<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Rabaş / 21.Həmişə Tövratı əməldən ayırmaq lazımdır

Həmişə Tövratı əməldən ayırmaq lazımdır 

Barux Şalom HaLevi Aşlaq (Rabaş)

 Məqalə 21, 1985

Həmişə Tövratı əməldən ayırmaq lazımdır. “Tövrat” – müstəqil bir xassə adlanır. Və bu zaman artıq insandan danışmaq olmur, sanki insan ümumiyyətlə yoxdur. Burada Tövratın özündən danışılır, hansı ki Yaradanın adlarının xassəsidir. Və onun əhəmiyyətinə diqqət yetirmək lazımdır. Yəni biz kimdən danışırıq?

Başqa sözlə desək, biz daim xatırlamalıyıq ki, biz Padşahdan danışırıq: O, necə bir nizama və idarəyə qərar verib, Onun müqəddəs adları ruhlara necə təsir göstərəcək. Və onlar bu təsirləri necə qəbul edəcək və onların aşkarlıqları necə birgə mövcud ola biləcəklər, necə ki deyilmişdir: “Kim Yaradanın dağında yüksələ bilər və kim Onun müqəddəslik yerində dayana bilər?” (Tehillim 24:3)

Əgər insan kimdən danışdığına diqqət yönətsə və  hiss etsə ki, Yaradan haqqında danışır, halbuki bizim heç olmasa azacıq da olsa Yaradanla əlaqəmiz yoxdur ki, onun haqqında danışdığımızı anlayaq – biz sadəcə inanmalıyıq ki, bütün Tövrat yalnız Yaradanın adlarıdır.

Lakin O, müxtəlif libaslara bürünür: ya hökm və qanun anlayışlarına – yəni insanın Yaradanla və ya yaxını ilə münasibətinə dair əmrləri yerinə yetirməsi, ya əfsanələrə və rəvayətlərə, ya da kabalanın dili və müqəddəs adlarla. Və bu zaman xatırlamaq lazımdır ki, bu libasların içində gizlənən daxili hiss yalnız ilahilikdir. Və bu, belə adlanır: “Bütün Tövrat – yalnız Yaradanın adlarıdır.”

Bu halda, Tövrat oxunduqda, onu “yer yolu ilə” (yəni hörmətlə) oxumaq lazımdır. Yəni daim xatırlamaq lazımdır ki, kimdən danışırıq. Bu yolla Tövratın nurunu cəlb edə bilərik ki, hiss edək: “Onlar həyatımız və uzunömürlüyümüzdür.” Və təbii ki, əgər bu niyyətlə öyrənilirsə, insan sevinc içində ola bilər, çünki bu zaman o, Həyat Mənbəyi ilə birləşir. Bu isə belə adlanır: “Çünki onlar bizim həyatımız və uzunömürlülüyümüzdür.” Axı insan “məxluqatına yaxşılıq etmək” xassəsini hiss etməyə başlayır, hansı ki məlum olduğu kimi, aləmlərin yaradılış səbəbidir.

Və bu xeyir Tövratdan çıxarılmalıdır. Bu, Tövratın şöhrəti naminə danışmaq adlanır və burada insan haqqında ümumiyyətlə düşünülmür. Beləliklə, Tövrat öyrənilərkən insan kamillik içində olur, çünki deyildiyi kimi: “İnsan nə haqqında düşünürsə, orada da olur.”
Və bu vaxtdan insan bütün gün üçün həyat enerjisi almalıdır. Çünki bu, belə adlanır: “Tövratın vaxtı ayrı, duanın vaxtı ayrıdır.” Çünki bu ikisi bir-birinə ziddir.

