190. Hər bir əməl iz buraxır
Eşidildi: 15 aprel 1949-cu il, Pesax süfrəsində
[Baal HaSulam] soruşdu: torpağımızın əsarət edənlərin əlindən azad olunması bizə təsir etdimi? Axı biz xalqların boyunduruğundan azad olmağa nail olduq. Biz başqa xalqlar kimi olduq – biri digərini əsarətə almayan xalqlar kimi. Və bu azadlıq bizə elə təsir etdimi ki, bu sayədə Yaradan’a xidmət etmək hissini hiss edə bilək?
Və o dedi ki, biz belə düşünməməliyik ki, bu bizə təsir etməyib – guya ki, əsarət ilə bu azadlıq arasında heç bir fərq yoxdur. Bu, mümkün deyil. Axı, deyilişi qorxunc olsa belə , Yaradan elə -belə iş görmür. O, nə edirsə – istər yaxşı, istər pis – hamısı bizə təsir edir. Başqa sözlə, O nə edirsə – istər nur, istər qaranlıq – bu əməldən bizə əlavə bir qüvvə gəlir, və ya biz bu əməldən yüksəlişə gəlirik. Bu belədir, çünki ruhaniyyətdə boşluq yoxdur… həmişə qüvvə və hakimiyyət var və bu qüvvənin təsiri ilə biz davam etməyə məcburuq. Buna görə də insan deyə bilməz ki, əldə etdiyimiz azadlıq bizdə heç bir dəyişiklik yaratmadı. Amma əgər biz yaxşılığa doğru bir dəyişiklik hiss etməmişiksə, o zaman deməliyik ki, burada pisliyə doğru bir dəyişiklik var – hərçənd ki, biz bunu hiss etmirik.
Və bayramın çıxışında, Avdala duasından sonra, o bunu izah etdi və bunu Şənbə və ya bayram süfrəsi ilə müqayisə etdi. O zaman maddi həzzlər vasitəsilə, “budaq və kök” prinsipi ilə, gələcək dünyaya bənzər ruhani həzzləri oyadırıq. Və bu cür ruhani dadı hiss etmək üçün şübhəsiz ki, altı iş günü ərzində böyük hazırlıq tələb olunur. Hazırlıq dərəcəsi nə qədərdirsə, hissiyyat da o qədərdir.
Əgər heç bir hazırlıq və ruhani dadı – Şənbənin ruhani dadını – cəlb etmək niyyəti yoxdursa, nəticə əksinə olur. Maddi həzzlər insanı daha da aşağı salır. Və maddi yeməkdən sonra insanı yalnız yuxu cəlb edir və başqa heç nə. Axı, yeməkdən sonra insanlar yatırlar. Belə çıxır ki, yemək onu daha da aşağı saldı.
Axı, maddi həzzlər vasitəsilə ruhaniyyətə gəlmək üçün böyük səy göstərmək lazımdır. Çünki bu, Padşahın iradəsi idi. Baxmayaraq ki, bunlar bir-birinə ziddir – çünki ruhaniyyət vermək xəttinin təsiri altındadır, maddilik isə almaq xəttinin. Amma Padşah belə istədiyi üçün, ruhaniyyət Yaradanın əmr etdiyi maddi həzzlərin arxasınca gəlir – məsələn, Şənbə və bayramdan alınan həzz kimi.
Eyni şəkildə, biz də dərk etməliyik ki, əldə etdiyimiz bu azadlıqda da biz böyük hazırlıq etməliyik ki, ölüm mələyindən azadlıq adlanan ruhani azadlığı cəlb edək. Yəni biz “Yer Onun izzəti ilə doludur” xüsusiyyətinə layiq oluruq – bu, Aba ve İma'nın moxini adlanır. Bu o deməkdir ki, biz elə bir halı görürük ki, elə bir məkan və zaman yoxdur ki, orada Yaradan təzahür edə bilməsin, qorxaraq desək. Çünki “yer Onun izzəti ilə doludur.” Amma bundan əvvəl “nur ilə qaranlıq, və İsraillə digər xalqlar arasında fərq” olur. Çünki qaranlığın olduğu yerdən fərqli olaraq, nurun olduğu yerdə Yaradan var.
Eyni şəkildə – İsrail üçün nurun Yaradanla birlikdə ola biləcəyi bir yer var. Digər xalqlara isə Yaradan təzahür etmir. Və “yeddinci gün ilə altı iş günü arasında.” Amma biz Aba və İma’nın moxini’ni aldıqda, biz “yer Onun izzəti ilə doludur” xüsusiyyətinə nail oluruq, orada zamanlar arasında fərq yoxdur, və bütün yerlərdə və bütün zamanlarda Yaradanın nuru olur.
Və bu, Pesaxın mənasıdır. O zaman İsrail azadlıq halına nail oldu – yəni “yer Onun izzəti ilə doludur” xüsusiyyətinə, yəni Aba və İma'nın moxini. Və bu halda artıq şər başlanğıca yer yoxdur, çünki onun əməlləri insanı Yaradan’a xidmətdən uzaqlaşdırmır. Əksinə, biz görürük ki, o insanı Yaradan’a xidmətə yaxınlaşdırır. Lakin bu, yalnız yuxarıdan olan oyanışla olmuşdu. Buna görə də [müdriklər] dedilər ki, müqəddəs Şxina dedi: “Qırmızı qızılgülün damlası kimi gördüm.” Yəni o gördü ki, hələ islah olunmalı bir yer var. Yəni, bu məkanda Yaradan nur saçmır. Buna görə də onlar Omer sayımının yeddi həftəsini saymalı idilər, ki, həmin yerləri islah etsinlər və “yer Onun izzəti ilə doludur” halını görə bilsinlər.
Bu, elə bir padşaha bənzəyir ki, onun bütün nemətlərlə dolu bir sarayı var, amma qonaqları yoxdur. Buna görə də o, insanlar yaratdı ki, gəlib Onun bütün nemətlərini alsınlar. Amma biz o sarayı görmürük – əksinə, görürük ki, bütün dünya əzablarla doludur. Bu da belə izah olunur: “Padşahın şərabı ‘malxut’ – kifayət qədərdir” – yəni malxut tərəfindən heç bir əskiklik yoxdur. Yəni, şərabdan – həzzlərdən heç bir çatışmazlıq yoxdur. Əskiklik yalnız kelim tərəfindəndir. Çünki bizdə ali neməti qəbul etməyə uyğun qəbuledici kelim yoxdur. Çünki yalnız verməyə yönəlmiş kelimdə qəbul etmək olar. Kelimin böyüklüyü nə qədərdirsə, ali nemətin də böyüklüyü o qədərdir. Beləliklə, bütün dəyişikliklər yalnız kelimdə baş verir, nurda deyil. Buna görə də Müqəddəs kitabda bizə deyir: “Kelim fərqlidir, amma padşahın şərabı boldur, padşahın səxavəti ilə” – necə ki, Yaradılış Məqsədində Yaradılmışlara Onun imkanına uyğun şəkildə həzz vermək var.