Davudun məzmurları
1
Xoşbəxtdir o insan ki, günahabatmışların məsləhətinə uymur, yüngülxasiyyətli arsızların məclisində oturmur. Yalnız Yaradanın Tövratı onu cəlb edir, gecə-gündüz Tövratı öyrənir. O, sanki su axınında əkilmiş bir bir ağac kimi nübarını vaxtında verəcək, yarpaqları solmayacaq. Gördüyü hər bir işdə uğur qazanacaq. Günahabatmışlar isə elə deyil, sanki küləyin titrətdiyi saman kimidilər. Ona görə də günahabatmışlar və imansızlar- salehlər birliyi qarşısında dayanmağa tab gətirməzlər. Çünki Yaradan salehlərin yolunu tanıyır, günaha batmışların yolu isə məhvə məhkumdur.
2
Niyə xalqlar calxalanırlar və tayfalar hiylə qururlar? Yer üzünün padşahları və hökmdarları Rəbbinə və onun məsihinə qarşı birləşərək deyirlər: “Gəlin onların üzərimizdəki kəndirlərini qıraq və qandallarını üzərimizdən ataq!” Səmalarda Oturan rişxənd edir, Rəbb onlara istehza edir. Qəzəbi ilə onlarla danışıb qorxudacaq. Çünki padşahımı müqəddəs dağım olan Sion üzərinə qoymuşam! Qərarımı deyirəm: Yaradan mənə söylədi: Sən Mənim övladımsan, bu gün səni yaratmışam! Məndən istə, Mən xalqları sənə miras,Yerin hər guşəsini isə sənin ixtiyarına verərəm. Dəmir əsanla onları əzəcək, saxsı qab kimi qıracaqsan. İndi isə, ey padşahlar, özünüzə gəlin! Diqqət edin, ey yer üzünün hakimləri! Qorxu ilə Rəbbə xidmət edin və həyəcanlar içərisində sevinin! Özünüzü paklıqla silahlandırın ki, O qəzəblənməsin, yoxsa həlak olarsınız, çünki bir qədər də keçsə qəzəbi alovlanacaq. Ona güvənən hər kəs xoşbəxtdir!
3
Davudun öz oğlundan, Avşalondan qaçdığı zaman yazdığı məzmur. Ey Rəbbim, necə də çoxsaylı düşmənlərim var, necə də çoxdur üzərimə gələnlər! Çoxu mənim ruhum haqqında danışır: Yaradan onu qurtarmayacaq, deyirlər! Sela! Sən isə Ulu Rəbbim, mənim qalxanımsan, şöhrətimsən, hər zaman başımı ucaldırsan. Səsimlə Tanrımı çağırıram, cavabı gəlir müqəddəs dağından. Sela! Uzanıram, yuxuya gedib oyanıram, çünki Yaradanım məni qoruyur. Ətrafımda olan on millərlə xalqdan qorxmuram. Qalx, ya Rəbbim, mənə kömək ol, ey Yaradan, çünki Sən bütün düşmənlərimin üzlərindən vurdun, günaha batmışların dişlərini qırdın. Rəbbimdədir qurtuluş! Qoy Sənin xeyr-duan xalqınla olsun! Sela!
4.
Neginotun rəhbərinə Davudun məzmuru. Mən Sənə yalvarıb Səni çağıranda, mənə cavab ver, ey ədalətin Sahibi! Məni darlıqdan qurtardın,rəhm et və duamı eşit! İnsan oğulları! Nə vaxta qədər mənim namusum rüsvay olacaq? Nə vaxta qədər fani şeyləri sevəcəksiz, yalan axtaracaqsız? Sela! Bilin ki, Yaradan Öz zahidlərini seçdi. Mən çağıranda Rəbbim məni eşidəcək. Həyəcanla titrəyin və günah etməyin, ürəyinizdə, yatağınızda düşünün - və susun. Sela! Ədalətin qurbanlarını gətirin və Yaradana güvənin. Çoxları deyirlər: xeyirxahlığı bizə kim göstərəcək? Üzünün nuru ilə bizi sınağa çək, ya Rəbbim! Ürəyimə onların çörəklərinin və şərablarının bol olduğu vaxtdan daha çox sevinc bəxş etdin. Sülh içində uzanıb dərhal yuxuya dalacağam, çünki yalnız Sən, ya Rəbbim, mənə təhlükəsiz həyat bəxş edirsən..
5
Neginotun rəhbərinə Davudun məzmuru. Sözlərimə diqqət yetir. Ya Rəbbim, niyyətimi anla! Səsimin iniltisini duy, yalnız Sənə yalvarıram! Ey ulu Yaradan, sübh çağı səsimi eşit, sabahlarda Sənə olan duamı hazırlayıb gözləyəcəm. Çünki Sən qanunsuzluğu arzu edən Rəbb deyilsən, Səndə şər olmaz. Təkəbbürlülər Gözünün qabağında durmaz, haqsızlıq edənlərə nifrət edirsən, yalan danışanları məhv edəcəksən. Yaradan Qatilə və yalançıya nifrət edir. Mən isə Sənin ulu rəhminlə Evinə gələcəyəm, Hüzurunda ehtiramla müqəddəs məbədinə səcdə edəcəyəm. Ya Rəbbim, məni salehliyində hidayət et, düşmənlərimdən məni xilas edən yolunu hamar et. Çünki onların dilində salehlik yoxdur, ətrafları qanunsuzluq içindədir , boğazları açıq məzardır, dilləri ilə yaltaqdır. Ya Rəbbim, günahlandır onları! Qoy məsləhətlərinə görə yıxılsınlar, məhv olsunlar, etdikləri cinayətlərə görə üzünü onlardan döndər ey Rəbbim, çünki onlar Sənə itaət etmədi. Sənə güvənənlərin hamısı fərəhlənəcək, onlar əbədi olaraq bayram içində olacaqlar, Sən onlara himayədar olacaqsan, Adını sevənlər Sənə şad olacaq. Çünki Sən saleh insana xeyir-dua verirsən, və qalxan kimi mərhəmətinlə onları əhatə edirsən.
6
Neginotun və şminitin rəhbərinə Davudun məzmuru. Ya Rəbb, məni qəzəbinlə cəzalandırma, hiddətinlə süründürmə. Mərhəmətli ol, ey Yaradan, çünki bəxtim qaradır, mənə şəfa ver, ya Rəbb, çünki sümüklərim titrəyir. Ruhum bərk parçalanıb. Bəs Sən, ya Rəbbim, nə vaxta qədər? Qayıt, ey Yaradan, ruhumu qurtar, Sənin mərhəmətin naminə məni xilas et. Çünki ölümdə Səndən heç bir xatirə qalmayacaq, Səni aşkar xatırlaya bilməyəcəm, başqa dünyada kim Sənə təşəkkür deyəcək? Nalələrimdə yorğunam, hər gecə göz yaşlarımla yatağımı yuyuram, göz yaşlarımla yatağım doludur. Gözlərim kədərdən tükənib, düşmənlərin əli ilə qoparıldı. Ey imansızlar, məndən uzaq durun, çünki Yaradan naləmin səsini duydu! Rəbbim yalvarışlarımı eşitdi, O, dualarımı qəbul edəcək. Bütün mənim düşmənlərim çox alçaldılıb uduzacaqlar , bir an içində geri çəkilib əziləcəklər.
7
Binyamin qəbiləsindən olan Kuş haqqında Davudun Yaradana oxuduğu Şiqaon. Ya Rəbb, ey Yaradanım, Sənə güvəndim, məni bütün təqib edənlərdən qurtar və məni xilas et. Şir tək parçalamasın canımı. Dağılır o - xilaskarı yox. Ey ulu Rəbbim! Əgər pislik etmişəmsə, əlimdə haqsızlıq varsa, mənə xeyirxahlıq edənə şər etmişəmsə - o zaman düşmənimin canını səbəbsiz qurtarmışam deməkdir. Qoy düşmən mənim ruhumu təqib etsin , həyatımı tapdalasın və şöhrətimə kül səpsin. Sela! Ya Rəbb, qəzəbinlə yüksəl, düşmənlərimə hiddətinlə qalx və əmr etdiyin hökmü mənim üçün təhrik et. Xalqlar birliyi Səni əhatə edəcək və onun üstündən yüksəklərə ucalacaqsan. Millətlərin hakimi, Yaradan! Ya Rəbb, salehliyimə və təqsirsizliyimə görə məni mühakimə et. Günahabatmışların şərinə son qoyulsun və salehləri təsdiqlə, çünki ədalətli Yaradan ürəkləri və vicdanları sınayır. Qalxanım, qəlbi düzgün olanları xilas edən Yaradandadır. Yaradan ədalətli hakimdir və hər gün günahkarlara qəzəblənir. Şər edənlər günahlardan dönməsə, qılıncını itiləyib, yayını çəkib, onu istiqamətləndirsə, ölüm alətlərini hazırlasa, oxlarını yandırsa - demək o, pisliyə düçar oldu, təlaş yaratdı, yalan doğdu. Mən bir çuxur qazdım, qazdım - və özüm düzəltdiyim bir çuxura düşdüm. Onun təqsiri özünə qayıdacaq, zorakılığı başına enəcək. Ədalətinə görə Uca Rəbbimə şükür edib adını tərənnüm edəcəyəm.
8
Qititin rəhbərinə Davudun məzmuru. Ya Rəbb, ey bizim Rəbbimiz! Adın bütün yer üzündə necə də əzəmətlidir! Sənsən şöhrətini səmalara aşkar edən! Bədxahlara görə, düşmənlərinin və qisasçılarının qarşısını almaq üçün uşaqların və körpələrin dilindən güc aldın. Həmin an Sənin əməllərini, səmanı, yaratdığın ay və ulduzları görürəm. İnsan nədir ki, kimdir !? Amma sən onu unudmadın, daima yada salırsan. Sən onu mələklər qarşısında ucaltdın, ona izzət və əzəmət tacı verdin. Onu öz yaratdıqlarına hakim etdin, hər şeyi onun ayaqları altına atdın: bütün sürüləri, mal-qaranı, çöl heyvanlarını, göydəki quşları və dəniz yollarından keçən balıqları. Ya Rəbb, Sən bizim Ağamızsan! Adın yer üzündə necə də əzəmətlidir!
9
Mutolaben rəhbərinə Davudun məzmuru. Rəbbimi bütün qəlbimlə həmd edəcəm, Sənin bütün möcüzələrindən danışacağam. Səninlə sevinib şadlanacam, Adını nəğmələrlə tərif edəcəyəm. İlahi, düşmənlərim geri çəkilərkən Sənin qarşında büdrəyib məhv olurlar. Çünki Sən mənim ədalətimi və hökmümü icra etdin. Ey ədalətli hakim, Sən taxtda əyləşdin. Millətlərə qəzəbləndin, günahabatmışların evini yıxdın, onların adlarını əbədi olaraq sildin. Bu düşmənlər - əbədi xarabalıq tək yox oldular. Onların nəsillərini məhv etdin, xatirələrini sildin. Rəbbim əbədi olaraq taxtda oturacaq, O, hökm üçün taxtını təsdiqlədi. O, kainatı ədalətlə mühakimə edəcək, millətlərə ədalətlə hökm sürəcək. Və Rəbb zəlillərə dayaq olacaq, sıxıntı anında onların yanında olacaq. Adını bilənlər Sənə güvənəcək, çünki Səni axtaranları tərk etmirsən, ya Rəbb. Sionda yaşayan Rəbb naminə nəğmələr oxuyun, Onun əməllərini millətlər arasında aşkar edin. Çünki qan axtaran Rəbb onları xatırladı, təvazökarların fəryadını unutmadı. Mənə rəhm et, ya Rəbb, düşmənlərimdən çəkdiyim əzablara bax, məni ölüm qapılarından ucaldan Rəbbim. Bütün izzətini aşkar etmək üçün Sion qızının darvazalarında Sənin xilasından sevinəcəyəm. Xalqlar qazdıqları çuxurda özləri batdı, gizlətdikləri tora öz ayaqları düşdü. Hökmünü icra edən Rəbb tanınır, günahabatmışlar isə öz əlləri ilə icra etdiyi əməllərə görə tutulur. İqayon. Sela! Yaradanı unutmuş bütün xalqlar, günahabatmışlar cəhənnəmə qayıdacaqlar. Çünki yoxsul həmişəlik unutulmaz, kasıbın ümidi əbədi olaraq itməz. Qalx, ya Rəbb ! Qoy insan güclü olmasın, millətlər Sənin hüzurunda mühakimə olunacaq! Ya Rəbb, onları təşvişləndir, xalqlar bilsinlər ki, onlar sadəcə insandırlar! Sela!
10
Ya Rəbb, niyə sıxıntı zamanı uzaqlarda dayanıb, gizlənirsən? Günahabatmışların təkəbbürü yoxsulları təqib edər. Arsızlar qurduqları tələlərə görə tutulacaqlar. Çünki günaha batmış adam öz nəfsinin istəkləri ilə öyünür, quldur da öyünür, Rəbbə küfr edir. Günahabatmış təkəbbürlə söyləyir: “O, cəza verməyəcək”. “Yaradan Yoxdur” - onun bütün niyyəti belədir. O, hər zaman öz əməllərində uğur qazanır. Sənin mühakimələrin yüksəkdir və ondan uzaqdır, o isə bütün düşmənlərini külək tək uçurdur. Ürəyində belə deyir: mən heç vaxt sarsılmayacam, çünki mənə heç bir zərər dəyməyəcək. Ağzı lənətlə, hiylə və yalanla doludur, dilinin altında haqsızlıq və yalan var. Kəndlərdə pusquda oturur, gizli yerlərdə günahsızı öldürür, gözləri bədbəxtləri izləyir. Şir xəlvətdə oturduğu tək, o da pusquda durur. Zavallıları tutur, toruna çəkir.Onlar bu qüvvənin altında əyilirlər, bükülürlər və nəhayət yıxılırlar. Qəlbində isə belə deyir : “Yaradan unudub, simasını gizlədib - və bir daha görünməyəcək”. Qalx, ya Rəbb, əlini qaldır, itaətkarları unutma! Niyə günaha batmış küfr edir, ürəyində söyləyir: “Cəza yoxdur!” Gördün ki, Öz əlinlə əvəzini vermək üçün haqsızlığa və pisliyə baxırsan; Bəxtiqara olan Sənə güvənir, yetimə kömək etdin Sən. Arsızların qolunu qır, qəzəblini axtarsan pisliyi tapa bilməzsən. Rəbb əbədi olaraq hökmdardır, yad millətlər isə Onun ölkəsindən yoxa çıxdı. Ya Rəbb, mütilərin arzusunu eşitmisən, onların ürəklərini gücləndir, Qulağın onları eşitsin. Yetimə, məzluma hökm ver ki, yer üzünün insanı zülmkar olmasın.
11
Rəhbərə Davudun məzmuru. Yaradana güvənirəm. Mənim ruhuma dediyiniz kimi: Sizin dağlara quş tək uç? Budur, günahabatmışlar qaranlıqda kaman çəkib, oxu yayda hazırlayıblar ki, doğru yolda olanları vursunlar. Əyər təməli dağılıbsa, saleh insan nə edib? Rəbb Öz müqəddəs imarətindədir, Rəbb göylərdə taxtındadır, Onun gözləri görür, Göz qapaqları insan övladlarını sınayır. Yaradan saleh insanı sınağa çəkər, günahabatmışa və işgəncə sevənə Ruhu ilə nifrət edər. Yağış kimi, günahabatmışların başına kömür, alov və kükürd yağdırar, isti küləkdir onların qisməti. Çünki Yaradan salehdir və düz baxan saleh insanları sevər.
12
Şminitin rəhbərinə Davudun məzmuru. Kömək et ya Rəbb, çünki insan oğulları sırasında saf niyyətlisi, sədaqətlisi yoxdur. Bir-birlərinə yalan yağdırırlar, yalançı dillərlə nitq qururlar, qəlbləri ikilidir. Təkəbbürlə: dilimizlə güclü olacağıq, nitqimiz bizimlədir, kimdir bizim ağamız? -deyən yalan dilləri, Yaradan bütün darmadağın edəcək. Rəbbim söyləyir: Zavallıların qarətindən, yoxsulların iniltisindən qalxacağam, günahabatmış kimi qovarsa, Mən onu qurtaracağam. Yaradanın sözləri - saf sözlərdir, torpağın yeddi qatı ilə təmizlənmiş putada ərimiş gümüş kimidir. Sən isə ya Rəbb, onları saxlayacaqsan, bu nəsildən hər kəsi qoruyacaqsan. İnsan oğullarının rəzaləti yüksəldikcə, ətrafda gəzən kafirlərin sayı artır.
13
Rəhbərə Davudun məzmuru. Nə vaxta qədər, ya Rəbb? Məni əbədi olaraq unudacaqsanmı? Nə vaxta qədər üzünü məndən gizlədəcəksən? Nə vaxta qədər Səndən məsləhət alacağam? Günorta çağı qəlbim kədərlə doludur! Nə vaxta qədər düşmənim mənim başımın üzərində ucalacaq? Mənə tərəf bax, cavab ver, ya Rəbb, gözlərimi aç ki, ölü yuxusuna dalmayım. Düşmənim söyləməsin: mən ona qalib gəldim! Mən səngərləsəm məni sevməyənlər sevinəcəklər. Mən isə Sənin rəhminə güvənirəm, qəlbim Sənin xilasına sevinəcək. Yaradanı vəsv edəcəyəm çünki O, mənə rifah verdi.
14
Rəhbərə Davudun məzmuru. Əclaf qəlbində belə deyir: Yoxdur Yaradan! Evlər yıxdılar, naməhrəm əməllər icra etdilər, bir nəfər belə xeyirxah iş görmədi. Rəbbim göylərdən insan oğullarına tamaşa edir. Onlar arasında Yaradanı axtaran şüurlu birisi varmı, görsün. Hamı ayrılıb, birlikdə kirləniblər, yoxdur xeyirxah əməl edən, bir nəfər belə yoxdur. Mənim xalqımı çörək kimi çeynəyib qanunsuzluqlar törədənlər, onları nələr gözlədiyini bilirdilər. Yaradanı çağırmadılar! Orada onlar qorxuya düçar oldular, çünki Rəbbim saleh olan nəsillər arasındadır. Zavallının nəsihətini utandırırsan, çünki Yaradan onu qoruyur. Siondan İsraelə qurtuluş gəlsin! Rəbb Öz xalqının əsirlərini qaytaranda Yaqub sevinəcək, İsrail şənlənəcək!
15
Davudun məzmuru. Ya Rəbb, Sənin çadırında kim yaşayacaq? Müqəddəs dağına kim qalxacaq? Saleh yollarla gedən, doğru olanı seçən, ürəyində haqqı söyləyən! Dili ilə böhtan atmayan, dostunu incitməyən, yaxınını təhqir etməyən. Mənfurlar Yaradanın gözündə iyrəncdir. Rəbbindən qorxanlara isə O, ehtiram edər, özündəki şərə əyilsə belə, dəyişməz. Pulunu sələmə qoymur və günahsıza qarşı rüşvət qəbul etmir. Bunu edən heç vaxt büdrəməz.
16
Davudun Mihtamı. Qoru məni ya Rəbb, yalnız Sənsən güvəndiyim! Ruhum Yaradana belə dedi: Ağamsan mənim, Səndən savayı yoxdur xeyir mənbəyim - yalnız Sənsən. Yer üzündə olan saleh insanlarla bir olmaq istəyim var. Başqa rəbbə tərəf qaçanların əzabları çoxalsın. Onların qanlı libaslarına şərik olmayacağam və dilimlə adlarını çəkməyəcəyəm. Yaradandır mənim payım və badədir qismətim. Sən bəxtimə yardım edirsən. Mənə gözəl yerlərdən pay düşdü, irsim də mənim mənim üçün çox gözəldir. Gecələri xilqətimi öyrədən, mənə nəsihətlər verən Rəbbimi vəsf edəcəm. Rəbbimi hər zaman qarşımda təsəvvür edirəm, çünki o, sağımda olanda mən səndələməyəcəm! Ona görə də qəlbim sevinir, ruhum fərəhlənir, vücudum isə rahatlıq içindədir. Çünki ruhumu tərk etməzsən ki, cəhənnəmə düşsün, salehin ruhuna imkan verməzsən ki, qəbrini görsün. Sən mənə həyat yolunu, Sənin hüzurunda sevincin dolğunluğunu, bəbəyində əbədi fərəhi göstərirsən.
17
Davudun duası. Ya Rəbb, eşit və dinlə fəryadımı. Eşit duamı - bu dua yalan dildən gəlmədi. Qoy hökmüm səndən gəlsin, çünki Sən ədaləti görənsən. Sən qəlbimi sınadın, gecə sınadın məni. Dilimdən keçməmiş bir fikir tapmazsan. İnsani əməllərimdə, Sənin əmrinlə, yolunu azmışların yolundan uzaq durdum. Öz yolunda mənim addımlarımı təsdiqlədin, ayaqlarım titrəmədi. Mən Səni çağırdım ki, mənə cavab verəsən. Ya Rəbb, qulağını mənə yönəlt, eşit sözlərimi. Ecazkar mərhəmətini aşkar et, Sən, Sənə güvənənləri iradənə qarşı üsyan edənlərdən xilas edənsən. Məni göz bəbəyi kimi,məni soyanlardan, yolunu azmışlardan qoru, qanadlarının kölgəsində məni əhatə edən canımın düşmanlarından qoru. Gövdələri qəlblərini qapayıb , dilləri ilə təkəbbürlü danışırlar. İndi hər addımımızda bizi əhatə edirlər və çökdürmək üçün gözlərini zilləyirlər. O, parçalamaq arzusunda olan aslan kimidir, pusquda duran şir kimidir. Qalx, ya Rəbb, onun qarşısına çıx, onu diz üstə qoy, qılıncınla canımı günaha batmışlardan, Öz əlin ilə insanlardan xilas et, Ya Rəbb, bu həyatda payı olan və bətnini xəzinələrinlə dolduran insanlardan məni xilas et. Oğulları toxdur onların, artıqlarırı körpələrinə qoyurlar. Sənin üzünü ədalətlə görəcəyəm, Sənin surətindən həqiqətdə doyacağam.
18
Rəhbərə ,Rəbbin qulu Davudun məzmuru. O, bu nəğmənin sözlərini, Yaradan onu bütün düşmənlərdən və Şauldan xilas etdiyi gün Onun önündə söyləmişdir: “Sevirəm Səni, ya Rəbb, Sənsən gücüm mənim!” Rəbbim qayamdır, qalamdır, xilaskarımdır. Yaradan arxamdır, yalnız ona güvənirəm, O, mənim qalxanımdır, qurtuluşumdur, dayağımdır.
Rəbbim vəsf etdiyimdir, bununla düşmənlərimdən xilas oluram. Ölüm bağları məni tutdu, fəlakət selləri məni dəhşətə gətirdi. Ölüm əzabı tutdu məni, ölüm tələləri düzüldü qarşımda. Bəlaya düşəndə Rəbbimi çağırdım, Yaradanıma səsləndim. O, taxtından eşitdi məni və Rəbbimin qarşısında etdiyim fəryad qulağına çatdı. Yer silkələndi və titrədi, dağların təməli tərpənib sarsıldı, çünki O, qəzəbləndi. Burnundan tüstü çıxdı, ağzından od püskürdü, kömürlər alovlandı. Səmalar əyildi, O,endi, ayaqlarının altı qaranlığa qərq oldu. O, keruvun üstündə oturdu və küləyin qanadlarında uçdu. Zülməti özünə sığınacaq etdi, Səma buludlarının qaranlığından ətrafına çadır etdi . Buludlar qarşısından dolu və alovlu kömürlə, parıltı ilə keçdilər.
Rəbb səmada gürladı, dolu və odlu kömürləri ilə səs verdi. Oxlarını atdı, səpələdi, şimşəklər atdı, onları çaşqınlığa sürüklədi və çayların yolları açıldı, Ya Rəbb, burnundan gələn küləyin nəfəsindən kainatın təməli Sənin titrədən səsindən vahimə içində özünü aşkar etdi. Yüksəklərdən göndərdin, məni çoxsaylı sulardan çıxardın, apardın məni. Məni düşmənlərimdən və məndən güclü olub, mənə nifrət edənlərdən xilas etdin. Bəd günümdə üzərimə üsyanla qalxmağa tələsdilər, amma Rəbbim mənə dayaq oldu. Məni genişliyə çıxardı, xilas etdi, çünki O, məni sevir. Yaradan mənə xeyirxahlığıma görə verdi, əllərimin saflığına görə mükafatlandırdı. Çünki Rəbbimin yolu ilə getdim və Rəbbimdən dönmədim. Çünki Onun bütün qanunları qarşımdadır, əmrlərini özümdən uzaqlaşdırmadım. Onun qarşısında saf idim və günaha batmaqdan ehtiyat etdim. Və Rəbbim mənə xeyirxahlığıma görə verdi, gözü önündə əllərimin saflığına görə mükafatlandırdı.
Rəhimli ilə Rəhimlisən, qüsursuz olanla - qüsursuzluğu qədər , saf olanla saflığı qədər, inadkarla inadı qədər davranırsan. Çünki təvazökarları xilas edirsən, təkəbbürlü gözləri isə alçaldırsan. Çünki Rəbbim mənim qaranlığımı işıqlandırır, çırağımı yandırır, Çünki Səninlə dəstələri darmadağın edirəm və Rəbbimlə qala divarından tullanıram. Yaradan - salehdir, Onun yolu, Rəbbin sözü həqiqətdir, O, ona güvənənlərin qalxanıdır. Məyər Rəbbimdən başqa Yaradan varmı, bizim Ondan başqa dayağımız varmı ? Rəbbim məni güclə əhatə edir və mənə düz yol verir. Ayaqlarımı marala bənzədər, məni öz üzərimdən ucalığa qaldırır. Əllərimi döyüş üçün məşq elətdirir, onlar mis kamanı sındırırlar. Sən mənə qurtuluş sipərini verdin və bəbəyin mənə dayaqdır, mərhəmətin məni ucaldır. Addımlarımı genişləndirirsən, ayaqlarım büdrəmir.Düşmənlərimin izindəyəm, onları tapıram və məhv etməyincə qayıdan deyiləm. Vururam onları, qalxa bilməyəcəklər - ayaqlarımın altına düşüblər. Sən məni döyüşə sövq etdin, mənə qarşı qalxanları mənə tabe etdin. Düşmənlərimin arxasını mənə çevirdin, bədxahlarımı məhv etdim. Onlar car çəkir, lakin xilaskarları gəlmir, onlar Rəbbi çağırdılar, lakin Rəbb cavab vermədi. Onları kül kimi havada ovudaram, küçə zibili kimi yayaram. Sən mənim xalqımdan olan ,mənə qarşı çıxanlardan məni qurtardın, məni qəbilələrin başına qoydun, tanımadığım xalq mənə qulluq edir. Təkcə adımı eşitməklə mənə tabe olurlar, əcnəbilər mənə rəğbət bəsləyirlər. Əcnəbilər həbs olduqları yerlərdə buxovlardan quruyub axsayacaqlar. Rəbb yaşayır, mübarəkdir , mənim qisasımı alan və qarşımda millətləri ram edən, məni düşmənlərimdən qurtaran Yaradan ucadır! Mənə qarşı çıxanların üzərində məni ucaldırsan, zalımlardan məni xilas edirsən. Səni vəsf edəcəm, ya Rəbb, xalqlar içində adına nəğmələr qoşacam. O, padşahı olan, məsh olunmuş Davuda və onun nəsli üçün böyük qurtuluş verir və əbədi olaraq mərhəmət göstərir.
19
Rəhbərə Davudun məzmuru. Göylər Rəbbi vəsf edir, uca səmalarda Onun əməllərindən danışılır. Gündüz gündüzə söz ötürür, gecə gecəyə bilik aşkar edir. Söz yox, sözlər də yox - eşidilmir səsləri. Bütün Yer üzündən keçir onların xətti, sözləri kainatın sonuna kimidir,Yaradan onlardan Günəşə çadır qurdu. Və o, bəy kimi, toy çətirinin altından çıxır, igid kimi sevinir, yol qət edir. Səmaların kənarından yüksəlir və onların sonuna tərəf dönür və onun istiliyindən heç bir şey gizli deyil. Rəbbin Tövratı mükəmməldir, ruhu yüksəldir, Rəbbin şahidliyi həqiqidir, sadəlövhü müdrikləndirir. Rəbbin dedikləri ədalətlidir, qəlbi fərəhləndirir, Rəbbin əmrləri salehdir, gözlərə nur bəxş edir. Rəbb qarşında qorxu safdır, əsrlərlə yaşayır, Rəbbin qanunları həqiqidir, hamısı ədalətlidir. Qızıldan və bir çox təmiz qızıldan da çox arzulanan, baldan və arı balından şirindir. Sənin qulun onları yerinə yetirməkdə ehtiyatlıdır, onlara riayət etməkdə böyük mükafat vardır. Kim öz səhvlərini anlayır? Anlaya bilməyəcəyim günahlardan məni təmizlə. Qulunu qəsdən günahlardan saxla, onlar mənə hakim olmasınlar - onda mən çoxlarının günahlarından təmiz və qüsursuz olacağam. Ağzımdan çıxan sözlərim Sənə xoş gəlsin, Qəlbimin fikirləri Sənin hüzurunda olsun, Ya Rəbb, Qalam və Xilaskarım.
20
məzmurun rəhbərinə Davud haqqında. Bəd gündə Yaradan sənə cavab verəcək, Yaqubun Rəbbinin adı səni möhkəmləndirəcək. O, müqəddəs yerdən imdad göndərəcək və Siondan sənə dəstək olacaq. O, Sənin bütün bəxşişlərini xatırlayacaq və sənin yandırdığın qurbanları lütf əlaməti olaraq külə dönəcək. Sela! O, sənin qəlbinin istəyinə görə verəcək, sənin hər məsləhət və fikrini yerinə yetirəcək. Sənin qurtuluşunu bayram edəcəyik və Rəbbimizin naminə nişan qaldıracayıq. Rəbbim səni bütün istəklərinə çatdırsın. İndi mən bilirəm ki, Rəbb Öz məsh etdiyi şəxsi xilas edir - O, Öz müqəddəs səmasından ona cavab verəcək - xilasedici göz bəbəyinin gücü ilə. Onlar döyüş arabalarına, atlılara arxalanır, biz isə Rəbbimizin adına həmd edirik. Onlar əyilib yıxıldılar, biz isə qalxıb onlara güc gəldik. Ya Rəbb, Özün kömək ol! Hökmdarımız bizə, biz car çəkincə cavab verəcək.
21
məzmurun rəhbəri Davud haqqında. Ya Rəbb! Sənin gücün naminə hökmdar sevinir, Səndən gələn qurtuluş naminə çox fərəhlənir! Ona istəklərini bəxş etdin, dilindən gələn xahişdən imtina etmədin! Sela! Çünki onu xeyir-dualarla və bol nemətlə qarşıladın, başına xalis qızıldan bir tac qoydun. O, həyat istədi Səndən, ona uzun ömür bəxş etdin. Səndən gələn qurtuluşdadır onun izzəti, ona verdiyin gözəllik və əzəmət böyükdür. Çünki onu əbədi olaraq vəsf etdin, Səndən gələn sevinclə onu sevindirdin. Hökmdar Rəbbə güvənir və haqq - Rəbbin mərhəmətindən sarsılmaz. Əlin bütün düşmənlərini tapacaq, göz bəbəyin sənə nifrət edənləri tapacaq. Onları qəzəbindən odlu soba kimi edəcəksən. Rəbb qəzəbində onları məhv edəcək və od onları yox edəcək. Onların meyvələrini yerdən, toxumlarını bəşər övladları arasından qoparacaqsınız, çünki onlar sizə pislik etmək niyyətində idilər, hiylələr qurdular. Alınmayacaq! Çünki sən onları çiyninlə uçuracaqsan, yaylarını onların üzünə tutacaqsan. Qalx, ya Rəbb, Sənin qüdrətinlə, gücünü tərənnüm edib vəsf edək.
22
Aelet aşaxarın rəhbərinə Davudun məzmuru. Ya Rəbb! Ya Rəbb! Niyə məni tərk etdin, mənim qurtuluşumdan , mənim nəriltimdən uzaqdasan. Ya Rəbb! Günorta çağırıram, cavab vermirsən, gecələr də susmuram. Sən isə müqəddəssən, İsraelin vəsfindəsən! Atalarımız sənə güvənib – və Sən onları hər zaman xilas etmisən. Sənə car çəkdilər və qurtuldular, Sənə güvəndilər və aşağılanmadılar. Lakin mən bir soxulcanam, adam deyiləm, insanlar tərəfindən təhqir olunmuş, xalq tərəfindən nifrətə düçar olmuş birisi. Məni görənlər ağızlarını ayırıb mənə gülürlər, başlarını yelləyirlər. Rəbbə kim güvənirsə, Rəbb ona lütf edib, onu xilas edəcəkdir. Sən məni ana bətnindən çıxardın, anamın qucağında məni sakitləşdirdin. Mən ana bətnindən Sənin himayənə atıldım – Sən Mənim Rəbbimsən. Məndən uzaqlaşma, çünki fəlakət yaxındadır və köməyim yoxdur. Ətrafımda çoxlu öküz var, Başananın güclü öküzləri əhatə edib məni. Ağızlarını mənə, nərə çəkən, parçalayan aslan kimi açdılar. Su kimi axdım, bütün sümüklərim ovuldu, qəlbim mum kimi içalatımın daxilinə əridi getdi. *Gücüm kəllə sümüyü kimi qurudu,* dilim ağzıma yapışdı, ölü külünə çevirirsən məni. İtlərin əhatəsindəyəm, kafirlərdən ibarət bir izdiham məni əhatə etdi, şir tək əl-ayağımı parçalayırlar. Bütün sümüklərimi tək-tək saya bilərdim. Onlar isə kənardan durub baxır. Mənim paltarlarımı öz aralarında bölüşdürüb püşk atırlar. Lakin Sən, Ya Rəbb, uzaqlama! Gücüm mənim, köməyimə tez tələs! Ruhumu qılıncdan qurtar, yeganə ruhumu – o itdən qurtar. Məni aslanın ağzından və təkbuynuzların buynuzlarından xilas et. Sən mənə cavab verdin! Sənin adını qardaşlarıma tanıtdıracam, yığıncaqlarda Səni vəsf edəcəm. Yaradandan titrəyənlər, Onu vəsf edin! Yaqubun bütün nəsli, Ona hörmət edin və Ona baş əyin, ey bütün İsrail nəsli! Çünki o, xor görmədi, zavallının duasından imtina etmədi, Öz simasını ondan gizlətmədi, Onu çağıranda , eşitdi. Səndəndir – böyük yığıncaqda qazandığım izzət! Ondan qorxanların qarşısında verdiyim sözlərimə əməl edəcəm. Təslim olanlar yeyib doyacaqlar, Rəbbi axtaranlar Ona vəsf edəcək, qoy qəlbiniz hər zaman canlı olsun. Yer üzünün hər yerində Yaradanı yad edib ona qayıdacaqlar, bütün xalqların tayfaları qarşısında baş əyəcəkdir. Çünki padşahlıq Rəbbindir, O, millətlər arasında hökmdardır. Bütün ruzulu torpaqlar yeyib səcdə etdilər, külə çevrilmişlər Hüzurunda baş əyəcək, onların ruhu dirilməyəcək. Nəsilləri Ona qulluq edəcək, Rəbbin adı nəsildən-nəslə keçəcək. Onun ədalətindən, yaratdıqlarından doğulacaq millətlərə danışacaqlar.
