<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 71. Gizlində ağlayacaq ruhum – 2

71. Gizlində ağlayacaq ruhum – 2


Eşidilmişdir: 28 iyun, 1943-cü il


«Ruhum gizlində ağlayacaq İsrailin təkəbbürü üzündən» – İsrailin təkəbbürü səbəbindən. Və [Baal HaSulam] soruşur: «güc və sevinc Onun məskənindədir», «məyər Yaradan qarşısında ağlamaq mümkündürmü»?

Və başa düşmək lazımdır ki, yuxarıda ağlamaq nə deməkdir. Axı ağlamaq o yerdə olur ki, insan özü özünə kömək edə bilmir, – onda [insanlar] ağlayır ki, ona kimsə kömək etsin.Və «gizlində» 'be-mistarim' – dünyada aşkar olan gizlənmələr 'astarot' və ziddiyyətlər 'stirot' deməkdir.Və ayənin mənası belədir: «Gizlində ağlayacaq ruhum», çünki «hamısı səma əlindədir, səma qarşısında qorxu istisna olmaqla».

Və bu barədə müdriklərimiz demişlər: «Daxili otaqlarda ağlamaq var». Bu o deməkdir ki, nur yalnız daxili hissədə təzahür edəndə və nurun xaricə aşkarı olmayanda,  aşağıdakılarda qəbul edə biləcək kelim olmadıqda, onda ağlamaq olur.Eyni zamanda, xarici otaqlarda – nurun aşağıya doğru yayıla bildiyi və aşağıdakılara ali xeyirin yayılması aşkar olunduğu zaman – «güc və sevinc Onun məskənindədir», və bu, hamıya görünür.Lakin, aşağıdakıları təmin edə bilməyəndə, bu ağlamaq adlanır, çünki aşağıdakılarda kelim çatışmır.