Əməl zamanı isə tamamilə başqa bir vəziyyətdir. Çünki əməldə danışılan məhz insandır. Tövratda isə danışılan məhz Yaradandır, və buna “Yaradanın Tövratı” deyilir. Amma əməl – insana aiddir. Çünki insan işləməlidir, necə ki deyilib: “İnsan əməyə doğulmuşdur.”
Və insan – yaradılmış varlıqdır. Yaradılmış varlıq isə “heç nədən yaranmış mövcudluq” xüsusiyyəti olan xisaron vəziyyətidir. Bu mövcudluq isə “almaq istəyi” adlanır. Onu doldurmaq lazımdır, çünki bu, Yaradılışın Məqsədidir.Lakin bu istəyin formaca oxşarlığının pozulmasına görə ixtisar baş verdi. Buna görə də bu ixtisarı düzəltmək və aradan qaldırmaq lazımdır ki, məqsədə çatılsın. Bu məqsəd isə belə adlanır: “Onun məxluqatını həzzləndirmək arzusu.”

Bu ixtisarı aradan qaldırmaq üçün bizə xüsusi bir vasitə verildi – Tövrat və əmrlər. Necə ki, deyildiyi kimi: “Mən şər başlanğıcı yaratdım və ona qarşı Tövratı ədviyyə olaraq verdim.”
Bu əməldə fərqləndirmək lazımdır: insan məqsədə – ixtisarın aradan qaldırılmasına – doğru irəliləyirmi? Yəni, artıq vermək qığılcımları varmı? Tövrat və əmrlərin xüsusi təsirindən, düşüncə və istəklərin saflaşmasından nəsə alıbmı?
Və beləliklə, əməllə bağlı olan sahədə insan özünü yoxlaya bilər, yəni özünütənqid mümkündür.

Amma Tövratda – insan heç bir özünütənqid ilə məşğul olmamalıdır. Sadəcə Tövratı olduğu kimi tədris lazımdır. Təkcə Tövratın necə qiymətləndirilməli olduğu barədə məsləhətlərə əməl etmək lazımdır.Və Tövrat özü müstəqil bir reallıqdır – “Yaradanın adları” adlanır. Belə çıxır ki, biz Tövratdan hansısa qanunları, əxlaq prinsiplərini, ya sadəcə əfsanə və rəvayətləri, ya da əməl yolunu öyrənsək də – bunlar Tövrat adlanmır. Bu, Tövratdan öyrəndiklərimizdir, lakin Tövrat özü yaradılmış varlıqla bağlı deyil, yalnız Yaradanla bağlıdır. Çünki bu – Yaradanın adlarıdır.

Başqa sözlə desək, “Tövrat” – ilahiliyin aşkarlanmasıdır. Bu, “Tövratın daxili hissəsi” adlanır.Aşkar olan isə – qanunlar, əxlaq, əməl yolları, əfsanə və rəvayətlər – bütün bunlar Tövratın üzərindəki libaslardır. Buna görə də bunlar “Tövratın xarici hissəsi” adlanır.Yaradanın adları isə “Tövratın daxili hissəsi” adlanır.

Yuxarıda deyilənlərə əsaslanaraq soruşmaq olar: əgər Tövrat özü Yaradanla bağlıdırsa, yəni ilahilik xassəsi ilə, o zaman Tövrat yalnız bir şərh kimidir? Və insan bundan – Tövrat tədrisdən – əgər  onunla necə əlaqəli olduğunu anlamırsa nə əldə edə bilər? Bu barədə müdriklər demişlər: “Əmələ gətirən tədris böyükdür.” Axı şübhə yoxdur ki, insana yalnız əməl lazımdır, necə ki deyilib: “Əməldə olmaq üçün Yaradan tərəfindən yaradılmışdır.”

Ona görə də deyilir: “Əsas olan tədris deyil, əməldir.” Amma buna cavab verilir: “Əmələ gətirən tədris böyükdür .”Yəni Tövratın daxilində olan nur insana işıq saçır ki, o, yaxşı əməllər görmək üçün güc tapa bilsin. Bu isə Tövratın sayəsində baş verir – Tövrat ona güc verir ki, o, edə bilsin. Necə ki deyilib: “O, Yaradan tərəfindən yaradılıb ki, edə bilsin.”

