151. Və İsrail misirliləri gördü
Başlıq: Beşalax həftəsi zamanı eşidilmişdir
Ayədə deyilir: «Və İsrail misirliləri dənizin sahilində ölü gördü… Və xalq Yaradandan qorxdu və Yaradan və Onun qulu Musa’ya inandı»¹. Burada başa düşmək lazımdır: “və inandı” ifadəsinin bu məqama nə aidiyyəti var? Axı aydındır ki, Misirdən çıxış və dənizin yarılması möcüzəsi İsrail xalqını əvvəldən olduğundan daha artıq inama gətirdi.Amma müdriklərimiz deyiblər: “Bu, Mənim Yaradanımdır və Mən Onu izzətləndirəcəyəm”² – çünki dənizdə bir cariyə hətta peyğəmbər Yehezkel’dən daha çox görmüşdü. Bu halda belə çıxır ki, Misirdən çıxış – açıq-aşkar möcüzələrlə müşayiət olunmuşdu və bu, Yaradanı dərk etməyə aparırdı. Lakin bu hal inam anlayışına ziddir, çünki artıq bilik üzərində inam deyildir.Əgər insanlar aydın möcüzələr görürlərsə, o zaman inamda qalmaq çox çətindir. Çünki bu zaman bilik yayılır – yəni artıq bilinən, hiss olunan bir şeyə inanmağa ehtiyac qalmır.
Lakin bu, belə izah edilməlidir – necə ki, “və hamı inanar ki, O – İnamın Tanrısıdır”³ deyilir. Bu ayə İsrailin böyüklüyündən bəhs edir. Çünki açıq-aşkar möcüzələri gördükdən sonra belə, onların Yaradanla olan xidmətləri zərər görmədi – bu xidmət biliknin fövqündəki inam üzərində qurulmuşdu.Yəni insan artıq Yaradanı bilik ilə dərketməyə layiq olduğu zaman belə, inam yolunu saxlamaq, onu heç bir halda gözdən salmamaq, ondan uzaqlaşmamaq- bu, çox böyük bir işdir .