<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 144.Bir xalq var

144.Bir xalq var

 

1950-ci ildə Purim ərəfəsində, Ester Səlnaməsinin oxunuşundan sonra eşidilmişdir.

“Bir xalq var ki, xalqlar arasında səpələnmiş və parçalanmışdır.” (Ester 3:8) Aman deyirdi ki, onun fikrincə, biz yəhudiləri məhv edə bilərik, çünki onlar bir-biri ilə bölünmüş vəziyyətdədirlər. Buna görə də, əgər onlara qarşı öz gücümüzü istifadə etsək, biz mütləq qalib gələcəyik. Çünki bu, insanı Yaradandan ayırır, və nəticə etibarilə, Yaradan onlara kömək etməyəcək, çünki onlar Ondan ayrılmış vəziyyətdədirlər.Buna görə də Mordexay bu qüsuru düzəltməyə qərar verdi, Müqəddəs Yazılarda belə qeyd olunduğu kimi: “Yəhudilər bir araya gəldilər...” (Ester 9:2),ki “toplanıb öz həyatlarını müdafiə etsinlər” (Ester 8:11).Yəni birləşmək sayəsində onlar öz həyatlarını xilas etdilər.