23
Davudun məzmuru. Rəbbim - çobanımdır. Heç nəyə ehtiyacım olmayacaq. Otlu yaylaqlarda məni Yatırır, sakit sulara tərəf gətirir. Ruhumu canlandırır, Öz adı naminə məni ədalətli yollarla aparır. Qaranlıq vadisindən keçsəm də - şərdən qorxmaram, çünki Sən mənimləsən. Əsan və dəstəyin mənə təsəlli verəcək. Qarşımda düşmanlarımın gözü önündə mənə masa hazırlayırsan, başımı yağla məsh edirsən, badəm tam doludur. Qoy ömrümün bütün günləri məni yalnız xeyir və mərhəmət müşayiət etsin ki, uzun illər Rəbbin evində qala bilim.
24
Davudun məzmuru. Rəbbimədir yer və yer üzündə olan hər şey, kainat və orada yaşayan hər bir varlıq. Çünki onu dənizlərdə qurdu, çaylar üzərində təsdiq etdi. Rəbbin dağına qalxmağa, Onun müqəddəs yerində durmağa kim layiqdir? Əlləri , qəlbi təmiz olan, nəfsi batilliyə meyilli olmayan, yalandan and içməyən. O, Rəbbindən xeyir-duasını və xilaskarı olan Yaradanından ədalət alacaq. Bu, Ondan soranların, Sənin simanı axtaranların nəslidir. Bu Yaakovdur. Sela! Başınızı , darvazalarınızı qaldırın və ucalın, bu qapılar əbədi qapılardır - izzət Padşahı içəri girəcək. Bu şöhrət Padşahı kimdir? -Güclü və əzəmətli Yaradan, döyüşlərdə qüdrətli Yaradan. Bu şöhrət Padşahı kimdir?- Svaotun Rəbbidir O, izzət Padşahıdır. Sela!
25 Davudun məzmuru. Ya Rəbb, ruhumu Sənə təslim edirəm. Ey Rəbbim, Sənə güvənirəm. Qoy alçalmayım, sevinməsin düşmanlarım! Və Sənə güvənən hər kəs, qoy alçalmasın. Şəxsi boşluğuna görə xəyanət edənlər qoy alçalsın. Ya Rəbb, yollarını mənə bildir, yollarını mənə öyrət. Məni həqiqətinlə apar, Sənsən qurtuluşumun Rəbbi, hər gün Sənə güvənirəm. Rəhmini xatırla, ya Rəbb, Rəhmanını xatırla, çünki onlar əbədi olacaq. Cavanlıq günahlarımı və əməllərimi xatırlama. Rəhmanınla xatırla məni Sən – xeyir işinlə xatırla, ya Rəbb. Xeyirxah və ədalətlidir Rəbbim, ona görə də günahabatmışlara yol göstərir. O, mütilərə ədaləti öyrədir, itaətkarlara Öz yollarını öyrədir. Rəbbə aparan bütün yollar – Onun əhdinə əməl edən və Tövratına şəhadət verənlərə mərhəmət və həqiqətdir. Öz adın haqqına, ya Rəbb, günahımı bağışla, günahım böyükdür. Yaradandan qorxan hər bir kəsə O, düzgün seçim yolunu göstərəcəkdir. Ruhu mərhəmət içində olacaq, və onun nəsli ölkəyə varis olacaq. Rəbbin sirri – ondan qorxanlar üçündür, O, öz əhdini onlara aşkar edir. Gözlərim hər zaman Yaradana yönəlir, çünki O, ayaqlarımı tordan qurtarır. Mənə sarı yönəl və məni əhv et, çünki mən tənha və mütiyəm. Qəlbimin kədəri artıb, məni öz bədliyimdən azad et! Mənim iztirablarıma bax, əzablarıma bax və bütün günahlarımı bağışla. Düşmənlərimə bax - onların sayı nə qədər də çoxdur və mənə nə qədər yersiz böyük kinlə nifrət edirlər. Ruhumu saxla və məni xilas et, utandırma, çünki Sənə güvənirəm. Saflıq və ədalət məni qoruyur, çünki Sənə güvənirəm. Ya Rəbb, İsraeli bütün bədliklərdən xilas et!
26
Davudun məzmuru. Ya Rəbb, məni mühakimə et, çünki mən qüsursuzluğumla getmişəm və Rəbbə güvənmişəm. Büdrəmərəm! Ya Rəbb və məni sınağa çək, böyrəklərimi və ürəyimi təmizlə. Çünki Sənin rəhmin gözlərim önündədir və mən Sənin həqiqətinlə gəzmişəm. Yalançı insanlarla oturmamışam, işlərini gizli görənlərlə dolanmamışam. Qəzəbli insanların cəmiyyətinə nifrət etmişəm və ləyaqətsizlərlə bir olmamışam. Ya Rəbb, əllərimi paklıqla yuyacağam və Sənin qurbangahının ətrafında dolanacağam ki, şükrün səsi eşidilsin və bütün möcüzələrin haqqında danışılsın. Ya Rəbb, mən Sənin evinin məskənini və izzətinin yerini sevirəm. Canımı və həyatımı günahkarlarla , əllərində rüsvayçılıq, göz bəbəyi rüşvətlə dolu olan qatillərlə məhv etmə. Amma mən qüsursuzluğumla gedəcəyəm, məni xilas et və rəhmin gəlsin. Ayağım düz yerdə, möhkəm dayanır, Məclislərdə Rəbbə alqış edəcəyəm.
27
Dаvudun məzmuru. Rəbbim - nurum və qurtuluşumdur. Kimin qarşısında titrəyim? Rəbbim - həyatımın dayağıdır. Kimdən qorxmalıyam? Bədxahlar ətimi yemək üçün mənə sarı yaxınlaşarkən, mənə qarşı olanlar və düşmənlərim - büdrəyib yıxıldılar. Düşmən düşərgəsi məni əhatə etsə, qəlbim qorxmayacaq. Üstümə müharibə ilə qalxsalar - burada da mən Rəbbimə güvənəcəyəm. Rəbbimdən bir istəyim var, yalnız bir şey axtarıram, həyatımın bütün günləri Rəbbimin evində olum, Onun mərhəmətini düşünüm və Məbədini ziyarət edim. Çünki dar gündə məni Öz çadırında gizləyəcək, çadırının örtüyü altında saxlayacaq, qayalara qaldıracaq. İndi başım, məni əhatə edən düşmənlərin üzərindən qalxacaq, fərəhli nidalarla Onun çadırında Ona qurban gətirəcəyəm, Rəbbimi vəsf edib nəğmələr oxuyacağam. Ya Rəbb, Sənə car çəkdiyim an, eşit məni, mənə rəhm et və mənə cavab ver. Sənin adından qəlbim belə söyləyir: “Simamı arayın”! Simanı, ya Rəbb, arayacağam. Gizlətmə simanı məndən, qəzəbinlə quluna dağ çəkmə! Mənim qurtuluşum idin, tərk etmə məni, qoyma Sənsiz qalım, ey qurtuluşumun Rəbbi! Atam və anam məni tərk etdilər, amma Rəbbim məni qəbul edəcək. Ya Rəbb mənə yolunu göstər və Öz yolunla məni apar, düşmənlərimdən məni uzaqlaşdır. Məni düşmənlərimin himayəsinə vermə, çünki yalançı şahidlər mənə qarşı durublar və işgəncə vermək arzusu ilə nəfəs alırlar. Rəbbimin rifahını dirilər ölkəsində görəcəyimə inanmasaydım nə olardı?! Rəbbə güvən, mərd ol, qoy qəlbin güclü olsun və yalnız Rəbbinə güvən!
28
Davudun məzmuru. Sənə car çəkirəm, ya Rəbb! Rəbbim, qayamsan, yalvarışlarımı eşit! Mənim üçün susqun olsan, məzara enənlərə bənzəyəcəm. Sənə car çəkdiyimdə səsimin yalvarışını eşit, müqəddəs Dvirinə əllərimi uzadarkən səsimin yalvarışını eşit. Məni günahkarlarla, zülm edənlərlə, qəlblərində kin varkən qonşuları ilə yalandan gülüb-danışanlarla birlikdə sürükləmə. Onların pis əməllərinə görə əvəzini ver, əllərinin işinə görə əvəzini ver, layiq olduqlarını ver. Çünki onlar Rəbbin əməlini və Onun əllərinin işini başa düşmürlər. Qoy onları məhv etsin, yenidən bərpa etməsin! Rəbbə həmd olsun, çünki O, yalvarışımın səsini eşitdi. Rəbb mənim gücüm və qalxanımdır. Ürəyim Ona güvəndi və O, mənə kömək etdi. Və ürəyim sevindi, nəğməmlə Ona təşəkkür edəcəyəm. Rəbb xalqın gücüdür, Onun məsh etdiyinin qurtuluş qayasıdır. Xalqını xilas et və irsinə xeyir-dua ver, onları yönəlt və əbədi olaraq ucalt.
29
Davudun məzmuru. Rəbbi vəsf edin, ey güclülər, Rəbbi vəsf edin, Onun izzətini və gücünü vəsf edin! Rəbbi vəsf edin - müqəddəs adını vəsf edin, Rəbbə itaət edin, gözəllik və müqəddəslik içində itaət edin. Rəbbin səsi - sular üzərindən gəlir, izzətliyin allahı guruldayır, Rəbb - çoxsaylı sular üzərindədir! Rəbbin səsi güclüdür, Rəbbin səsi ucadır! Rəbbin səsi sidr ağaclarını yıxar, Rəbb hətta Livan sidrlərini də qırar. Onları buğa kimi çapmağa məcbur edər, Livan və Suriya vəhşi buğalara bənzəyir. Rəbbin səsi odun alovunu yarır. Rəbbin səsi səhranı silkələyir, Kadeş səhrasını lərzəyə gətirir. Rəbbin səsi maralların yükünü yüngülləşdirir və meşələri çılpaq edir, Onun məbədində hər şey deyir: "Var olsun!" Rəbb tufanlarda oturur, Rəbb Padşah olaraq əbədi var olacaq. Rəbb xalqına güc verəcək, Rəbb xalqını sülhü ilə vəsf edəcək.
30
Məzmur, evin təqdis mərasimində Davudun nəğməsi. Sənə vəsf edirəm, ya Rəbb, çünki Sən məni ucaldıb düşmənlərimə üzərimdə qələbə çalmağa imkan vermədin. Ya Rəbb, Rəbbim mənim! Sənə car çəkdim, və Sən mənə şəfa verdin, ya Rəbb! Ruhumu cəhənnəmdən qaldırdın, məni sağ saxladın ki, çuxura düşməyim. Rəbb üçün nəğmələr oxuyun, ey saleh insanlar, Onun müqəddəsliyini yad edin. Çünki Rəbbin qəzəbi bir anda gələ bilər, Onun vəsfində həyat var, axşam iztirab olur, səhər - sevinc. Qayğısızlığımda söylədim, ömür boyu büdrəmərəm. Ya Rəbb, vəsfinlə dağımı dayaq etdin. Simanı gizlətdin - qorxuya qərq oldum. Sənə, ya Rəbb, car çəkdim və tək Sənə yalvardım. Qanımdan nə fayda məzara ensəm? Külümmü Səni vəsf edəcək? Həqiqətini təbliğmi edəcək? Eşit, ya Rəbb, mənə rəhm et! Ya Rəbb, köməkçim ol! Qəmimi rəqsə çevirdin, çulumu açıb sevincdən qurşağımı bağladın. Ruhum Sənə nəğmələr desin, susmadan desin! Rəbbim mənim, ömür boyu Sənə təşəkkürümü bildirəcəm!
31
Rəhbərə Davudun məzmuru. Sənə, ya Rəbb güvənirəm! Heç zaman utandırma məni. Öz ədalətinlə məni qurtar! Eşit məni, məni qurtarmağa tələs, xilasım üçün qalam ol, dayağım ol, ocaq başım ol! Çünki qalam da, qülləm də Sənsən, adın naminə mənə yol göstər, yönəm ver! Məni qurduqları tordan xilas et, çünki Sənsən dayağım. Ruhumu əllərinə tapşırıram, ya Rəbb, çünki hər zaman məni xilas edirsən, Rəbbim mənim, həqiqətin rəbbi. Mən yalana tabe olanlara nifrət edirəm və Rəbbə güvənirəm. Sənin rəhmətindən şad olub fərəhlənirəm, çünki müsibətimi gördün, Ruhumun bədbəxtliyini tanıdın. Sən isə məni düşmən əlinə vermədin, ayaqlarıma yol açdın. Mənə rəhm et, ya Rəbb, sıxıntı içindəyəm; gözüm, canım, içim qəmdən çürüdü, Çünki ömrüm kədərdən, illərim iniltidən tükəndi, gücüm günahımdan zəiflədi , sümüklərim çürüdü. Bütün düşmənlərim üzündən yaxınlarıma rüsvay , qonşulara canavar olmuşam, məni küçədə görənlər məndən uzaqda durur. Ölmüş tək unudulmuşam, qəlb üçün itirilmiş bir qab kimiyəm. Çünki çoxlarının böhtanını eşitmişəm, ətraf dəhşətdir. Mənə qarşı çıxaraq ruhumu almaq istəyirlər. Amma mən Sənə güvənirəm, ya Rəbb. Dedim ki, Rəbbim Sənsən! Zamanım da, talehim də Sənin əlindədir. Məni düşmənlərimdən, pusquda duranlardan xilas et. Qoy siman qulun üzərindən nur saçsın, məni mərhəmətin ilə qurtar! Ya Rəbb, qoy alçalmayım, çünki Sənə car çəkmişəm. Qoy natəmizlər utansınlar, cəhənnəmdə sussunlar. Yalançı dillər lal olsun, saleh insan haqqında nifrətlə, yuxarıdan danışıb yalan yayan dillər lal olsun. Səndən qorxanlar üçün saxladığın, bəşər övladları qarşısında Sənə güvənənlər üçün etdiyin xeyirxahlığın necə də böyükdür. Onları Öz üzünün pənahında insanların hiylələrindən goruyursan, çəkişmələrdən onları kolluqda gizlədirsən. Möhkəmləndirilmiş şəhərdə mənə ecazkar mərhəmətini göstərən Rəbbə alqış olsun! Tələsik dedim: Sənin gözündən uzaqlaşdırıldım. Amma Sənə yalvardığım zaman səsimi eşitdin. Rəbbi sevin, bütün salehlər, Rəbbim ona vəfalı olanları qoruyur, təkəbbürlü olanları isə çoxlu itkilərə uğradır. Ey Rəbbə güvənənlər, mərd olun, ürəyiniz möhkəm olsun.
32
Davudun məzmuru. Maskil. Cinayəti bağışlanan, günahı bağlanıb bağışlanan bəxtiyardır. Bəxtiyardır o adam ki, Rəbb günahını onun üzərinə qoymaz və ruhunda yalan yoxdur. Susub Rəbbə dönmədiyimdə gündəlik fəryadımda sümüklərim çürüdü. Çünki gecə-gündüz əlinin ağırlığını üzərimdə hiss etdim, təravətim yayın istisinə çevrildi. Sela! Günahımdan xəbər verdim, günahımı gizlətmədim. Dedim: Bütün bədxaq əməllərimi Yaradan qarşısında boynuma alıram və Sən günahımı bağışladın. Sela! Buna görə də, hər bir saleh insan, Sən tapıldığın an Sənə dua edər, suların daşması ona yetişməz. Sən mənim pənahımsan, fəlakətdən məni qoruyursan, qurtuluş sevinci ilə əhatə edirsən. Sela! “Sənə öyüd-nəsihət verəcəyəm və gedəcəyin yolu sənə göstərəcəyəm, sənə nəsihət edəcəyəm, Nəzərimi sənə çevirəcəyəm.” At kimi və axmaq qatır kimi olmayın, onların ağzını yüyənlə cilovlamalısınız ki, sizə yaxınlaşmasın və sizi dişləməsin. Günahabatmışların çox əzabları var, amma Rəbbə güvənəni həmişə mərhəmət əhatə edir. Ey salehlər, Rəbbə sevinin və fərəhlənin, Onu tərənnüm edin.
33
Sevinin, ey salehlər, Rəbb həmdə layiqdir. Kinorda Rəbbə şükür edin, altı simli arfada ifalar edin! Yeni nəğmələr oxuyun, nəfəsli alətlərdə məharətlə ifalar edin. Çünki Rəbbin sözü ədalətdir, Onun bütün işləri doğrudur! O, ədaləti və həqiqəti sevir, yer Rəbbin lütfü ilə doludur. Rəbbin sözü ilə səmalar, Onun nəfəsi ilə bütün ordular yaradıldı. Dənizin sularını divar kimi toplayır, uçurumun anbarlarına qoyur. Bütün yer kürəsi və kainatda yaşayanların hamısı Rəbbdən qorxmalıdırlar. Çünki O nə söyləsə - baş verəcək, O nə əmr etsə - elə olacaq. Rəbb qəbilələrin məclislərini və planlarını puç edir, xalqların düşünüb qurduqlarını məhv edir. Rəbbin məsləhəti əsrlərlə var olacaq, qəlbinin məqsədi əbədidir. Yaradanını Rəbb kimi taniyan xalq nə bəxtiyardır, Rəbbin Öz irsi kimi seçdiyi xalq nə bəxtiyardır. Rəbb səmalardan baxır, bütün bəşər övladlarını görür. O, Öz məskənindən yer üzündə yaşayanlara nəzarət edir. Rəbb, hamının qəlbini yaradan, bütün əməllərini dərk edəndir. Padşaha çoxlu ordu kömək etməz, qüdrətliləri böyük güc xilas etməz. Atının ona kömək edıb, böyük güclə atlını xilas edəcəyi - yalandır. Rəbbin nəzəri Ondan qorxanlarda və Onun mərhəmətini gözləyənlərdədir. Onların canını ölümdən qurtarmaq üçün aclıq zamanı yaşadacaq. Ruhumuz Rəbbi gözlədi, yardımımız və qalxanımız Odur. Çünki ürəyimiz Ona fərəhlənir, Onun müqəddəs adına güvənirik. Ya Rəbb, ümidimiz Sənə olan kimi. mərhəmətin də bizim üzərimizdə olsun.
34
Avimelexin qarşısında ruhi xəstə kimi özünü qələmə verib, sürgün olunub getdiyi zaman - Davudun məzmuru. Hər zaman Rəbbə vəsf edəcəm, dodaqlarımdan Rəbbə şükür əskik olmayacaq. Ona təvəkkül edənlər eşidib sevinsinlər, ruhum Rəbbimlə fəxr edir. Rəbbi mənimlə vəsf edin, birlikdə Adını ucaldaq. Rəbbimdən soruşdum, O, mənə cavab verdi, bütün müsibətlərimdən məni qorudu. Onlar Ona baxıb kamilləşdilər, simaları utanmadı. Burada əziyyət çəkən fəryad etdi - və Rəbb eşitdi, onu bütün fəlakətlərdən xilas etdi. Rəbbin mələyi Ondan qorxanların ətrafında düşərgə salıb onları xilas edir. Dadın! Rəbbin necə də lütfkar olduğunu duyun! Ona güvənən insan xoşbəxtdir. Rəbbdən qorxun, ey Rəbbin salehləri, çünki Ondan qorxanların heç nəyə ehtiyacı olmur. Aslanlar zavallı və ac olurlar, lakin Rəbbini axtaranlar heç bir nemətlərdən əskiklik duymur. Gəlin, ey oğullar, dinləyin səsimi, sizə Rəbb qorxusunun nə olduğunu öyrədəcəyəm. Həyat istəyində olan insan, uzunömürlülük axtaran insan, səni çağırıram, lütf görmək üçün, gəl! Dilini şər söyləməkdən qoru, dodaqların yalan söyləməsin. Şərdən qorun, yaxşılıq et, sülh axtar, sülhə yönəl. Rəbbin nəzəri - salehlərdədir, qulağı hər zaman- onların car çəkməyini eşidir. Rəbbin siması günah edənlərə qarşıdır ki, onların xatirəsini yer üzündə məhv etsin. Salehlər haray çəkdilər, Rəbb onları eşitdi və bütün müsibətlərdən xilas etdi. Rəbb qəlbi sınmışlara yaxındır, ruhən təvazökarları xilas edir. Salehin dərdi çoxdur, lakin hamısından onu Rəbb xilas edir. O, onun bütün sümüklərini qoruyur, heç biri dağılmır. Şər günaha batmışları öldürəcək, salehlərə nifrət edənlər isə məhv olacaqlar. Rəbb Öz qullarının canını bağışlayır, Ona güvənənlərin heç biri həlak olmaz.
35
Davudun məzmuru. Mənim rəqiblərimlə mübahisə et, ya Rəbb, mənə qarşı döyüşənlərlə döyüş. Qalxan və zirehləri götürüb köməyimə qalx! Mizraqı aç, məni güdənlərin yollarını bağla, ruhuma söylə: ”Mən sənin qurtuluşunam”. Ruhumu axtaranlar utansınlar, mənə qarşı şər düşünənlər rüsvay olub geri çəkilsinlər. Külək qarşısında saman çöpü kimi olsunlar, Rəbbin mələyi onları uzaqlaşdırsın. Yolları qaranlıq və sürüşkən olsun, Rəbbin mələyi onları güdsün. Çünki səbəbsiz yerə mənim üçün çuxur üzərində tor sərib gizlətdilər, ruhumu eşələdilər. Qoy ona gözlənmədən ölüm gəlsin, gizlətdiyi tora özü düşsün . Ruhum isə Rəbbimlə fərəhlənəcək, Ondan gələn xilasına sevinəcək. Bütün sümüklərim söyləyəcək: Ya Rəbb, zavallını güclüdən, kasıbı oğrudan Səndən başqa kim xilas edəcək? Bədxah şahidlər qalxdılar: bilmədiyim şeylər haqqında soruşurlar. Yaxşılıqlarıma pisliklə cavab verirlər, ruhumu ölümlə hədələyirlər. Lakin onlar xəstə ikən mən çul geyinib, oruc tutmaqla ruhuma iztirab verirdim! Dualarım da nə ola özümə qayıda. Dostum və ya qardaşım tək - anamı itirmiş kimi dərd içində gəzirdim. Lakin mən yıxılan an tanımadığım günahabatmışlar sevinib mənə qarşı toplaşdılar, dayanmadan işgəncə verirlər. Bir parça çörəyə görə altdan-altdan gülərək mənə qarşı dişlərini qıcardırlar. Ya Rəbb, nə zamanadək baxacaqsan?
Ruhuma bəlalardan dinc olmağa imkan ver, bu bəlaları mənə onlar gətirir, aslanlar! Tək bir ruhum var, qurtar onu bu bəlalardan. Böyük iclaslarda Sənə təşəkkür edəcəm, çoxsaylı xalqların içində Adını vəsf edəcəm.
Qoy mənə qarşı düşmən olanlar boşuna sevinməsin, haqsız yerə mənə nifrət edənlər bir-birinə göz oynatmasınlar. Çünki danışıqlarında sülh yoxdur, zavallılara qarşı şər əməllər düşünürlər. Üzərimə ağızlarını ayırıb belə deyirlər: “Bəli, bəli, gözümüz görüb!”. Sən görmüsən, ya Rəbb, susma, uzaq durma məndən! Oyan və mənim məhkəməm üçün qalx, Rəbbim, ya Rəbb, mənim tərəfdaşım olmaq üçün qalx! Öz ədalətinlə məni məhkum et, Rəbbim mənim, qoy onlar mənə görə sevinməsin. Qəlblərində:”Bəli, bəli, bu bizim ürəyimizcədir” deməsinlər. Qoy, “biz onu məhv etdik” söyləməsinlər. Dərdimə sevinənlər qoy rüsvay olub utansınlar, üzərimə qalxanlar tam olaraq rəzil olsun. Həqiqətimə inanlar qoy hər zaman bayram edib, fərəh içində söyləsinlər:”Öz quluna sülh bəxş edən Rəbbi vəsf edirik”! Dilim də hər zaman Səni vəsf edib ədalətini yayacaq.
36
Rəhbərə Rəbbin qulu Davudun məzmuru. Mən yoldan çıxaranın kafirə dediyi şirnikləndirici sözləri ürəyimdə hiss edirəm - onun gözündə Rəbb qorxusu yoxdur. Çünki onun günahlarını tapmaq üçün gözləri ilə yaltaqlanır, Rəbbin ona nifrət etməsini istəyir. Ağzından gələn sözlər - günah və yalanlarla doludur, yolunu necə islah edəcəyini artıq anlamır o. Yerində uzanıb günah fikirləşir, pis yola üz tutur, şərə nifrət etmir. Ya Rəbb, rəhmin səmalara qədər ucalır, sadiqliyin göydəki buludlara çatır. Ədalətin dağ kimi dayaqdır, hökmün - böyük uçurumdur. İnsana da, heyvana da köməyin yetişir, ya Rəbb. Rəhmin necə də dəyərlidir, Rəbbim mənim! İnsan oğulları qanadlarının kölgəsində sığınacaq tapır. Onlar Sənin evinin nemətlərindən doyur, ləzzətinin mənbəyindən içizdirdin onları. Çünki həyatın mənbəyi Səndədir, Sənin Nurunla yolumuz işıqlanır. Səni tanıyanlara Öz mərhəmətini, salehlərə isə ədalətini çatdır. Təkəbbürlülər məni ayaqlamasın, imansızların əli məni qovmasın. Orada kafirlər yıxılacaq, kənara atılıb bir daha qalxa bilməyəcəklər.
37
Davudun məzmuru. Şərlə yarışma, ədalətsizlik edənlərə qibtə etmə,onlar tez bir zamanda yaşıl ot kimi quruyub çürüyəcəklər. Yaradana güvən, xeyirxah ol, ölkəndə yaşa, Rəbbə sadiq ol. Yaradanla fərəhlən, O da səni qəlbindəki istəyinə çatdırar. Yolunu Rəbbə tapşır, Ona güvən - O, yerinə yetirəcək. Haqqını nur kimi tanıtdıracaq, ədalətini - gün kimi. Sus və Rəbbini gözlə, yalnız Ona güvən. Yolunda uğur qazananla, şər fikirlərini həyata keçirənlə yarışma. Qəzəbini, kinini saxla, şər etmək üçün yarışmalara qoşulma, çünki şər törədənlər məhv olacaqlar, Yer üzü isə yalnız Rəbbə güvənənlərə miras qalacaq. Bir qədər keçər , yox olar kafir, oturduğu yerə baxarsan ,tapmayacaqsan… salehlər isə Yer üzünü irs olaraq alacaq və dünyanın bolluğundan həzz alacaqlar. Kafir salehə qarşı şər düşünür, ona dişlərini qıcayır. Rəbbim ona gülür, çünki onun sonunun yaxınlaşdığını bilir. Düz yolda gedənləri öldürmək üçün, zavallı və yoxsulu vurmaq üçün kafirlər qılınclarını qınından çıxarıb kamanları çəkdilər. Qılıncları öz qəlblərini vuracaq, kamanları da sınacaq. Salehin kiçik payı, kafirin bol payından dəyərlidir, çünki kafirlərin əzələləri məhv olacaq, salehləri Rəbb xilas edəcək. Rəbb günahsızların günlərini bilir və onların irsi əbədi qalacaq. Bəd günlər gələrsə, onlar alçalmayacaq, ac günlərdə tox olacaqlar. Çünki kafirlər çürüyəcək, Rəbbin düşmənləri isə qoyun piyi tək his içində yox olacaqlar. Günahabatmış borc alıb qaytarmaz, saleh insan isə hər zaman rəhm edib kömək edər. Rəbb kimə xeyir-dua verərsə, Yer üzü onların irsi olaraq qalacaq, lənət etdikləri isə məhv olacaq. İnsanın yolu Yaradanın yolu ilə bir olarsa, Yaradan onun addımlarını təsdiqləyər. Büdrəsə, yıxılmaz, çünki Rəbb hər zaman onun əlindən tutacaq. Cavan idim, indi qocayam, lakin heç bir zaman atılmış və ya balası ac qalmış, çörək tapa bilməyən saleh insan görmədim. Hər gün rəhm edir, borc verir, irsi üzərində - Rəbbin xeyir-duası əbədi olacaqdır. Şərdən uzaq ol, hər zaman yaxşılıq et, əbədi yaşayacaqsan, çünki Rəbb ədaləti sevər, xeyirxah insanları yolda qoymaz. Onları Rəbb əbədi qoruyacaq, kafirlərin irsi isə məhv olacaq. Salehlərə ölkə irs olaraq keçəcək, onlar orada əbədi olaraq yaşayacaqlar. Salehin ağzı hikmət, dili isə doğru danışar. Rəbbin Tövratı qəlbindədirsə ayaqları sürüşməz. Kafir salehi ovlayır, onu öldürmək istəyir. Rəbb saleh insanın kafirin əlinə keçməsinə və Onun hökmü qarşısında ittiham edilməsinə imkan verməz. Rəbbə güvən, Onun yolu ilə get - və O, səni ucaldacaq ki, ölkəni ələ keçirəsən və kafirlər məhv olanda -görəcəksən. Mən zalım bir hökmdar gördüm və o, təzə kök salmış bir ağac kimi möhkəmləndi. Keçdi - budur, yoxdur o, axtardım onu, tapmadım. Günahsıza, düzgün insana nəzər yetir, belə insanın gələcəyi - sülh içində olacaq. Cinayətkarlar dərhal məhv olacaq, günahabatmışların nəsli yox olacaq. Salehlərin qurtuluşu Rəbbimdəndir, O, çətin anlarda onların qalasıdır. Rəbb onlara kömək edir , kafirlərin əllərindən qurtarır, çünki Ona güvənirlər.
38
Xatırlatmaq üçün Davudun məzmuru. Ya Rəbb, məni qəzəbinlə cəzalandırma, qeyzinlə tənbeh etmə. Çünki oxların mənə saplandı, əlin üzərimə qondu. Vücudumda qəzəbindən sağlam yer , sümüklərimdə günahlarımdan sülh yeri qalmadı. Çünki günahlarım başımdan aşıb daşır. Onlar mənə yük tək ağır gəlir . Yaralarım axmaqlığımdan çürüyür. Əyilmişəm, tamamilə boynu bükük gəzirəm, bütün günü tutqun dolanıram, çünki belim iltihabla doludur və vücudumda sağlam yer yoxdur. Zəiflədim, son dərəcədə qəmginəm, qəlbimin iniltisindən car çəkirəm. Ya Rəbb! İstəklərim də, iniltim də aşkardır qarşında. Qəlbim niyarandır, gücüm məni tərk edib, hətta gözümün nuru belə - yoxdur artıq. Məni sevənlər, məmin dostlarım, hamı məndən fəlakətlərimə görə uzaq durur, yaxınlarım məndən uzaq durur. Ruhumu axtaranlar tələ qurdular, bədbəxtçiliyimi arzulayanlar şər söylədilər, bütün günü hiylələr fikirləşdilər. Mən isə kar insan tək eşitmirəm, lal insan tək danışmıram. Eşitməyən və ağzında heç bir səbəb olmayan bir insan kimi oldum. Çünki, ya Rəbb, ümid edirəm ki, cavab verəcəksən! Çünki söylədim: mənə görə sevinəcəklər, ayağım səndərləsə, qarşımda öyünəcəklər. Çünki mən yıxılmağa hazıram və ağrım həmişə qarşımdadır. Çünki günahımdan danışıram və ondan əziyyət çəkirəm. Amma düşmənlərimin halı gözəldir, mənə nifrət edənlər haqsız yerə çoxalıb, güclənirlər. Mənim yaxşılıqlarıma pisliklə cavab verənlər mənə nifrət edir, çünki mən hər zaman xeyirxahlığa doğru yönəlmişəm. Məni tərk etmə, ya Rəbb, məndən ayrılma! Mənə kömək etməyə tələs, Rəbbim mənim, xilaskarım.
39
Edutun Rəhbərinə Davudun məzmuru. Dedim: yolumda ehtiyatlı olacağam, nə qədər ki, kafir qarşımdadır, dilimdən gələnlərə fikir verəcəyəm, onları cilovlayacağam. Lal olub sakitləşdim, xeyirxahlıq barədə belə susuram, ağrılarım isə yalnız artmaqdadır. Qəlbim içimdə kükrədi, beynimdə alov yandı. Öz dilimdə söylədim: Ya Rəbb mənə sonum haqqında söylə, nə qədər vaxtım qalıb, söylə, - nə zaman həyatım sona yetəcək, bilmək istəyirəm. Budur, Sən mənə bir qarış günlər verdin və həyatım Sənin qarşında puç kimidir; amma yolunda möhkəm dayanan insan üçün hər şey boş təlaşlardır. Sela! Çünki insan ruh kimi gəzir, yalnız boş təlaş səsləri gəlir, yığır, amma bilmir kim aparacaq. Bu gün nəyə güvənim mən, ya Rəbb? Yalnız Sənədir ümidim! Məni bütün əməllərimdən xilas et, günahabatmışlar tərəfdən danlanmağıma imkan vermə. Lal oldum, susuram, bunu Sən etdin. Qəzəbindən məni qurtar, əlinin zərbəsindən yox oluram. Günahlarına görə insanları iztirablarla sınayırsan, güvə kimi əriyir günah işlətmış insan, boş təlaşdır hər bir insan! Sela! Duamı eşit ya Rəbb, car çəkirəm, eşit məni, göz yaşlarımın qarşısında kar olma, qürbətdəyəm qarşında, bütün nəslim kimi gəlmə kimiyəm. Məni qəzəbindən qurtar! Və mən getməmişdən, yox olmamışdan əvvəl gözüaçıq olacağam.
