Dünya Kabbalah Konvensiyası, Oktyabr 2025 - "Bir Dua İçində"
Dərs #4 "Bilik Üzərində Dua"
İlkin Mənbələrdən Seçilmiş parçalar
1.Rabaş. Məqalə 12 (1991) "Bu şamlar müqəddəsdir"
Əsas olan – duadır. Yəni insan Yaradana dua etməlidir ki, Ona bilikdən yuxarı getməkdə kömək etsin. Yəni iş sevinc içində olmalıdır, elə bil ki, o artıq ruhani biliyə layiq olub. Və onun işi nə dərəcədə sevinc içində olardısa – o dərəcədə də Yaradana dua etməlidir ki, ona bu gücü versin, bədənin biliyi üzərindən gedə bilsin. Başqa sözlə, vermək naminə işi qəbul etməsə də, yalnız Yaradanla dua edir ki, sevinc içində işləyə bilsin, necə ki, böyük Padşaha xidmət edənə yaraşır. O, Yaradanla dua etmir ki, Ona Öz böyüklüyünü göstərsin və o zaman o, sevinc içində işləsin. Əksinə, o istəyir ki, Yaradan ona bilikdən yuxarı işdə elə sevinc,elə vaciblik versin ki,sanki onda artıq bilik var.
2.Rabaş. Məqalə 13 (1985) "Dayağım, Xilasımın Sipəri"
İnsan həmd etməyə başlayanda, görür ki, qəlbi bağlıdır və özünü tamamilə naqisliklərlə dolu hiss edir, və o, nəğmə və həmd oxumaq üçün ağzını belə aça bilmir? O zaman o, nə etməlidir? Məsləhət budur ki, o, biliyin üzərində getsin, desin ki, bütün bunlar – «gizli xasadim»dir. Yəni o deməlidir ki, bütün bunlar – mərhəmətdir, 'xesed'dir, lakin bu, ondan gizlədilib, çünki o hələ Yaradanın Öz məxluqları üçün hazırladığı xeyir və həzzi görməyə qadir deyil.
Və sonra, o, Yaradanı mədh etdikdən sonra, yəni o, biliyin üzərində inandıqda ki, bütün bunlar xeyir və mərhəmətdir, o, yalvarmalıdır ki, Yaradan onun qəlbini islah etsin. Belə olduqda , «Dua Evim» olsun, yəni, orada Yaradanın mərhəməti aşkar olacaq və buna «açıq xasadim» deyilir.
3.Rabaş. Məqalə 25 (1987) "Ruhani işdə ciddilik nədir"
Aşağıdakı sözləri izah etmək lazımdır: «Dua etmək yalnız bütün ciddiliklə mümkündür». Başqa sözlə, müdriklərimiz bizə məsləhət verirlər ki, insana nə üçün dua etmək lazımdır. Onlar bizə deyirlər: «Yalnız bütün ciddiliklə». Yəni, dua etməzdən əvvəl insan özünü yoxlamalıdır – onda nə çatışmır, hansı 'xisaron'dur ki, o, bu çatışmazlıq üçün dua etsin, Yaradan da bunu ona doldursun.
Ona görə də insan bundan əvvəl özünü yoxlamalıdır ki, görsün o, bilikdən yuxarı inamla getməyi qəbul edə bilərmi, hansı ki, buna «ciddilik» deyilir. Və yalnız bundan sonra qoy dua etməyə başlasın ki, Yaradan onun qəlbində inamı qursun. Çünki əgər inam biliyin üzərində olarsa, onda onun artıq hər şeyi var, necə ki, yuxarıda deyilmişdir – kiçik özünü böyük qarşısında ləğv edir.
4.Rabaş. 638. "İnsanın şər başlanğıcı"
Biliyin üzərində, yəni təbiətin fövqündə olan inam adlanır.Çünki biliyin içində olan hər şey, bilik təbiətinin içində sayılır. Çünki insanın anladığı şeyi o, tənbəlliyə meyilli deyilsə, edə bilər. Halbuki biliyin üzərində olanı o edə bilmir. Buna görə də təbiətin fövqündə olan şey möcüzə adlanır.
