Dünya Kabala Konqresi, 2025-ci il oktyabr - ״Bir Duada".
Dərs #1 ״Duanın Gücü״
İlkin mənbələrdən seçilmiş parçalar
1. Baal HaSulam. Məktub 57
Həm kiçik, həm də böyük istəklərimiz yalnız dua gücü ilə əldə olunur. Bizim öhdəmizə düşən bütün səy və zəhmət isə yalnız öz gücümüzün acizliyini və aşağılığımızı dərk etmək üçündür. Çünki biz öz gücümüzlə heç nəyə qadir deyilik. Və məhz o zaman biz Yaradan qarşısında kamil dua etməyə hazır oluruq.
2. Rabaş. Məktub 34
Əsas iş – duadadır. Çünki yalnız dua vasitəsilə insan çoxların hökmündən çıxaraq Bir Olanın hökmünə girə bilər. Dua məsələsində isə kiçiklə böyük bərabərdir. Burada əksinədir – kim öz kiçikliyini, «katnut»unu daha çox hiss edirsə, o, qəlbin dərinliyindən səmimi dua etməyə daha çox qadirdir.
Çünki insan, yalnız öz əməli ilə şər başlanğıcdan xilas ola bilməməyini yaxşı anlayır. Və o zaman o, düşünə bilər ki, yalnız xüsusi istedada və incə sifətlərə malik olan biri, öz gücü ilə nəyəsə nail ola bilər. Amma əslində yalnız istedadsız, hətta gözəl üzə malik olmayan – göylərin mərhəmətinə möhtacdır. Beləliklə, həqiqi dua etməyə məhz belə insan qadirdir.
3. Rabaş. Məqalə 37 (1991)
“Ruhani işdə Tövrat nədir və Tövratın qanunu nədir”
İnsan bir an anlayır ki, təbiətinə qarşı çıxmağa gücü çatmır. Və bu zaman onun başqa çıxış yolu qalmır, yalnız Yaradana üz tutaraq demək qalır: “Mən artıq o vəziyyətə gəlmişəm ki, görürəm – əgər Sən mənə kömək etməsən, mənim halım ağır olacaq. Çünki mənim heç vaxt gücüm çatmaz ki, təbiətim olan almaq istəyini aşa bilim. Yeni bir təbiəti insana yalnız Yaradan bəxş edə bilər.”
4. Rabaş. 246. “Şekellər haqqında – 2”
İnsan vermək naminə bir addım atmaq istəyəndə, əgər o, bu addımdan nə qazanacağını düşünməyə başlayırsa, o zaman onun bədəni dərhal ona qarşı çıxır. Çünki o, vermək üçün işləməkdə heç bir fayda görmür.
Və o zaman insana bir yol qalır – dua yolu. Müdriklərin dediyi kimi:“Dua işin yarısıdır”. Çünki əgər Yaradan kömək etməsəydi, insan heç vaxt davam gətirə bilməzdi.
Ona görə də insan öz payını yalnız ürəkdən qopan dua ilə verə bilər. Qalan yarını isə Yaradan tamamlayır.
5. Rabaş. 208. “Kül haqqında”
İslah - insanın yenidən vermək xüsusiyyətini qəbul etməsindən ibarətdir.
Amma bu, insanın gücü daxilində deyil – çünki bu, onun təbiətinə ziddir.
Ona görə də deyilir: “Eşit məni, ey Yaradan, və rəhm et mənə!”
Mərhəmət odur ki, insan layiq olmasa da, Yaradan ona rəhm edir. Necə ki, yazılıb: “Mən rəhm edəcəyəm – nə vaxt ki, rəhm etmək Mənə düşər”.
Biz dua edirik ki, Yaradan bizə bu gücü versin, çünki özümüz bunu edə bilmirik.
Ona görə də deyilir: “Yaradan, mənim köməyim ol!” Çünki müdriklərin dediyi kimi: “Əgər Yaradan kömək etməsəydi, insan dözə bilməzdi”. Bizim edə biləcəyimiz isə yalnız bir şey var – dua.