40 Rəhbərə Davudun məzmuru. Rəbbimə möhkəm güvəndim və O, mənə tərəf yönəldi, car çəkdiyimi eşitdi. Məni su dolu çuxurdan, yapışqan kirdən xilas etdi, ayaqlarımı qayaya qoydu, addımlarımı sabit etdi. Dilimə yeni bir nəğmə düşürdü, Rəbbimi vəsf edirəm. Çoxları görüb titrəyəcək və yalnız Rəbbə güvənəcək. Nə bəxtiyardır o adam ki, Rəbbini özünə dirək edir, təkəbbürlülərə və yalançılara tərəf dönmür. Xeyli böyük işlər görmüsən, Ya Rəbb! Möcüzələrin və fikirlərin bizimlədir, Sənə tay bərabər yoxdur! Onlar haqqda xəbər verib danışardım, lakin əməllərin bütün ifadələrdən ucadır . Sən qurban və hədiyyə istəmirsən, mənə qulaqlarımı açdın; Günahlarımızı yumaq üçün yanğın və qurbanlar tələb etmirsən. O zaman söylədim: kitabının yazdığı yoldayam. Sənin iradəni yerinə yetirmək istəyirəm, ya Rəbb, Tövratın qəlbimdədir. Böyük bir məclisdə ədaləti bəyan etdim; Bax, heç susmuram. Ya Rəbbim, bilirsən! Böyük məclislərdə qəlbimdə olan ədalətini gizlətmədim, sadiqliyin və xilasın haqqında danışdım, rəhmini də gizlətmədim. Sən də, ya Rəbb, rəhmini məndən əsirgəmə! Qoy rəhmin də, rəhmanın da, həqiqətin də hər zaman məni qorusun! Saysız-hesabsız dərd içindəyəm, günahlarım tutub məni, kor kimiyəm, başımdakı tüklərdən çoxdur günahlarım, qəlbim məni tərk edib. Ya Rəbb, məni xilas et; Ya Rəbb, mənə kömək etməyə tələs! Qoy ruhumu məhv etmək istəyənlərin hamısı utansın və alçalsın, mənə pislik istəyənlər geri dönüb rüsvay olsunlar! Mənə “Aha! Aha!” deyənlər utansınlar. Qoy Səni axtaranların hamısı Səninlə sevinsin və fərəhlənsin, Sənin xilasını sevənlər həmişə desinlər: “Rəbb böyükdür!” Mən isə zavallı və yoxsulam. Rəbb məni düşünsün! Sən mənim yardımım və xilaskarımsan, İlahi, gecikmə!
41 Rəhbərə Davudun məzmuru. Zavallını anlayan xoşbəxtdir, bəd günündə Yaradan onu xilas edəcək. Rəbb onu xilas edib, ona həyat verəcək, o, Yer üzündə xoşbəxt olacaq, və sən də onun ömrünü düşmənlərinə verməyəcəksən. Rəbb onu xəstə yatağında qüvvətləndirəcək, nasazlığında onun yatağına Sən xəyanət edirsən. Dedim: Ya Rəbb, mənə rəhm et, ruhumu sağalt, çünki qarşında günah işlətdim. Düşmənlərim mənim haqqımda şər söyləyirlər: “Nə zaman bu öləcək, adı tam itəcək”? Biri məni görməyə gəlsə - yalan danışır, ürəyi yalan yığır, çıxanda isə - aləmə yayır. Mənə nifrət edənlər aralarında pıçıldaşırlar, mənə qarşı tələlər qururlar: “Belialın sözü, ağır xəstəlik onu tutdu, budur, xəstələnibsə, bir daha ayağa qalxmayacaq”. Yanımda güvəndiyim, çörəyimi yeyən sülhsevər bir adam belə mənə qarşı qalxdı. Sən isə ya Rəbb, mənə rəhm et, məni yüksəlt və mən onların cavabını verəcəyəm. Əgər düşmənim mənə qalib gəlməsə, deməli Sən məndən razısan. Məni isə güsursuzluğum üçün Sən əbədi olaraq Öz hüzurunda dəstəkləyəcəksən. İsraelin Rəbbi əsrlər boyu var olacaq. Amen və Amen!
42
Maskilin rəhbərinə Korax oğullarının məzmuru. Bir maral su çeşmələrinə can atdığı kimi, mənim də ruhum Sənə can atır, ey Rəbbim. Ruhum Rəbbin həsrətindədir, canlı Rəbbin həsrətində… Nə zaman gəlib Rəbbin qarşısında duracağam? “Rəbbin haradadır?” söylədikləri zaman, göz yaşlarım gecə də, gündüz də çörəyimə çevrildi.Yadıma salıram, ürəyimi boşaldıram, çünki çoxsaylı insan arasında gəzdim, onlarla birlikdə, bayram izdihamı ilə sevinc və minnətdarlıq nidası ilə Rəbbin evinə girdim. Niyə boynu bükük qaldın, ruhum mənim, niyə inildəyirsən? Rəbbə güvən, Onun adını hər yerdə vəsf edəcəm. Qurtuluşum Ondandır. Rəbbim mənim, Səni Yarden torpağında, Harmonda, Mizar dağında xatırlayıram....... və ruhum zəiflədi. Uçurum Sənin şəlalələrinin səsi ilə uçuruma səsləyir, Bütün güclü ləpələrin, dalğaların üstümdən keçdi. Gündüzlər Rəbb Öz mərhəmətini göstərəcək, gecələr isə - Ona nəğmələr qoşacağam, bütün dualarım həyatımın Rəbbinədir. Ömrümün dayağı olan Rəbbimə belə deyəcəyəm: niyə unutdun məni? Düşmənin zülmündən niyə qəmgin oluram? Sümüklərimi sındıran düşmənlərim bütün günü məni alçaldıb deyirlər: "Rəbbin haradadır?" Niyə boynu bükük qaldın, ruhum mənim, niyə inildəyirsən? Rəbbə güvənin, çünki mən hələ də Onu, xilaskarımı və Rəbbimi izzətləndirəcəyəm!
43
Mühakimə et məni Rəbbim, qünahabatmışlarla mübahisəmə qarış, yalançı və haqsız insandan məni azad et, sən mənim mətinliyimin Rəbbisən. Məni niyə rədd etmisən? Düşmanın təyziqindən niyə tutqun gəzirəm? Öz nurunu və həqiqətini göndər, qoy onlar məni aparsın, qoy məni Sənin müqəddəs dağına gətirsinlər, Sənin iqamətgahına. Rəbbimin qurbangahına gələcəyəm, şadlığımın və sevincimin Rəbbinə, kinorda da Səni tərif edəcəyəm, Ya Rəbbim! Niyə düşgünsən, ruhum mənim, niyə inildəyirsən? Rəbbimə güvən, yenə də tərif edəcəyəm Onu, mənim xilasımı, Rəbbimi!
44
Korax oğullarının rəhbərinə məzmur. Maskil. Rəbbim! Biz öz qulaqlarımızla eşitmişik, bizim atalarımız Sənin əməllərindən danışırdı, onların dövründə etdiyin əməllərdən, qədim zamanlarda. Sən Öz əlinlə kafirləri rədd etdin – yaydın, məhv etdin, pərən-pərən saldın. Çünki onlar öz ölkələrini qılıncları ilə qazanmayıblar , onların deyil Sənin gücün, Sənin üzünün nuru kömək olub onlara, çünki Sən xeyir-dua vermisən. Cünki Padşahım-Sənsən, Ya Rəbb! Ehkamların Yaqubun xilası oldu! Səninlə düşmənlarımızı buynuzlayarıq, Səninm adınla üstümüzə qalxanları əzərik. Mən öz yayıma güvənmirəm, qılıncım da xilas etməyəcək məni. Çünki Sən bizi düşmənlərimizdən xilas etdin və bizə nifrət edənləri biyabır etdin. Rəbbimizi bütün günü vəsf edirdik, Sənin adını əbədi şöhrətləndirəcəyik. Sela! Amma sən bizi tərk etdin və bizi biyabır etdin, bizim ordumuzla birlikdə çıxmadın. Düşmənlərimizi bizə qarşı döndərdin, bizə nifrət edənlər bizi talayırlar. Bizi qurban qoyunları kimi yem etdin və millətlər arasına səpələdin. Öz millətini havayı satdın, böyük qiymət istəmədin. Qonşularımızın əlinə rəzil etmək üçün verdin bizi, ətrafdakılarımıza ələ salmaq və alçalmaq üçün. Millətlər içində bizi ibrətli hekayə kimi tanıtdın, tayfalar baş bulayır. Məni söyənin və incidənin səsindən, düşman və qısas alanın baxışlarından bütün günü ayıbım güzümün önündə, üzümü utanc tutub. Bunların hamısı bizim тоbaşımıza gəldi. Amma biz Səni unutmadıq və sənin buyuruğuna xəyanət etmədik. Ürəyimiz qeri çəkilmədi, ayaqlarımız Sənin yolundan dönmədi, baxmayaraq ki ,Sən bizi çaqqallar yaşayan yerdə məhv etdin və bizi ölüm kölgəsinə bürüdün. Biz öz Rəbbimizin adını unudub başqasının tanrısına əl açmış olsaydıq Rəbbim bunu bilməzmiydi? O ki,ürəkdə olan sirrləri bilir. Axı Sənə görə bizi hər gün öldürürlər, bizi qurbanlıq qoyunlar kimi tanıyırlar. Oyan, niyə yatırsan, ey Tanrı? Oyan, həmişəlik buraxma! Niyə Öz üzünü gizlədirsən, bizim zavallı və əzqinliyimizi niyə unudursan? Ruhumuz kül qədər təhqir olunub, bətnimiz torpağa qısılıb. Bizim köməyimizə qalx və Öz mərhəmətin xatırınə qurtar bizi!
45
Şoşanim rəhbərinə Korax oğullarının məzmuru. Maskil. Sevgi nəğməsi. Qəlbim xoş söz hiss edir. Mən deyirəm: məxluqlarım mənim – padşaha. Mənim dilim – katibin lələyidir. Insan oğullarından ən gözəli, ləblərinə məlahət axır, ona görə Rəbbim sənə əbədi xeyir-dua verib. Ey cəsur! Öz gözəlliyin və möhtəşəmliyinlə, qılıncını ayağana bərkit. Öz əzəmətin üçün – irəlilə, həqiqətin və mülayim haqqın cənq arabasına əyləş, və göz bəbəyin sənə qorxulu möcüzələr göstərəcək. Oxların itilənib, padşahın düşmənlərının ürəyinə sancılacaqlar, kafirlər məhv olacaq. Rəbb tərəfindən verilən səltənətin əbədidir. Ədalət əsası – sənin şahlığının əsasıdır. Sən ədaləti sevib və rüsvayçılığa nifrət edirsən, ona görə Rəbb, sənin Rəbbin, sənə xeyir dua verib, qardaşlar arasından səni seçib. Mirra yağı və əzvay suyu, darçın – hamısı sənin geyimindir. Fil sümüyündən hazırlanmış lira səni şənləndirir. Şah qızları arasından sənə ən yaxın olan sənin sağ tərəfində ofir qızılından olan libası ilə dayanıb. Dinlə məni, ey qız övladı, bax, diqqətlə dinlə, öz millətini və ata evini unut. Və sənin gözəlliyini padşah arzulayacaq. O sənin ağandır ona sitayiş et. Çorun qızı hədiyyələri ilə xalqların ən varlısı üzünü görmək üçün sənə yalvaracaq, sənin mərhəmətini istəyəcək. Padşah qızının şöhrəti onun daxilindədir, libası qızıl damalarla tikilib. Bəzəkli geyimlərdə onu padşahın yanına , ardinca qızlar, rəfiqələri, onu sənin yanına gətirəcəklər. Şadlıq və sevinclə padşahın sarayına gələcəklər. Atalarının əvəzinə oğulları olacaq və sən onları bütün ölkən üzrə əyan edəcəksən. Bütün nəsillər boyu sənin adını yaddaqalan edəcəyəm və bu səbəbdən millətin səni əbədi tərif edəcək.
46
Korax oğullarının Rəhbərə alamot mahnısı ürərində məzmuru. Rəbb bizim pənahımız və gücümüzdür, çox rahat əldə olunan köməyimizdir. Ona görə də yer titrəyəndə, dənizlərin tam ürəyində dağlar silkələnəndə qorxmuruq. Səs salıb, suları köpüklənəcək, dağlar onun əzəmətindən əsəcəklər. Sela! Çayların axını uca Tanrının ən müqəddəs iqamətgahından olan Rəbbin şəhərini şənləndirir. Tanrı onun qəlbindədir, o sarsılmayacaq, Rəbbim sübh açılandan ona kömək olacaq. Millətlər səs saldı, aləmlər silkələndi, O səs verəndə yer əriyər. Svaot tanrı bizimlədi, Yaqubun Rəbbi – bizim qalamızdır. Sela! Gedin, bütün yerləri viran edən Tanrının əməllərini görün. O dünyanın sərhədlərinə qədər olan müharibələri dayandırır, oxu sındırır, nizəni parçalayar, cəng arabasını odda yandırır. Dayanən və bilin ki, Mən – Tanrıyam, tərifim millətlər arasında və yerdə göylərə çatacaq. Tanrı Svaot sizinlədi, Yaqubun Rəbbi – bizim qalamızdır. Sela!
47
Korax oğullarının rəhbərə məzmur. Alqışlayın, ucadan,şənliklə Rəbbə səslənin. Çünki uca Tanrı dəhşətlidir, O bütün yer üzündə ən ulu hökmdardır. Altımızda olan millətləri , tapdağımızda olan qəbilələri fəth edəcək. Sevdiyi Yaqubun qürurunu bizə miras O seçib. Sela! Şeypur səsləri altında Rəbbim yüksəldi. Tanrı üçün oxuyun! Oxuyun Padşahımız üçün. Çünki bütün yer üzünün Padşahı Rəbbdir. Müdriklər!, Oxuyun! Bütün millətlərin başında Rəbb hökmran oldu, Öz müqəddəs taxtında əyləşdi. Millətlər arasından ən tanınmışları, İbrahimin Tanrısının milləti kimi yığışdılar. Çünki yer üzünün qalxanları Rəbb üçündür, O çox ucadır.
48
Korax oğullarının məzmur mahnısı. Tanrı ucadır və bizim Rəbbimizin şəhərində, Onun müqəddəs dağında olduqca şöhrətlidir. Yüksəkliyi gözəl, bütün yer üzünün sevinci olan Sion dağı, şimal tərəfinin bucağında – ulu Padşahın şəhəridir. Rəbbim o şəhərin saralayrının etibarlı müdafiyəsidir. Budur padşahlar toplaşıb birlikdə davaya getdilər, gördüklərinə donub qaldılar, qorxdular və tələsik qaçdılar. Doğuşda olan qadın kimi onları həyacan bürüdü, titrədilər. Şərq küləyi ilə Tarşış gəmilərini məhv edirsən. Eşitdiklərimizi Tanrının Tsvaot şəhərində, Rəbbimin şəhərində gördük. Tanrı onu həmişəlik bərkidəcək. Sela! Rəbbim, Sənin məbədində Sənin lütfün barədə düşündük. Rəbbim!!Adın kimi, şöhrətin də, - dünyanın sərhədlərindədir! Hakimiyyətin ədalətlə doludur. Sion dağı şənlənəcək, Yehudanın qızları düşmənlərə verdiyin hökmə görə sevinəcəklər. Sionu mühasirəyə alıb, ətrafına dolanın və onun qüllələrini sayın. Gələcək nəsillərə danışa biləsiniz deyə, ürəklərinizi onun istehkamlarına yönəldin, saraylarını ucaldın. Kimdir Tanrı? Əbədi Rəbbimiz, O bizi daima aparacaq.
49
Korax oğullarının rəhbərinə məzmur. Dinləyin bunu, bütün millətlər, diqqət yetirin, ey kainat sakinləri. Birlikdə - sadə və kübar insanlar, zəngin və kasıblar. Dilim hikmət söyləyəcək, qəlbimin düşüncələri isə ağlasığandırlar. Qulaqlarımı hikmətli hekayəyə yaxınlaşdırıb kinorda öz bilməcəmi başlayacağam. Fəlakətli günlərdə nədən qorxmalıyam? Şərəfsiz addımlarımın xırda günahları məni əhatəyə alıb. Öz halllarına arxayın olanlar və böyük sərvətləriylə lovğalananlar! Insan öz qardaşını pul verib azad edə bilməz, Tanrı qarşısında özünü də girovdan çıxara bilməz. Ruhlarının fidyəsi bahadır, və heç vaxt belə ola bilməz, ki əbədi yaşayıb, qəbir görməsinlər. Çünki hər kəs görür: müdriklər ölürlər, axmaq və cahillər öz sərvətlərini başqalarına qoyub birlikdə yox olurlar. Yalnız özlərini düşünərək, evlərinin əbədi qalacağını, məskənlərinin nəsildən nəslə keçəcəyini sanırlar, torpaqlara öz adlarını verirlər. Amma insan öz əzəmətində çox qalmır, məhv olan heyvana bənzəyir. Bu yol onların axmaqlığıdır , arxalarıyca gedənlər isə öz dilləriylə təqdir edəcəklər. Sela! Xırda mal-qara kimi onlar ölümə məhkumdular, ölüm onları aparacaq, səhərə doğru salehlər onlara hökm edəcəklər və qüvvələri cəhənnəmdə çürüyəcək; iqamətqahları artıq yoxdur. Amma Rəbbim cəhənnəmin odundan ruhumu qoruyacaq, çünki O məni qəbul edəcək. Sela! Insan varlananda, var dövləti çoxalanda qorxma. Çünki öləndə özü ilə heç nə aparmayacaq, zənginliyi ardınca enməyəcək. Baxmayaraq ki ,sağlığında öyünürdü; və səni də yalnız özün özünü təmin etdiyin üçün tərifləyirdilər. . Ruh isə heç vaxt işıq üzü görməyən atalarının nəslinə dönəcək. Təmtərahlıqda olan ağılsız insan məhv olan heyvan kimidir.
50
Asafın məzmuru. Rəbb, Rəbb, Tanrı danışırdı və günəşin doğmasından qürüba qədər yer üzünü səsləyirdi. Siondan, gözəlliyin mükəmməliyindən, Rəbb var oldu. Rəbbimiz gəlib və susmayacaq, Onun qarşısında alov millətləri məhv edir, Onun ətrafı qəzəblə doludur. O göyləri və yerləri Öz xalqını mühakimə etmək üçün çağırır. Mənimlə qurban üstündə birlik yaradan zahid insanları Mənim üçün toplayın. Və göylər Onun ədalətindən xəbər verdi, çünki Rəbbin hakimdir. Sela! Xalqım, Məni dinlə, İsrael, Mən danışacam və Mən səni qoruyacam. Rəbbin, sənin Rəbbin Mənəm! Qurbanlarınıza görə sizi danlamayacam, verdiyin qurbanlar isə hər an qarşımdadır. Sənin evindən olan öküzü, tövlədəki keçilərini götürmərəm. Çünki bütün meşə heyvanları, minlərlə dağlardaki mal-qara Mənimdir. Mən bütün dağ quşlarını tanıyıram, tarla heyvanları hamısı hüzurumdadır. Ac olsam sənə demərəm, çünki bütün kainat və onu dolduran hər şey Mənimdir. Məgər mən öküz əti yeyib keçi qanı içirəm? Tanrıya qurban gətirib etiraf et və Onun qarşında verdiyin vədləri yerinə yetir. Fəlakətli günlərdə Məni çağır – səni xilas edəcəm, sən isə mənə hörmət bəsləyəcəksən. Kafirə isə Tanrı dedi: Mənim qanunlarımı moizə edib dilində nəsiətlərimi gəzdirmək nəyinə lazımdır? Sən axı onlara nifrət edirsən, sözlərimi də kənara atmısan. Oğru görüb onunla dostluq edirsənsə ,zinakarlarla payın birdir. Qeybət üçün dilinə ixtiyar verib yalan toxuyursan. Oturub qardaşına böhtan atırsan, öz ananın oğlunu rüsvay edirsən.Sən bunu edirdin, amma Mən susurdum; düşündün ki, sənin kimi olacam. Sənin kimi tənə edəcəm səni, günahlarını gözünün qabağına gətirəcəm. Anlayın bunu ,Rəbbi unudanlar, yoxsa əzab verəcəyəm, heç kim xilas edə bilməyəcək. Qurban gətirən və qəbullanan ,mənə hörmət edəcək, düşünən və islah edən üçün Tanrının xilasına yol göstərəcəyəm.
51
Rəhbərə Davudun məzmuru. Bat Şevaya daxil olandan sonra, onun yanına peyğəmbər Natan gəldi. Rəhm et mənə, Rəbbim, Sənin mərhəmətindən, Sənin uca kərimliyindən mənim günahlarımı sil. Günahlarımı təmamiylə yu və qəbahətimdпən məni təmizlə. Çünki öz cinayətlərimin fərgindəyəm və xətalarım hər an qarşımdadır. Ancaq Sənin qarşında günahkaram və Sənin gözlərin önündə yamanlıq etmişəm; məni bağışla, çünki Sən Öz sözündə haqlısan, hökmündə ədalətlisən. Axı mən qanunsuz dünyaya gəlmişəm, anam günah içində hamilə qalıb. Sənin həqiqətin müqəddəsdir və gizli müdrikliyi mənə söyləyəcəksən. Eyzov ilə məni təmizlə - pak olacağam, məni yu ki, qardan da ağ olum. Ver ki,fərəh və sevinc dinləyim, məhv etdiyin sümüklər şadlansın. Mənim günahlarımdan Öz üzünü gizlət və bütün qəbahətlərimi sil. Mənim üçün təmiz ürək yarat, Rəbbim, içimdə möhkəm ruhu yenilə. Məni Özündən rədd etmə, müqəddəs ruhunu məndən alma. Sənin xilasının fərəhini mənə qaytar və Öz nəcib ruhunla mənə dəstək ol. Cinayətkarlara Sənin yolunu öyrədəcəyəm, kafirlər Sənə xitab edəcəklər. Məni qandan qurtar, xilasımın Rəbbi, dilim Sənin ədalətindən tərif oxuyacaq. Ey Tanrı, dodaqlarımı ac ki, dilim Sənə alqış elan etsin. Çünki Sən qurban istəmirsən; mən gətirərdim, lakin Sən qurbanları qəbul etmirsən. Rəbbimə gətirilən qurban – məhv olmuş ruh və kədərli ürəkdir. Rəbbim, Sən nifrət etməyəcəksən. İltifatınla Siona yaxşılıq edib Qüdsün divarlarını tik. Onda haqqın qurbanlarını və bütün qurbanları istəyəcəksən, onda Sənin qurbangahına öküzləri gətirəcəklər.
52
Maskilin rəhbərinə Davudun məzmuru. Edomlu Doeq gələndə, Şaula xəbər verdi: “ Davud Amixelexin evinə gəlib”. Ey cəsur,bəd əməllərinlə niyə qürrələnirsən? Bütün gün Rəbbimin lütfüdür! Sənin dilin fəlakət niyyətindədir, iti ülgüc kimidir, yalan yaradır. Şəri xeyirdən daha çox sevirsən, yalanı həqiqətdən daha çox danışırsan. Sela! Sən hər böhtan sözləri, yalançı dili sevirsən. Rəbbim səni əbədi viran edəcək, çadırdan kürəyib atacaq, dirilər torpağından kökünü kəsəcək. Sela! Salehlər görüb heyran olacaqlar, ona isə güləcəklər. Budur, Tanrını öz qalası etməyən, öz var-dövlətinə arxain olan və öz cinayətlərində möhkəmlənən ər. Mən isə Tanrı evində yaşıllanan zeytun ağacı kimi, hər an əbədi Rəbbimin mərhəmətinə arxayın oluram. Etdiklərinə görə ömürlük Sənə təşəkkür edəcəyəm, Sənin adına inanacağam, çünki zahidlərin üçün o ad səadətdir.
53
Maxalat üzərində rahbərə maskil Davud. Ürəyimdəki əclaf dedi: “Tanrı yoxdur!” tələf edirdilər, qanunsuzluqla murdarlanırdılar. Yaxşılıq edən yoxdur. Rəbbim dərrakəli, Tanrını axtaran adamı görmək üçün göylərdən insan oğullarına baxırdı. Hər kəs uzaqlaşıb, hər kəs çirklənib. Xeyir əməllər edən yoxdur. Bir nəfər belə yoxdur. Qanunsuzluq törədənlər, Mənim millətimi məhv edənlər bilməli idilər çörəyi necə yeyirlər! Onlar Tanrını çağırmırdılar. Orada, qorxu olmayan yerdə qorxuya bürünəcəklər, çünki Rəbbim səni əhatə edənlərin sümüklərini, utandırdıqlarını pərən-pərən salacaq, - çünki Rəbbim onlara nifrət edir. Siondan İsraelə xilas verilmişdi! Tanrı Öz əsir millətini qaytarsa Yaqub sevinəcək, İsrael şadlanacaq!
54
Neginot üzərində rəhbərə maskil Davud. Zifeylilər gələndə Şaula dedilər: “Davud bizdə gizlənir”. Rəbbim, adınla məni xilas et və gücünlə mənə tərəfdar ol. Tanrım, mənim duamı eşit, dilimin sözlərinə diqqət yetir. Çünki özgələr üzümə durdular, qəddarlar isə ruhumu sorğulamaq istəyirdilər. Qarşılarında Tanrı yox idi. Sela! Budur, Rəbbim mənə kömək edir, Yaradan ruhuma dəstək olur, şəri düşmənlərimin üstünə döndərəcək. Şədaqətinlə onları məhv et! Könüllü sənə qurban gətirəcəyəm, Sənin adını şərəfləndirəcəyəm, Rəbbim, cünki adın nemətdir, çünki hər çətinlikdən O məni xilas edib və gözlərim düşmənlərimin məğlubiyyətini görüb.
55
Neginot üzərində Rəhbərə Davudun maskili. Rəbbim, mənim duama diqqət yetir və mənim yalvarışımdan gizlənmə. Mənə diqqət yetir, cavab ver mənə, qəmli sözlərimdə inildəyirəm, ulayıram. Düşmanımın səsindən, imansızın təzyiqindən inildəyirəm, çünki onlar mənə bədlik yetirirlər və qəzəb içində mənimlə düşmənlık edirlər. Ürəyim içimdə lərzəyə düşür, və ölümcül qorxular üstümə hücum çəkiblər.Mənə qorxu və həyəcan gəlir, vahimə basır. Və mən dedim: mənə göyərçin qanadlarını kim verə bilər? Uçub rahatlıqda yerləşərdim. Uzaqlarda səyahət edər, səhrada məskünlaşardım. Sela! Qasırğadan, fırtınadan qaçaraq sığınağıma tələsərdim. Məhv et onları, Rəbbim, dillərini parçala, çünki mən şəhərdə çəkişmə və zorakılıq görürəm. Səhər və gecə divarlarını dolanırlar, içərisində isə qanunsuzluq və canilikdir. Fəlakətlər, meydanından hiylə və yalan çəkilmir. Çünki söyən düşman deyil – bunu keçərdim mən, üzərimdə yüksələn ədavətkar da deyil – ondan gizlənərdim mən. Lakin bu sənsən, mənimlə ləyaqətdə tən olan, mənim dostum və tanışım olan- insansan. Səninlə birlikdə məşvərətlərdən həzz alıb, camaatla birlikdə yığıncaqlara, Tanrı evinə gedirdik. Rəbbim onlara qarşı ölümcül düşmanları oyandırsın, cəhənnəmə diri-diri getsinlər, çünki onların evlərində və daxillərində bədlik var. Rəbbimə müraciyət edəcəyəm və Rəbbim məni xilas edəcək. Gecə ,səhər və gündüz yalvarıb ulayacağam, və O mənim səsimi eşidəcək. Bu dünyada mənim ruhumu hücümdan O xilas etdi, çünki ətrafımda çox idilər. Tanrı eşidəcək və qədimlərdən Başda Oturan onları sakitləşdirəcək. – Sela! – dəyişiklikləri olmayanları və Tanrıdan qorxmayanları! Onunla sülhdə olanlara əl uzadanlar birliyi pozdular. Yağdan yumşaqdır dodaqları, amma ürəyi söyüşdür, sözləri zeytun yağından zərifdır, amma sıyrılmış qılınc kimidirlər. Yükünü Rəbbimə həvalə et və O sənə dəstək olacaq, və əsla salehə tərəddüd etməyə imkan verməyəcək. Və Sən, Rəbbim, onları fəlakətli quyuya yıxacaqsan, qaniçən və xain insanlar ömürlərinin yarısına qədər yaşaya bilməyəcəklər. Amma mən Sənə güvənirəm!
56
Peliştimlilər onu Qatda həbs etdiklərində, Yonato Eylem Rexokim Mixtam Davud üzrə rəhbərə. Məni əfv et, Rəbbim! Insan məni udmaq istəyir, düşmənım bütün gün məni sıxışdırır. Gün boyu düşmənlərım məni udmaq istəyirlər, çünki mənimlə döyüşən çoxdur, Uca Tanrı! Qorxuda olduğum gündə Sənə güvənirəm. Rəbbimə, sözünü tərif etdiyim Rəbbimə, bir daha qorxmaram. Cismim mənə nə edə bilər ki? Bütün gün sözümü təhrif edirlər, onların mənim haqqımdakı fikirləri bədliyə doğrudur. Yığılıb gizlənirlər, onlar mənim ayaqlarımı güdürlər. Onlar mənim ruhumla necə hesab aparırdılar! Qanunsuzluğa görə rədd et onları, qəzəb içində millətləri devir. Rəbbim! Dərbədər gəzməyimin hesabını Sən mənə verdin, göz yaşlarımı Öz dəri tuluğuna yığ, onlar Sənin kitabıda deyil mi? Mən çağırış etdiyim an düşmənlərım geri çəkiləcək. Bundan mən biləcəyəm ki, Sən mənimləsən. edib qurbanlarımla hesablaşacağam. çünki Sən mənim ruhumu ölümdən qurtardın, ayaqlarımı büdrəməkdən xilas etdin ki, mən həyat işığında Tanrı qarşında gəzə bilim.
57
Alot aşxeyt üzərində rəhbərə Davudun mixtamı, - Şauldan mağaraya qaçan zaman. Bağışla məni, Rəbbim, bağışla, fəlakətlər keçənə qədər qəlbim yalnız Sənə güvənir və Sənin qanadlarının kölgəsində özümə sığınacaq tapıram. Hər şeydən uca Tanrıya çağırış edəcəyəm, mənim üçün bütün nemətləri bəxş edən Tanrıya. Rəbbim səmalardan öz mərhəmətini göndərib məni xilas edəcək, məni məhv etməyə can atanları rüsvay edəcək. Sela! Rəbb öz mərhəmətini və həqiqətini göndərəcək. Qəlbim aslanlar , alışan odlar arasındadır. Dişləri nizə və ox, dilləri isə iti qılınc olan insan oğulları arasında uzanmışam. Səmaların üzərindən qalx, Rəbbim, bütün yer üzü Sənin əzəmətindir! Onlar mənim ayaqlarım üçün tor hazırlayıblar, düşmənim ruhumu əyib, qabağımda çuxur qazıb – özləri ora düşüblər. Sela! Ürəyim möhkəmdir, Rəbbim, ürəyim möhkəmdir, oxuyub Səni mədh edəcəyəm. Şərəfim oyan, arfa və kinorum oyan. Sübh şəfəqini oyadacağam. Rəbbim, Millətlər arasında Səni tərif , tayfalar arasında Səni tərənnüm edəcəyəm. Çünki Sənin mərhəmətin göylərə qədər və həqiqətin qara buludlara qədər ucadır. Səmaların üzərindən qalx, Rəbbim, bütün yer üzü Sənin əzəmətindir!
58
Alot aşxeyt üzərində rəhbərə Davudun mixtamı. Siz, bədmanlar yığınağı, məyər siz ədalətli danışıb insan oğullarını qərəzsizmi mühakimə edirsiniz ? Hətta ürəklərinizdə belə ədalətsizliklər edib, yer üzündə törətdiyiniz vəhşilikləri götür-qoy edib düşünürsüz. Kafirlər doğulduqları andan ana bətnindən geri çəkildilər, yalan danışanlar yollarını azanlardır. Onların zəhəri ilan zəhəri kimidir, qulaqlarını yuman kar aspidin zəhəri kimi. Mahir cadugarın, cindarların səslərini eşitməmək üçün. İlahi, dişlərini ağızlarında məhv et, şirlərin köpək dişlərini sındır, Rəbbim! Əriyib sular kimi keçəcəklər. Oxlarını gərərək hamısı ovxalanacaq. Düşük etmiş qadının günəş üzü görməyən dölü kimi, Ilbiz kimi əriyəcək ! Incə tikanlar caqqal gavalısına dönməzdən əvvəl, onlar Tanrının qəzəbi ilə fırtına kimi sovrulacaqlar. Mömin sevinəcək, çünki o qisas görmüş oldu, ayaqlarını kafirin qanı ilə yuyacaq. Və insan deyəcək: bəli, nübar– salehindir, bəli, yer üzündə mühakimə edən Tanrı var.
59
Alot axşeyt üzərində rəhbərə Davudun mixtamı. Şaul Davudu öldürmək üçün adamlarını evini pusmağa göndərdiyi zaman. Məni düşmənlərimnən xilas et, mənə üsyan edənlərdən qoru, Rəbbim. Məni ədalətsizlik törədənlərdən, qan tökən insanlardan xilas et. Çünki bax, qəddarlar məni nə cinayətlərimə, nə də günahlarıma görə deyil, sadəcə yığılıb ruhumu güdürlər. Rəbbim, taqsırlı olduğum üçün axışıb hazırlaşmırlar. Qarşımda qalx və bax! Sən isə, Svaotun Tanrısı, İsraelin Rəbbi, bütün millətləri cəzalandırmaq üçün oyan. Xəyanətkarlara, qanunsuzluq törədənlərə aman vermə. Sela! Axşamlar qayıdıb şəhərdə it kimi dolanıb deyinirlər. Bax ağızlarından təhqirlər yağdırırlar, dilləri qılıncdır, çünki düşünürlər : kim eşidir? Amma Sən, Rəbbim, Sən onlara güləcəksən, bütün millərtlərə rişxənd edəcəksən. Düşmənimdə güc var. Səni gözləyirəm, çünki Sən mənim dayağımsan. Mənə rəhm edəm Rəbbim məni qarşılayacaq, düşmənlərimin ölümünü görməyə imkan yaradacaq. Öldürmə, yoxsa xalqım onları unudacaq. Dillərinin günahlarına, ağızlarının sözlərinə görə Öz gücünlə onları sürünməyə məcbur et, yıx onları, bizim qalxanımız olan Rəbbim. Söylədikləri qarğışlara və yalanlara görə təkəbbürlük içində tutulacaqlar. Qəzəbinlə onları məhv et, məhv et ki, yox olsunlar. Onda dünyanın sərhədlərinə qədər biləcəklər ki, Yaqubun qəlbində Tanrı hakimdir. Sela! Axşamlar geri qayıdıb şəhərdə it kimi dolanıb deyinirlər. Yemək tapmaq üçün veyllənirlər, doymayıb ulayırlar. Mən isə Sənin gücünü mədh edəcəyəm, rəhmini tərif edəcəyəm, çünki Sən fəlakətli günümdə mənə dayaq və sığınacaq oldun. Gücüm mənim! Səni tərifləyəcəyəm, cünki Sən mənim qalamsan, mənə rəhm edən Rəbbimsən.
