<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Rabaş / Yoldaşlara sevgi haqqında

                                      Yoldaşlara sevgi haqqında

 Məqalə 2, 1984

 1. Yoldaşlara sevginin vacibliyi.

 2. Hansı səbəbdən məhz bu  yoldaşları seçdim və yoldaşlar niyə məni seçdilər?

 3. Yoldaşların hər biri qrupa sevgisini göstərməlidirmi?  Yoxsa bir insanın qəlbində yoldaşlarına sevgi bəsləməsi,təvazökarlıqla onun üzərində işləməsi və buna görə də ürəyində olanları açıqlamaması kifayətdir?  Axı təvazökarlığın çox vacib olduğu məlumdur.

Və ya əksinə, bir insan, yoldaşlarına qəlbində olan sevgisini göstərməyə borcludur, çünki bununla yoldaşlarının qəlblərini bir-birinə qarşı oyandırır, beləliklə hər kəs hamının bu sevgi üzərində çalışdığını hiss edir.  Bunun faydası odur ki, hər bir yoldaşın sevgisinin gücü digərlərinin gücü ilə birləşərək ,yoldaşlıq sevgisində hərəkət etmək üçün insana daha çox enerji və güc verir.

Beləliklə, əyər qrup on yoldaşdan ibarətdirsə,insana bir qüvvə əvəzinə,yoldaşa sevgi üzərındə calışmağı anlayan on qüvvə siyarət edir. Amma əksinə, əyər insan  qrupa, yoldaşlarına  sevgi üzərində çalışdığını göstərmirsə, o zaman qrupun gücündən məhrum olur.Çünki, bir yoldaşı müsbət qiymətləndirmək çox çətindir.  Hər kəs özünü yoldaşlıq sevgisi  üzərində çalışan saleh bir insan hesab edir və nəticədə bir insanın başqalarına qarşı sevgi üzərində işləmək üçün yalnız kiçik bir gücü olur.  Buradan belə çıxır ki, bu iş gizli deyil, açıq şəkildə aparılmalıdır.

Bununla birlikdə, həmişə qrupun məqsədini özümüzə xatırlatmalıyıq.  Əks təqdirdə, cismimiz həmişə olduğu kimi, hədəfi gizlədir, çünki həmişə öz mənfəətini düşünür.  Unutmamalıyıq ki, qrup başqalarına məhəbbət və bu səbəbdən Yaradanı sevmək üçün bir tramplin əldə etmək ehtiyacı üzərində qurulmuşdur.

 Bu,  insanın heç bir mükafat gözləmədən, yoldaşlara qarşı olan Vermə istəyinı gerçəkləşdirmək üçün bir qrupa ehtiyac olduğunu dərk etməsi ilə əldə edilir.  Lakin əksinə, insanın ona kömək edəcək, hədiyyə verəcək və s. bir qrupa ehtiyacı varsa, cismin eqoist istəkləri təmin ediləcək və belə bir qrup eqoistliyə söykənərək , yoldaşların maddi dəyərlər qazanmasına kömək etdiyini görən insanın, yalnız eqoist istəklərinin inkişaf etməsinə səbəb olacaq. 

 Bununla birlikdə, qrupun yaxınına olan sevgi üzərində qurulduğunu xatırlamaq lazımdır.  Başqa sözlə, hər kəs qrupdan yaxınına  sevgi,  öz təbiətinə isə nifrət hissi almalıdır.  Bir yoldaşın özündən imtina edərək,yaxınına sevgi  naminə necə səy göstərdiyini görəndə, hər kəs yoldaşların niyyətləri ilə təəsüratlanır.

 Beləliklə, daha əvvəl də qeyd edildiyi kimi, bir qrup, məsələn, on yoldaşa əsaslanırsa, onda hər biri özündən imtina, öz təbiətinə  nifrət etmə, yaxınına isə sevgi  üzərində işləməklə on qüvvəni özündə birləşdirilir.

Əks halda, bu kifayət etməz ki, insan yalnız yaxınını sevmək gücü ilə qalsın. Çünki o görmür ki, yoldaşları da bu işlə məşğuldurlar – axı yoldaşlar yaxınını sevməkdə təvazökarlıqla hərəkət edirlər və bunu gizli şəkildə edirlər. Əksinə, yoldaşlar onun öz gücünü itirməsinə səbəb olurlar – o dərəcədə ki, o, yaxınını sevmək yolunda getmək istəyir. Və insan onların əməllərindən öyrənir və nəticədə eqoist məhəbbətin hökmü altına düşür.

4.​İnsan ödəmək üçün,hər bir yoldaşın şəxsi ehtiyacını bilməlidirmı, yoxsa ümumi yoldaş sevgisi üzərində çalışmaq yetərlidir?