6. Şamati 57. Onu Öz Arzusuna Yaxınlaşdırar
Lakin bilmək lazımdır ki, dua insanı cəzadan daha çox islah edir. Buna görə də, əgər dua cəzanın əvəzinə aşkarlanarsa, o zaman əzablar götürülür və onların yerini dua tutur ki, bu dua bədəni düzəltsin.Necə ki, müdriklərimiz demişlər: "Layiq oldu – Tövratla islah olundu, layiq olmadı – əzablarla."
Bilmək lazımdır ki, Tövrat yolu əzab yolundan daha uğurlu və daha faydalıdır, çünki ali nuru qəbul edə biləcək kellim (qəbuledici qablar) daha genişdir və onlar vasitəsilə insan Yaradanla birliyə nail ola bilər.Və bu "Onu məcbur edirlər, ta ki, o deməyincə: ‘İstəyirəm’" sözlərinin mənasıdır. Yəni Yaradan deyir: "Mən aşağıdakıların əməlini istəyirəm."
Dua haqqında müdriklərimiz belə demişlər: "Yaradan salehlərin duasını arzulayır." Çünki dua vasitəsilə biz kellim hazırlayırıq ki, Yaradan sonra ali neməti ötürə bilsin, çünki artıq bu neməti qəbul edə biləcək bir kli var.
7. Rabaş. Məqalə 19 (1985) “Gəl, Fironun yanına gedək – 1”
Diqqəti bu prinsip üzərində toplamaq lazımdır: “Gəl, Fironun yanına gedək”.
İnsan ən ağır, ən qaranlıq vəziyyətlərdə belə inanmalıdır, döyüş meydanından qaçmamalı, həmişə Yaradan’a arxalanmalıdır – istər kiçik köməyə, istər böyük köməyə ehtiyac duysun, fərq etməz.
Əslində isə, kim onun daha böyük köməyə ehtiyacı olduğunu anlayırsa, və o, özünü başqalarından daha aciz, daha zəif görürsə – məhz o insanın duası qəbul olunmağa daha çox layiqdir. Necə ki, deyilir: “Yaradan qırıq qəlbliyə yaxındır və sınmış ruhu xilas edər”.
8. Rabaş. Məqalə 10 (1986) “Dua haqqında”
Müdriklər demişlər: “Və xidmət edəcəksiniz – bu, duadır, qəlbin işidir”.
Buradan anlayırıq ki, niyə duanı qəlbin işi adlandırıblar.
Çünki insan çox çalışmalı, öz üzərində işləməlidir – özünü sevməni ləğv etmək, yerinə isə vermək qabını – verə bilən ürəyi qəbul etməlidir.
Beləliklə, əgər insan vermək qablarını qazanmaq istəyirsə, gərək əvvəl-axır özü ilə mübarizə aparsın, öz qəlbini hazırlasın ki, dua edə bilsin. Dua etsin ki, ona vermək gücü bəxş olunsun.
9. Baal HaSulam. Məktub 56
İnsan duada möhkəmlənməlidir: “Qoy Onun istəyi belə olsun… əbəs yerə əziyyət çəkməyək” – əksini düşünmək belə qorxuludur. Çünki bu işdə biz böyük uğura möhtacıq.
Bil ki, insanın duası zamanı onun qəlbində açılan səylər və gördüyü zəhmətlər – ən doğru, ən uğurlu işlərdir. Onlar gerçəkliyin bütün digər yollarından daha çox məqsədə çatdırır.
10. “Hamı üçün Zoar”. Şmot fəsli. Məqalə “İnilti, fəryad və çığırtı”, bənd 356
Kim dua edirsə, ağlayır və fəryad qoparır, elə ki, dodaqlarını tərpədə bilmir – bu, qəlbin kamil duasıdır. Belə dua heç vaxt boş qayıtmaz, mütləq qəbul olunar.
Böyükdür o fəryad ki, insanın bütün günləri üçün yazılmış hökmü ləğv edər.