60
Nəsihət üçün şuşan-eydut üzərində rəhbərə Davudun məzmuru. Aram Naaraim və Aram Tsova ilə mübarizəsindən sonra Yoav qayıtdı və Davud Gey Melax da Edomdan on iki min nəfəri məğlub etdi. Rəbbim, Sən bizi qoyub getdin, Sən bizi məhv etdin, Sən qəzəbləndin, bizi bərpa et! Yer üzünü silkələdin, parçalanmış hissələrini sağalt, çünki o tərəddüd içərisindədir. Sən öz millətinə qəddarlığı göstərdin, bizə zəhərli şərab içirtdin. Səndən qorxanlara bayraq verdin ki, hər zaman həqiqət naminə dalğalansın. Sela! Sən tərəfindən sevilənlərin canlarını qurtarmaq üzün Öz əlin ilə onları xilas et və mənə cavab ver! Öz müqəddəsliyindən danışan Yaradan deyir: şadlanacağam Mən, Şxemı bölüb və Sukot dərəsini ölçəcəyəm. Mənim Giladım, mənim Menaşeyim, Əfraimim – başımın qalası, Yeuda – qanunverənim mənim! Moav - əl-üzümü yuyan küpəm, Edoma öz başmağımı atacağam, Peleşet – mənə görə sevin! Kim məni möhkəmlənən şəhərə aparacaq? Kim məni Edoma qədər aparacaq? Məyər Sən bizi tərk edib düşmənlərımızə qarşı bizimlə çıxmırsan? Onlara qarşı bizə kömək ver, çünki insan köməyi əbəsdir. Rəbbimizlə biz möhkəmlənəcəyik və O bizim düşmənlərımızı taptalayacaq.
61
Neginot üzərinə Rəhbərə Davudun məzmuru. Mənim ahımı eşit, Rəbbim, duama diqqət yetir! Dünyanın kənarından Sənə səslənirəm, ürəyimin zəyifliyi ilə uca qayaya apar məni. Çünki Sən mənim sığınacağım, düşmənımın qarşısında möhkəm bir qüllə olmusan. Sənin çadırında əbədi yaşayacağam, Sənin qanadlarının altında gizlənəcəyəm. Sela! Çünki Sən, Rəbbim, mənim andlarımı eşitmisən, Sənin adından qorxanlara miras vermisən. Padşahın ömrünə günlər əlavə et, bir çox nəsillərin illərini artırdığın kimi artır. Qoy əbədi Rəbb qarşısında qalsın, rəhmi və həqiqəti təyin et ki, onlar onu qorusunlar. Beləcə, hər gün vədlərimi yerinə yetirdiyimdə Sənin adını əbədi tərif edəcəyəm.
62
Rəhbər Yedutuna Davudun məzmuru. Qəlbim səssiz yalnız Rəbbimi gözləyir, xilasım Ondandır. O mənim qalamdır, xilasım və dayağımdır – heç vaxt sarsılmaram. Nə vaxta qədər insana hüçüm edəcəksiniz? Əyilmiş divar, əyri hasar kimi öldürüləcəksiniz. Onu hündürdən atmağa məsləhət görürdülər, yalan istəyirlər. Dillərində xeyir-dua edirlər, içlərində isə lənət oxuyurlar. Sela! Qəlbim, yalnız səssiz Rəbbini gözlə, çünki ancaq Ona ümidim var. Ancaq O mənim qalamdır, xilasım və dayağımdır. Heç vaxt sarsılmaram! Mənim xilasım və şərəfim, gücümün qalası, pənahgahım – Rəbbimdədir. Hər zaman Ona ümid olun. Ey camaat, Onun qarşısında qəlbinizi açın, Rəbb – bizim sığınacağımızdır. Sela! Insan oğulları yalnız təlaş və yalandır, əgər onları tərəziyə qaldırsan – hamısı birlikdə heç nədilər. Soyğunluğa bel bağlamayın və oğurlanan ilə vurnuxmayın. Sərvət böyüdükcə ürəyinizi ona yönləndirməyin. Rəbbim bir dəfə deyəndə mən iki dəfə eşitdim ki, güc yalnız Ondadır. Və mərhəmət də Səndədir, çünki Sən hər kəsin haqqını onun əməllərinə görə verirsən.
63
Yəhudi səhrasında olanda Davudun məzmuru. Rəbb, Rəbbim mənim. Səni axtarıram, qəlbim Sənin həsrətini çəkir, cismim səhralı, yorğun və susuz torpaqlarda Sənə tərəf can atır. Məbəddə Səni elə dərk etmişəm ki, Sənin gücünü və şöhrətini görüm. Çünki Sənin mərhəmətin həyatdan daha yaxşıdır. Dilim hər zaman Səni tərif edəcək. Sağlığımda Sənə xeyir-dua edəcəyəm, Sənin naminə əllərimi göyə qaldıracam. Qəlbim piy və yağı hopdurduğu kimi, ağzım sevinclə Səni tərif edəcək. Yatağımda Səni xatırladığım anda gecənin hər vaxtı oyanıb Səni düşünürəm. Çünki Sən mənə kömək olmusan, qanadların altında Səni mədh edəcəyəm. Qəlbim Sənə bağlanıb, əlin mənə dəstək olur. Onlar isə ruhumu axtarırlar, ki məhv etsinlər. Yerin dərinliklərinə çökəcəklər. Qılınc ilə qanları axacaq, tülkülərə nəsib olacaqlar. Padşah isə Rəbbdə sevinc tapacaq, Ona and içən hər kəs öyünəcək, çünki yalan danışanların ağzı hasarlanacaq.
***
64
Rəhbərə Davudun məzmuru. Rəbbim, düşmənin qarşısında qorxu içində Səni çağıranda mənim səsimi eşit. Həyatımı qoru, zalımların məsləhətlərindən məni gizlət, qanunsuzluq törədənlərin səs-küyündən qoru. Dillərini qılınc kimi itiliyənlərdən, ox kimi bəd sözlərini gərənlərdən saxla. Onlar gizlidə pak olanları qəfildən vururlar və qorxmurlar. Özlərini bəd niyyətdə bərqərar edirlər, toru gizlətmək üçün məsləhətləşirlər və deyirlər: axı kim görəcək? Günah axtarıb insanın qəlbinin dərinliyində istintaqlar aparırlar! Lakin Tanrım onları ox ilə vurdu, qəfildən zəyiflədilər. Məcbur etdi ki, ayaqları öz dillərinə dolaşsın və onları görən hər kəs başlarını yelləyəcək. Bütün insanlar Tanrının əməllərindən qorxub xəbər verəcəklər və onun etdiklərini anlayacaqlar. Saleh olan Yaradana sevinib, Onda sığınacaq tapacaqlar və bütün təmizürəklilər şöhrət qazanacaqlar.
***
65.
Rəhbərə Davudun məzmuru. Nəğmə. Süküt – Sənə şükür olsun, Rəbbim. Sənə verdiyim andı Sionda yerinə yetirəcəyəm. Duanı eşidənsən, hər bir cism Sənə gələcək. Günah sözlər məndən güclüdürlər, cinayətlərimizi bağışlayansan. Sən tərəfdən seçilmiş və Sənə yaxın olan xoşbəxtdir, Sənin saraylarında yaşayacaq, Sənin evinin nemətləri ilə, məbədinin müqəddəsliyi ilə tox olacağıq. Ədalətinlə çox ecazkarsan, bizə cavab verirsən, xilasımızın Rəbbi, uzaq dənizlərin və yer üzünün hər bucağının dayağı. Dağları Öz gücü ilə bərkidir, əzəməti ilə qurşağlanıb. Dənizlərin səsini, ləpələrinin nərəsini və millətlərin küyünü sakitləşdirir. Və kənar sakinlər Sənin əlamətlərindən qorxdular. Sübh açılandan axşama qədər Sən tərif olunursan. Torpağı yada salıb su verirsən, bol-bol zənginləşdirirsən. Rəbbimin seli su ilə doludur, onlar üçün çörək hazırlayırsan, çünki Sən onu bu cür düşünmüsən. Onun səngərlərini sulayırsan, topalarına yağış yağdırırsan və yağış damcıları ilə onu yumşaldırsam, üzərində bitənə xeyir-dua verirsən. Sən ili öz xeyirxahlığınla taclandırdın, Yolların yağla doludur.. Otlaqlar sürüyə bürünür, dərələr çörəyə bükülürlər, şadlanır, mahnı oxuyur.yağ saçır, təpələr sevinclə qurşağlanır.
***
66
Rəhbərə nəğmə. məzmur. Bütün yer üzü! Sevinclə ucadan Rəbbə səslən. Onun adı şərəfinə oxuyun, şöhrətinin şərəfinə haqq verin. Rəbbə deyin: əməllərin necə qorxuncdur! Sənin böyük qüvvən qarşısında düşmənlərin Sənə yaltaqlıq edir. Bütün yer üzü Sənə baş əyəcək, nəğmələr oxuyacaq və Sənin adını tərif edəcək, sela! Gedin və Rəbbin əməllərini seyr edin, insan oğlu üçün onlar dəhşətlidir. O dənizi qurutdu, çayları ayaqla keçdik və Ona sevindik. Öz əzəməti ilə əbədi hakimdir, Onun gözləri millətlərə baxır, qıyamçılar ucalmayacaqlar! Sela! Ey millətlər, Rəbbimizə həmd olsun və Onun şərəfinin səsini eşidin! O bizim ruhumuzu sağ saxladı, büdrəməmizə imkan vermədi. Çünki Sən bizi sınağa çəkdin, Rəbbim, gümüşün təmizləndiyi kimi bizi təmizlədin. Sən bizi tələyə saldın, belimizə bəlaları yüklədin. Sən insanı bizim başımısza otuzdurdun, od və sudan keçdik, Sən bizi bolluğa çıxartdın. Qurbanlarım ilə Sənin evinə gələcəyəm, bəd günlərimdə dilimin dediyi və ağzımın söylədiyi vədləri Sənə ödəyəcəyəm. Sənə bərəkətli qoyun qurbanları yüksəldəcəyəm, buğa və keçiləri qurban gətirəcəyəm. Sela! Rəbbdən qorxanlar, gedin və dinləyin, mənim ruhum üçün Onun nələr etdiyini sizə danışacağam. Ağzım ilə çağırdım, dilim ilə Ona tərif edir. Əgər qəlbimdə ədalətsizliyi görsəydim, Rəbbim məni eşitməzdi. Amma Rəbb məni eşitdi, duamın səsinə diqqət yetirdi. Duamı rədd etməyən və Öz mərhəmətini məndən əsirgəməyən Rəbbə həmd olsun.
***
67
Rəhbərə neginot üzərində nəğmə. Rəbbim bizə rəhm etsin və xeyir-duasını versin, Öz nurlu simasını bizə göstərsin, - sela! Yer üzündə Sənin yolunu hər kəs bilsin, bütün millətlər arasında – xilas Sənindir. Rəbbim, hər kəs Səni mədh edəcək, bütün millətlər Səni tərif edəcək, sevinib şadlanacaq, çünki Sən insanları ədalətinlə mühakimə edirsən, tayfaları yer üzündə yönəldirsən. Sela! Rəbbim, hər kəs Səni mədh edəcək, bütün millətlər Səni tərif edəcək. Torpaq öz məhsulunu , Rəbbimiz isə bizə xeyir-duası verəcək! Verəcək və yer üzünün hər bucağı Ona ehtiram edəcək.
***
68
Rəhbərə Davudun məzmuru. Nəğmə. Rəbb qalxacaq və Ona nifrət edən düşmənlər pərən-pərən olub qaçacaqlar. Tüstü dağılan tək onları dağıdacaqsan; odun alovundan əriyən mum kimi günahabatmışlar Tanrının qarşısında yox olurlar. Salehlər isə Rəbbimin qarşısında şadlanacaqlar, sevinəcəklər və sevinc içində bayram edəcəklər. Rəbbə nəğmələr oxuyun, Onun adını mədh edin, göylərdə əyləşəni tərənnüm edin. Onu, adı Rəbb olanı tərənnüm edin və qarşısında sevinin. Yetimlərin atası, dul qadınların hakimi – müqəddəs iqamətgahında olan Rəbbdir. Rəbbim tənhaları evlərdə yerləşdirir, qandallı dustaqları xilas edir, qiyamçılar isə səhrada qalırlar. Ya
Rəbbim, Sən millətin qarşısına çıxanda, səhra boyu təntənə ilə gedəndə - yer üzü titrəyirdi, göylər Sənin qarşında damırdı, Sənin qarşında Sinay dağıdır, Rəbbim, İsrailin Rəbbi – Sela! Bərəkətli yağış yağdırırdın, ey Rəbbim. Sənin miras qalmış millətin gücdən düşəndə Sən onu güncləndirirdin. Orada Sənin icman məskunlaşmışdı, öz mərhəmətində yoxsul insana səadət hazırlamısan, Rəbbim. Müjdəçilərin böyük ordusu – Rəbbin söz söyləməsidir! Qoşunların padşahları qaçırlar, evdə oturan isə qənimətini bölür. Hətta ocağın daşları arasında uzansanız, göyərçinin qanadları gümüş, lələkləri isə yaşıl-sarımtıl qızıl ilə örtüləcəkdir. Qüdrətli Yaradan yer üzündə bütün padşahları pərən-pərən edəndən sonra, bütün bu torpaq Tsalmonun üzərindəki qar kimi ağaracaq. Rəbbin dağı, Başan dağı kimi təpəlidir. Ey dərə-təpəli dağlar niyə qısqanclıqdan çapıb qaçırsınız? Rəbbim o dağı orada yaşamaq üçün arzulayıb, və orada əbədi yaşayacaq. Minlərlə cəng arabalarının arasında Rəbbim məbədindədir, sanki Sinay dağındadır. Sən, Musa, zirvələrə ucaldın, Tövratı əsir götürdün, insanlar üçün hədiyyələr qəbul etdin, və hətta Tanrıdan dönənlər arasında Rəbbim yaşayacaq. Rəbbi mədh edin! Hər gün bizi səadət ilə yükləyir, Rəbb bizim xilaskarımızdır, sela! Rəbb bizi xilas edəcək, və ölümdən qurtaran da Rəbbdədir. Amma Rəbbim düşmənlərinin başını, günahlar içində gəzən tüklü əmgəyini əzəcək. Rəbbim dedi: Başandan qaytaracağam, dənizlərin dərinliklərindən qaytaracağam. Düşmənlərinin qanından ayaqların qızarsın deyə, itlərinin dili düşmənlərinin arasından öz payını alacaq. Onlar Sənin, mənim Rəbbimin, müqəddəslikdə olan Padşahımın təntənəli yerişini görüblər. Qabaqda müğənnilər, onların ardında isə musiqiçilər, cavan qadınlardan timpanda ifa edənlər. Yığıncaqlarda Rəbbə xeyir-dua edin, ey siz! İsrael nəslindən törənənlər. Orada onların üstündə ağalıq edən kiçik Binyamin, bəzəkli geyimlərdə Yehudanın knyazları, Zvulunun, Naftalinin knyazları. Rəbbin sənə güc təyin edib. Bu gücü Sən, Rəbbim, bizim üçün yaratmısan. Qüds üzərindəki məbədinə görə hökmdarlar Sənə hədiyyələr gətirir. Qamışlıqda olan heyvana, qüdrətli öküz tayfasına, gümüş külçələrindən məmnun qalan buğaları ilə birlikdə millətə səsini ucalt. O, döyüşə can atan xalqları dağıdıb yayır. Misirdən knyazlar gələcək, Kuş əlində hədiyyələrlə Rəbbimə tərəf qaçacaq. Yer üzünün krallıqları, Yaradana, Rəbbimə nəğmələr oxuyun, Sela! Uca, qədim səmalarda əyləşənə. çünki Onun səsi gələcək, qüvvətli səsi! Öz gücünüzü Rəbbimə verin, Onun böyüklüyü və qüdrəti İsraelin üzərindədir. Rəbbim, İsraelin Rəbbi məbədində çox qorxuludur. O seçılmiş millətə güc və qüvvət verəcək. Yaradana həmd olsun!
***
69
Şoşanim üzərinə Rəhbərə Davudun məzmuru. Məni xilas et, Rəbbim mənim, sular artıq ruhuma çatdı. Dərin bataqlıqda boğuluram mən, dayanmağa yer yoxdur, suların dərinliyinə düşmüşəm, axar məni apardı. Mənə səbəbsiz nifrət edənlər başımdakı tük sayından daha çoxdur , məni məhv etməyə can atanlar, yalançı düşmənlərım möhkəmləniblər. Oğurlamadığımı qaytarmalı oluram. Rəbbim, Sən mənim ağılsızlığımı bilirsən, mənim əməllərim Səndən gizli deyil. Qoy Sənə güvənənlər mənə görə xəcalətli olmasınlar, Tsvaotun Rəbbi, qoy mənə görə Səni axtaranlar rüsvay olmasınlar, İsraelin Rəbbi. Çünki Sənin üçün mən rüsvay oldum, utanc üzümü bürüdü. Qardaşlarım üçün özgə oldum, anamın oğulları üçün doğma olmadım. Çünki Sənin evinin qısqanc qayğıları məni yedi və Səni rüsvay edənlərin söyüşləri üzərimə düşdü. Mən ağlayırdım, ruhum tutqun idi və bunlar mənim üçün təhqir oldu. Mən də öz paltarımdan köhnə geyim etdim, və onlar üçün rəvayət oldum. Qapıda oturanlar mənim haqqımda danışırlar, şexar içənlər isə istehzalı nəğmələr oxuyurlar. Mən isə - Sənə dua edirəm, Rəbbim. Ya Rəbbim, lütf anlarında, böyük mərhəmətinlə, xilasının həqiqəti ilə mənə cavab ver. Məni palçıqdan xilas et ki, batmayım, mənə nifrət edənlərdən və dərin sulardan xilas olum. Suların selləri məni batırmasın, dərinliklər məni udmasın və quyunun ağzı başımın üstündə qapanmasın. Ya Rəbb, mənə cavab ver, çünki mərhəmətin çox gözəldir, böyük mərhəmətinlə mənə tərəf dön. Simanı qulundan gizlətmə, sıxıntıdayam, tezliklə mənə cavab ver. Ruhuma yaxınlaş, onu xilas et, düşmənlərimə baxmayaraq qurtar məni. Mənim bədnamlığımı, rüsvayçılığımı və utancımı bilirsən, bütün düşmənlərim qarşındadır. Təhqir qəlbimi məhv etdi və mən ağır xəstələndim. Rəhm gözləyirdim – olmadı, təsəlli verənləri axtardım, tapmadım. Yeməyimə zəhər qatdılar, susayanda mənə sirkə içizdirdilər. Qoy süfrələri onlar üçün tələ , qayğısızlar üçün isə tor olsun. Qoy gözləri qaralsın, görməsinlər, bellərini əbədi laxlat. Üzərlərinə Öz qəzəbini tök,qoy qəzəbinin şiddəti onlara tez çatsın. Qoy iqamətgahları boş qalsın, çadırlarında sakin olmasın! Çünki vurduqların onları izləyirlər və Sənin yaraladıqlarının iztirablarından danışırlar. Bu günahı onların günahlarına əlavə et, qoy Sənin ədalətinə çata bilməsinlər. Qoy dirilər kitabından adları silinsin və salehlərlə birgə yazılmasınlar. Mən isə yoxsulam və iztirab içindəyəm, qoy Sənin köməyin məni möhkəmləndirsin! Nəğmə ilə Rəbbimin adını tərif edəcəyəm və minnətdarlığım ilə Onu ucaldacağam. Və bu Rəbb üçün öküzdən, buynuzlu və dırnaqlı buğadan daha yaxşı olacaq. Fağırlar görüb sevinəcəklər: Rəbbi axtaranlar, qəlbiniz dirilsin! Çünki Yaradan yoxsulları dinləyir və Öz dustaqlarına nifrət etmir. Yer və göy, dənizlər və orada qaynaşan hər canlı Onu mədh edəcək. Çünki Rəbb Sionu xilas edəcək, Yeudanın şəhərlərini tikəcək, onlar orada yerləşərək torpağın varisi olacaqlar. Onun qullarının nəsli varis olacaq və Onu sevənlər orada məskunlaşacaqlar.
***
70
Xatırlatmaq üçün Rəhbərə Davudun məzmuru. Rəbbim, məni xilas et, ey Rəbb, köməyə tələs! Qoy ruhumu izləyənlər utanıb rüsvay olsunlar, mənə şər arzu edənlər istəyənlər utansınlar, geri çəkilsinlər. Qoy “Aha! Aha!” deyənlər utanc içində qayıtsınlar. Qoy Səni axtaranlar sevinib şadlansınlar, qoy Sənin xilasını sevənlər hər zaman desinlər: “Yaradan ucadır!” Mən isə yoxsul və kasıbam, ya Rəbbim, mənə tərəf tələs! Mənim köməyim və xilaskarım Sənsən, Rəbbim, ləngimə!
***
71
Rəbbim, Sənə arxayınam! Qoy heç vaxt xəcalətli olmayım. Öz ədalətinə məni xilas et və mənə yardım et, qulağını mənə sarı əy və mənə kömək ol. Mənim üçün hər zaman gələ biləcəyim qaya, məskən ol. Mənə yardımçı olacağını əmr etmisən, çünki qayam və qalam Sənsən. Rəbbim mənim! Günahabatmışın əlindən, qanunsuzluq törədəndən və söyğunçudan məni xilas et. Çünki Sən mənim dayağımsan, Rəbbim mənim, gəncliyimdən mənim qalamsan. Bətndən Sənə güvəndim, anamın bətnindən Sən məni götürdün. Şərəfim hər zaman Səndədir. Çoxları üçün nümunə olmuşam, və Sən mənim etibarlı sığınacağımsan. Dilim bütün günü Səni şöhrətləndirir və tərif ilə doludur. Qocalığımda, gücüm tükənəndə məni atma, tək qoyma. Çünki düşmənlərim mənə qarşı sözləşirlər, ruhumu güdənlər öz aralarında “Rəbb onu tərk etdi” deyib məsləhətləşirlər. Onu təqib edib tutun, çünki xilas edəni yoxdur. Rəbbim, məndən uzaqlaşma, Rəbbim mənim, köməyə tələs. Ruhuma nifrət edənlər rüsvay olub yox olsunlar, mənə bədlik arzuyalanlar utanca bürünüb rüsvay olsunlar. Mən isə hər zaman Sənə güvənəcəyəm və Sənə olan tərifi çoxaldacağam. Ağzım hər zaman Sənin ədalətindən, hər gün Sənin xilasından danışacaq, çünki Sənin xeyirli əməllərinin sayı-hesabı yoxdur. Gəlib Yaradanın qüvvəsindən danışacağam, Sənin, yalnız Sənin ədalətin barədə xatırladacağam! Rəbbim, Sən gəncliyimdən mənə nəsihət verdin, indiyə qədər Sənin möcüzələrin barədə söyləyirəm. Qocalıb, saçım ağarana qədər məni tərk etmə, Sənin qüvvəni bu nəsilə, gələcək hər kəsə Sənin qüdrətin barədə bəyan edənə qədər məni tərk etmə. Ədalətin isə səmalara qədərdi, Rəbbim. Ucalığı yaradan Rəbbim, Sənə bənzər kimdir? Mənə çoxlu və şər bəlaları göstərən Sən oldun, məni yenidən dirilt və torpağın dərinliklərindən məni yenə çıxart. Sən mənim ucalığımı çoxaldıb təsəlli verəcəksən. Mən isə arfada Səni, Sənin sadiqliyini mədh edəcəyəm, Rəbbim mənim, kinorda Sənə nəğmə oxuyacağam, İsraelin müqəddəsi. Ağzım və mənə bəxş etdiyin ruhum Səni mədh edərək nəğmələr oxuyacaq. Dilim isə bütün günü Sənin ədalətini yayacaq, belə ki, mənə pislik arzulayanlar utanıb rüsvay olacaqlar.
***
72
Ey, Şlomo. Rəbbim! Öz qanunlarını padşaha, ədalətini isə padşah oğluna ver. Sənin xalqını düzgünlük ilə, yoxsullarını ədalətli qanunun ilə mühakimə etmək üçün. Təpələr və dağlar ədalətə görə millətə sülh gətirəcək. Qoy o xalqın kasıblarını düzgün mühakimə etsin, yoxsulun oğluna kömək olsun və soyğunçunu sarsıtsın. Günəşlə ay öz nurunu saçana qədər əbədi Sənə ehtiram edəcəklər. O biçilmiş çəmənliyə yağan yağış kimi, torpağı isladan yağış damcıları kimi enəcək. Saleh insan inkişaf edəcək, ay yox olana qədər dünyanın bərəkəti çoxalacaq. Və o dənizdən dənizə, çaylardandan dünyanın son nöqtəsinə qədər hakim olacaq. Səhra sakinləri onun qarşısında diz çökəcək, düşmənləri kül yalayacaq. Tarşır və adaların padşahları, Şeva və Seva padşahları hədiyyə gətirəcəklər. Ona bütün padşahlar sitayiş edəcəklər, millətlər xidmət edəcəklər. Çünki o bağıran kasıbı, və köməksiz yoxsulu xilas edəcək. Miskin kasıba rəhm edəcək və miskinlərin ruhunu xilas edəcək. Onların canlarını zorakılıq və pis niyyətdən qurtaracaq, və qarşısında onların qanı dəyərli olacaq. Yaşayacaq və Şevanın qızılından ona verəcək, və hər zaman onun üçün dua edəcək, bütün günü xeyir-duasını verəcək. Və ölkədə bolluq olacaq, dağların başında bar livan meşəsi kimi yellənəcək, şəhərdə insanlar torpaqda ot təki çiçəklənib çoxalacaqlar. Adı əbədiləşəcək, günəş parlayana qədər, adı əbədi olacaq, və bütün xalqlar ondan xeir duasını alacaq və onu xoşbəxt adlandıracaq. Rəbbə həmd olsun, İsraelin Rəbbi, bütün möcüzələri yalnız tək Yaradan edir. Əbədi həmd olsun Onun adının şöhrətinə və bütün yer üzü Onun şöhrəti ilə dolu olsun. Ameyn və Ameyn! İşainin oğlu Davudun duaları bitdi.
***
73
Asafın məzmuru. Həqiqətən Yaradan İsraelə, ürəyi təmiz olanlara rəhmlidir. Mən isə - az qala ayaqlarım sınacaqdır, sürüşüb yıxılacaqdım. Çünki günahabatmışların səadətini görüb onlara paxıllıq etdim. Çünki ölüm ayağında iztirab çəkməyəcəklər, güclüdürlər. İnsan zəhmətində iştirak etmirlər və digərləri kimi əziyyət çəkmirlər. Ona görə özlərini boyunbağı kimi təkəbbür ilə əhatə ediblər, zorakılıq libasına bürünüblər. Tosqunluqdan gözləri bərəlib, qəlbləri istədiklərindən artığına sahibdir. İstehza və qəzəblə, xor ilə əzab vermək barədə danışırlar. Ağızlarını səmaya qarşı döndəriblər, kəlmələri ilə yer üzündə gəzirlər. Ona görə Onun milləti o tərəfə yönəlib bol qab ilə su içib deyirlər: Rəbb hardan bilir? Uca Rəbbin xəbəri var? Bax bu günahabatmışlar amma hər zaman rahatdırlar, onların var dövləti də çoxdu. Həqiqətən nahaq yerə qəlbimi təmizləyirdim, günahsızlıqda əllərimi yuyurdum. Hər gün zərbə almışam, bədbəxtliklərim isə hər səhər yenilənir. Əgər desəm ki: o cür düşünsəm Sənin oğullarının nəslinə xəyanət etmiş olaram. Və düşünürdüm: bunu necə anlamaq olar, gözlərimin qarşısında çox çətin görünürdü. Lakin Rəbbin məbədinə gələndə onların sonunu anladım. Həqiqətən də, Sən onları sürüşkən bir məkanda xarabalığa atmaq üçün yerləşdirirsən. Necə də anında viran oldular, yox oldular, dəhşətdən öldülər. Rəbbim, Sən Qüds şəhərində onların simasını oyanış zamanı yuxu kimi alçaldırsan. Çünki qəlbim kədər ilə doldu, böyrəklərim isə biz ilə deşilmişdir. Cahil olub anlamamışdım, Sənin qarşında heyvan idim. Mən hər zaman Səninləyəm, Sən mənim sağ əlindən tutursan. Öz məsləhətin ilə mənə nəsihət verirsən sonra isə şöhrətə tərəf aparırsan. Səmalarda mənim üçün başqa kim var? Yerlərdə isə Səninlə heçnə istəmirəm! Cismim və qəlbim qüvvətdən düşüb, əbədi qəlbimin qalası və qisməti Rəbbdir. Çünki Səndən uzaqlaşanlar həlak olacaqlar, Səndən dönənləri məhv edirsən. Mən isə... Rəbbin yaxınlığı mənim üçün xoşbəxtlikdir, mən Rəbbimi özümə sığınacaq etmişəm ki, Sənin əməllərin barədə danışım.
***
74
Asəfin Maskili. Niyə, ya Rəbb, bizi əbədi tərk etdin, Öz sürünə qəzəbini qaldırdın! Əzəldən satın aldığın, irsin qövmünü qoruduğun, Sənin yerləşdiyin Siyon dağını xatırla. Ayaqlarını əbədi qalan dağıntıların üzərinə, düşmənin məbəddə dağıtdığı hər şeyin üzərinə qaldır. Yığıncağın olan yerdə düşmənlərin nərilti ilə çığırdı, məbəddə öz simvolları ilə işarə qoydu. O, ağac kollarına balta qaldırılmışlara bənzəyirdi. İndi də onun bütün bəzəklərini mərdə və baltayla sındırırlar. Məbədini yandırmışlar, torpaq səviyyəsinə alçaltmışlar, Adının məskənini murdar etmişlər. Onlar qəlblərində belə dedilər: hamısını birlikdə məhv edəcəyik; ölkədə Rəbbin bütün yığıncaqlarını yandırdılar. Biz işarələri daha görmürük, peyğəmbər yoxdur artıq, və bilən də bizimlə deyil – nə qədər olar? Nə qədər, ya Rəbb, zalım təhqir bizi edəcək? Düşmən Sənin adını əbədimi aşağılayacaq? Nə üçün Öz əlini və göz bəbəyimi geri çevirirsən? Qaynar köklərindən vur! Çünki Sən, ya Rəbb, əzəldən mənim Padşahımsan, ölkə içində xilas yaradansan. Sən var gücünlə dənizi parçalayıb, suyun üstündə ilanların başlarını sındırmısan. Leviatanın başlarını parçalayıb, onu çöl sakinlərinə yemə göndərmisən. Çeşməni, çayı kəsdin, qüdrətli çayları qurutdun. Gündüz də, Gecə də Sənindir, Ay və Günəşi qüvvətləndirdin. Sən Yerin bütün sərhədlərini müəyyən etdin, yayı da, qışı da – onları Sən yaratdın. Bunu unutma! Düşmən Rəbbi təhqir etdi, alçaq xalq Sənin adını aşağıladı. Göyərçinin canını vəhşiyə vermə, zavallılarının cəmiyyətini heç zaman unutma. Əhdinə bax, çünki yerin məkanda pisliklə doludur. İncitilmiş geri dönməsin, yoxsul və kasıb Sənin adını öyüdəcəklər. Əhdə bax, çünki yer üzünün qaranlıq yerləri pislik məskənləri ilə doludur. Qoy məzlumlar utanıb qayıtmasın, zavallılar və yoxsullar Sənin adını ucaltsın. Dur, ya Rəbb, işinin müdafiəsinə çıx, bütün gün səni təhqir edən zalımı xatırla. Düşmənlərinin səsini, Sənə qarşı qalxanların, durmadan yüksələn səsini unutma.
***
75
Alotaşxeyt üzrə rəhbərə Asəfin məzmuru. Səni vəsf edirik ya Rəbb, Səni vəsf edirik, qəlbimizdədir Adın. Möcüzələrindən danışırlar. Vaxtı gələndə ədalətli hökm çıxaracağam. Yer və orada yaşayanların hamısı əriyir, Mən onun sütunlarını qurdum. Sela! Zalımlara dedim: "İddialı olmayın!" kafirlərə də dedim: "Buynuzlarınızı qaldırmayın!" Buynuzlarınızı yuxarı qaldırmayın, boynunuzu təkəbbürlə uzatmayın. Çünki ucalıq nə Şərqdən, nə Qərbdən, nə də səhradan gəlir, çünki hakim yalnız Rəbbdir. - birini alçaldır, birini ucaldır. Qədəh Rəbbin əlindədir, içi köpüklü şərabla, acı ədviyyatlarla doludur. Rəbb oradan süzür, hətta maya belə onun çöküntülərini içəcək, Yer üzünün bütün günahabatmışları sərxoş olacaq. Amma əbədi olaraq nəğmə oxuyacağam, Yaqubun Rəbbini tərənnüm edəcəyəm. Kafirlərin bütün buynuzlarını kəsəcəyəm, salehlərin isə buynuzları ucalacaq..
***
76
Neqinotun Rəhbərinə Asəfin məzmuru. Rəbb Yəhudada tanınır, İsraildə Onun adı böyükdür. Onun çadırı Şalemdədir, məskəni Siondadır. Orada O, oxların şimşək kimi parıltısını, qalxanı, qılıncı və müharibəni məhv etdi. Sela! Sən parlaq və əzəmətlisən, vəhşi dağlardan daha qüdrətlisən. Cəsur ürəklilər sərxoşluğa qərq oldular, yuxuya getdilər; döyüşçülər əllərini tapa bilmədilər. Ey Yaqubun Rəbbi, Sənin fəryadına həm arabalar, həm də atlar yuxuya getdi. Sən Əzəmətlisən, qəzəbin zamanı Sənin qarşında kim dayana bilər? Sən göydən hökmünü eşitdirdin, Rəbb yer üzünün bütün sadiqlərini xilas etmək üçün mühakiməyə qalxanda yer dəhşətə gəlib susdu, Sela! Çünki insan qəzəbi Səni tərifləyəcək, qəzəbin qalıqlarını Sən cilovlayacaqsan. Tanrınız Rəbbə əhd edin və ödəyin, Qoy Onun ətrafındakıların hamısı Dəhşətli Olaya hədiyyə gətirsin. Hökmdarların ruhunu ram edən O, yer üzünün padşahları üçün dəhşətlidir.
