Yehuda Leyb HaLevi Aşlaq (Baal HaSulam)
72.Əminlik– nurun bürünməsidir
1947-ci il, 31 martda eşidilmişdir.
Əminlik– həyat adlanan nurun bürünməsidir. Çünki bir qayda var: «Kilsiz nur olmaz». Belə çıxır ki, həyat nuru adlanan işıq bürünə bilməz və mütləq hansısa bir kliyə bürünməlidir. Və həyat nurunun büründüyü kli adətən “Əminlik” adlanır. Bu o deməkdir ki, insan hər hansı ağır bir iş qarşısında duranda, onu yerinə yetirə biləcəyinə inanır.
Beləliklə, nur əminlik kliyində tanınır və hiss olunur. Buna görə də insanın həyatını onun içində əminlik xüsusiyyətinin nə dərəcədə aşkarlandığı ilə ölçmək olar. Çünki insanda olan əminlik vasitəsilə onun içindəki həyatın böyüklüyü ölçülə bilər.
Beləliklə, insan özü görə bilər ki, həyat dərəcəsində olduğu müddətdə əminlik ona hər şeydə nur saçır və o, istədiyi heç bir işdə maneə görmür. Bu isə ona görədir ki, həyat nuru– yuxarıdan gələn qüvvə – ona işıq saçır. Və o, fövqəlbəşəri qüvvələrindən istifadə edə bilir, çünki Ali nur maddi qüvvələr kimi məhdud deyil.
Amma həyat nuru ondan ayrıldıqda – bu, onun əvvəlki həyat dərəcəsindən enməsi adlanır – o, ağıllı və araşdırıcı olur. Və hər şeyə yalnız fayda baxımından yanaşır: bunu etməyə dəyər, ya yox? O, əvvəlki kimi coşqun və alovlu deyil, əksinə, ehtiyatlı olur.
Lakin insan anlamır ki, onun indi hər şeyi düşünərək qərar verməsi, guya daha ağıllı olması, əslində həyat ruhunun ondan ayrılması ilə bağlıdır. O isə elə düşünür ki, indi daha çox zəka sahibidir. Amma bu, əvvəllər onun həyat nurunun olduğu vəziyyətdə olduğu kimi deyil. Çünki o vaxt o, “cəld xalq”2 kimi coşqun idi.
İnsan bilməlidir ki, indi əldə etdiyi bütün müdriklik onun əvvəlki həyat ruhunun yoxluğu səbəbindəndir. Çünki o zaman Yaradanın ona verdiyi həyat nuru bütün əməllərinin ölçüsü idi. İndi isə, eniş dövründə, Sitra Axranın ona bütün haqlı tələbləri ilə yaxınlaşmağa gücü var.
Buradakı məsləhət budur ki, insan deməlidir: «İndi mən bədənimlə danışa və onunla mübahisə edə bilmirəm». Və : «İndi mən ölmüşəm və ölülərin dirilməsi üçün gözləyirəm».
Və o, biliyin fövqündə işləməyə başlasın, yəni bədəninə desin: «Sənin dediyin hər şey düzdür və ağıl baxımından mənim sənə cavab verəcək heç nəyim yoxdur. Amma mən ümid edirəm ki, mən yenidən işləməyə başlayıram, indi mən Tövratı və ehkamları qəbul edirəm, və indi mən ger oluram [yəni Yaradanın yoluna qayıdan], necə ki, müdriklərimiz deyiblər: “Ger, Yaradanın yoluna qayıdan, yeni doğulmuş körpəyə bənzəyir”3. İndi mən Yaradanın köməyini gözləyirəm və O, mütləq mənə kömək edəcək və mən yenidən müqəddəslik yoluna qayıdacağam. Onda məndə müqəddəslik qüvvəsi olacaq və mən sənə cavab verəcəyəm. Amma hələlik mən biliyin fövqündə getməliyəm, çünki mənim müqəddəslik biliyim hələ yoxdur. Beləliklə, sən öz ağlınla məni məğlub edə bilərsən, amma mənim edəcəyim yeganə şey müdriklərin dediyinə inanmaqdır: Tövratı və ehkamları biliyin fövqündə yerinə yetirmək lazımdır. Və mən şübhəsiz inanıram ki, inamın qüvvəsi ilə yuxarıdan kömək qazanacağıq, necə ki, müdriklərimiz deyiblər: “Təmizlənmək istəyənə kömək olunur”4».