<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Rabaş / Qrupun məqsədi - 2

Rabaş

Qrupun məqsədi - 2

Məqalə 1, hissə 2, 1984

İnsan "özünə sevgi" adlı bir qab (istək) ilə yaradılır və bu səbəbdən bir insan müəyyən bir hərəkətin ona hər hansı bir şəxsi fayda gətirəcəyini görmədikdə, hətta cüzi bir hərəkət etmək üçün belə səy göstərməyə yanacaq tapmır.  Özünə vurğunluqdan imtina etmədən, Yaradanla birləşməyə ,yəni   xüsusiyyətcə oxşarlığa nail olmaq mümkün deyil. Və bu, bizim təbiətimizə zidd olduğundan, hər kəsin təmsil edəcəyi , böyük qüvvəyə malik bir qrup tələb olunur. O zaman bu qrupda hamı  eqoizmdən imtina etmək üçün birlikdə çalışır..İnsanın yaradılışın məqsədinə çatmağına mane olan bu istəyə "şər" deyilir. 

Bu səbəbdən qrup, bu vahid istək ətrafında, eyni istiqamətdə səylərini birləşdirən insanlardan ibarət olmalıdır. O zaman özündə hamını birləşdirən belə bir toplum böyük bir gücə malik olduğundan ,öz-özü ilə mübarizə apara bilir.Beləliklə,hər kəs böyük bir istəyə əsaslanır və ona çatmağa çalışır.

Lakin hamının bir-birinə siyarət etməsi üçün, hər bir fərd öz istəklərindən  imtina etməlidir.Bunu reallaşdırmağın bir yolu var: yoldaşların əskik deyil, anjaq üstün cəhətlərini görməlidir.Özünü azacıq da olsa digərlərindən üstün görən,yoldaşlar ilə heç bir zaman birləşə bilməz.

Bundan başqa,yığıncaq zamanı hansı niyyətlə yığışdığımızı unutmamaq üçün ciddiliyi saxlamaq lazımdır. Çox vacib olan təvazökarlığın nəticəsi kimi,kabalistlər adətən xariçən qeyri-ciddi görünsələr də,əslində qəlbləri həmişə alovlu olub.

Lakin hələlik aşağı səviyyələrdə ,xüsusən də yığıncaqlarda, Yaradanla birləşməyə mane olan,məqsədə yönəlməyən danışıq və davranışlardan qorunmaq lazımdır. yoldaşlar arasında çalışmaq lazımdır ki,digərlərindən fərqlənməyəsən və niyətini göstərməyəsən. Bu barədə deyilir: Yaradan qarşısında təvazükar ol. Bu ifadənin başqa izahları da var,amma sadə izah da vacibdir.

Ona görə də,yoldaşlar birləşdikdə ,öz istəklərindən imtina etməyi bacarmaq üçün, hamı bir biri ilə bərabər olmalıdır. Qrup,mühitə yüngüllüyün siyarət etməsindən xüsusi ilə çəkinməlidir, çünki yüngüllük hər şeyi məhv edir. Deyildiyi kimi bu daxili əməl olmalıdır.

Lakin qrupa aidiyyəti olmayan başqa birisinin varlığında, xaricən ciddilik göstərmədən gəlmiş adama uyğun davranış göstərmək lazımdır. Başqa sözlə desək, ciddi   deyil, “çağrılmamış qonaq”  adlanan insana uyğun söhbətlər aparmaq lazımdır.