Dünya Kabala Konqresi, Oktyabr 2025 - ״Bir Duada".
Dərs #5 "Onluqda Dua"
İlkin mənbələrdən parçalar.
1.Rabaş. Məqalə 15 (1986) "Çoxluğun duası"
Gəlin anlayaraq görək, Çoxluğun duasının əhəmiyyəti nədədir, necə ki, deyilib: «Mən Öz xalqımın arasında yaşayıram», Zoar kitabında bunun haqqında deyilir: «Və buna görə insan heç vaxt xalqdan ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Bunun mənası ondadır ki, əgər insan Yaradana dua edirsə ki, O, ona verməyə məxsus kelim versin, necə ki, müdriklərimiz demişlər: «Necə ki, O, mərhəmətlidir, sən də mərhəmətli ol», onda insan bütün cəmiyyət üçün dua etməlidir. Çünki o zaman aydın olur ki, onun niyyəti – Yaradanın ona saf vermək kelimləri verməsi üçündür, necə ki, yuxarıda deyilmişdir: «Çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Məlum olduğu kimi, «yuxarıdan yarım şey verilmir», yəni yuxarıdan aşağıya xeyir verildikdə, o, bütün cəmiyyət üçün nəzərdə tutulur.
2."Hamı üçün Zoar". Vayehi fəsli. Məqalə "Qoy yığılsınlar və sizə xəbər verim"
Dünyanın bütün duaları, yəni çoxluğun duaları –bu elə dualardır. Amma tənha dua müqəddəs Padşaha yalnız böyük qüvvə ilə daxil ola bilər. Çünki dua daxil olmamışdan əvvəl, yerində bəzənmək üçün, Yaradan ona nəzər salır və onu araşdırır, həmin insanın günahlarına və ləyaqətlərinə baxır – halbuki çoxluğun duasında O, bunu etmir. Halbuki bu duaların bir çoxu salehlərdən gəlmir, amma yenə də onların hamısı Yaradan tərəfindən qəbul olunur və O, onların günahlarına fikir vermir.
3.Rabaş. Məqalə 15 (1986) "Çoxluğun duası"
«Mən Öz xalqımın arasında yaşayıram». Yəni mən bütün cəmiyyət üçün dua edirəm, çünki elə bir hala gəlmək istəyirəm ki, orada özüm üçün heç nə ilə maraqlanmayım, yalnız Yaradanın həzz almasından qayğılanım. Belə olan halda, mənim üçün nə fərqi var – Yaradanın məndən həzz alması, ya da həmin həzzi başqalarından alması.
Yəni o, Yaradana dua edir ki, O, bizə «hər şey səmalar naminə» deyilən o anlayışı versin, yəni insan özündə əmin olmalıdır ki, o, özünü aldatmır və həqiqətən Yaradan üçün vermək istəyir. Çünki, doğrudan da, ola bilər ki, o, xeyir və həzzi hiss etməkdən ötrü yalnız öz eqoist sevgisini düşünür.
4.Rabaş. Məqalə 15 (1986) "Çoxluğun duası"
Əgər cəmiyyətdə bir neçə insan varsa ki, onlar Yaradanla birləşmək məqsədinə çata bilərlər və bundan Yaradanın daha böyük həzzi olarsa ,nəinki insanın özünün Onunla yaxınlaşmasından ,o zaman insan özündən imtina edir və istəyir ki, Yaradan onlara kömək etsin. Çünki belə olan halda Yuxarıda Onun işi ilə müqayisədə daha böyük həzz olacaq.
5.Rabaş. Məqalə 17, hissə 2 (1984) "Qrup yığıncağının qaydası"
Hər şeydən əvvəl, toplaşdıqda, yoldaşları mədh etmək, hər bir yoldaşın əhəmiyyətini ucaltmaq lazımdır. Və insan qrupun böyüklüyünü nə qədər qiymətləndirirsə, ona bir o qədər hörmət edə bilər. Daha sonra isə o, dua etməlidir. Yəni hər kəs özünü yoxlamalıdır – qrup naminə nə qədər qüvvə sərf edir. Və o zaman onlar görürlərsə ki, qrup naminə heç nə etməyə gücləri yoxdur, burada artıq duaya yer var – Yaradan kömək etsin və ona güc və yaxınını sevməklə məşğul olmaq arzusu versin.