***
77
Yedutun Rəhbərinə Asəfin məzmuru. Car çəkirəm Rəbbə, çığırıram, car çəkirəm Rəbbə, Sən isə mənə cavab ver.Dar günümdə Rəbbimi axtarıram, gecələr əllərimin yaraları dayanmadan qanayır, ruhum dinclikdən imtina edir. Xatırlayıram, ya Rəbb, nalə çəkirəm, düşünürəm, ruhum tükənir! Sela! Gözlərimin qapaqlarını tutursan, mat qalıram, danışa bilmirəm. Keçmiş günləri, qədim illəri düşünürəm. Gecələr nəğmələrimi xatırlayıram, qəlbimlə danışıram, ruhum cavab axtarmaqdadır. Rəbb bizi həmişəlik tərk edib bizə lütf göstərməyəcəkmi? Onun mərhəməti əbədi olaraq kəsildimi? Rəbb mərhəmətini unuddumu? Rəhmini qəzəbinəmi bağladı? Sela! Söylədim: Mənim dərdim Uca Rəbbin sağ əlinin dəyişməsidir. Rəbbin əməllərini yad edirəm, Sənin qədim möcüzəni yada salıram. Bütün işlərin haqqda düşünürəm, əməllərin haqqda danışıram. Rəbb kimi olan Uca Rəbb kimdir? Möcüzələr yaradan Rəbbsən, xalqlar arasında qüvvətini göstərdin. Gücün ilə xalqını xilas etdin, Yaqubun və Yusifin oğullarını xilas etdin. Sela! Sular Səni gördü, sular Səni gördü və dəhşətə gəldi, dərinliklər titrədi. Buludlar axar su tökdü, Göylər səs verdi, oxların səpələndi. Gurultunun səsi göylərdə idi, şimşəklər kainatı işıqlandırırdı, yer silkələnib titrəyirdi. Yolun dənizdədir, böyük sulardan keçir cığırların, izlərin bilinməzdir. Xalqını sürü tək Musa və Aronun əli ilə apardın.
***
78
Asəfin Maskili. Ey xalqım, mənim təlimimə qulaq asın, dilimdən gələn sözləri eşidin. Kəlməmi məsəllərlə açacam, qədimdən eşitdiyimiz, bildiyimiz, atalarımızın bizə söylədiyi tapmacaları danışacam. Gələcək nəslə Rəbbin izzəti, qüdrəti və etdiyi möcüzələr haqqında danışaq, onların oğullarından heç nəyi gizlətməyək. O, Yaqubu qüdrətli edib, Tövratı İsraeldə təsdiqlədi və atalarımıza onu öz övladlarına öyrətməyi əmr etdi. Bütün bunlar gələcək nəsil üçündür, onların anlaması üçündür, doğulacaq oğulların ayağa qalxıb öz oğullarına danışması üçündür. Onlar ümidlərini Rəbbə bağladılar, Rəbbin əməllərini unudmadılar, Onun ehkamlarını qorudular. Ataları kimi olmasınlar, onlar dələduz və tərs nəsildəndirlər, o nəsil qəlbini təsdiqləməmişdir, onların qəlbi Rəbbə sadiq deyildi. Silahlanmış, ox vuran Efraimin oğulları döyüş günü geri çəkildilər. Rəbbin əmrlərini qorumadılar, Onun Tövratına əməl etmədilər. Əməllərini, onlara aşkar olmuş möcüzələrini unutdular. Siran çölündə atalarının qarşısında misir torpağında O, bir möcüzə yaratdı. O, dənizi iki yerə parçaladı, onları ordan keçirdi, suları divarlara söykədi. Günorta onları bulud içində, gecə isə atəş işığında apardı. Səhrada qayaları yarıb onlara böyük bir dərinlikdən su verdi. Qayaları yarıb axınları oyatdı, suları çaylar kimi axar etdi. Onlar isə səhrada Rəbbə qulaq asmadan Onun qarşısında daha çox günah işlətdilər. Onlar Rəbbi qəlblərində sınadılar, arzusunda olduqları qidanı istədilər. Onlar Rəbbə qarşı gileylənib dedilər: «Rəbb səhrada süfrə hazırlaya bilərmi? O, qayaya vurdu, sular axdı, çaylar yarandı. Bəs O, çörək də verə bilərmi? Öz xalqı üçün ət hazırlayarmı?» Bunu eşidən Rəbb isə bərk qəzəbləndi, Yaqubun içi od tutub yandı, İsraelə qarşı kin qalxdı. Çünki onlar Rəbbə inanmadılar, Onun köməyinə güvənmədilər. Rəbb göydə buludlara əmr etdi, səmaların qapıları açıldı. Yeməkləri üçün may yağışı yağdırdı və onlara səmadan çörək verdi. İnsan müqəddəs çörəyi yedi, O, onlara külli miqdarda qida göndərdi. O, şərq küləyini göylərə göndərdi və Öz qüdrəti ilə cənub küləyini gətirdi. Onların üzərinə əti kül kimi, qanadlı quşları isə dəniz qumu kimi yağdırdı. Onları düşərgəsinin ortasına, məskənlərinin ətrafına atdı. Onlar yedilər və çox doydular, istədikləri hər şeyi Verdi onlara. Onlar hələ şəhvətlərindən dönməmişdilər və ağızlarında yemək var idi, lakin Rəbbin qəzəbi onlara qarşı qalxdı və onlardan ən kökünü məhv etdi və İsrael gənclərini yerə yıxdı. Yenə də günah işlətdilər və Onun möcüzələrinə inanmadılar. O, onların günlərini boş, illərini isə qorxu içində başa vurdu. Əgər O, onları öldürsəydi, onda Ondan istəyərdilər, qayıdardılar və Rəbbi axtarardılar. Və xatırlayardılar ki, Rəbb onların gücü, Uca Yaradan isə onların xilaskarıdır. Dilləri ilə Onu inandırdılar, dodaqları ilə Ona yalan danışdılar. Lakin qəlbləri Onun qarşısında saleh olmadı və onlar Onun əhdinə sadiq olmadılar.
Lakin O, mərhəmətli, günahları bağışlayandır, məhv etməz və dəfələrlə qəzəbini geri çevirmişdi və qəzəbini tam oyatmamışdı. Və xatırlayırdı ki, onlar sadəcə cisimdir, zalım ruh gedir və geri qayıtmır. Neçə dəfə səhrada Ona itaətsizlik etdilər və insansız ölkədə Onu kədərləndirdilər! Yenə Rəbbi sınadılar və Müqəddəs İsraeldən əlamətlər istədilər. Nə Onun əlini, nə də onları zalımdan xilas etdiyi günü xatırladılar. O, Misirdə - Soan tarlasında Öz əlamətlərini və möcüzələrini göstərdi. Və onların axarlarını qana çevirdi və sularını içmək mümkün olmadı. O, onların üstünə vəhşi heyvanlar və ya həşəratlardan ibarət dəstə göndərdi - onları da, qurbağaları da yeyib məhv etdilər. O, məhsullarını tırtıllara, zəhmətlərini isə çəyirtkələrə verdi. Onların üzümlərini dolu ilə, əncir ağaclarını şaxta ilə məhv etdi. Onların mal-qarasını doluya, qoyun-keçini alova təslim etdi. O, onların üzərinə qəzəb, kin, xəstəlik və fəlakət, şər elçilərin hücumunu göndərdi. O, qəzəbinə yol açdı, onların canlarını ölümdən qurtarmadı, canlarını vəbaya təslim etdi. O, Misirdəki bütün ilkin oğulları, Ham çadırlarında ordu başçılarını vurdu. O, xalqını qoyun sürüsü kimi gəzdirdi, onları səhrada sürgün etdi. O, onları təhlükəsizliyə apardı, onlar isə qorxmadılar və dəniz onların düşmənlərini batırdı. O, onları müqəddəsliyinin sərhədinə, sağ əlinin əldə etdiyi bu dağa gətirdi. O, xalqları onların qarşısında qovdu, varis olaraq onlara irs verdi və İsrail qəbilələrini öz çadırlarında məskunlaşdırdı. Lakin onlar sınadılar və Uca Rəbbə itaət etmədilər və Onun qanunlarına əməl etmədilər. Onlar da ataları kimi geri çəkildilər və dəyişdilər və hiyləgər bir yay oldular. Onlar səcdəgahları və bütləri ilə Onu qıcıqlandırdılar və qəzəbləndirdilər. Rəbb bunu eşitdi və qəzəbləndi və İsrailə çox nifrət etdi. O, insanlar arasında yaşadığı Şilodakı məskəni tərk etdi. O, qüdrətini və izzətini zalımın əlinə verdi. O, xalqını qılıncdan keçirdi və irsinə qəzəbləndi. Onun cavanları od içində yandı, Qızlarına toy nəğmələri oxunmadı. Onun kahinləri qılıncdan keçdi, dul qadınları ağlamadı. Və Rəbb, sevincdən şərabdan ayılan bir qəhrəman kimi yuxudan oyandı. Düşmənlərini arxadan vurdu və onları əbədi rüsvayçılığa qovuşdurdu. O, Yusifin çadırına nifrət etdi və Efrayim qəbiləsini seçmədi. Lakin O, sevdiyi Yəhuda qəbiləsini, Sion dağını seçdi. O, məbədini göylər kimi tikdi, yer kimi onu əbədi olaraq qurdu. O, qulu Davudu seçdi və onu qoyun sürüsündən götürdü. O, xalqı Yaquba və irsi olan İsrailə çobanlıq etmək üçün onu südlü sürüdən gətirdi. O, ürəyinin təmizliyi ilə onlara çobanlıq etdi və əllərinin müdrikliyi ilə onlara rəhbərlik etdi.
***
79
Asəfin məzmuru. Ya Rəbb, xalqlar Sənə inamını itirdilər, müqəddəs məbədini murdarladılar, Qüdsü xarabalığa çevirdilər. Qullarının cəsədini səma quşlarına yem olaraq verdilər, salehlərinin bədənlərini isə - yerdəki heyvanlara. Qüds ətrafında qanlarını su kimi axıtdılar, basdıranları belə olmadı. Qonşularımızın gözündə biabır olduq, ətrafdakılar tərəfindən məsxərəyə qoyulduq, gülünc vəziyyətdə qaldıq. Nə zamana kimi qəzəblənəcəksən, ya Rəbb - əbədimi belə olacaq? Nə zamana kimi qəzəbin od kimi püskürəcək? Qəzəbini Səni tanımayan xalqlara, Adını çağırmayan şahlıqlara yönəlt. Çünki Yaqubun düşməni onu yeyib-içib, məskənini viran edib. Bizə əcdadlarımızın günahlarını xatırlatma, mərhəmətin bizə tez çatsın, çünki biz çox zəlil olmuşuq. Ey qurtuluşumuzun Rəbbi, adının izzəti üçün bizə kömək et, Öz adın naminə bizi xilas et və günahlarımızı bağışla. Nə üçün xalqlar deyir: “Onların Rəbbi haradadır?” Qoy qullarının tökülən qanının qisası millətlər arasında, gözümüzün qarşısında təsdiq olunsun! Məhbusun mərsiyəsi Sənə çatsın, Qüdrətinin əzəməti ilə ölümə məhkum olanları azad etsin! Qonşularımıza, Səni təhqir etdikləri təhqirləri özlərinə yeddi qat qaytar, ya Rəbb! Biz Sənin xalqın və sənin sürün hər zaman Sənə şükür edəcəyik və şöhrətindən əbədi danışacağıq.
***
80
Şoşanim eydutun rəhbərinə Asəfin məzmuru. İsrailin çobanı! Qulaq as, ey Yusifi qoyun kimi aparan! Ey keruvların üstündə oturan, meydana gəl! Efrayim, Binyamin və Menaşenin önündə Öz qüdrətini oyat və köməyimizə yetiş! Ya Rəbb, bizi qaytar və üzünü nurlandır ki, biz xilas olaq! Svaotun Tanrısı - Rəbb! Nə vaxta qədər xalqının duasına qəzəblənəcəksən? Sən onları göz yaşı çörəyi ilə yedizdirdin və içmək üçün külli miqdarda göz yaşı verdin. Qonşularımızla bizi fitnəyə saldın, düşmənlərimiz isə ürəklərində bizə istehza etdi. Svaotun Rəbbi! Bizi geri qaytar, üzünü nurlandır və biz xilas olaq! Üzüm ağacını Misirdən çıxardın, xalqları qovdun və onu əkdin. Sən ona yer açdın, köklərini möhkəmləndirdin və o, yer üzünə yayıldı. Dağlar onun kölgəsi ilə örtülür, Onun budaqları Rəbbin sidr ağacları kimidir. O, budaqlarını dənizə, tumurcuqlarını isə Prat çayına sərdi. Niyə onun hasarlarını sındırdın? Yoldan keçən hər kəs onu qarət edir. Çöl donuzu onu dişləyir, meşə heyvanı onu yeyir. Ey Svaotun Rəbbi! Qayıt, yalvarıram, göydən aşağı bax və gör, sağ əlinin əkdiyi bu üzüm və onun tumurcuqunu və gücləndirdiyin tumlarını xatırla! Odda yandılar, kəsildilər - Sənin fəryadından məhv olacaqlar! Qoy əlin sağ əlinin adamına, qüvvət verdiyin bəşər oğluna olsun. Biz Səndən ayrılmayacağıq. Bizi dirilt, biz də Sənin adını çəkək! Svaotun Tanrısı Rəbb! Bizi geri qaytar, üzünü nurlandır və biz xilas olaq!
***
81
Qiqitin üzərində rəhbərə Asəfin məzmuru. Rəbbə nəğmələr deyin, gücümüzün mənbəyinə, Yaqubun Rəbbinə nəğmələr deyin! Mahnıları ucaldın, dəf götürün, xoş səslənən kinor və arfada ifa edin. Ay doğulanda şofarda ifa edin, bayram günümüz naminə - təyin olunmuş zamanda ifa edin! Çünki bu, İsrail üçün bir qanundur, Yaqubun Rəbbindən bir qərardır. Yusif misir torpağına çıxan zaman O, bunu Yusif üçün bir şəhadət olaraq təyin etdi. Mən anlamadığım bir dil eşitdim. Onun çiynindən yükü götürdüm, əlləri qaynayan qazandan azad oldu. Sən fəlakətə düçar olub Məni çağırdın, Mən də səni xilas etdim; göy gurultusunun sığınacağından sənə cavab verdim, səni Mey-Meriva sularında sınadım. Sela! Ey xalqım, eşit məni və Mən səni xəbərdar edəcəyəm, Ey İsrail! Kaş sözümə qulaq asardın! Yad Tanrın olmayacaq, yad Tanrıya ibadət etməyəcəksən! Mən səni misir torpağından çıxaran Rəbbinəm, ağzını geniş aç, sənə dolğunluq hissi verəcəyəm. Xalqım Səsimə qulaq asmadı və İsrael də Məni eşitmədi. Mən isə onları ürəklərinin inadkarlığına görə qovdum – qoy öz fikirlərinə tabe olsunlar. Əgər xalqım Məni dinləsəydi, İsrail Mənim yollarımla getsəydi, Mən onların düşmənlərini bir anda məğlub edərdim və əlimi onlara zülm edənlərə qarşı çevirərdim. Rəbbə nifrət edənlər İsrailin önündə qul olacaqlar və onların cəzası əbədi olacaq. O, İsraili buğdanın yağı ilə bəsləyərdi, mən də sizi qayalardan gələn bal ilə doyurardım.
***
82
Asəfin məzmuru. Rəbb ilahi cəmiyyətində, mühakimə etdiyi hakimlər arasında mövcuddur. Nə vaxta qədər haqsız yerə hökm edib, zalımlara rəğbət göstərəcəksən? Sela! Kasıbı, yetimi mühakimə et, məzlumu, zavallını ədalətlə mühakimə et. Yoxsulları və yazıqları xilas et, onları zalımların əlindən qurtar. Onlar bilmirlər və başa düşmürlər, qaranlıqda gəzirlər, yerin təməli bütünlüklə sarsılır. Dedim: Siz mələksiniz və hamınız Uca Rəbbin övladlarısınız. Halbuki, kişi kimi öləcəksən və hər bir hörmətli şəxs kimi yıxılacaqsan. Qalx, ey Rəbb, yer üzünü mühakimə et, çünki bütün millətləri miras alacaqsan.
***
83
Asəfin məzmurlar nəğməsi. Ya Rəbb, sənə rahatlıq olmasın, susma və sakit durma. İlahi, budur, düşmənlərin səs-küy salır, Sənə nifrət edənlər başlarını qaldırıblar. Onlar sənin xalqına qarşı gizlincə şərlə hiylə qurur, himayə etdiyin kəslər haqqında məsləhətləşirlər. Onlar dedi: “Gəlin onları məhv edək ki, bir daha xalq olmasınlar və İsraelin adı bir daha çəkilməsin! Çünki onlar bir fikirdədirlər, Sənə qarşı ittifaq bağlayırlar. Edomun və İşmayıllilərin, Moavın və Aqrimin, Gevalın, Amonun və Amaleqin, Pleşetin və Tsorahın sakinləri ilə birlikdə Aşurun çadırları onlara qoşuldu və Lot övladlarına kömək oldu. Sela! Onlara Kişon çayı sahilində məhv edilən və Eyn-Dorda torpağın gübrəsinə çevrilən Midyan, Sisra və Yavinlə etdiyini et. Onlarla və onların başçıları ilə Orev və Zev, Zvax və Tsalmun ilə rəftar etdiyin kimi et – bütün rəhbərləri ilə belə rəftar et, - “Gəlin Rəbbin məskənlərini ələ keçirək” - deyən hər bir kəslə bunu et. Ya Rəbb! Onları külək qarşısında olan saman kimi, çöldə bitən ot kimi et. Meşəni od, dağları alov yandırdığı kimi, tufanınla onları təqib et, qasırğanla qorxu sal. Ya Rəbb, adını axtarana qədər üzlərini utandır. Qoy əbədi olaraq utansınlar və dəhşətə gəlsinlər, rüsvay olub məhv olsunlar! Onlar biləcəklər ki, Sən Təksən, Sənin adın Rəbbdir, Sən bütün yer üzündə ən Qüdrətlisən!
***
84
Gititin rəhbərinə, Korax oğullarının məzmuru. Sənin məskənlərin necə də sevimlidir, ey Svaotun Rəbbi! Qəlbim Rəbbin hüzuruna həsrət qalıb, qəlbim və bədənim var olan Rəbbə nəğmələr deyir. Quş da, qaranquş da balalarını saxlamaq üçün özünə yuva tapır. Amma mən Sənin qurbangahındayam, ey Ordular Rəbbi, Padşahım və Rəbbim. Sənin evində yaşayanlar nə bəxtiyardır, Səni vəsf edərlər. Sela! Gücü Səndə olan, Sənə gedən yolu qəlbində tutan insan xoşbəxtdir. Baxa vadisindən keçənlər onu mənbəyə çevirir, yaz yağışı onu bərəkətlə bürüyür. Onlar güclənir, O, Sionda Rəbbin hüzurunda olacaq, O, Svaotun Rəbblər Rəbbidir! Duamı eşit, qulaq as, ey Yaqubun Rəbbi, Sela! Qalxanımızsan! Bax, ey Rəbb, məsh etdiyinin üzünə bax! Sənin bağlarında bir gün mənim üçün min qızıldan dəyərlidir. Kafir çadırlarında yaşamaqdansa, Rəbbin evinin astanasında dayanmağı üstün tuturam. Çünki Rəbb Günəşdir, qalxandır, Rəbb Rəhm və Şöhrət verir, saleh gəzən insanı xeyirlə əhatə edir, Svaotun Rəbbi! Sənə güvənən insan xoşbəxtdir!
***
85
Rəhbərə Korax oğullarının məzmuru. Ya Rəbb, Öz diyarına rəhm etdin – Yaqubu əsirlikdən qaytardın. Xalqının günahını bağışladın, bütün təqsirlərini gizlətdin. Sela! Qəzəbini bütünlüklə geri çəkdin, qəzəbinin alovunu söndürdün. Ey xilaskar Rəbbimiz, bizə tərəf gəl və bizə qarşı qəzəbini dayandır. Həmişəlik bizə qəzəblənəcəksənmi, qəzəbini nəsildən-nəslə davam etdirəcəksənmi? Axı, yenə bizi canlandıracaqsan, və xalqın Sənə sevinc bəxş edəcək. Ya Rəbb, bizə mərhəmətini göstər və bizə qurtuluş bəxş et. Rəbbin nə deyəcəyini eşidəcəyəm, çünki O, xalqına və salehlərinə sülh vəd edir, təki axmaqlıqlarına dönməsinlər.
Doğrudur, Ondan qorxanlar üçün xilas yaxındır, qoy Onun şöhrəti diyarımızda məskən salsın. Mərhəmət və həqiqət görüşdü, ədalət və sülh birləşdi. Həqiqət yerdən cücərir, ədalət göylərdən gəlir. Rəbb bolluq verəcək, torpağımız da öz barını verəcək. Ədalət Ondan öndə gedəcək və Rəbb onu öz addımları ilə yönəldəcək.
***
86
Davudun duası. Ya Rəbb, məni eşit və mənə cavab ver, çünki mən məzlum və acizəm. Qəlbimi qoru, çünki mən salehəm, ya Rəbb, Sənə güvənən qulunu qoru. Rəbbim mənim, mənə rəhm et, çünki bütün günü Sənə yalvarıram. Ruhumu Sənə tapşırıram ya Rəbb, qulunun ruhunu şad et. Rəbbim mənim, Sən Sənə yalvaranların hamısına qarşı xeyirxah, bağışlayan və çox mərhəmətlisən. Ya Rəbb, duamı eşit və dualarımdan gələn səsimi duy! Dar günümdə Səni çağırıram, çünki mənə cavab verəcəksən. Tanrılar arasında Sənin kimisi yoxdur, ya Rəbb, Sənin etdiklərini edən yoxdur. Ya Rəbb, yaratdığın bütün millətlər gəlib Sənə səcdə edəcək, Adını izzətləndirəcəklər. Çünki Sən böyüksən və möcüzələr edirsən, Sən Yaradansan, Yaradan tək Sənsən. Ya Rəbb, mənə Öz yolunu öyrət. Sənin həqiqətinlə gəzəcəm. Qəlbimi yalnız Sənin adından qorxmağa yönəlt. Ya Rəbb Rəbbim mənim, bütün ruhumla Sənə həmd edəcəm
və adını əbədi olaraq şöhrətləndirəcəm. Çünki mənə qarşı olan mərhəmətin böyükdür və ruhumu cəhənnəmin dərinliyindən xilas etdin. İlahi, günahabatmışlar mənə qarşı qalxdılar, zalımlar məclisi canımı istədi, amma Səni qarşılarına qoymadılar. Ya Rəbb, Sən mərhəmətli və rəhmlisən, səbirli, xeyirxah və həqiqətdə Ucasan. Mənə tərəf dön və mənə rəhm et, quluna qüvvət ver və qulunun oğluna kömək et. Mənim üçün yaxşılıq əlaməti yarat ki, mənə nifrət edənlər bunu görüb utansınlar, çünki Sən ya Rəbb, mənə kömək etdin və mənə təsəlli verdin.
86
Молитва Давида. Приклони, Господи, ухо Твое, ответь мне, ибо угнетен и беспомощен я. Сохрани душу мою, ибо благочестив я, спаси Ты, Бог мой, раба Твоего, полагающегося на Тебя! Помилуй меня, Господи, ибо к Тебе взываю весь день. Обрадуй душу раба Твоего, ибо к Тебе, Господи, возношу душу свою. Ибо Ты, Господи, добр, и прощаешь, и многомилостив ко всем призывающим Тебя. Внемли, Господи, молитве моей и к голосу молений моих прислушайся! В день бедствия моего призываю Тебя, потому что Ты ответишь мне. Нет подобного Тебе среди Богов, Господи, и нет деяний, подобных Твоим. Все народы, которые сотворил Ты, придут и поклонятся пред Тобой, Господи, и прославят имя Твое. Ибо велик Ты и творишь чудеса, Ты – Бог, един Ты. Научи меня, Господи, пути Твоему, ходить буду в правде Твоей, направь сердце мое единственно к боязни имени Твоего. Хвалить буду Тебя, Господь Бог мой, всем сердцем и славить имя Твое вечно. Потому что велика милость Твоя надо мной и спас Ты душу мою из глубин преисподней. Боже, нечестивые поднялись на меня, и сборище жестоких ищет души моей, – а Тебя не представили пред собой. Но Ты, Господи, Бог жалостливый и милосердный, долготерпеливый и великий в благодеянии и истине. Обратись ко мне и помилуй меня, дай силу Твою рабу Твоему и помоги сыну рабы Твоей. Сотвори для меня знамение к добру, увидят ненавидящие меня и устыдятся, ибо Ты, Господь, помог мне и утешил меня
***
87(red olması)
Korax Oğullarının məzmuru. Nəğmə. Onun təməlləri müqəddəs dağlardadır. Rəbb Sion darvazalarını Yaqubun bütün məskənlərindən daha çox sevir. Sənin haqqında şanlı sözlər deyilir, ey Rəbbin şəhəri, Sela! Məni tanıyan Rahaba, Misirə və Bavelə xatırladacağam. Peleşet və Tzor Kuşla: filankəs orada doğulub. Sion haqqında deyəcəklər: hamı orada doğulub və O, Uca Rəbb onu gücləndirəcək. Rəbb millətləri siyahıya aldıqda yazacaq: “Orada filankəs doğuldu”. Sela! Oxuyanlar da, rəqs edənlər də Mənim səndə olan qaynaqlarımdır.
***
88
Nəğmə, Korax oğullarının məzmuru. Mahalatın üzərinə rəhbərin leonotu. Eyman Ezrahinin maskili. Rəbbim xilaskarımdır! Günorta fəryad etdim, gecə - qarşına çıxdım. Qoy duam Sənə yetişsin, fəryadımı eşit, ya Rəbb. Çünki doyubdur ruhum bəlalardan, həyatım sanki cəhənnəmə çevrilib.Məni məzara enənlərlə oxşatdılar, gücsüz bir insan kimi oldum. Ölülər arasında sərbəst gəzirəm, qəbirlərdə yatan öldürülənlərə bənzəyirəm. Onları daha artıq xatırlamırsan, və onlar Səndən tam kəsiliblər. Məni cəhənnəm çuxurunda, qaranlıq yerlərdə, dərinliklərdə qoydun. Qəzəbin mənə ağır gəlir, dalğalarınla mənə əzab verdin. Sela! Dostlarımı məndən uzaqlaşdırdın, məni onlar üçün murdar etdin. Mən həbs olundum və azad ola bilmirəm. Gözüm əzablardan zəifləyib, hər gün Səni çağırıram, ya Rəbb, əllərimi Sənə uzadıram. Ölülər üçün möcüzələr yaradırsanmı? Ölmüşlər qalxıb Səni vəsf edəcəklərmi? Sela! Məzarda mərhəmətindən, cəhənnəmdə sadiqliyindən danışacaqlarmı? Qaranlıqda möcüzən məlum olacaqmı? Ədalətin unutqanlıq diyarında aşkar olacaqmı? Amma mən Sənə car çəkirəm, ya Rəbb, yalvarıram, və səhərlər dualarım Sənin qarşında durur. Niyə, ya Rəbb, ruhumu tərk edirsən, üzünü məndən gizlədirsən? Mən zəifəm və ölürəm, dəhşətlərini yaşayıram, qorxuram! Qəzəbin üzərimdən keçib, dəhşətlərin məni məhv etdi. Bütün gün məni su kimi əhatə edirlər, məni birgə mühasirəyə aldılar. Sən məni sevənləri və dostlarımı məndən uzaqlaşdırdın, tanışlarım isə – qaranlıqdır.
***
89
Rəbbin mərhəmətini əbədi tərənnüm edəcəyəm, nəsildən-nəslə dodaqlarımla sədaqətini elan edəcəyəm. Çünki düşündüm: aləmlər mərhəmətlə quruldu, səmada Sədaqətini təsdiqlədin. Seçdiyim kəslə əhd bağladım, qulum Davuda and içdim: “Nəslini əbədi təsdiqləyəcəyəm, taxtını əbədi möhkəmləndirəcəyəm.” Sela! Göylər möcüzəni tərifləyəcək, ya Rəbb, və müqəddəslər məclisində sədaqətini vəsf edəcəyəm. Göylərdə Rəbbə kim bərabərdir? Güclü oğullar arasında Ona kimdir oxşar? Rəbb müqəddəslərin böyük məclisində əzizdir, ətrafında olanlar Ondan titrəyir. Ya Rəbb, Səbaot Rəbbi! Sənin kimi güclü kim var, ey Rəbb? Sədaqətin Səni əhatə edir.
Sən dənizin qüruruna hakim olursan, dalğaları qalxdıqda onları sakitləşdirirsən. Sən Rahavı məzlum kimi alçaltdın, güclü qolunla düşmənlərini dağıtdın. Göy Sənindir, yer Sənindir, dünya və onu dolduran hər şeyi Sən yaratdın. Şimalı və Cənubu Sən yaratdın, Tavor və Hermon adını tərənnüm edirlər. Güclü əlin var, qüdrətli sağ əlin yüksəkdir. Ədalət və haqq taxtının təməlidir, mərhəmət və həqiqət Sənin önündədir. Xoşbəxtdir surda ifa etməyi bilən xalq, ya Rəbb, Simanın Nurunda gəzərlər onlar. Sənin adınla bütün gün sevinc içindədilər, ədalətinlə yüksəldilirlər. Çünki Sən onların gücünün şöhrətisən, Sənin razılığınla bizim qüdrətimiz ucalır. Çünki qalxanımız Rəbbdəndir, İsrailin Müqəddəsindən - Padşahımızdandır.
Bir zamanlar Sən salehlərinə belə demişdin: “Mən bir igidə yardım etdim, xalqdan seçilmişi yüksəltdim. Qulum Davudu tapdım, müqəddəs yağ ilə onu məsh etdim. Əlim onunla olacaq, qolum onu gücləndirəcək. Düşmən ona zülm etməyəcək, zalım ona əzab verməyəcək. Mən onun əleyhinə olanları əzəcəyəm, ona nifrət edənləri məhv edəcəyəm. Sədaqətim və mərhəmətim onunla olacaq, Adımla onun qüdrəti yüksələcək. Əlini dənizə, sağ əlini çaylara çatdıracağam. O, mənə deyəcək: ‘Sən mənim Atamsan, Rəbbimsən və xilaskarlığımın qayasısan!’ Mən onu ilk doğulan edəcəyəm, yer üzünün padşahlarından da yuxarılara ucaldacağam. Mərhəmətim onunla əbədi qalacaq, onunla bağladığım əhd möhkəm olacaq. Onun nəslini əbədi edəcəyəm, taxtını göylərə ucaldacağam. Sela.
Əgər oğulları Tövratımı tərk etsələr, Mənim qanunlarıma əməl etməsələr, qaydalarımı pozsalar və əmrlərimi yerə vursalar, qanun pozuntularına görə onları çubuqla cəzalandıracağam, günahlarına görə yaralar salacağam. Lakin mərhəmətimi onlardan almayacağam, sədaqətimə xəyanət etməyəcəyəm. Əhdimi pozmayacağam, dodağımdan çıxanları dəyişdirməyəcəyəm. Bir dəfə müqəddəsliyimlə and içdim: Davuda yalan deməyəcəyəm! Onun nəsli əbədi qalacaq, taxtı Günəş qarşısında möhkəm olacaq. Ay kimi əbədi təsdiqlənəcək, göylərdə bir şahid kimi sadiq qalacaq. Sela.
Amma Sən rədd etdin, nifrət etdin, məsh etdiyinə qəzəbləndin. Sən əhdini təhqir etdin, onun tacını torpağa atdın. Onun divarlarını uçurdun, qalalarını xarabaya çevirdin. Yanından keçənlərin hamısı onu qarət edir, bu qonşular üçün bir istehza mövzusu oldu. Sən düşmənlərinin sağ əlini qaldırdın, ona nifrət edənlərin sevincini artırdın. Onun qılıncını geri çevirdin, onu döyüşdə dayanıqsız etdin. Onun izzətini alçaltdın, taxtını yerə sərdin. Onun gənclik günlərini qısaltdın, onu rüsvayçılıqla örtdün. Sela. Nə zamana kimi, ya Rəbb? Özünü əbədi gizlədəcəksən? Qəzəbin od kimi yanacaqmı? Xatırla, həyat nə qədər qısadır! Sən insan oğullarını boş-boş əməllər üçünmü yaratmısan! Kim var ki, ölümsüz yaşasın? Kim öz canını Şeoldan xilas edə bilər? Sela.
Haradadır Sənin əvvəlki mərhəmətin, ya Rəbb, Davuda sədaqətlə and içdiyin? Xatırla, ya Rəbb, qullarının təhqirini, çoxsaylı xalqlardan götürdüyüm təhqiri, düşmənlərinin istehzasını, ey Rəbb, məsh etdiyinin addımlarını təhqir edənləri! Əbədi olaraq Rəbb mübarəkdir! Amin və Amin!
***
90
Musa peyğəmbərin – Allah adamının duası. Ya Rəbb, Sən bizim üçün nəsildən-nəslə sığınacaq olmusan. Dağların yaranışından da əvvəl, Yer üzü və kainatın yaranmasından da əvvəl Sən olmusan, əbədiyyətdən əbədiyyətə qədər tək Sənsən ya Rəbb! İnsanı gücdən salıb deyirsən: "Qayıdın, ey insan oğulları!" Çünki min il Sənin gözündə dünənki gün kimidir, keçib getmiş bir an tək, sanki gecə növbəsinin bir hissəsi kimidir. Sən insanları silib aparırsan, səhər yuxusu kimi yox olurlar, ot kimi cücərirlər. Səhər açılar-açılmaz çiçək açıb böyüyürlər, axşam isə solur, quruyub gedirlər. Çünki qəzəbinlə biz məhv olmuşuq, qəzəbinlə qorxuya düşmüşük. Sən bizim günahlarımızı öndə tutursan, gəncliyimizin xətalarını Üzünün Nurunda saxlayırsan. Bütün günlərimiz Sənin qəzəbinlə keçdi, ömrümüz bir an içində tükəndi, səs kimi ötüb keçdi. Ömrümüz yetmiş il, qüvvətimiz olarsa – səksən il olar, lakin onların lovğalığı boş və yalandır, tez ötüb keçir və biz yox oluruq. Kim bilir Sənin qəzəbinin gücünü? Kim Səndən qorxduğu qədər qəzəbinin şiddətini anlaya bilər? Öyrət bizə günlərimizi saymağı ki, aqil bir qəlb qazanaq. Qayıt, ey Rəbb! Nə qədər belə olacaq? Rəbbim, qullarına rəhm et! Səhər bizə mərhəmətini bəxş et ki, bütün günlərimizdə sevinək və şadlanaq. Bizə verdiyin əzab günləri qədər sevinc ver, bizə göstərdiyin müsibət illərinə görə bizə şadlıq bəxş et. Qoy qulların Sənin əməllərini görsünlər və onların övladları Sənin izzətini dərk etsinlər. Qoy Rəbbimiz Yaradanın mərhəməti bizim üzərimizdə olsun, əllərimizin əməllərini bizim üçün möhkəmləndir, bəli, əllərimizin əməllərini möhkəmləndir!
