Barux Şalom a-Levi Aşlaq (Rabaş)
Məktub 7
24 aprel 1955-ci il¹
Yaradanın xalqına qarşı indi çıxış edən buludlara və kölgələrə qarşı keşikdə duran dostlarıma əbədi sülh və bütün nemətlər. Çünki bizim dövrümüzdə dünyaya enmiş böyük gizlənmədən sonra onların qəlblərində atam və müəllimimdən alınmış Yaradanın nurunun qığılcımı hələ də parlayır, onlar öz qəlblərindəki nöqtəni qoruyub saxlamağı bacarırlar və əbədi xilasa ümid bəsləyirlər…
İyar ayının 1-ci günü² baş vermiş dünyəvi söhbətlərə aid danışıq barədə bir neçə söz əlavə etmək istəyirəm. Onda ciddi bir sual qoyulmuşdu: əgər Yaradan Öz məxluqlarına müqəddəslikdə olan şeylərlə həzz vermək istəyirdisə ki, məxluqlar Yaradanla qovuşmada (həzz və) şirinlik duysunlar, bəs bizim dünyamızda bu dünyəvi şeylər – yəni səylər və əzablar – bizə nəyə lazımdır? Bu dünyəvi olan mənə nəyə lazımdır?
Sənin fikrincə, məxluqlar üçün təkcə müqəddəslik kifayət edərdi; bəs onda bütün klipalar sistemi nəyə lazımdır? Əgər biz bütün bu müəssisəni Onun Özünün yaratdığına inanırıqsa, bu, Yaradana hansı qazancı, hansı həzzi və faydanı gətirir?
Və sən dedin ki, bu şeyləri yalnız bilikdən üstün qəbul etmək olar. Mənim fikrim də ona meyllidir ki, bilikdən üstün qəbul etdiyimiz bütün ruhani şeylər sonrakı libasda [insanın] ruhani orqanlarında Yaradanın dərkinin yayılmasına layiq görülür. Necə ki deyilir: "Sizin üzərinizə həddindən artıq bərəkət yağdıracağam"³. Lakin Tövratda qəbul olunduğu kimi, səbəb və məntiqə əsaslanaraq tədris vasitəsilə də anlamaq olar.
Və Zoar kitabında "Müdrüklüyün axmaqlıqdan üstünlüyü var"⁴ məqaləsinə və "Sulam"⁵ şərhinə bax. Orada aydınlaşdırılır ki, dünyada çox şey var, və əgər tutunmağa bir şey yoxdursa, bizim dünyamızda mövcud olan bütün möcüzəvi şeylərdə heç bir anlayış və hissiyat olmur.
Başqa sözlə desək, bizim dünyamızda həzz, şirinlik və rahatlıq dadını duyduğumuz ən sadə şeyləri dərk etmək üçün bizdə (kelim) yoxdur. Axı [bu, yalnız o vaxt baş verə bilər ki,] bizdə xeyirliı dolumlarla dolmaq istəyi adlanan uyğun kelim olsun və biz deyə bilmərik ki, bu şeylərə ehtiraslı canatma olmadan onları ala və dərk edə bilərdik.
Və bir misal gətirək. Məlumdur ki, ehtiraslı canatmada həzz var – yəni əşyaya can atmada həzz var, bir də əşyanı əldə etməkdə həzz var. Və canatmadakı həzzin ölçüsü o əşyanı əldə etmədikdə yaranacaq əzabların ölçüsündən asılıdır. Yəni əgər o hiss edirsə ki, bu əşyanı əldə etməsə, onu həyatda məyusluq bürüyəcək, onda canatma və həsrət dövrləri ərzində həzz ona bürünür.
Və misal üçün daha sadə bir əşya götürək. Susuzluğunu yatırmaq üçün su içən adamda su (klinin) böyüklüyündən, başqa sözlə desək, susuzluğun verdiyi əzabların ölçüsündən asılıdır. Və heç şübhə yoxdur ki, su içən adamdan soruşsaq ki, susuzluq əzablarından razıdırmı – hansı ki, bunun sayəsində indi sudan böyük həzz alır –, o, yəqin ki, "Bəli" deyəcək. Bununla belə, əgər bu adama məsləhət görsək ki: "Əgər sudan həzz almaq istəyirsənsə, duzlu ye və yarım gün su içmə ki, susuzluğun ölçüsü o dərəcəyə çatsın ki, içməkdən həzz alasan", o, əlbəttə ki, deyəcək: "Çox sağ ol, lazım deyil!"⁶ Və eynilə, əgər bizim (kelim) olmasaydı da belə olardı…
Və "Bütün günlərimi narahat olmuşam… Bunu yerinə yetirmək imkanı mənə nə vaxt nəsib olacaq?" deyən r. Akiva barədə⁷.
[Məktubun sonu yoxdur]