı Ondan gəlir. Çünki məlumdur ki, dünyada Ona qarşı çıxan başqa bir qüvvə yoxdur.
Buna görə də, insan Yaradanın əməlinə daxil olmağa başladıqda, əvvəlcə Yaradanı şükür və təriflərlə ucaldatmalıdır. Bu, insanın əmələ girişinin başlanğıcıdır. Əməlin ardıcıllığı isə belə başlayır, necə ki, müdriklərimiz demişlər: “İnsan həmişə əvvəlcə Yaradanı tərifləməli, sonra dua etməlidir.” Biz bunu haradan bilirik? Musa’dan. Çünki deyilib: “Və mən o vaxtlar Yaradana dua etdim.” Və deyilib: “Ey Yaradan, EyRəbbim! Sən başladın…” Və deyilib: “İcazə ver keçim və o gözəl ölkəni görüm.”
Buna görə də, insan Yaradanı tərifləməyə başlayanda, əvvəlcə O’na dünya yaratdığı üçün təşəkkür etməlidir, necə ki, biz dua zamanı deyirik: “Aləmləri O’nun sözü ilə yaradan mübarəkdir.” Və həmin vaxt əməl başlayır, yəni insanın Yaradanın dünya yaratdığı üçün Ona təşəkkür edə bildiyi qədər, təşəkkür ölçüsü müəyyən olunur – bu da onun aldığı həzz ölçüsünə bağlıdır.
Və burada həqiqət və yalanın aydınlaşdırılması başlayır və burada fərq yaranır – fərdi iş “prat” və ümumi iş “klal” arasında. Yəni, burada aydın olur ki, Tövrat onun sənəti “omanut”durmu, yoxsa deyil. Mənim atam və müəllimim bunu belə izah etmişdir: “Tövrat onun sənətidir” – bu o deməkdir ki, o, Tövrat vasitəsilə inama “emuna”-ya nail olmaq istəyir. Yoxsa o, bütün cəmiyyətdə “klal”-a aid olan insanlar kimi işləyir, yəni Tövratı gələcək dünya üçün öyrənənlər kimi – başqa sözlə, almaq naminə işləyənlər, fərdi iş- “prat”la məşğul olan və vermək naminə çalışanlar kimi deyil.
Və insan Yaradanı tərifləməyə başlayanda, həqiqət və yalanın aydınlaşdırılması prosesi yaranır. Çünki insanlar arasında belə bir qayda var: əgər birinə təşəkkür etməlisə, bu təşəkkürün ölçüsü həmin şəxsdən aldığı köməyin hiss etdiyi dərəcəsinə bağlıdır. Buna görə də, insan Yaradanın ona verdiyi nemətlərə görə təşəkkür etməyə başlayanda, bədən həmin nemətləri saymağa başlayır və Yaradanın ona verdiyi yaxşılıqlardan duyduğu ilhamın dərəcəsi qədər təşəkkürün böyüklüyü müəyyən olunur.
Ona görə də, insan deyəndə: “Aləmləri O’nun sözü ilə yaranan mübarəkdir,” bu da onun dünyadan aldığı həzzin ölçüsündən asılıdır. Və həmin anda bədən ona göstərməyə başlayır ki, onda həm maddi, həm də ruhi çatışmazlıqlar var və buna görə də ona Yaradanı tərifləməyə imkan vermir. Və o zaman böyük bir iş dayanır, çünki artıq biliyin fövqündə getmək və inanmaq lazımdır ki, Yaradan ona yalnız yaxşılıqlar verir. Beləliklə, həqiqət və yalanın aydınlaşdırılması baş verir.
Və çünki Yaradanın ümumi adı “Xeyirxah və Xeyir Yaradan”dır, insan böyük səylər göstərməlidir ki, bilikdən yuxarı inanaraq Yaradanın Xeyirxah və Xeyir Yaradan olduğuna əmin olsun. Buradan belə nəticə çıxır ki, insan Yaradanı tərifləməyə başlayanda, artıq onun dua edəcəyi bir mövzu var – yəni bilikdən yuxarı gedə bilmək üçün. Halbuki bundan əvvəl onun Yaradanın bilikdən yuxarı qüdrətinə inamına belə böyük ehtiyacı yox idi. İndi isə o, inama olan ehtiyacını hiss edir və bu zaman Tövrat öyrənməyə ehtiyacı yaranır ki, onun içindəki nur onu Mənbəyə qaytarsın.
Beləliklə, onun Yaradanı tərifləmək istəyi onda kli adlanan bir xisaron – çatışmazlıq yaradır. Və o, özünü kamillikdən uzaq hiss etdiyi qədər, həmin ölçüdə onda iş üçün yer və dua ilə Tövrata olan ehtiyac yaranır, necə ki, yuxarıda deyildi.
Amma başqa bir xisaron da var: bəzən insan öz alçaqlığını görəndə ümidsizliyə qapılır və döyüş meydanından qaçır. O zaman aldığı bütün həzzlər yalnız onun vəziyyətini unutması səbəbindəndir, yəni ruhaniyyət barədə düşünməməsi səbəbilə. Və ya o yatmaq istəyir, yəni yuxudan böyük həzz alır – amma bu, yuxunun özündən xüsusi həzz aldığı üçün deyil, sadəcə yuxuda o, işləməyə dair heç nəyi xatırlamır və bununla həzz alır. Çünki işləməyə aid olanı xatırlayanda, bədən dərhal ona alçaqlıq və ümidsizlik gətirir.