***
91
Hər şeydən uca Yaradanın örtüyü altında yaşayan, Qüdrətli Yaradanın kölgəsi altında yaşayandır. Tanrıma deyəcəyəm: sığınacağım və qalam mənim, güvəndiyim Rəbbim. Çünki o səni quş ovçusunun torundan, ölümcül azardan xilas edəndir. Öz qanadı ilə səni örtəcək və onun altında sığınacaq tapacaqsan, qalxanı və zirehi - Onun sədaqətidir. Gecənin vahiməsindən, gündüz atılan oxdan qorxmayacaqsan. Qaranlıqda gəzən və günorta oğurlayan vəbadan qorxmayacaqsan. Yanında minlərlə, sağında on minlərlə insan yıxılacaq: amma sənə heç nə toxunmayacaq. Yalnız gözlərinlə günahabatmışların cəzasını görəcəksən. Çünki sən dedin: Rəbbim mənim dayağımdır, Uca Yaradanı sən iqamətgahın etmisən. Səninlə heç bir fəlakətlər baş verməyəcək və bəlalar çadırına yaxın durmayacaq, çünki Öz mələklərinə tapşırıb ki, getdiyin hər bir yolda səni qorusunlar. Səni öz əllərində aparacaqlar ki, ayağın daşa dəyib büdrəməsin. Aslanla aspidi əjdahanı əzib aslanı taptalayacaqsan. Çünki o Məni sevdi və Mən onu azad edəcəyəm, möhkəmləndirəcəyəm, o Mənim adımı tanıdı. O Məni çağıracaq və Mən ona cavab verəcəyəm, müsibətlərdə onunla olacağam, xilas edəcəyəm və tərif edəcəyəm. Uzun ömür ilə doyuzduracağam və Mənim xilasımı görməyi nəsib edəcəyəm.
***
92
məzmur. Şənbə günü üçün nəğmə. Səni tərənnüm etmək, Adına nəğmələr qoşmaq necə də xoşdur ya Rəbb, ey Uca Rəbb! Səhər tezdən Sənin mərhəmətini, gecə isə sədaqətini bəyan etmək, necə də xoşdur! On telli sazda və arfada, fərəhli nəğmə ilə kinorda ifa etmək necə də xoşdur! Çünki Sən, ya Rəbb, məni Öz əməllərinlə sevindirdin, əllərinin işindən sevinirəm. Nə qədər əzəmətlidir işlərin, ya Rəbb, Sənin düşüncən lap dərindən gəlir. Cahillik edən insan bunu bilmir, ağılsız isə bunu anlamır. Şər əməllər görənlər ot kimi göyərsələr də, haqsızlıq edənlərin hamısı çiçəklənsələr də, bu, onların əbədi məhv olması üçündür. Amma Sən, ey Rəbb, əbədi olaraq Ucasan. Çünki bax, Sənin düşmənlərin, ey Rəbb, bax, Sənin düşmənlərin məhv olacaq, haqsızlıq edənlərin hamısı dağılacaq. Lakin Sən mənim buynuzumu vəhşi öküz buynuzu kimi ucaltdın, mən təzə zeytun yağı ilə məsh olundum. Gözlərim düşmənlərimin məhvolmasını gördü, qulaqlarım mənə qarşı qalxan şər adamların süqutunu eşitdi. Saleh insan xurma ağacı kimi çiçəklənəcək, Livan sidri kimi ucalacaq. Rəbbin evində əkilənlər, Rəbbimizin bağlarında çiçəklənəcəklər. Onlar yaşlı vaxtlarında da bar verəcəklər, gümrah və şirəli olacaqlar ki, elan etsinlər: “Rəbb ədalətlidir, O, mənim qayamdır və Onda haqsızlıq yoxdur.”
***
93
Rəbb – Hökmdardır. Əzəmətə bürünüb, güc ilə qurşaqlanıb. Çünki kainat bərqərar olub, heç vaxt sarsılmaz. Sənin taxtın qədimdən bərqərar olub, əzəldən Sən varsan. Çaylar səsini, gurultusunu qaldırdılar, Rəbbim. Suların səsindən, qüdrətli dəniz ləpələrindən ucadır göylərdəki Rəbb. Sənin şahidliyin əbədi olaraq tamamilə haqqdır, müqəddəsliyin evinə layiqdir.
***
94
Qisas Tanrısı, ya Rəbb, qisas Allahı, zahir ol! Qalx, ey yerin Hakimi, təkəbbürlülərə layiq olduqlarını ver! Nə vaxta qədər, ya Rəbb, nə vaxta qədər zalım adamlar sevinəcək? Onlar danışır, təkəbbürlə söyləyirlər, haqsızlıq edənlərin hamısı öyünür. Sənin xalqını əzirlər, ya Rəbb, irsini əzab içində saxlayırlar. Dul qadını və yadellini öldürürlər, yetimləri məhv edirlər. Deyirlər ki, Rəbb görmür, Yaqubun Rəbbi qavramır. Anlayın, ey cahillər! Ey ağılsızlar, nə vaxt dərk edəcəksiniz? Qulağı yaradan eşitmir? Gözü yaradan görmür? Millətləri cəzalandıran, sizi də cəzalandırmayacaqmı? İnsanlara elm öyrədən Rəbb sizi də öyrətməyəcəkmi? Rəbb insanın düşüncələrini bilir, onların boş olduğunu görür. Nə xoşbəxtdir o insan ki, Sən onu tərbiyə edirsən, ya Rəbb, və ona Öz Tövratını öyrədirsən. Ta ki, şər adam üçün qazılan çuxur hazır olana qədər, ona müsibət günlərində dinclik verirsən. Çünki Rəbb Öz xalqını tərk etməz və irsini buraxmaz. Çünki ədalət yenidən haqqa qayıdacaq və ona bütün qəlbi düz olanlar riayət edəcək. Kim mənim üçün kafirlərinn qarşısına çıxacaq? Kim mənim üçün haqsızlıq edənlərə qarşı duracaq? Əgər Rəbb mənə kömək etməsəydi, tezliklə canım qəbirdə olardı. Əgər desəm: "Ayağım sürüşdü!", Sənin mərhəmətin, ya Rəbb, məni dəstəkləyəcək. Qəlbimdə çoxlu qayğılar olduğu zaman, Sənin təsəllin canımı sakitləşdirir. Şər işlərin hökm sürdüyü taxt Sənə dost olacaqmı? Haqsızlığı qanun edən ona arxalana bilərmi? Onlar salehin canına qəsd etmək üçün bir yerə toplaşır, günahsızın qanını tökməyə çalışırlar. Amma Rəbb mənim qalama çevrildi, Rəbb mənim müdafiə qayamdır. O, onların haqsızlıqlarına görə cəza verəcək və pis əməllərinə görə onları məhv edəcək. Bəli, Rəbb, Yaradanımız onları məhv edəcək.
***
95
Gəlin Rəbbə nəğmə deyək, qurtuluşumuzun dayağını sevinclə vəsf edək! Ona sağ ol deməklə vəsf edək, nəğmələrlə vəsf edək. Çünki Rəbbimiz Ucadır , bütün allahların Hökmdarıdır. Yerin ən dərin nöqtəsindən dağların ən uca nöqtəsinədək, hər yer Rəbbə məxsusdur. Dənizlər Rəbbə məxsusdur və onları O yaratdı. Gəlin əyilək, baş əyək, səcdə gedək Yaradanımız olan Rəbbin qarşısında. Çünki O, bizim Rəbbdir, biz isə onun xalqı, sürüsü, quzularıyıq. Əyər indi Onun səsinə qulaq verə bilsəydiz! Atalarınız Məni sınadılar, sınadıqdan sonra əməllərimi gördülər, lakin Merivada Massa günündə səhrada olduğu kimi qəlblərinizi daşa döndərməyin.Qırx il bu nəsildən bezdim və dedim: Bunlar qəlbi azmış xalqdır, Mənim yollarımı bilmirlər. Belə ki,qəzəbimlə and içdim: onlar Mənim evimə girməyəcəklər.
***
96
Yaradana yeni-yeni nəğmələr oxuyun, Rəbbimiz üçün oxuyun – bütün yer üzü, Oxuyun! Yaradana oxuyun, Onun adını mübarək bilin, gündən-günə Onun köməyini elan edin. Xalqlara Onun izzətini danışın, bütün tayfalar arasında Onun möcüzələrini söyləyin. Çünki Yaradan böyükdür və çox izzətlidir, O, bütün tanrılardan üstündür. Xalqların bütün tanrıları bütlərdir, lakin Yaradan göyləri yaratmışdır. İzzət və əzəmət Onun önündədir, qüdrət və gözəllik Onun müqəddəs məkanındadır. Yaradanı vəsf edin, ey xalqların ailələri, Yaradanın izzətini və qüdrətini vəsf edin. Yaradanın adının izzətini vəsf edin, bəxşişlər gətirin və Onun bağlarına gəlin. Müqəddəs məbədin əzəmətində Yaradana səcdə edin, Onun önündə titrəyin – bütün yer üzü, Titrəyin! Xalqlara söyləyin: Yaradan – Hökmrandır, O, kainatı sabit saxlayır, o, sarsılmayacaq. O, xalqları ədalətlə mühakimə edəcək. Göylər sevinsin, yer üzü şad olsun, dəniz və içində olan hər şey guruldasın. Çöllər və onların içindəkilər sevinsin, meşənin bütün ağacları nəğmələr desin. Yaradanın önündə nəğmələr desin, çünki O, gəlir, O, yeri mühakimə etməyə gəlir. O, kainatı ədalətlə, xalqları isə Öz həqiqəti ilə mühakimə edəcək.
***
97
Yaradan – Hökmrandır! Yer sevinc içində olacaq, saysız sayda adalar şadlanacaq. Onun ətrafı bulud və qaranlıqdır, Taxtının əsası isə ədalət və haqqdır. Od Onun önündə gedir və ətrafda düşmənləri məhv edir. Onun şimşəkləri kainatı işıqlandırır, bunu görən yer titrəyir. Dağlar, mum kimi, Yaradanın önündə, bütün yerin Ağasının qarşısında əriyir. Göylər Onun ədalətini elan edir və bütün xalqlar Onun izzətini görür. Bütlərə qulluq edənlər və bütlərlə öyünənlər xəcalət çəkəcək. Ona səcdə edin, ey bütün tanrılar! Sion eşitdi və sevindi, Yəhudanın qızları Sənin hökmlərinə görə sevinc içindədir, ey Yaradan. Çünki Sən, ey Yaradan, bütün yer üzərində ucasan, Sən bütün tanrılardan yüksəkdə dayanmısan. Yaradanı sevənlər, şərə nifrət edin! O, saleh qullarının ruhlarını qoruyur və onları şər insanların əlindən xilas edir. Salehlər üçün nur səpilmiş, ürəyi düz olanlar üçün sevinc bəxş edilmişdir. Ey salehlər, Yaradanın önündə sevinin və Onun müqəddəs adını izzətləndirin.
98
məzmur. Rəbbə yeni nəğmələr oxuyun, çünki O möcüzələr yaratdı. Müqəddəs göz bəbəyi və əzaları kömək oldu Ona. Rəbbim köməyi haqqında xəbər verdi, millətlərin gözü qarşısında Öz ədalətini aşkar etdi. İsrael evinə olan rəhmi ilə sadiqliyini xatırladı. Yer üzünün hər yanı Rəbbimin köməyini gördü. Bütün dünya, Rəbbimə sevinclə səslənin, ağzınızı açın və oxuyun, sevinin! Rəbbimə kinorda nəğmələr səsləndirin! Kərənayın səsi ilə, şofarın sədaları altinda Padşahın qarşısında oxuyun. ДжDəniz və onu dolduran hər canlı, və orada yaşayan hər kəs dilə gələcək. Çaylar alqış edəcək, dağlar hamısı bir anda Rəbbin qarşısında şadlanacaq, çünki O yer üzündə hakimdir. Bütün aləməi ədaləti ilə, millətləri salehliyi ilə mühakimə edəcək.
***
99
Yaradan hökmrandır! Xalqlar Ondan titrəyir. O, keruvların üzərində əyləşir, yer titrəyir. Yaradan Sionda böyükdür və O, bütün xalqlardan ucadır. Onun böyük və qorxulu adını izzətləndirəcəklər – O, müqəddəsdir! Padşahın qüdrəti Onun ədaləti sevməsindədir. Sən dürüstlüyü bərqərar etdin, Yaqubda ədalət və haqq göstərdin. Yaradan Rəbbimizi ucaldın və Onun ayaqları altında səcdə edin – O, müqəddəsdir! Musa və Harun Onun kahinləri, Şmuel isə Onun adını çağıranlar arasındadır; onlar Yaradanı çağırdılar və O, onlara cavab verdi. O, bulud sütunu içində onlarla danışdı, onlar Onun ehkamlarını və verdiyi qanunları qorudular. Ey Yaradan Rəbbimiz, Sən onlara cavab verdin. Sən onlar üçün bağışlayan bir Rəbb oldun və onların əməllərinə görə cəza verən oldun. Yaradan Rəbbimizi ucaldın və Onun müqəddəs dağında səcdə edin, çünki Yaradan Rəbbimiz müqəddəsdir.
***
100
Şükür nəğməsi. Yaradanı sevinc içində vəsf edin – ey bütün yer üzü, onu vəsf edin! Yaradanın önündə sevinc ilə xidmət edin, Onun hüzuruna nəğmə ilə gəlin. Bilin ki, Yaradan – Rəbbdir, O, bizi yaratdı və biz Ona məxsusuq, Onun xalqı və Onun otlağının qoyunlarıyıq. Onun qapılarına şükürlə, bağçalarına həmd ilə daxil olun, Ona şükür edin, Onun adını mübarək bilin. Çünki Yaradan xeyirxahdır, Onun mərhəməti əbədidir və Onun sədaqəti nəsillər boyu davam edir.
***
101
Davudun məzmuru. Mən mərhəmət və ədalət haqqında nəğmə oxuyacağam, Sənə, ey Yaradan, həmd edəcəyəm. Kamillik yoluna diqqət yetirəcəyəm – O, nə vaxt mənə gələcək? Evimdə saf qəlblə gəzəcəyəm. Gözlərimin önündə heç bir qarış belə şər saxlamayacağam. Əyrilərin işindən nifrət edirəm, onlara siraət etməyəcəm! Əyri qəlb məndən uzaq olacaq, şəri tanımaq istəmirəm. Yaxınını gizlincə pisləyənləri məhv edəcəyəm. Təkəbbürlü gözləri və lovğa qəlbi olanları dözə bilmərəm. Gözlərim yer üzünün sadiqlərinə dikilmişdir, onlar mənimlə birlikdə oturacaq. Kamillik yolunda gedən mənə xidmət edəcək. Evimdə yalan danışan yaşamayacaq, yalan söyləyən gözlərimin önündə dayana bilməyəcək. Səhərlər yer üzündəki bütün şər insanları məhv edəcəyəm ki, Yaradanın şəhərindən haqsızlıq edənlərin kökünü kəsim.
***
102
Zavallının, zəifləyib Rəbbin qarşısında qəlbini açdığı zaman söylədiyi dualar. Ya Rəbb, duamı eşit, qoy fəryadım Sənə tez çatsın! Bəd günümdə Simanı məndən gizlətmə, məni dinlə ya Rəbb, Səni harayladığımda köməyimə tez yetiş. Çünki günlərim tüstü kimi yox oldu, sümüklərim sanki odda imiş kimi yandı. Qəlbim yaralıdır, quru ot kimidir, çörəyimi yeməyi belə unutmuşam. Səsimin iniltisindən sümüklərim ətimə yapışıb. Səhra qutanı kimi ,bayquş kimi oldum. Hər zaman damda tənha quş kimi idim. Bütün günü düşmənlərim məni rüsvay edir, Mənə qarşı qəzəblənənlər and içirlər. Axı mən külü çörək kimi yedim, içkini göz yaşıma qarışdırdım. Çünki məni qəzəbinə görə atdın. Günlərim uzanmış kölgə kimidir, ot kimi quruyuram. Və Sən, ya Rəbb, taxtında əbədi oturacaqsan və Uca Adın nəsildən-nəslə qalacaq. Qalxıb Siona rəhm edəcəksən, çünki ona mərhəmət etmək vaxtıdır, çünki artıq zamanıdır. Çünki Sənin qulların ondan qalmış kül və daşları sevirlər. Xalqlar Rəbbin tək adından titrəyəcək, yer üzünün bütün padşahları Sənin izzətindən qorxacaqlar. Çünki Rəbb Sionu inşa etdi və Öz izzəti ilə zühur etdi. O, tənhanın duasına cavab verib, ona car çəkənlərə xor baxmadı. O, gələcək nəsil üçün yazılacaq və o zaman doğulacaq xalq Rəbbə həmd edəcək. Çünki O, məhbusun ah-naləsini eşitmək üçün, ölümə məhkum olanların bağlarını açmaq üçün müqəddəs səmalardan yerə baxdı, Rəbb yerə nəzər etdi. Sionda Rəbbin adı və Qüdsdəki izzəti haqqında danışmaq üçün bunu etdi. Xalqlar və şahlıqlar Rəbbə xidmət etmək üçün bir yerə toplaşacaqlar. O, bu yolda gücümü tükətdi, günlərimi qısaltdı. Deyirəm: Ya Rəbb, məni qaldırıb ömrümün yarısında məhv etmə, - Sənsən, illəri əbədi olaraq yaşayan! Yerin əsasını bir dəfə Sən qoydun, göylər Sənin əllərinin əsəridir. Onlar həlak olacaqlar, Sən isə duracaqsan, Hamı paltar kimi köhnələcək. Onları paltar kimi dəyişəcəksən, yox olacaqlar. Amma Sən dəyişməzsən və sənin illərin tükənməzdir. Sənin qullarının övladları yaşayacaq və onların nəsli Sənin hüzurunda möhkəmlənəcək.
***
103
Davudun məzmuru. Ruhum, Rəbbə dua et, və bütün varlığım Onun müqəddəs adını tərifləsin. Ruhum, Rəbbə dua et və Onun mərhəmətini unutma. O, bütün günahlarını bağışlayır və bütün xəstəliklərini sağaldır. O, həyatını məzardan qurtarır və səni mərhəmət və lütflə taclandırır. O, səni nemətlərlə doyurur, və sən qartal kimi gəncliyini yeniləyirsən. Rəbb ədalət və haqsızlığa uğrayanlara hökm icra edir. O, Musaya yollarını, İsrail oğullarına əməllərini bildirdi. Rəbb mərhəmətli və lütfkardır, səbirlidir və Onun lütfü boldur. O, əbədi olaraq mübahisə etməz və daima kin saxlamaz. O, bizimlə günahlarımıza uyğun davranmadı və bizi təqsirlərimizə görə cəzalandırmadı. Göylər yerin üzərində nə qədər yüksəksə, Onun mərhəməti də Ondan qorxanlar üçün o qədər böyükdür. Şərq Qərbdən nə qədər uzaqdırsa, O da bizim günahlarımızı bizdən o qədər uzaqlaşdırdı. Ata övladlarına necə rəhm edirsə, Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki O, bizim necə yaradıldığımızı bilir və bizim torpaq olduğumuzu xatırlayır. İnsanın ömrü ot kimidir, o çöl çiçəyi kimi açır və solur. Külək onun üzərindən keçərsə – o dərhal yox olar, onun olduğu yer onu bir daha tanımaz. Amma Rəbbin mərhəməti əbədi olaraq Ondan qorxanların üzərindədir, və Onun ədaləti Onun əhdini qoruyan və Onun ehkamlarını yerinə yetirən nəsillərlədir. Rəbb göylərdə Öz taxtını möhkəmləndirdi və Onun səltənəti hər şeyə hakimdir. Rəbbə dua edin, ey Onun mələkləri, qüvvətli və Onun sözünü yerinə yetirənlər, Onun əmrinə itaət edənlər. Rəbbə xeyir-dua edin, ey Onun bütün orduları, Onun iradəsini yerinə yetirən xidmətçilər. Rəbbə dua edin, ey Onun bütün məxluqları, Onun hakimiyyətinin olduğu bütün məskənlər! Ruhum, Rəbbə dua et!
***
104
Ruhum, Rəbbə xeyir-dua et! Ya Rəbb, Rəbbim mənim, Sən hədsiz dərəcədə Uca, Gözəl və Əzəmətlisən. Pərdə kimi Nura bürünmüsən, onu sanki göylərə sərmisən. O, hündürlükdə olan məskənlərini sularla örtür, buludları Öz arabası edir, küləyin qanadları üzərində yürüyürsən. O, küləkləri Öz elçilərinə, alovlu atəşləri isə xidmətçilərinə çevirir. Yer üzünü onun təməlində sabit etdi, O, əbədi olaraq sarsılmaz.. Sular dağların üstündə durmuş kimi, onları uçurumla örtdün. Sənin fəryadından gizləndilər, İldırımın səsindən qaçdılar. Onlar üçün qurduğun yerdə dağlar ucaldı, vadilər alçaldı. Sən bir sərhəd qoymusan, onun suları keçməyəcək, yer üzünü örtməyəcək. Rəbb dağların arasından dərələrə axar bulaqlar göndərir. Bütün çöl heyvanlarına su verir, vəhşi heyvanların susuzluğunu yatırır. Göydəki quşları onların üstündə yaşadır, səsləri budaqlar arasında eşidilir. Rəbb ən yüksək məkanından dağları sulayır; O, mal-qara üçün ot, insan zəhməti üçün yaşıllıq yetişdirir, torpaqdan çörək çıxarır. İnsanın qəlbini şad edən şərab, üzü nurlandıran yağ, insanın qəlbini gücləndirən isə çörəkdir. Quşların yuva saldığı o ağacları O əkdi, Rəbbin kedr ağacları qidalanmaqdadır, Leylək yuvası sərv ağaclarındadır. Uca dağlar dağ keçiləri üçün, qayalar damanlar üçün sığınacaqdır. Zamanı təyin etmək üçün Ay yaratdı, Günəş də nə zaman batacağını bilir. Gecə düşür, meşə qaranlığa qərq olur və onun sakinləri gəzintiyə çıxır. Şirlər ov üçün nərə çəkir, Rəbbdən özləri üçün yemək istəyirlər. Günəş çıxanda isə yığışıb yuvalarında dincəlirlər. Adam axşama qədər öz əməyi ilə məşğul olur, işinə gedir. Ey Rəbbim! Sən hər şeyi hikmətlə yaratmısan. Budur böyük və geniş dəniz, orada saysız sürünənlər, kiçik və böyük heyvanlar var. Sənin yaratdığın Leviafan inkişaf etsin deyə, orada gəmilər üzür. Onlar hamısı Sənə arxalanır, inanırlar ki, vaxtı gələndə Sən onlara yemək verəcəysən. Onlara versən - toplayacaqlar, Əlini açsan - xeyirlə dolacaqlar. Üzünü gizlətsən - qorxacaqlar, ruhlarını alarsan - ölüb torpağa qayıdacaqlar. Ruhunu göndərməklə yaratdın onları. Sən Yer üzünü yeniləyirsən. Qoy Rəbbin izzəti əbədi olsun! O, yer üzünə baxacaq, O, dağlara toxunacaq və onlar tüstülənəcəklər. Yaşadıqca Rəbbi tərənnüm edəcəyəm; Qoy sözlərimdən razı olsun, Rəbbə görə sevinirəm. Qoy günahkarlar Yer üzündən məhv olsunlar, zalımlar isə bir daha olmasın! Rəbbə alqış et, ey canım! Alleluya, Rəbbi vəsf edin!
***
105
Rəbbə şükür edin, Onun adını çağırın, xalqlar arasında Onun işlərini bəyan edin. Ona nəğmələr oxuyun, Onu tərif edin, Onun bütün möcüzələrini təbliğ edin. Müqəddəs adının şöhrəti ilə öyünün, Rəbbi axtaranların qəlbləri sevinsin. Rəbbi və Onun gücünü axtarın, daim Onun üzünü axtarın. Onun yaratdığı möcüzələri, Onun əlamətlərini və ağzının hökmünü xatırlayın. İbrahimin nəslisiniz, Onun qulu, Yaqubun oğulları, Onun seçilmişləri! O, bizim Yaradanımız olan Rəbdir, Onun hökmləri bütün yer üzündədir. O, əhdini əbədi olaraq yadında saxlayır – min nəsilə verdiyi sözünü, İbrahimlə bağladığı əhdi, İshaqa verdiyi andını unudmaz! Bu əhdi Yaquba qanun etdi, İsrailə əbədi əhd kimi verdi, belə dedi: “Sənə Hanaan torpağını verəcəyəm, bu sizin irsi mülkünüz olacaq” – onlar az sayda idilər, sayları az idi, və o torpaqda qərib idilər. Bir xalqdan başqa bir xalqa, bir padşahlıqdan başqa bir tayfaya köçdülər. O, heç kəsə onlara zülm etməyi icazə vermədi və onların uğrunda padşahları cəzalandırdı. “Mənim məsh etdiklərimə toxunmayın və peyğəmbərlərimə zərər verməyin!” – dedi. O, o torpağa aclıq göndərdi, çörək dəstəyini qırdı. Onların qarşısında bir adam göndərdi – Yusif kölə kimi satıldı. Onun ayaqlarını zəncirlərlə bağladılar, canına qədər dəmir keçdi. Rəbbin sözü gəlib çatana qədər, Onun kəlamı Yusifi saflaşdırdı. Padşah adam göndərib onu azad etdi, xalqların hakimi onu qurtardı. O, Yusifi evinin ağası və bütün mülkünün hökmdarı təyin etdi ki, öz iradəsinə görə əyanları idarə etsin və ağsaqqallara hikmət öyrətsin. İsrail Misirə gəldi, Yaqub Ham diyarında yaşadı. Rəbb Öz xalqını çoxaldıb düşmənlərindən güclü etdi. O, onların ürəyini Öz xalqına nifrət etməyə və qullarına qarşı fitnə qurmağa döndərdi. O, Öz qulu Musanı və seçdiyi Harunu göndərdi. Onlar Rəbbin kəlamına görə onların arasında əlamətlər göstərdilər və Ham diyarında möcüzələr etdilər. O, zülmət göndərdi və torpağı qaraltdı, Onun kəlamına qarşı çıxmadılar. O, sularını qana çevirdi və balıqlarını öldürdü. Torpaqları qurbağalarla doldu, hətta padşahların otaqları da. Onun bir kəlməsi ilə müxtəlif növ həşəratlar gəldi, bitlər bütün torpaqlarını bürüdü. O, yağışlarını doluya, diyarlarında yanan oda çevirdi. Onların üzüm bağlarını və əncir ağaclarını sındırdı, diyarlarındakı bütün ağacları məhv etdi. Onun bir kəlməsi ilə saysız-hesabsız çəyirtkələr daraşdı. Onlar torpaqdakı bütün otları gəmirdilər və yerin meyvələrini məhv etdilər. O, onların torpağında bütün ilk doğulanları, güclərinin ilkinləri vurdu. O, İsrailliləri gümüş və qızıl ilə çıxartdı, onların qəbilələri arasında zəif bir kimsə olmadı. Misir onların çıxışına sevindi, çünki onlara qorxu düşmüşdü. O, buludu pərdə kimi yaydı və gecə onlara işıq vermək üçün ocaq qaladı. Xalqın bit istəyi ilə göyərçinlər uçub gəldi, onları göydən gələn çörəklə doyurdu. O, qayaya zərbə vurdu və sular səhralara çay kimi axdı. Çünki O, müqəddəs sözünü, qulu İbrahimə verdiyi vədini xatırladı. Öz xalqını sevinclə, seçilmişlərini şadlıqla xilas etdi. Onlara xalqların torpaqlarını verdi və tayfaların zəhmətini miras qoydu ki, Onun qanunlarını yerinə yetirsinlər və təlimlərini saxlasınlar. Haleluya!
***
106
Alleluya! Rəbbə şükür edin, çünki O, xeyirxahdır, mərhəməti əbədidir. Rəbbin qüdrətini kim bəyan edə bilər, Onun bütün şöhrətini kim tərənnüm edə bilər? Ədaləti qoruyan və hər zaman ədalətli olanlar xoşbəxtdir. Rəbbim, xalqına lütf etdiyin zaman məni xatırla, köməyinlə məni yadda saxla ki, seçilmişlərin rifahını görüm, xalqının sevinci ilə sevincə qərq olum, mirasınla fəxr edim.
Biz atalarımız kimi günah işlədik, səhv etdik, haqsızlıq etdik. Atalarımız Misirdə Sənin möcüzələrini dərk etmədilər, çoxsaylı mərhəmətini unutdular və Yam-Suf dənizində üsyan etdilər. Amma O, qüdrətini göstərmək üçün Öz adının şərəfinə onları xilas etdi. O, Yam-Sufa bağırdı və dəniz qurudu, onları sanki səhrada olduğu kimi dərin sulardan keçirdi. O, onları düşmənin əlindən xilas etdi və düşmənin əlindən qurtardı. Sular düşmənlərini örtdü, onlardan bir nəfər də sağ qalmadı. Onlar Onun sözlərinə inandılar və Ona tərif oxudular.
Lakin tezliklə Onun əməllərini unutdular, məsləhətini gözləmədilər. Səhrada ət üçün ehtiraslandılar və Yeşimon səhrasında Rəbbi sınağa çəkdilər. O, istədiklərini onlara verdi, amma ruhlarına zəiflik göndərdi. Onlar düşərgədə Moşeyə, Rəbbin müqəddəs etdiyi Haruna paxıllıq etdilər. Yer yarıldı və Datanı uddu, Aviramın icmasını örtdü. Onların cəmiyyətində od alovlandı, alov kafirləri yandırdı.
Onlar Xorevdə guya bir buğa düzəltdilər və geydirmə bütə sitayiş etdilər. Öz şöhrətlərini ot yeyən buğanın surətinə dəyişdilər. Onları Misirdə böyük işlərlə xilas edən Rəbbi unutdular. Ham diyarında möcüzələr, Yam-Suf sahilində qorxunc əməllər etdi. O, onları məhv edəcəyini dedi və Musa- Onun seçilmiş bəndəsi, arada durub Onun qəzəbini dayandırmasaydı, O, Onları məhv edərdi.
Onlar arzulanan torpağı lağa qoydular, sözünə inanmadılar. Çadırlarda narazılıq etdilər, Rəbbin səsinə qulaq asmadılar. O, əllərini qaldırıb and içdi ki, onları səhrada məhv edəcək, nəsillərini xalqlar arasında səpələyəcək, diyarlar arasında yayacaq. Onlar Baal-Peora bağlandılar, ölülərə edilən qurbanlardan yedilər. Onlar əməlləri ilə Rəbbi qəzəbləndirdilər, aralarında epidemiya baş verdi. Pinxas ayağa qalxdı və ədaləti bərpa etdi, beləliklə epidemiya dayandı. Bu, ona nəsillər boyu, əbədi olaraq salehlik kimi yazıldı.
Onlar Meriva sularında Rəbbi qəzəbləndirdilər, Musa onların üzündən əziyyət çəkdi, çünki onların ruhu onu sarsıtdı və o, dodaqları ilə tələsik danışdı. Onlar Rəbbin onlara məhv etməyi əmr etdiyi xalqları məhv etmədilər. Xalqlarla qarışdılar və onların əməllərini öyrəndilər. Onlar bütlərə qulluq etdilər, bu da onlara bir tələ kimi oldu. Onlar oğul və qızlarını cinlərə qurban verdilər. Onlar günahsız oğul və qızların qanını tökdülər, Hanaanın bütlərinə qurban etdilər və torpaq qanla çirkləndi.
Onlar öz əməlləri ilə özlərini murdarladılar və pis işlərlə günah işlədilər. Rəbb Öz xalqına qəzəbləndi, mirasını lağa qoydu. Onları başqa xalqların əlinə verdi, onlara nifrət edənlər onlara hökmranlıq etdilər. Düşmənləri onları sıxdı və onların iradəsinə tabe oldular. O, onları dəfələrlə xilas etdi, amma onlar Onun qərarlarına qarşı çıxdılar və günahlarına görə aşağılandılar.
O, onların çətinliyini gördü, dualarını eşitdi. O, onlarla bağladığı əhdini xatırladı və böyük mərhəməti ilə peşman oldu. Onlara əsir götürənlərin hamısının ürəyinə mərhəmət verdi. Bizi xilas et, Rəbb, Rəbbimiz, bizi xalqların arasından topla ki, müqəddəs adını şükürlə yad edək, şöhrətinlə fəxr edək.
İsrailin Rəbbi əbədi olaraq mübarəkdir. Bütün xalq desin: Amin! Aleluya!
***
107
Rəbbə şükür edin, çünki O, xeyirxahdır, mərhəməti əbədidir. Rəbb tərəfindən xilas edilənlər belə desinlər, çünki O, onları düşmənin əlindən qurtardı və müxtəlif ölkələrdən topladı – şərqdən, qərbdən, şimaldan və dənizdən. Onlar səhrada, çöllük yollarda azdılar, məskunlaşmış bir şəhərə rast gəlmədilər. Aclıq və susuzluq içində ruhları zəiflədi. Onlar çətinliklərində Rəbbə fəryad etdilər və O, onları ehtiyaclarından qurtardı. Onları düz yolla apardı ki, insanlarla məskunlaşmış şəhərə çatsınlar. Qoy, Rəbbin mərhəmətinə və insanlar qarşısında göstərdiyi möcüzələrinə görə Ona şükür etsinlər. Çünki O, susuz ruhu doyurdu, ac ruhu isə ruzi-bərəkətlə doldurdu.
Qaranlıqda və zülmətdə oturanlar, iztirab və dəmir zəncirlərlə bağlı olanlar – Tanrının sözlərinə qulaq asmadılar və Uca Olanın hökmünü rədd etdilər. O, onların qəlblərini iztirabla doldurdu, ayaqları büdrədi və xilas edənləri tapılmadı. Onlar çətinliklərində Rəbbə səsləndilər və O, onları ehtiyaclarından qurtardı. O, onları qaranlıqdan və zülmətdən çıxardı və zəncirlərini qırdı. Qoy, Rəbbin mərhəmətinə və insanlar qarşısında göstərdiyi möcüzələrinə görə Ona şükür etsinlər. Çünki O, mis qapıları sındırdı və dəmir dirəkləri parçaladı.
Axmaqlar öz günahkar yollarına və qanunsuz əməllərinə görə əziyyət çəkdilər. Ruhları hər cür yeməyi rədd etdi və ölüm qapılarına yaxınlaşdılar. Onlar çətinliklərində Rəbbə səsləndilər və O, onları ehtiyaclarından qurtardı. O, Öz sözünü göndərdi, onları sağaltdı və məzardan qurtardı. Qoy, Rəbbin mərhəmətinə və insanlar qarşısında göstərdiyi möcüzələrinə görə Ona şükür etsinlər. Qurbanlar gətirsinlər və tərif nəğmələri ilə Onun işlərindən danışsınlar.