Və buna görə də müdriklər demişlər: “Tövratın vaxtı ayrı, duanın vaxtı ayrıdır.” Çünki hər biri digərinə ziddir, necə ki yuxarıda izah edilmişdi. Tövrat öyrənərkən insan yalnız Tövratın əhəmiyyəti haqqında düşünməlidir və heç bir halda özündən danışmamalıdır.Lakin dua zamanı insana lazımdır ki, ilk növbədə onun xisaronları – çatışmazlıqları – aydın görünsün ki, onlar üçün dua edə bilsin və onların dolmasını istəyə bilsin. Çünki insan axtarış etmədikcə xisaron da olmur.

Maddi aləmdə ehtiyaclar məlumdur, çünki bu ehtiyaclar almaq istəyindən doğur və almaq istəyi aydındır. Ruhani aləmdə isə belə deyil, çünki orada müqəddəslik binası tamamilə vermək istəyinin üzərində qurulub.Və vermək istəyi – bu da yaradılmış varlığın xassəsidir. Necə ki aydın oldu: Malxut – “almaq istəyi” adlanan – formaca oxşarlıq istədi, bu isə “vermək” adlanır. Və bu istək aşağıya – yaradılmışlara – endikdə, hansı ki onlar artıq kelimlərin qırılmasından və Bilik Ağacının günahından sonra meydana çıxmışlar, artıq bu xisaron – insanın hiss etməsi ki, onda “vermək istəyi” adlı kli yoxdur – mövcud olmur.

Və insan çalışmalıdır ki, vermək istəyinə ehtiyac hiss edənə qədər zəhmət çəksin.Bu ehtiyacın hiss olunması dərəcəsi ilə, o dərəcədə Yaradana dua edə bilər ki, O, ona bu klini versin, yəni onun bütün qayğısı yalnız bu olsun ki, onda “vermək istəyi” adlı qüvvə yoxdur. Və insan nə qədər bu klidən uzaqdırsa, o qədər də peşmanlıq hissi keçirməli və Yaradan’dan mərhəmət diləməlidir ki, O, onu xilas etsin və bu istəyi ona versin.

Hətta bundan da artıq demək olar: insan Yaradan’dan istəməlidir ki, O, ona bu ehtiyacı versin. Yəni o hiss etsin ki, onda vermək istəyinə ehtiyac var. Və bu, onun ruhaniyyətə gəlməsinə mane olan tək şeydir. Çünki yuxarıda deyildiyi kimi, bu ehtiyac özü insanda öz-özünə yaranmır.Buna əsasən, ortaya çıxır ki, həm kli, həm də nur – hər ikisi Yaradan tərəfindən insana verilməlidir.
Və bu sözləri izah etmək olar: “Önündə və arxasında Məni əhatə etdin.” “Arxası” – kli, “önü” isə – panim, yəni dolma, nur deməkdir. Beləliklə, həm nur, həm də kli – hamısı Yaradandandır.

Və buna görə də müdriklərimiz demişlər: “Müdriklər öyrətdilər: ‘samtem’ sözünü [Tövratda] ‘sam tam’ – kamil dərman kimi oxuyun.” Tövrat həyat dərmanına bənzədilir.Yaradan İsrailə dedi: “Oğullarım, Mən şər başlanğıcı yaratdım və ona qarşı Tövratı ədviyyə olaraq verdim. Əgər siz Tövratla məşğul olsanız, sizi onun (yəni şərin) əlinə təslim etməzlər.”Və bu, yuxarıda deyilənlərlə bağlıdır: Tövratın daxilində olan nur, Tövratın daxili hissəsi, insanı Mənbəyə qaytarır. Lakin bu nuru almaq üçün niyyət qurmaq lazımdır – necə ki, “On Sfirotun Tədrisinə Giriş”də, 17-ci bənddə izah olunur.