Buna görə də insan həmişə diqqətli olmalıdır ki, əzab dolu bir vəziyyət gələndə və o, işə davam edə bilməyəcəyini görəndə, necə ki, yuxarıda izah olunmuşdu ümidsizliyə düşməsin. Buna görə mənim atam və müəllimim demişdi ki, insan özünü tənqid etməkdən çəkinməlidir və bunu yalnız özü üçün xüsusi bir vaxt müəyyən etdiyi halda etməlidir, bədənin ona hesabat aparmağı əmr etdiyi vaxtda deyil. Amma bədənə belə deməlidir: “Mənim özümü yoxlamaq üçün xüsusi vaxtım var: gedirəmmi mənə göstərilən xətt üzrə, yoxsa doğru yoldan sapmışam? Amma indi mən Tövrat və dua ilə məşğulam və əminəm ki, Yaradan mənə kömək edəcək, necə ki, O, doğru yolla getmək istəyən bütün Yaradan işçilərinə kömək etmişdir.”
Necə ki, mən əvvəlki, 1985-ci il, məqalə 11-də yazmışdım, insan bədənin ona dediyinin əksini deməlidir.
Buradan Zoarın sualını və onun izahını da başa düşərik: “«Və onları yerinə yetirin»6. [Zoar] soruşur: «“Və yerinə yetirin” nə deməkdir? Axı O, artıq «edin» və «riayət edin» demişdi. Nəyə görə əlavə olaraq «və yerinə yetirin» deyilir?» Və cavab verir: «Amma Tövratın ehkamlarını yerinə yetirən və Onun yolları ilə gedən adam sanki yuxarıda Onu yaradır. Yaradan dedi: «Elə bil ki, O Məni yaratdı». Və Onu təsbit etdilər. Buna görə də: «Və onları qanun və qərar olaraq yerinə yetirin» »7. Sitatın sonu.
Əvvəlcə bu izah çox qəribə görünür. Necə demək olar ki, Tövratın və ehkamların yerinə yetirilməsi nəticəsində biz “yuxarıda Onu yaradırıq”, axı “bütün yer Onun şöhrəti ilə doludur”8 və məxluqlar Tövrat və ehkamları yerinə yetirməmişdən əvvəl də belə idi. Belə olan halda, “Elə bil ki, siz Məni yaratdınız” nə deməkdir?
Amma yuxarıda deyildiyi kimi, kli-siz nurdan danışmaq olmaz. Çünki nurun nur olduğunu kimin üçün müəyyən edirik? Ancaq kli olanda, kli nuru dərk edir. Buna görə də, biz deyirik ki, yaradılışın məqsədi – məxluqları sevindirməkdir, bu yalnız məxluqların Yaradanın nemətlərini və həzzini alması halında deyilir. Bu, kli var deməkdir və kli bu xeyri elə bir şəkildə dərk edir ki, Yaradandan onlar üçün yalnız yaxşılıq və həzz var.Eyni zamanda, əgər məxluqlar Ondan yaxşılıq və həzz almırlarsa, onda kim üçün aşkar olur ki, Yaradanın adı “Xeyirxah və Xeyir Yaradan”dır?
Ona görə də, Yaradanın “Xeyirxah və Xeyir Verən” adı – bütün adların ümumisi – aşkar olsun deyə və məxluqlar Yaradanın nemətini və həzzini qəbul etdikdə, bu yaxşılıq kamilliklə olsun deyə, yəni bu hədiyyədə “utanma çörəyi” xüsusiyyəti olmasın deyə, bir ixtisar və gizlənmə baş verdi. Bu, o deməkdir ki, onlar hələ özlərini vermək xüsusiyyətinə malik olan kelimdə hazırlamayınca, bu yaxşılığı dərk edə və hiss edə bilməzlər. Bu zaman “Xeyirxah və Xeyir Verən” adı aşkar olmur və bu da məxluqların Yaradanı hiss etməməsinə gətirib çıxarır. Buna görə də dünyada Yaradanın varlığına inanmayan günahkarlar vardır.
Və Yaradanın adı bütün baxışlara dünyada aşkar olsun deyə, forma bənzərliyi kelimindən başqa heç nədə çatışmazlıq yoxdur. Və vermək xüsusiyyətinə malik kelimlərə, yəni forma bənzərliyi kelimlərinə gəlmək yalnız Tövrat və ehkamların yerinə yetirilməsi yolu ilə mümkündür.
Yəni Tövrat və ehkamları yerinə yetirərkən niyyət qurmaq lazımdır ki, bu yerinə yetirmə İsrailin böyüklüyünün ucalmasına gətirsin. Biz “İsrail” sözünü izah etmişdik ki, bu, “Yaşar-El” – “birbaşa-Yaradana” hərfləridir, yəni bütün əməllər birbaşa Yaradana yönəldilməlidir, şəxsi mənfəətə yox. Bu isə forma bənzərliyi adlanır. Zoar kitabının dilində isə bu “Şxinanı küldən qaldırmaq” adlanır, çünki ruhaniyyət gözümüzdə o qədər də hörmətə layiq görünmür ki, biz bədənimizə deyə bilək: böyük bir şərəfdir ki, biz Yaradana xidmət edə bilirik. Və yalnız o zaman bədən müqəddəsliyin qarşısında əyilir və özünü ləğv edir.
Və bu, Zoar kitabında deyilənlərin mənasıdır: “Əmrlərimlə gedərsiniz və ehkamlarımı qoruyarsınız”9 – bunun nəticəsində: “və onları yerinə yetirərsiniz”, yəni siz sanki Məni yuxarıda “yaradırsınız”. Başqa sözlə, siz Yaradanın adının “Xeyirxah və Xeyir Verən” olaraq aşkar olmasına səbəb olursunuz ki, hamı yaxşılığı hiss etsin, siz isə forma bənzərliyinə nail olmaqla buna layiq olasınız.