Dənizə çıxanlar, böyük sular üzərində iş görənlər Rəbbin işlərini və dərinliklərdəki möcüzələrini gördülər. O dedi və fırtınalı külək qalxdı, dalğalar yüksəldi. Onlar səmaya qalxdılar, dərinliklərə endilər, çətinlik içində ruhları əriyirdi. Onlar sərxoş kimi yellənir, titrəyir və bütün müdriklikləri itib gedirdi. Onlar çətinliklərində Rəbbə səsləndilər və O, onları dərdlərindən qurtardı. O, fırtınanı sakitləşdirdi və dalğalar yatışdı. Onlar sükunətə sevindilər və O, onları arzuladıqları limana gətirdi.
Qoy, Rəbbin mərhəmətinə və insanlar qarşısında göstərdiyi möcüzələrinə görə Ona şükür etsinlər. Qoy, Onu xalqların məclisində ucaltsınlar və ağsaqqalların toplantısında tərifləsinlər. O, çayları səhraya, su mənbələrini quraqlığa, məhsuldar torpağı isə duzlu torpağa çevirir, çünki orada yaşayanlar pislik edirlər. O, səhranı su gölünə, quru torpağı isə su mənbələrinə çevirir. O, aclardan ibarət olanları orada yerləşdirir və onlar məskunlaşmış şəhər tikirlər. Onlar tarlalar əkir, üzüm bağları salır və o bağlar bol meyvə verir. O, onları xeyir-dua ilə bol-bol artırır və onların mal-qarasını azaltmır.
Bəziləri isə bəlalar və kədər üzündən azalıb zəlil olur. O, zadəganlara rüsvayçılıq gətirir və onları yol olmayan səhrada azdırır. Amma kasıbları kasıblıqlarından qaldırır və onların ailələrini sürü kimi çoxaldır. Doğru olanlar bunu görüb sevinir, amma bütün haqsızlıq susur. Kim müdrikdirsə, qoy bunları qəlbində saxlasın və Rəbbin mərhəmətləri üzərində düşünərək dərindən düşünsün.
***
108
Davudun məzmur nəğmələri. Qəlbim Sənə sadiqdir, Rəbbim, Sənin üçün nəğmə deməkdən, Səni vəsf etməkdən qürur duyuram. Oyan, ey arfa və kinor, dan yerini də oyadacağam. Xalqlar arasında Səni vəsf edəcəm ya Rəbb, tayfalar arasında Sənin üçün nəğmələr deyəcəm. Çünki mərhəmətin səmalardan geniş, sadiqliyin - buludlar tək ucadır. Göylərdən də ucasan, ey Rəbbim, Sənin izzətin bütün yer üzündədir. Sevdiklərin azad olsun deyə, sağ Əlinlə qurtar məni və mənə cavab ver. Rəbbim müqəddəs yerdə mənim sevinəcəyimi söylədi: Şehemi böləcəyəm, Sukkot düzənliyini ölçəcəyəm. Giladım, Menaşem, Efraimim - başbilənimin qalası, Yehudam - mənim qanun göstəricim. Moav - təmizlik çənim, Edoma atacağam başmağımı, Pleşetə görə bayram edəcəyəm! Möhkəmlənmiş şəhərə məni kim aparacaq? Edoma kimi məni kim aparacaq? Ya Rəbb, məyər bizi tərk edib qoşunlarımızla daha çıxmırsan ? Bizi düşmənlərdən xilas et, çünki insan köməyi əbəsdir. Rəbblə güclənəcəyik və O, düşmənlərimizi tapdalayacaq.
***
109
Rəhbərə, Davudun məzmuru. Təriflərimə layiq Rəbbim, susma! Çünki haqsızlar və yalançılar mənə qarşı dil tökdülər, mənimlə hiylə ilə danışdılar. Məni nifrət dolu sözlərlə əhatə etdilər və heç bir səbəb olmadan mənimlə döyüşdülər. Mən sevgi göstərdim, amma onlar mənə nifrət etdilər, mən isə dua etdim. Onlar mənə yaxşılığımın əvəzinə pisliklə, sevgimin əvəzinə nifrətlə cavab verdilər. Onun başına bir zalım qoy, sağında bir ittihamçı dayansın. Məhkəmədə dayandıqda günahkar çıxsın və onun duası günaha çevrilsin. Onun günləri az olsun, vəzifəsini bir başqası alsın. Uşaqları yetim, arvadı dul qalsın. Övladları didərgin düşsün, dilənsin, viran qalmış yurdlarından çörək axtarsınlar. Faiz verənlər bütün malını ələ keçirsin və yad adamlar zəhmətinin bəhrəsini talan etsin. Ona heç kim mərhəmət göstərməsin və yetimlərinə rəhm edən olmasın. Onun nəsli məhv olsun, gələcək nəsildə adı silinsin. Rəbb onun atalarının günahlarını xatırlasın və anasının günahı silinməsin. Onlar daim Rəbbin gözünün önündə olsun və O, onların xatirəsini yer üzündən silsin. Çünki o, mərhəmət göstərməyi unutdu, yoxsul və fəqiri, qəlbi sarsılmışı izləyərək öldürmək istədi. O, lənəti sevdi və o da onun üstünə gəldi, xeyir-duanı istəmədi və o da ondan uzaqlaşdı. O, lənəti paltar kimi geyindi və o, su kimi içinə, yağ kimi sümüklərinə keçdi. Qoy o, onu bürüyən libas, onu daim sarıyan kəmər olsun. Rəbbin mənim düşmənlərimə və canıma pislik arzulayanlara cəzası budur. Amma Sən, ey Yaradan, ey Rəbb, adının xatirinə mənə yaxşılıq et, çünki Sənin mərhəmətin böyükdür – məni qurtar! Çünki mən yoxsulam, fəqirəm, ürəyim içimdə sarsılıb. Kölgə kimi süzülüb gedirəm, sanki çəyirtkə kimi yellənirəm. Orucluqdan dizlərim taqətdən düşüb, bədənim arıqlayıb, artıq qalmayıb. Mən onlar üçün lağ mövzusuna çevrildim, məni görəndə başlarını bulayırlar. Mənə kömək et, ey Rəbbim, Yaradanım, məni Öz mərhəmətinə görə xilas et. Qoy bilsinlər ki, bu Sənin əlinin işidir, bunu Sən etdin, ya Rəbb. Onlar lənətləyir, amma Sən xeyir-dua ver; qalxıb dururlar, lakin rüsvay olurlar, mənim qulum isə sevinir. Mənə nifrət edənlər rüsvayçılığa bürünsün, öz utancına bürünüb örtülsün. Mən isə Rəbbi böyük həvəslə tərifləyəcəyəm və Onu böyük izdiham içində ucaldacağam. Çünki O, zavallının sağ tərəfində - onu mühakimə edənlərdən xilas etmək üçün dayanır.
***
110
Davudun məzmuru. Rəbb mənim ağama dedi: “Mən düşmənlərini ayaqlarının altına qoyana qədər sağımda otur.” Rəbb qüdrətli əsanı Siondan göndərəcək – düşmənlərinin arasında hökmranlıq edəsən! Xalqın müqəddəslik zənginliyində, döyüş günündə könüllü gələcək; sübhün bətnindən sənə gəncliyinin şehini verəcəklər. Rəbb and içdi və andından dönməyəcək: “Sən əbədi olaraq kahinsən, Mənim sözümə görə – Melkisedek kimi.” Rəbb sənin sağındadır. O, qəzəb günü padşahları darmadağın etdi. O, xalqlara hökm edəcək – yer üzü cəsədlərlə dolacaq, böyük ölkənin başçısını vuracaq. O, yol boyu çaydan su içəcək və buna görə başını ucaldacaq.
***
111
Aleluya! Rəbbi bütün qəlbimlə, salehlərin bütün məclislərində tərifləyəcəyəm. Rəbbin işləri böyükdür, onları sevənlər tərəfindən araşdırılmışdır. Onun işi izzət və əzəmətdir, Onun ədaləti əbədidir. O, Öz möcüzələrini əbədi bir xatirə etdi, Rəbb mərhəmətli və rəhmlidir. O, Ondan qorxanlara ruzini verir, əhdini əbədi olaraq xatırlayır. Öz işlərinin qüdrətini xalqına göstərdi, onlara xalqların mirasını verdi. Onun əllərinin işləri həqiqət və ədalətdir, bütün ehkamları doğrudur. Onlar əbədiyyən sabitdir, həqiqətlə və düzlüklə yerinə yetirilmişdir. O, Öz xalqına qurtuluş göndərdi, əhdini əbədi olaraq əmr etdi; Onun adı müqəddəs və heyrətamizdir. Hikmətin başlanğıcı Rəbdən qorxmaqdır, Onun əmrlərini yerinə yetirənlərin hamısı sağlam düşüncəyə malikdir – Onun şöhrəti əbədi qalacaq.
***
112
Aleluya! Rəbdən qorxan və Onun əmrlərini ürəkdən sevən insan - xoşbəxtdir . Onun nəsli Yer üzündə qüdrətli olacaq, salehlər nəsli xeyir-dua alacaq. Onun evində bolluq və var-dövlət olacaq, onun ədalətinin mükafatı əbədi qalacaq. Doğru insan üçün qaranlıqda nur parlayır, çünki O, mərhəmətli, rəhmlidir və ədalətlidir. Rəhmli olub borc verən insan üçün xeyir var, o, işlərini ədalətlə idarə edir. O, əbədi sarsılmaz, saleh insan daim xatırlanacaq. Pis xəbərlərdən qorxmaz, qəlbi möhkəmdir, Rəbbə güvənir. Onun qəlbi arxayındır, qorxmaz, düşmənlərinin məğlubiyyətini görəcəyindən əmindir. O, səxavətlə payladı, yoxsullara verdi, onun ədaləti əbədi qalacaq, rəhmi izzətlə yüksələcək. Zalım isə bunu görüb qəzəblənəcək, dişlərini qıcayacaq və yox olub gedəcək. Zalımların arzuları puç olacaq!
***
113
Alleluya! Tərif edin, ey Rəbbin qulları, Rəbbin adını tərif edin!Rəbbin adı mübarək olsun – bu andan və əbədi olaraq!Günəşin doğmasından batmasına qədər – Rəbbin adı təriflənsin! Ucalmışdır Rəbb bütün xalqlar üzərində,Göylərin üstündədir Onun şöhrəti.Kimdir bizim Tanrımız Rəbb kimi – O, ucalarda oturur,Əyilərək baxır – göylərə və yerə.O, yoxsulu torpaqdan qaldırır, kasıbı zir-zibildən ucaldır,Öz xalqının nəcibləri ilə birgə oturtsun deyə.O, evdə tək oturan qadını Sevinc içində övladlar anasına çevirir.Alleluya!
***
114
İsrail Misirdən, Yaqubun nəsli yad xalqlar arasından çıxanda Yəhuda Onun müqəddəsliyi oldu, İsrail Ona tabe oldu. Dəniz bunu gördü çəkildi, Yarden geri döndü. Dağlar qoç kimi, təpələr quzu kimi çapırdı. Sənə nə olub, dəniz, niyə çəkildin? Yarden, niyə geri döndün? Ey dağlar niyə Qoç kimi çapırsız? Ey təpələr niyə quzu kimi qaçırsız? Rəbbinin hüzurunda həyəcanla titrə, ey Yer üzü, Yaqubun Rəbbi önündə, qayanı gölə, çaxmaq daşını su bulaqlarına çevirən Rəbbin hüzurunda həyəcanla titrə!
***
115
Bizə deyil ya Rəbb, bizə deyil, Öz adına xeyir-dua ver - rəhmin naminə ver, sadiqliyin naminə ver. Xalqlara “Rəbbləri harada olduğunu” nə üçün deyirlər? Bizim Rəbb səmalardadır. İstədiyi əməli yerinə yetirər. İnsan əlinin məhsulu olan gümüş və qızıl onların bütləridir: Ağızları var - danışmırlar, gözləri var - görmürlər, qulaqları var - eşitmirlər, burunları var - qoxu hiss etmirlər, əlləri var - tuta bilmirlər, ayaqları var - gəzə bilmirlər, boğazlarından bir səs çıxmır. Onları yaradanlar, onlara güvənən hər kəs onlar kimi olsun. Ey İsrael, sən tək Rəbbə güvən! Rəbb sizin köməyiniz, qalxanınızdır. Aaronun evi, Rəbbə güvən! Rəbb sizin köməyiniz, qalxanınızdır. Rəbb qarşısında həyəcanla titrəyənlər, Rəbbə güvənin! Rəbb sizin köməyiniz, qalxanınızdır. Rəbb bizi unutmur, O, xeyir - dua verəcək, İsraelin evinə, Aaronun evinə xeyir - dua verəcək! Kiçiyindən böyüyünə qəgər Rəbb ondan qorxanlara xeyir - dua verəcək. Rəbb sizin və oğullarınızın da bərəkətini artırsın. Siz göyü və yeri Yaradan Rəbb tərəfdən xeyir - dua almısız. Səmalar Rəbbin səmalarıdır, Yer üzü isə insan oğullarına verilib. Ölülər deyil, cəhənnəmə düşənlər deyil, biz Rəbbi indidən əbədi olaraq vəsf edəcəyik! Aleluya!
***
116
Rəbb səsimi , yalvarışlarımı eşidəndə, sevirəm. Çünki O, məni eşidir, öz günümdə Onu çağıracam. Ölüm zəncirləri məni əhatə etdi, cəhənnəm əzabları məni bürüdü, bədbəxtlik və qəm-qüssə tapdım. Rəbbin adını çağırıram, yalvarıram Rəbbim, mənim ruhumu xilas et. Rəbb mərhəmətli və ədalətlidir, rəhmlidir Rəbbimiz. Rəbbim qəlbində sadə olanı qoruyur, zavallı oldum, lakin O, məni xilas etdi. Qayıt, ruhum, öz rahatlığına qayıt, çünki Rəbb sənə xeyir verdi. Çünki ruhumu ölümdən, gözümü yaşdan, ayağımı büdrəməkdən xilas etdin. Canlılar diyarında Rəbbin qarşısında gəzəcəm. Danışanda imanlı idim, çox əzab çəkirdim. Tələsib dedim ki - bütün insanlar yalançıdır. Rəbbin bütün xeyirxah əməlləri qarşısında nə etdim? Xilas badəsini qaldıracam, Rəbbin adını çağıracam. Rəbbin xalqı qarşısında Ona verdiyim əhdimi yerinə yetirəcəm. Salehlərin ölümü Rəbbə ağır gəlir. Ya Rəbb, yalvarıram, çünki mən Sənin qulunam, Sənin qulunam, kənizinin oğluyam, Sən düyünlərimi açdın! Xeyirxahlığına qurban verəcəyəm və Rəbbin adını çağıracağam. Rəbbin xalqı qarşısında Ona verdiyim əhdimi yerinə yetirəcəyəm. Rəbbin məbədinin həyətində, sənin ətrafında, ey Qüds ! Aleluya!
***
117
Rəbbə həmd edin, bütün millətlər, Onu vəsf edin. Çünki Onun bizə olan mərhəməti və Rəbbin sonsuz sədaqəti böyükdür. Aleluya!
***
118
Rəbbi vəsf edin, çünki O, xeyirxahdır, çünki Onun mərhəməti əbədidir. Qoy İsrael desin, Onun mərhəməti əbədidir. Qoy Aaronun evi desin, Onun mərhəməti əbədidir. Qoy Rəbbdən qorxanlar desin, Onun mərhəməti əbədidir. Rəbbə darlıqdan car çəkdim - O, mənə genişlikdən cavab verdi. Rəbb mənimlədir, qorxmaram. İnsan mənə nə edə bilər? Rəbb mənə kömək olsun, mənə nifrət edənlərin ölümünü görəcəm. Rəbbə güvənmək insana güvənməkdən üstündür. Rəbbə güvənmək ağalara güvənməkdən üstündür. Bütün millətlər məni mühasirəyə aldılar, lakin Rəbbin adı ilə onları məhv edəcəm. Mühasirəyə aldılar məni, mühasirəyə aldılar, lakin Rəbbin adı ilə onları məhv edəcəm. Məni arı sürüsü kimi mühasirəyə aldılar, lakin tikan içinə düşmüş alov tək söndülər - Rəbbin adı ilə onları məhv edəcəm. Sən məni bərk itələdin ki, yıxılım, lakin Rəbbim mənə dayaq oldu. Gücüm də, sevincim də Rəbbimdir, O, mənim xilaskarımdır. Salehlərin çadırlarından sevinc və qurtuluş səsi gəlir, Rəbbin sağ əli güc eyləyir. Rəbbin sağ əli ucadır, Rəbbin sağ əli güc eyləyir. Ölməyəcəm, sağ qalacam və Rəbbin əməllərindən danışacam. Cəzalandırmağa, Rəbb məni cəzalandırdı, lakin ölüm ayağına vermədi. Mənə ədalətliyin qapılarını açın, mən oraya daxil olacam, Rəbbə şükr edəcəm. Bu Rəbbin qapılarıdır, salehlər ora daxil olacaq. Sənə şükr edəcəm, çünki Sən mənə cavab verdin və mənim xilaskarım oldun. İnşaatçıların imtina etdiyi daş küncün(binanın) ağası oldu. Bu gələn Rəbbdən gəlir, bizim gözümüzə gözəl gəlir. Bu günü Yaradan yaradıb, gəlin fərəhlənək və sevinək bu günə.Ya Rəbb, məni xilas et, ya Rəbb, mənə kömək et! Rəbbin adı ilə gələn nə bəxtiyardır! Rəbbin evindən sizə xeyir-dua veririk! Rəbb hər şeyə qadirdir və O, bizə Nur bəxş edib ki, biz bayram qurbanını qurbangahın buynuzlarına iplə bağlayaq. Sən mənim Rəbbimsən və Sənə şükr edəcəyəm, Rəbbim mənim, Səni vəsf edəcəyəm. Rəbbə şükr edin, çünki O, xeyirxahdır, Onun mərhəməti əbədidir.
***
119
Yolunda saf olan, Rəbbin Tövratına əməl edən xoşbəxtdir. Ehkamlarını qoruyan, bütün qəlbi ilə Onu axtaranlar, xoşbəxtdir. Şər əməllər etməzlər, yalnız Onun yolu ilə gedərlər. Ehkamlarını möhkəm qorumağa əmr etmisən. Yalvarıram, qoy mənim bütün yollarım Sənin qanunlarını riayət etməyə yönəlsin. Onda bütün ehkamlarına baxıb utanmayacam. Səni səmimi qəlbdən, ədalətli qanunlarını öyrənərək vəsf edəcəm. Qanunlarını qoruyacam - məni belə atma! Cavan oğlan yolunu necə təmizləsin? Özünü Sənin sözünlə qoruyaraq! Səni bütün qəlbimlə axtardım, qoyma səhf edim, ehkamlarından dönüm. Qarşında günah işlətməmək üçün Sözünü qəlbimə yazdım. Xeyirxahsan, ya Rəbb, - mənə bütün qaydalarını öyrət! Öz dodaqlarımla hökmlərin haqqında xəbər vermişəm. Ehkamların yolunda sevincə qərq oldum, başqalarının var-dövlətə sevindikləri tək qərq oldum. Əmrlərin haqqında düşünürəm, yollarına baxıram. Göstərişlərində dinclik taparam, Sözünü heç unutmaram! Quluna lütf et ki, yaşayıb sözünü qoruya bilim. Gözlərimi aç ki, Tövratda olan möhtəşəmliyi görüm. Bu torpaqda qürbətdəyəm, - ehkamlarını məndən gizlətmə! Ruhum Sənin qanunlarına olan aclıqdan dağılmaqdadır, hər zaman. Ehkamlarından dönən lənətə gəlmiş kafirlərə xəbərdarlıq etdin. Sənin ehkamlarını qorudum, məni rüsvayçılıqdan və təhqirdən azad et. Ağalar oturub arxamca hiylələr qururlar, qulun isə Sənin qanunlarını düşünür. Ehkamların - dincliyimdir, məsləhətçimdir. Ruhum külə hopub, məni Sözünlə canlandır! Sənə yolum haqqında danışdım, Sən isə mənə cavab verdin - mənə qanunlarını öyrət. Qoy əmrlərinin yolunu dərk edim, Sənin möcüzələrin haqqında düşünəcəyəm. Qəlbim qəmdən üzülür, məni Sözünlə möhkəmləndir. Yalançı yolları məndən uzaqlaşdır, mənə Tövratını bəxş et. İman yolunu seçdim mən, qanunlarını qarşıma qoydum. Ehkamlarınla birləşdim, ya Rəbb - məni rüsvay etmə! Ehkamlarının yolu ilə tələsəcəyəm, nə zaman qəlbimə genişlik verəcəksən. Mənə işarə ver. Ya Rəbb sonadək yolda qanunlarınla gedəcəyəm. Mənə şüur ver, o zaman Tövratına əməl edəcəyəm, onu qəlbimdə qoruyacam. Məni ehkamlarının yolu ilə apar, çünki istədiyim budur. Qəlbimi ehkamlarına yönəlt, dünya malına yönəltmə. Gözlərimi boş şeylərdən çək, məni Öz yolunla canlandır. Qarşında ehtiramla durduğunu, qulun üçün Öz Sözünlə təsdiq et. Qorxduğum rüsvayçılıqdan məni qoru, çünki Sənin verdiyin qərar ədalətlidir. Sənin əmrlərini arzu etdim, məni Həqiqətinə canlandır! Rəhmin yetişsin mənə, Ya Rəbb, xilasım Səndədir - Sənin Sözündədir. Məni təhqir edənə cavab verəcəyəm, çünki mən Sənin sözünə güvənirəm. Dilimdən həqiqi sözləri qoparma, çünki Sənin ədalətli hökmünü gözləyirəm. Tövratını əbədi olaraq, həmişəlik qoruyacam. Genişlik içində gəzəcəyəm, çünki Sənin əmrlərini axtarırdım. Şahlar qarşısında ehkamların haqqında danışacam, utanmayacam. Sevimli ehkamlarımla dinclik tapacam. Əllərimi sevimli ehkamlarıma ucaldacam, Sənin qanunların haqqında düşünəcəm. Quluna dediyin sözü xatırla, mənə onda dəstək vermişdin. Bu, müsibətimdə olan təsəllimdir, çünki Sənin kəlmələrin məni canlandırır. Bədxahlar məni olduqca istehza etdilər - lakin Tövratından dönmədim. Ya Rəbb, Sənin qədimdən qalan qanunlarını xatırlayıram və bununla dinclik tapıram. Tövratını atan kafirləri görəndə ətim ürpəşir. Yaşadığım evdə qanunların mənə nəğmə oldu. Gecə vaxtı adını xatırlayırdım, ya Rəbb və Tövratını qoruyurdum. O mənimlə qaldı, çünki Tövratını qorudum. Ya Rəbb, dedim ki - Sənin kəlmələrinə riayət etmək qismətimdir. Səmimi qəlbdən yalvarıram Sənə - Mənə kəlmələrinlə rəhm et. Tutduğum yol haqqında düşündüm, addımlarımı ehkamlarına yönəltdim. Tələsirdim, tez bir zamanda ehkamlarını qorumaq istəyirdim. Kafirlərin dəstəsi məni mühasirəyə aldı - Tövratını unutmadım. Ədalətli hökmlərinə şükr etmək üçün gecə yarısı oyanıram. Sənə hörmətlə yanaşan və əmrlərini qoruyan hər kəsə dost və yoldaşam. Yer üzü Rəhminlə doludur, ya Rəbb - mənə ehkamlarını öyrət. Quluna xeyir verdin, Ya Rəbb, bir kəlmənlə verdin. Mənə xeyirxah fikirləri və əməlləri öyrət, çünki ehkamlarına inanıram. İztirab çəkməzdən əvvəl azmışdım, indi isə kəlmələrini qoruyuram. Sən xeyirxah və xeyirgətirənsən, mənə qanunlarını öyrət. Zalımlar mənə şər atdı - mən isə səmimi qəlbdən qanunlarına riayət edirəm. Kütləşdi, daş kimi oldu qəlbləri - mən isə Tövratınla dinclik tapdım. Nə yaxşı ki iztirab çəkdim, əslində Sənin qanunlarını öyrənə bildim. Minlərlə qızıl və gümüş əvəzinə mənə kəlmənlə gələn Tövratın daha xoşdur. Əllərinlə yaratdın məni və təsdiq etdin, mənə şüur ver və mən ehkamlarını öyrənəcəm. Səndən qorxanlar məni görüb sevinəcəklər, çünki mən Sənin sözünə güvənirəm. Bilirəm, ya Rəbb, verdiyin qərarlar ədalətlidir, məni ədalətinlə cəzalandırdın. Qoy Sənin mərhəmətin kəlamınla qulun üçün təsəlli olsun. Qoy mərhəmətin mənə gəlsin, mən isə yaşayacağam, çünki Tövratın sevincimdir. Qoy zalımlar utansın, çünki məni yalanla, ədalətsizliklə hökm sürdülər - mən isə Sənin əmrlərini düşünəcəm. Qoy Səndən qorxanlar, Sənin təlimatlarını bilənlər mənə qayıtsın. Qoy qanunların tam olaraq qəlbimə hopsun ki, utanmayım. Ruhumun köməyinə ehtiyacı var, kəlmələrinə güvənirəm. Gözlərim - məni nə zaman sakitləşdirəcəksən? - deyərək, kəlmələrinə can atır. Hisə verilmiş xəz kimi olsam da - qanunlarını unutmadım. Quluna nə qədər vaxt ayırmısan? Mənim təqibçilərimə nə zaman hökm sürəcəksən? Tövratına zidd olaraq zalımlar mənə quyu qazıblar. Bütün ehkamların - həqiqətdir, onlar məni ədalətsizcəsinə təqib etdilər - köməyimə yetiş, ya Rəbb! Az qala yer üzündə məni məhv edəcəkdilər, lakin mən əmrlərini yerdə qoymadım. Məni mərhəmətinlə canlandır, dodaqlarından gələn kəlmələri qoruyacağam. Kəlmən əbədi olaraq göylərdə yer alıb, ya Rəbb. Sadiqliyin əbədidir. Sən Yer üzünü bərqərar etdin – o da sarsılmaz dayandı. Qanunlarınla durur hamısı, çünki hər şey Sənə tabedir. Tövratın sevincim olmasaydı, öz bədbəxtçiliyimin içində batardım. Əmrlərini heç zaman unutmaram, məni onlarla canlandırdın. Səninəm, köməyimə yetiş, çünki əmrlərini axtarıram. Kafirlər məni məhv etməyə ümid edirdilər, mən isə Sənin ehkamlarına yönəlirəm. Hər bir möhtəşəmliyin həddi-hüdudunu görmüşəm, lakin Sənin ehkamın hədsizdir. Sənin Tövratını necə də sevirəm! Bütün gün o, mənim düşüncələrimdədir. Ehkamın məni düşmənlərimdən hikmətli edir, çünki o, əbədi mənim yol yoldaşımdır. Müdriklərin hamısından müdrikli oldum, çünki əmrlərinə hər zaman əməl etmişəm. Sənə verdiyim sözə əməl etmək üçün addımlarımı hər zaman zalımlı yollardan uzaq tutdum. Məni Sən öyrətmişdin, qanunlarından dönmədim. Kəlamların dilimə necə də şirin yatır, onlar dodaqlarıma dəyən baldan da ləzzətlidir. Əmrlərində müdriklik tapdım, çünki yalançı yollara nifrət edirəm. Kəlmən addımlarımı işıqlandırır, yoluma Nur saçdırır. And içdim - deməli yerinə yetirəcəm! – ədalətli qanunlarını qoruyacam! Çox ümidsizəm, ya Rəbb, məni kəlmənlə canlandır. Dua edən dodaqlarıma lütf göstər, yalvarıram Ya Rəbb, mənə qanunlarını öyrət. Ruhum əllərimdə hər zaman ölüm təhlükəsi yaşayır, amma Tövratını unutmadım. Kafirlər mənə tələ qurdular, mən isə əmrlərindən dönmədim. Ehkamların mənə əbədi olaraq vəsiət oldu , çünki onlar qəlbimin sevincidir. Qəlbimi əmrlərinə əbədi olaraq yönəltdim, sonuna qədər yönəltdim. Zalımlara nifrət edirəm, Tövratını sevirəm. Sığınacağım və qalxanım Sənsən, Sənin kəlməni gözləyirəm. Ey zalımlar, məndən uzaq durun, yalnız Rəbbimin ehkamlarını qoruyacam. Məni sözünlə dəstəklə, qoy yaşayım, məni ümidsizliklə rüsvay etmə. Məni möhkəmləndir, onda xilas olacam, əbədi olaraq qanunlarına əməl edəcəm. Qanunlarından sapanların hamısını tapdalayırsan, çünki onların yalanları puçdur. Kafirləri yer üzündən zibil kimi təmizlədin, ona görə ehkamlarını sevirəm. Bədənim qarşında qorxudan titrədi, hökmlərindən qorxuram. Mən həm hökm, həm ədalət etdim, məni zalımlarımın əlində qoyma. Qulun üçün zəmanət ver – onun xeyrinə olsun, qoy məni şər insanlar sıxışdırmasın. Gözlərim yorulub, Sənin köməyini və ədalətli kəlmələrini gözləyirəm.Quluna mərhəmətlə yanaş və mənə qanunlarını öyrət. Sənin qulunam ya Rəbb, məni anla, o zaman ehkamlarını anlayacam. Rəbb üçün əməllər etmək vaxtıdır: onlar Sənin Tövratını pozdular! Elə ona görə ehkamlarını qızıldan da, təmiz qızıldan da artıq sevirəm. Ona görə bütün əmrlərini ədalətli sayıram, yalançı yollara nifrət edirəm. Ehkamların çox gözəldir, onları qəlbim qoruyur. Kəlmələrinin zühuru Nur verir, sadə adamları ağıllandırır. Ağzımı açıb Tövratın kəlmələrini sanki uduram, çünki ehkamlarına ehtiyacım var. Sənin adını sevənlərin haqqı üçün - Üzünü mənə tutub rəhm et. Addımlarımı kəlmənlə təsdiqlə, qoyma kafirlik başımın tacı olsun. Məni insan zülmündən xilas et, əmrlərini qoruyacağam. Simanla quluna Nur bəxş et, mənə qanunlarını öyrət. Su axınları gözlərimi qoparır, onlar Sənin Tövratını qorumamışlar. Ya Rəbb, Sən salehsən, qanunların ədalətlidir. Ehkam etdiyin fərmanların haqq-ədalətli və həqiqətlidir. Mənim can atmalarım məni yordu, çünki mənə zülm edənlər kəlmələrini unutmuşdular. Kəlmələrin safdır və qulun onları şox sevir. Balacayam, alçağam, lakin əmrlərini unudmuram. Ədalətin həqiqidir, Tövratın - həqiqətdir. Bəla və ehtiyac içindəyəm, yalnız ehkamların məni sevindirir. Verdiyin fərmanların ədalətliyi əbədidir - mənə anlat onları və mən sağ qalacam! Bütün qəlbimlə Sənə car çəkdim - ey Rəbb, mənə cavab ver, Sənin qanunlarını qoruyacağam. Səni çağırdım - mənə kömək ol, ehkamlarını qoruyacağam. Tezdən, qaranlıqda durub çığırdım, Sənin kəlmənə güvənirdim. Gözlərim sübh gözətçilərini qabaqladılar ki, Sənin kəlmələrini düşünüm. Səsimi, Rəhm et və eşit ya Rəbb, məni hökmünlə canlandır. Yalançılığa meyli olanlar yaxınlaşır, onlar Sənin Tövratından uzaqlaşırlar. Sən artıq yaxındasan ya Rəbb, Sənin bütün ehkamların həqiqətdir. Ehkamlarından əzəldən bilirdim ki, Sən onları əbədi yaratmısan. İztirablarıma baxıb məni azad et, ya Rəbb, Tövratını unutmadım. Münaqişəmdə mənə şəfaət et və öz sözünlə məni xilas et, mənə həyat ver. Xilas kafirlərdən çox uzaqdadır, çünki onlar Sənin qanunlarını axtarmadılar. Mərhəmətin böyükdür, ya Rəbb, məni adət-ənənənlə canlandır. Məni təqib edənlərin və mənə zülm etmək istəyənlərin sayı çoxdur, lakin mən Sənin ehkamlarından dönmədim. Mən xainləri görüb onlarla mübahisə etdim, çünki onlar Sənin sözünə əməl etmədilər. Gör Sənin əmrlərini necə sevirəm, məni mərhəmətinlə canlandır. Kəlmənin təməli - həqiqətdir, Sənin hər hökmün əbədi olaraq ədalətlidir. Ağalar məni boş yerə izləyirlər, qəlbim yalnız Sənin kəlməndən qorxdu. Kəlmələrinə sanki dəyərli bir pay kimi sevindim. Mən yalana nifrət edirəm, möhkəm şəkildə nifrət edirəm, Tövratını sevirəm. Gündə yeddi dəfə Səni ədalətli qanunlarına görə vəsf edirəm. Tövratını sevənlərin rifahı böyükdür və onlara heç bir maneə yoxdur.Ya Rəbb, Sənin köməyinə güvəndim və əmrlərini yerinə yetirdim. Ruhum Sənin əmrlərinə əməl etdi və onları çox sevdi. Əmrlərinə və ehkamlarına əməl etdim, çünki bütün yollarım Sənin hüzurundadır. Ya Rəbb, duam Sənə çatsın, məni bir kəlmənlə kamilləşdir. Duam Sənə çatsın, məni bir kəlmənlə xilas et. Qanunlarını mənə öyrədəndə dodaqlarım tərif deyəcək. Dilim Sənin sözünü deyəcək, çünki bütün əmrlərin ədalətlidir. Mənə kömək əlini uzatmaqda əsirgəmə, çünki mən Sənin göstərişlərini seçdim. Sənin köməyinə ehtiyacım var, Tövratın sevincimdir. Yaşasın ruhum, Səni vəasf etsin, qoy hökmlərin mənə kömək olsun. Mən azmış bir quzu tək Sənin qulunu axtardım, çünki Sənin ehkamlarını unutmadım.
***
120
Pillələr nəğməsi. Mən dərd içində Rəbbə səsləndim, O, mənə cavab verdi. Ya Rəbb, ruhumu yalan deyən dodaqlardan və hiyləgər dillərdən qoru. Hiyləgər dil sənə nə verəcək, ondan nə qazanacaqsan? Güclü olan kəsin oxları itidir, onlar yanmış kömür gürzələriylədir. Vay mənə, ki, Mən Məşəx ilə yaşadım, Keydarın çadırlarında oldum. Ruhum uzun müddət dünyanın düşməni yanında oldu. Səbrliyəm, lakin danışsam - müharibə edərlər.
***
121
Pillələr nəğməsi. Gözlərimi dağlara yönəltdim, kim köməyimə yetişəcək? Köməyim Rəbbimdir, göyü də, yeri də yaradan Rəbbim. Rəbb ayağını büdrəməyə qoymaz, keşikçilərin yatıb qalmaz. Budur İsraelin keşikçiləri nə mürgüləmir, nə də yatmır. Rəbbdir - sənin keşikçin, Rəbbdir sağ əlin yönəmində səni kölgə altında gizlədən. Sübh zamanı Günəş, gecə zamanı Ay sənə zərər yetirməzlər. Rəbb səni bütün şərlərdən qoruyacaq, ruhunu hifz edəcək. Bu gündən əbədi olaraq Rəbb sənin gedişini də, gəlişini də mühafizə edəcək.
***
122
Davudun pillələr nəğməsi. Rəbbin evinə gedirik - söylədilər, çox sevindim. Ayaqlarımız qapının önündədir, ey Qüds. Yenidən tikilmiş Qüds birləşmiş vahid bir şəhərə bənzəyir. Oraya İsrailin qəbilələri, Rəbbin qəbilələri, İsrailin qanununa görə Rəbbin adını şükür etmək üçün çıxırdılar. Çünki orada ədalət taxtları, Davud evinin taxtları durur. Qüdsün sülhü üçün dua et, səni sevənlər rahatlıq tapsın. Qalalarında sülh olsun, saraylarında dinclik olsun. Qardaşlarım və yaxınlarım naminə deyəcəyəm: Sənə sülh olsun! Yaradanımızın Rəbbimizin evi naminə sənin üçün xeyir-dua edəcəyəm.
***
123
Pillələr nəğməsi. Ey taxtı göylərdə olan, gözlərimi Sənə tərəf qaldırıram. Necə ki, qulların gözləri ağaların əlinə, kənizlərin gözləri bəyimlərin əlinə yönələrsə, bizim gözlərimiz - Rəbbimiz bizə rəhm edənə kimi , Ona yönələcəkdir. Rəhm et bizə ya Rəbb, bizə Rəhm et, nifrətdən yetərincə doymuşuq. Ruhumuz laqeyd olanların istehzalarından, təkəbbürlü olanların nifrətindən doyub.
***
124
Davudun pillələr nəğməsi. Qoy İsrael xalqı özü desin, əgər Tanrı bizimlə olmasaydı. İnsanlar üzərimizə qalxan zaman əgər Tanrı bizimlə olmasaydı. Onların qəzəbi üzərimizə coşan zaman bizi diri-diri udarlardılar, onda sular da bizi batırardı, axın ruhumuzun üstündən keçərdi; onda qaynar sular canımızın üstündən keçərdi. Qoy Rəbbə həmd olsun, O, bizi onların dişlərinə yem olaraq vermədi. Ruhumuz quşçunun torundan qurtulmuş quş kimidir, - tor dağılan zaman biz də azadıq. Köməyimiz yeri, göyü yaradan Rəbbin adındadır.
***
125
Pillələr nəğməsi. Rəbbinə güvənən Sion dağı kimidir, yerindən tərpənməyəcək, əbədi olaraq qalacaq. Qüds! Dağlar onun ətrafındadır və Rəbb bundan sonra və əbədi olaraq xalqının ətrafındadır. Salehlər əllərini qanunsuzluğa uzatmasınlar deyə, şər bəlası onların taleyi üzərində qalmayacaq. Ya Rəbbim, xeyirxah insanlara, qəlblərində doğru olanlara xeyir-dua et. Əyri yollara dönənləri isə Rəbb günah edənlərlə bir yolda aparacaq. Qoy İsrael üzərində sülh olsun!
***
126
Pillələr nəğməsi. Rəbb Siondan əsirləri qaytaranda biz sanki yuxuda idik. O zaman üzümüz gülər, dilimiz nəğmələr söyləyərdi. O zaman xalqlar arasında belə deyiləcək: “Rəbb onlarla bir ucalıq yaratdı”! Rəbb bizimlə bir ucalıq yaratdı- biz sevindik. Ya Rəbb, əsirlərimizi Negevdəki çaylar kimi geri qaytar. Göz yaşı ilə əkənlər nəğmələrlə biçərlər. Bir torba toxum daşıyan ağlaya-ağlaya gedir, lakin öz tayasını daşıyan nəğməsi ilə dönəcək.
***
127
Şlomonun pillələr nəğməsi. Rəbb bir evin tikilməsini istəməzsə, başqaları inşa edib boş yerə işləyəcəklər, Rəbb şəhərləri qorumazsa, onun keşikçiləri nahaq yerə qoruq çəkəcəklər. Boş yerə sübhdən oyanıb, gecəyə kimi oturursunuz, boş yerə qəm yeyirsiniz. Yuxuda aşiqinə verdiyi budur. Rəbbin mirası - uşaqlardır, mükafatı - bətnin meyvəsidir. Güclünün əlindəki ox nədirsə, gənclikdəki oğullar da odur. Nə bəxtiyardır o ər ki, çanağını onlarla doldurur. Onlar düşmənləri ilə şəhərin qapıları önündə danışarkən utanmayacaqlar.
***
128
Pillələr nəğməsi. Rəbbdən qorxan, Onun yolu ilə gedən hər kəs xoşbəxtdir. Əllərinin zəhmətinin bəhrəsini yeyəndə xoşbəxt və xeyirxah olursan. Arvadın evinin iç otaqlarında bar verən meyvəli üzüm kimidir, oğulların süfrənin ətrafında gənc zeytun ağacları kimidir. Rəbbdən qorxan insan belə xeyir-dua alacaq. Siondan olan Rəbb sənə xeyir-dua verəcək və sən ömrün boyu Qüdsün çiçəklənməsini görəcəksən. Oğullarının oğullarını görəcəksən. Qoy İsrail üzərində sülh olsun!
***
129 Pillələr nəğməsi. İsrael belə deyəcək - gəncliyimdən bəri mənə çox iztirablar çəkdirdilər. Gəncliyimdən bəri mənə çox iztirablar çəkdirdilər, lakin qalib gəlmədilər. Cütçülər mənim kürəyimi şumlayıb, üstünə uzun şırım çəkdilər. Rəbb salehdir, O, günahabatmışların iplərini kəsdi. Siona nifrət edənlər utanıb geri çəkilsinlər. Qoy qoparılmazdan əvvəl quruyan damlardakı ot kimi olsunlar.Hansılarla ki,biçinçi dərə bağlayan əllərini və paltarının ətəklərini doldura bilmir. Yoldan keçənlər deməyəcəklər: “Rəbbin xeyir-duası sizinlədir! Sizə Rəbbin adı ilə xeyir-dua veririk!”
***
130
Pillələr nəğməsi. Dərinliklərdən Sənə fəryad etdim, ya Rəbb. Səsimi eşit, ya Rəbb, qulaqlarınla səsimin yalvarışlarına diqqət yetir. Günahları saxlasan, Ya Rəbb, Rəbbim mənim, kim müqavimət göstərər? Qarşında titrəsinlər deyə, əfv Səndədir. Ümid edirdim ya Rəbb, ruhum ümid edirdi, Onun sözünə güvənirdim. Ruhum Rəbbi, gözətçilərin səhəri gözlədiyindən çox gözləyir, keşikçilərdən çox gözləyir. Rəbbə güvən, ey İsrael, çünki Rəbb rəhmlidir, Ondadır böyük qurtuluş. O, İsraeli bütün günahlardan qurtaracaq.
***
131 Davudun pillələr nəğməsi. Ya Rəbb, qəlbim təkəbbürlü olmadı, gözlərimi qaldırmadım, mənim üçün uca və əlçatmaz olan bir şeyin arxasınca getmədim. Lakin ruhumu anasının sinəsindən qoparılmış körpəyə bənzətdim, onu sakitləşdirdim; ruhum sinədən qoparılmış körpə kimidir. Ey İsrael, indidən əbədiyyətə qədər Rəbbinə güvən.
***
132
Pillələr nəğməsi. Davudun xeyri naminə, onun bütün iztirablarını yada sal, ya Rəbb. O, Rəbbinə vəd verdi , Güclü Yaqub ilə əhdi peyman bağladı : “Evimin çadırına girməyəcəyəm, yatağımın çarpayısına qalxmayacağam. Rəbb üçün yer, Güclü Yaqub üçün iqamətgah tapmayınca gözlərimə yuxu ,kirpiklərimə mürgü verməyəcəm. Biz Efratda onun,yəni Nuhun gəmisi haqqında eşitdik, onu meşəli düzənliklərdə tapdıq. Onun iqamətgahına gedəcəyik, kürsüsünün ayaqaltısına təzim edəcəyik. Sığınacağına qalx ya Rəbb, - Sən və Sənin qüdrətinin gəmisi olan Nuhun gəmisi qalxsın! Keşişlərin ədalətə bürünəcək, xeyirxah qulların zəfər çalacaq.
Qulun Davud naminə məsh olunmuşdan üzünü döndərmə. Rəbb Davuda vəd verdi və O, öz həqiqətindən dönməyəcək: “Bətnindəki bəhrədən gələn oğullarını taxtında otuzduracağam. Oğulların da oğulları ,onlara öyrədəcəyim əmrlərimə və Tövratıma riayət etsələr, sənin taxtında əbədi olaraq oturacaqlar”. Çünki Rəbb Sionu seçmiş və özünə məskən kimi arzulamışdı. "Budur Mənim əbədi sığınacağım, burada yaşayacağam, çünki istəyim budur. Qidasına xeyir-dua verəcəyəm, yoxsullarını çörəklə doyuzduracağam. Keşişlərini xilas edəcəyəm, salehləri isə sevinc içində fərəhlənəcəklər. Orada Davud üçün buynuz böyüdəcəyəm, onu qüvvətləndirəcəyəm, məsh edilmişim üçün çıraq hazırlamışam. Düşmənlərini rüsvay edəcəyəm, onun isə başında tac parlayacaq!”
***
133
Davudun pillələr nəğməsi. Görün, qardaşların bir yerdə oturması nə qədər fərəhlidir və nə qədər xoşdur! Bu, saçlarının üzərində xoş bir yağ kimidir, saqqalına süzülür, Harunun saqqalı kimi paltarının ətəyinə qədər yayılır. Bu Hermon şehinin Sion dağlarına enməsi kimidir, çünki orada Rəbb xeyir-dua verdi və əbədi həyatı əmr etdi.
***
134
Pillələr nəğməsi. Gecə Yaradanın imarətgahında dayananlar, ey Rəbbin bütün qulları, Rəbbi vəsf edin! Əllərinizi müqəddəsliklə qaldırın və Rəbbi alqışlayın! Yeri də, göyü də yaradan, Siondan olan Rəbb sənə xeyir-dua vesin.
***
135
Aliluya. Rəbbin adını vəsf edin, ey Rəbbin imarətgahının qarşısında dayananlar, Rəbbimizin sarayının həyətində duran Rəbbin qulları, Rəbbi vəsf edin. Rəbbi vəsf edin, çünki Rəbb xeyirxahdır, Onun adına nəğmələr deyin, çünki o nəğmələr şirindir. Çünki Rəbb Yaqubu, Israeli Özü üçün əziz qəniməti kimi seçdi. Çünki bilirəm, Rəbb böyükdür və Rəbbimiz bütün tanrılardan üstündür. Rəbb, lazım bildiyi hər şeyi - göylərdə, yerlərdə, dənizlərdə və bütün uçurumlarda edər. Buludları yerin kənarından səmalara qaldırar, yağış üçün şimşəklər yaradar, küləyi Öz xəzinəsindən çıxarar. Misirin ilkilərini də, mal-qarasını də məhv edən Odur! Ey Misir, O, Fironun üzərindən və içində olan onun qulları üzərindən əlamət və möcüzələr göndərdi. Bir çox xalqları məhv edən, güclü şahları məhv edən Odur! Aramey şahı olan Sixonu, Başanın şahı olan Oqanı, və Hanaanın bütün şahlıqlarını məhv edən Odur! Onların torpağını nəslimizə bəxş etdi, Öz xalqı olan İsraelə bəxş etdi. Rəbbim - adın əbədidir, Rəbbim - nəsildən nəslə yaddaşlardasan! Çünki Rəbb Öz xalqı üçün şəfaət edəcək və qullarının hökmünə peşman olacaq. Xalqların sitayiş etdiyi - gümüş və qızıldır, budur insan əllərinin əməyi. Dilləri var - danışmırlar, gözləri var - görmürlər, qulaqları var - eşitmirlər, ağızlarında nəfəs yoxdur. Onları yaradan, onlara güvənən onlar kimi olsun. Ey İsraelin evi - Rəbbi vəsf edin, Aaronun evi - Rəbbi vəsf edin! Levinin evi, Rəbbi vəsf edin, Yaradandan qorxanlar, Rəbbi vəsf edin! Qüdsdə yaşayan, Siondan olan Rəbbim, adın mübarəkdir. Aliluya.
***
136
Rəbbə xeyir-dua edin, çünki O, mərhəmətlidir, Mərhəməti Əbədidir. Rəbblərin Rəbbinə şükr edin, çünki Mərhəməti əbədidir. Aləmlərin hökmdarı olan Rəbbə şükr edin, çünki Mərhəməti əbədidir. Yeganə böyük möcüzələr edənə, çünki Mərhəməti əbədidir. Səmaları müdrikliyi ilə yaradana, çünki Mərhəməti əbədidir. Sular üzərində torpağı açana, çünki Mərhəməti əbədidir. Nəhəng çıraqları yaradana, çünki Mərhəməti əbədidir. Gündüz idarə etmək etmək üçün Günəşi yaradana, çünki Mərhəməti əbədidir. Gecəni idarə etmək üçün Ay və ulduzları yaradana, çünki Mərhəməti əbədidir. Misiri ilkinləri ilə məhv edənə, çünki Mərhəməti əbədidir. İsraeli onların mühitindən kənar etdi, çünki Mərhəməti əbədidir. Bunu möhkəm əli ilə, əzələsinin gücü ilə etdi, çünki Mərhəməti əbədidir. Yam Sufu hissə-hissə dağıdan Odur, çünki Mərhəməti əbədidir. İsraeli onun mərkəzindən keçirən Odur, çünki Mərhəməti əbədidir. Fironu da, ordusunu da Yam Sufa atan Odur, çünki Mərhəməti əbədidir. Xalqını səhradan keçirən Odur, çünki Mərhəməti əbədidir. Böyük şahları məhv edən Odur, çünki Mərhəməti əbədidir. Güclü şahları öldürən Odur, çüni Mərhəməti əbədidir. Aromeyin şahı Sixonu da, çünki Mərhəməti əbədidir. Başanın şahı Oqu da, çünki Mərhəməti əbədidir. Onların torpağını nəslimizə bəxş edən Odur, çünki Mərhəməti əbədidir. Onun qulu olan İsraelin nəslinə, çünki Mərhəməti əbədidir. Bizi alçaldığımız an xatırlayan Odur, çünki Mərhəməti əbədidir. Bizi zalımlıqlardan azad edən Odur, çünki Mərhəməti əbədidir. Hər bir kəsə çörək verən Odur, çünki Mərhəməri əbədidir. Səmaların Rəbbinə şükr edin, çünki Mərhəməti əbədidir.
***
137
Babilistan çaylarının kənarında Sionu xatırlayıb ağlayırdıq. Arasında olan söyüd ağaclarının üzərinə kinorlarımızı asdıq. Çünki orada bizi əsir götürənlər bizdən şənlik, istehza edənlər isə əylənmək tələb edirdilər: “Bizə Sionun nəğmələrindən oxuyun”. Biz Rəbbin nəğmələrini yad yerdə necə ifa edək? Ey Qüds, səni unutsam, qoy sağ əlim məni unutsun. Səni xatırlamasam, Qüdsü fərəhimin ən uca nöqtəsinə qaldırmasam, qoy dilim damağıma yapışsın. Ya Rəbb, Qüds gününü Edomun oğullarına xatırlat. Onlar deyirdilər: “Məhv edin! Onu təməlinə kimi məhv edin!” Məhvə məhkum Babil qızı! Bizə etdiklərinə görə səni mükafatlandıran xoşbəxtdir. Sənin körpələrini qayalara vuran xoşbəxtdir.
***
138
Davudun məzmuru. Bütün qəlbimlə Sənə minnətdaram, güclülərin qarşısında Sənə nəğmələr deyəcəm. Sənin müqəddəs məbədinə səcdə edəcəyəm , Sənin mərhəmətinə və həqiqətinə görə adını izzətləndirəcəyəm, çünki Sən Öz sözünü adından çox ucaltdın. Mən Səni çağıranda, Sən mənə cavab verdin ya Rəbb, ruhumu qüvvətləndirdin. Kəlmələrini eşidincə Yer üzünün bütün hökmdarları Səni vəsf edəcəklər. Yaradanın yolu üçün nəğmələr qoşacaqlar, çünki müqəddəsdir Onun izzəti. Rəbbim uca Rəbbdir, uca olsa da alçaldılmışı görür - uzaqdan uzağa hər şeyi bilir. Bəlaya düşsəm, məni xilas edəcəksən, düşmənlərimin qəzəbinə cavab verəcəksən - sağ əlinlə mənə kömək edəcəksən! Rəbb mənim yerimə hər şeyə son verəcək. Rəbbim, mərhəmətin əbədidir, əməllərini dayandırma.
***
139
Rəhbərə Davudun məzmuru. Rəbbim, Sən mənə bələdsən və məni tanıyırsan. Mənim nə vaxt qalxdığımı və oturduğumu Sən bilirsən, düşüncələrimi anlayırsan. Həyat yolumu və gecələdiyim yeri əhatə edirsən və bütün cığırlarımı öyrəşmisən, bilirsən. Çünki kəlmələrim dilimə düşmədən Sən artıq onları anlayırsan, Rəbbim. Arxamdan və qarşımdan məni əhatə edib əlini üzərimə qoymusan. Elmin möcüzədir , ucadır, qavraya bilmirəm. Sənin ruhundan hara gedə bilərəm? Səndən hara qaça bilərəm? Göylərə qalxsam əyər orada Sən varsan, cəhənnəmdə özümə yer eləsəm, yenə Səni taparam! Şəfəqin qanadlarında, dənizin kənarında məskunlaşanda Sənin əlin məni tutub aparacaq və göz bəbəyin məni qoruyacaq. Yalnız zülmət məni gizlədəcək və gün işığını gecə əvəz edəcək! Lakin hətta zülmət belə məni Səndən gizlədə bilməz, gündüz də, gecə də nur kimi işığını saçacaq. Çünki mənim böyrəklərimi Sən yaratdın, anamın bətnində məni toxuyan da Sən oldun. Səni tərif edirəm, çünki məni mükəmməl yaratmısan, əməllərin möcüzədir, ruhum bunu bilir. Yerin dərinliyində məni gizlicə yaratdığında xilqətim Səndən gizli qalmadı. Gözlərin məni bitkinləşməmiş görüb və müqəddəs kitabında hər kəsin yaradılış günü yazılıb və mənə də bir gün ayrılıb. Ancaq Sənin fikirlərin necə də çətindir mənim üçün, sonsuzdur hesabı! Saymağa başlayanda qum dənəciklərindən çoxdurlar. Oyanıram və hələ də Səninləyəm. Günahabatmışları öldürmüş olsa idin, Rəbbim! Siz isə, qaniçən insanlar, uzaqlaşın məndən! Səni hiylə ilə çağıranlar, adını əbəs yerə səsləndirən düşmənlər! Çünki Sənə nifrət edənlərə mən də nifrət edirəm, üsyan edənlərlə vuruşuram. Var gücümlə nifrət edirəm onlara, mənə düşmən oldular. Məni araşdır, Rəbbim, qəlbimi tanı, sına və düşüncələrimi bil. Qəm yolundayamsa məni əbədiyyət yolun ilə apar.
***
140
Rəhbərə Davudun məzmuru. Ya Rəbb, məni qəzəbli insanlardan, quldurlardan, qəlbində pislik quranlardan və hər gün müharibə arzusunda olanlardan xilas et. Dillərini ilan kimi itiləyirlər, ilan zəhəri ağızlarındadır. Sela! Ya Rəbb, məni kafirlərin əlindən xilas et, məni quldurlardan, addımlarımı pozmaq üçün hiylə quranlardan qoru. Təkəbbürlülər tələləri, kəndirləri mənim üçün gizlətdilər, yolum boyunca tor qurdular, mənə tələlər qoydular. Sela! Rəbbimə belə deyirəm: Yaradanım, Rəbbim mənim, duamın səsini eşit. Ya Rəbb, xilaskarımsan, müharibə zamanı arxamda dağ kimi durdun. Ya Rəbb, günahabatmışların istəklərini yerinə yetirmə, şər düşüncələrini həyata keçirməyə imkan vermə. Sela! Məni əhatə edənlərin başında duranın qoy şər kəlmələri onun özünü tutsun. Onların üzərinə yanan kömürlər tökülsün, alovlara bürünərək dərin quyulara düşsünlər ki,– qalxa bilməsinlər. Yer üzündə böhtan atan adam qalmasın; quldurun şəri onun özünü tutsun. Bilirəm ki, Rəbb zavallılara dayaq, yoxsullara ədalət gətirəcək.. Amma salehlər sənin adına şükür edəcək, onlar Sənin hüzurunda var olacaqlar.
***
141
Davudun məzmuru. Tez gəl yetiş ya Rəbb, Sənə car çəkəndə, səsimi eşit. Dualarım, qarşında durub buxurla həzz aldığım tək olsun, hər an əllərimi qaldıranda - Sənə axşam hədiyyəsi olsun. Ya Rəbb, dilimdən gəlmək istəyən hər bir kəlməyə gözətçi qoy, nitqimin qapısını qoru. Qəlbim şərə, zülm edən insanlarla haram işlərə meyl etməsin, onlara baxıb xoşlanmayım. Saleh insan məni cəzalandırsa - bu bir mərhəmət olsun! Yox, əgər danlasa - başıma sanki yağ çəkər, onun da zərəri olmaz, çünki mən sağ olduğum müddətdə günahabatmışların şər əməllərinə qarşı dua edirəm. Qoy onların hakimləri dağdan aşağı tullanılsınlar, o zaman kafirlər dediklərimi eşidərlər, onlara xoş gələr. Sümüklərimiz, doğranmış və tapdalanmış torpaq kimi cəhənnəmin qapısı önündə səpələnmişdir. Çünki gözüm Səndədir, ya Rəbb, ruhumu üzmə. Məni tələlərdən və şər törədənlərin torundan xilas et. Və mən keçərkən , qoy bütün kafirlər öz torlarına düşsünlər.
***
142
Davudun Maskili, mağarada olduğu müddətdə dua. Səslə Rəbbimi çağırıram, səslə Ona yalvarıram. Şikayətlərimi Onun hüzurunda açıram, ruhum içimdə gücsüz olunca, dərdimi qarşında aşkar edirəm. Lakin yolumu bilirsən ya Rəbb, getdiyim yolda mənə tor qurublar. Sağa bax, görəcəksən ki, burada mənə tanış olan yoxdur, sığınacağım yoxa çıxıb, ruhumun qayğısına qalan yoxdur. Sənə car çəkib deyirəm, ya Rəbb: Sığınacağımsan, dirilər diyarında payımsan. Duamı eşit, məni təqib edənlərdən xilas et, çünki onlar məndən güclüdürlər. Adını izzətləndirmək üçün ruhumu zülmdən qurtar. Məni xeyirxahlığınla mükafatlandırdığın zaman salehlər mənimlə fəxr edəcək.
***
143
Davudun məzmuru. Ya Rəbb, yalvarışımı eşit, duama cavab ver, onu sədaqətinlə, ədalətinlə cavablandır. Qoy heç bir qulunla məhkəmən olmasın, çünki heç bir varlıq Sənin qarşında bəraət qazana bilməz. Düşmən ruhumu təqib etdi, həyatımı torpağa gömdü, çoxdan ölmüşlər kimi məni zülmətə saldı. Ruhum içimdə zəiflədi, qəlbim isə dəhşətə gəldi. Keçmiş günləri xatırladım, əməllərini düşündüm və onlar haqqında mülahizələr yürütdüm. Qurumuş torpaq kimi əllərimi də, ruhumu da Sənə yönəltdim. Sela! Mənə cavab verməyə tələs ya Rəbb, ruhum taqətsizdir, Simanı məndən gizlətmə, yoxsa məzara enmişlər kimi olaram. Ruhumu Sənə yönəltmişəm, mənə düzgün yol göstər, sübh zamanı Rəhmini hiss etmək istəyirəm, yalnız Sənə güvənirəm. Məni düşmənlərimdən xilas et, Səndədir sığınacağım. Sənin iradəni necə yerinə yetirəcəyimi mənə öyrət, çünki Sənsən mənim Rəbbim, Sənin xeyirxah ruhun məni düzgün yola gətirəcək. Ya Rəbb, öz adın xatirinə məni canlandır, ədalətinlə ruhumu bəlalardan qurtar. Öz mərhəmətinlə düşmənlərimi məhv et və ruhuma zülm edənləri tələf et, çünki mən Sənin qulunam.
***
144
Davudun məzmuru. Əllərimi döyüşə, qollarımı mübarizəyə öyrədən, qayam Rəbbimə həmd olsun! Mərhəmətim və qüvvətim, dayağım və xilaskarım, qalxanım Rəbbim - Ona təvəkkül edirəm, ümmətimi mənə tabe edən Odur. Ya Rəbb, insan nədir ki, onu tanıyırsan, ona diqqət yetirirsən, bəşər oğlu kimdir ki – niyə onun haqqında düşünürsən? İnsan sanki əsən yeldir , günləri isə keçən kölgə kimidir. Ya Rəbb, səmalardan en, dağlara toxun və onlar tüstülənməyə başlayacaqlar. İldırımını göndər, qoy aralansınlar, oxlarını burax, qoy məhv olsunlar. Yuxarıdan uzat əllərini, qurtar məni, daşqın sulardan xilas et məni ya Rəbb, dodaqları yalan danışan, sağ əli ilə yalan və şər edən qəriblərin əlindən xilas et. İlahi, Sənə yeni nəğmələr oxuyacağam, on simli arfada ifa edəcəyəm. Şahları xilas edən, qulu - Davudu şiddətli qılıncdan qurtarandır Rəbb. Qurtar məni, xilas et məni ya Rəbb, dodaqları yalan danışan, sağ əli ilə yalan və şər edən qəriblərin əlindən xilas et. Qoy oğullarımız qönçə bitkilər kimi böyüyüb gəncləşsinlər, qızlarımız isə saray sütunlarına bənzəyən künc dirəkləri kimi olsunlar. Anbarlarımız doludur, hər cür taxılımız var, küçələrimizdə minlərlə, on minlərlədir qoyunlarımız var. Buğalarımız kökdür; meydanlarımızda nə boşluq, nə itki var, nə də fəryad. Nə bəxtiyardır taleyi belə olan xalq, xoşbəxtdir o xalq ki, Rəbb onların Rəbbidir.
***
145
Davudun həmd mahnısı. Ey Rəbbim, hökmdarım, Sənə vəsf edəcəyəm, adını əbədi olaraq alqışlayacağam. Hər gün dualarımda təşəkkür edəcəm, adını əbədi olaraq vəsf edəcəyəm. Rəbb Ucadır, çox İzzətlidir, Onun böyüklüyü dərk edilməzdir. Nəsildən-nəslə Sənin əməllərini izzətləndirəcək, Qüdrətini bəyan edəcəklər. Möhtəşəmliyindən, ucalığının əzəmətindən, ecazkar əməllərindən xəbər verəcəm. Onlar Sənin böyük mərhəmətinin xatirəsini bəyan edəcək, ədalətini tərənnüm edəcəklər. Rəbb Rəhimli və Rəhmandır, Səbirli və çox Mərhəmətlidir. Rəbb hər kəs üçün xeyirxahdır, Onun mərhəməti bütün məxluqatınadır. Ya Rəbb ,bütün məxluqatın Sənə vəsf edəcək, salehlərin Sənə dua oxuyacaq. Sənin hökmdarlığının izzətindən danışacaqlar, Sənin qüdrətindən bəhs edəcəklər, bəşər övladlarına Onun qüvvəti və hökmdarlığının əzəməti haqqında bəyan edəcəklər. Sənin səltənətin əbədi səltənətdir, Sənin qüdrətin bütün nəsillər boyudur. Rəbb yıxılanları qaldırır və əyilmişlərin belini dikəldir. Hər kəsin gözü Səndədir və Sən onları vaxtı-vaxtında qidalandırırsan. Əlini açırsan və xoş niyyətlə yaşayan hər kəsi razı salırsan. Rəbb bütün yollarında salehdir və bütün əməllərində təqvalıdır. Rəbb Onu çağıranların hamısına, Ona həqiqətlə car çəkənlərin hər birinə yaxındır. Ondan qorxanların istəklərini yerinə yetirər, fəryadlarını eşidib onlara kömək edər. Rəbb Onu sevənləri qoruyar, lakin kafirləri məhv edər. Dilim Rəbbi tərifləyəcək və bütün bəşər Onun müqəddəs adını əbədi olaraq vəsf edəcəkdir.
***
146
Aleluya! Rəbbi vəsf et, ey qəlbim! Rəbbimi ömrüm boyu vəsf edəcəm, Onun üçün nəğmələr söyləyəcəyəm, varlığımın sonuna kimi söyləyəcəm. Zədaganlara, kömək edə bilməyən insan oğullarına arxalanmayın. Ruhu onu tərk edib öz torpağına qayıdır; o anda düşüncə onu tərk edir. Necə də xoşbəxtdir o insan ki, Yaqubun Rəbbi ona kömək edir, onun yeganə ümidi - səmaları və torpaqları yaradan, dənizləri və orada mövcud bütün varlıqları yaradan, ömürlük sadiq olan, məzlumlara ədalət göstərən, aclara çörək verən - Rəbbədir. Rəbb məhbusları azad edir, Rəbb korları görən edir, Rəbb beli bükülmüşləri düzəldir, Rəbb salehləri sevir, Rəbb qəribləri qoruyur, yetimə və dul qadına kömək edir, bədxahların isə yolunu azdırır, məqsədlərinə çatmaqdan çəkindirir. Rəbb əbədi olaraq hökmdarlıq edəcək, Rəbbin Siondur - nəsildən nəsilə. Aleluya.
***
147
Aleluya. Rəbbi vəsf edin, Rəbb üçün nəğmə söyləmək necə də gözəldir, necə də xoşdur, necə də yaraşır şöhrət Rəbbimə. Rəbbim Qüdsü inşa edir, İsrael sürgünlərini ora yığacaq. Qəlbində sarsıntı olanları şəfalandırır, yaralarına sarğı çəkir. Ulduzları adlandıraraq sayır. Yaradan Ucadır, qüvvəsi qüdrətlidir, idrakı hədsizdir. Təvəkkül edənləri ruhlandırır, kafirləri isə yerə kimi alçaldır. Yaradana şükrlə nəğmələr söyləyin, səmaları buludlarla bağlayan, yeri yağış üçün hazırlayan, dağlara yaşıllıq bəxş edən Rəbbimiz üçün kinorda ifa edin. Mal-qaraya, çığıran qarğa balalarına yem verir. At gücünü istəməz, insan ayağına bel bağlamaz. Yaradan Ondan qorxanlara bel bağlayar, Onun mərhəmətinə umid edənlərə dəstək olar. Ey Qüds! Rəbbinizi vəsf edin, ey Sion!Yaradanınızı mədh edin. O, darvazalarının kilitlərini bərkitdi, oğullarına sənin önündə xeyir-dua verdi. O, sənin ərazilərinə sülh gətirdi, səni yağlı buğda ilə yedizdirdi. Sözünü yer üzünə göndərərsə, sözü tez yayılar. Yun kimi qar verən, kül kimi şaxta səpər. Dolunu qırıntıtək yağdırar - Onun şaxtasına kim müqavimət göstərər? Onun bir sözü ilə qarlar əriyər, küləyi üfürüb suları axıdar. O, Yaquba Öz Sözünü, qanunlarını, İsrailə isə əmrlərini söyləyir. O, başqa heç bir millətə bunu etmədi və onlar Onun qanunlarını bilməyirlər. Aleluya.
***
148
Aleluya! Səmalardan Rəbbə həmd olsun! Ona yüksəklərdə həmd olsun! Ey Onun mələkləri, ey Onun bütün qoşunları, Rəbbi vəsf edin! Günəş və Ay, parlaq ulduzlar Onu vəsf edin! Göylərin qübbələri və onlar üzərindəki sular ,Onu vəsf edin! Qoy Rəbbin adını tərifləsinlər, çünki onlar Onun buyuruğu ilə yaranmışlar.Və onları əbədi, daimi yerləşdirərək, pozulmaz qanun təyin etdi. Yer üzündən Rəbbə həmd edin, böyük balıqlar və bütün dərinliklər, od və dolu, qar və buxar, Onun sözünü yerinə yetirən fırtınalı külək, dağlar və təpələr, məhsuldar ağaclar və sidrlər, heyvanlar və bütün mal-qara, sürünənlər və qanadlı quşlar, yer üzünün bütün millət və padşahları, yer üzünün bütün hakim və şahzadələri, cavan oğlanlar və qızlar, yeniyetmələrlə qocalar - Rəbbin adını şərəfləndirsinlər, çünki Yeganə Onun adı ucadır, Onun izzəti yer və göylər üzərindədir. O, Öz xalqının gücünü və bərəkətini artırdı, bütün salehlərin izzətini, İsrail oğullarını, Ona yaxın olan xalqı ucaltdı. Aleluya!
149. Aleluya. Rəbbə yeni bir nəğmə oxuyun, həmd olsun Ona-salehlər yığıncağında. Qoy İsrael öz Yaradanına sevinsin, Sion övladları öz Padşahına sevinsin. Rəqsdə Onun adını şərəfləndirirlər, Timpanumda və kinorda Onun üçün ifa edirlər. Çünki Rəbb Öz xalqına lütf edir, təvəkkül edənləri öz köməyi ilə bəzəyir. Qoy salehlər izzətlə sevinsinlər, yataqlarından oxusunlar.Xalqlardan qisas almaq naminə dodaqlarında uca mədhlər, əllərində iki ağızlı qılınc var və yazılmış hökmü yerinə yetirmək ,qəbilələrə cəza vermək üçün, padşahlarını zəncirlə, zadəganlarını dəmir buxovla bağladılar. O, bütün salehlər üçün bir şöhrətdir! Aleluya!
150
Aleluya! Müqəddəs məkanında Rəbbi vəsf edin, qüdrətli səmalarda Onu vəsf edin. Xeyirxah əməllərinə görə Onu vəsf edin, böyüklüyünə görə vəsf edin! Şofar səsi ilə Onu vəsf edin, arfa və kinor ilə Onu vəsf edin! Dəf və rəqslə Onu vəsf edin, simli alətlər və tütəklərlə Onu vəsf edin! Onu cingiltili sinclərlə vəsf edin, gurultulu sinclərlə Onu vəsf edin! Qoy hər bir ruh Rəbbi vəsf etsin. Aleluya!