Və bütün möcüzələr Yaradanın adı ilə adlanır, yəni bu, aşağıdan deyil, yuxarıdan oyanış hesab olunur. Çünki aşağı olan təbiətin fövqündə bir şey edə bilmir. Lakin möcüzə baş verməsi üçün, insan dua etməlidir ki, ona möcüzə edilsin.
5.Rabaş. Məqalə 5 (1990) "Ruhani işdə insan yaradılmayana qədər torpaq bəhrə vermirdi" nə deməkdir.
Biz inanmalıyıq ki, «Sən bütün ağızların duasını eşidirsən», necə ki, biz duada deyirik: «Sən bütün ağızların duasını eşidirsən». Bu halda Yaradan sənin də duanı eşitməlidir. Və hətta, əgər O, bütün ağızların duasını eşitmirsə, o zaman sənə nə üçün dua etmək lazımdır?
Və o zaman, insan belə bir vəziyyətə gəldikdə, deyə bilər ki, o, biliyin üzərində gedir. Yəni, baxmayaraq ki, bilik vacib bir şeydir və o görür ki, bədən biliklə danışır, yenə də insan deməlidir ki, biliyin üzərində getmək lazımdır. Yəni, baxmayaraq ki, burada biz ziddiyyət görürük, məsələn,o,dəfələrlə dua edib və duasına heç bir cavab almayıb, amma o zaman, bunu dəf edərək biliyin üzərində gedəndə, buna «bilik üzərində inam» deyilir.
6.Rabaş. Məqalə 23 (1989) "Ruhani işdə «Əgər maroru uddu, borcunu yerinə yetirmədi» nə deməkdir"
Hətta o, dərk etmə mərhələsinə gəldikdə ki, Yaradan ona kömək edə bilər, o anlayır ki, əsl məsləhət yalnız duadadır, çünki bədən gəlir və ona anlatmağa başlayır: «Axı sən görürsən, nə qədər dua etmisən və yuxarıdan heç bir cavab almamısan. Bu halda sən niyə dua etməlisən ki, Yaradan sənə kömək etsin? Axı sən görürsən ki, sən yuxarıdan heç bir yardım almırsan». Belə olan halda o, artıq dua edə bilmir.
Və burada yenidən dəf etmək lazımdır, yəni inamla dəfetmə – inanmaq ki, Yaradan həqiqətən də bütün ağızların duasını eşidir və Onun üçün fərq etmir ki, insan bacarıqlıdır, fəzilətləri var, yaxud əksinə. Və insan dəf etməli və biliyin üzərində inanmalıdır, baxmayaraq ki, bilik onu -o, artıq çox dua edib və hələ də yuxarıdan heç nə almayıb, bu halda necə yenə dua edə bilər?- deməyə məcbur edir. Və buna da dəfetmə lazımdır, yəni biliyin üzərində səy göstərmək və dua etmək ki, Yaradan kömək etsin və o da öz biliyini dəf edib yenə də dua edə bilsin.
7.Rabaş. 236. "Bütün yer Onun şöhrəti ilə doludur"
Əgər insan inam xüsusiyyətində qəlbini ona yönəltsə və bilik üzərində getməyə çalışsa, bunun vasitəsilə o, özünü simanın aşkarlanması üçün hazırlayır və islah edir. Necə ki, Zoar kitabında deyilir, müqəddəs Şxina ravvin Şimon bar Yoxaya dedi: «Səndən gizlənəcək bir yer yoxdur». Başqa sözlə, o, hiss etdiyi bütün gizlənmələrdə inanırdı ki, burada Yaradanın nuru saxlanılıb və bu onu Yaradanın simasının nurunun aşkarkığına hazırlayırdı.
Və bu, inamın böyüklüyü adlanır ki, əgər insan onda möhkəmlənsə və Yaradana dua etsə ki, O, Özünü aşkar etsin, bu, insanı müxtəlif aşağı hallardan və gizlənmələrdən çıxarır.
8.Rabaş. Məqalə 6 (1989) "Ruhani işdə «bilik üzərində» nə deməkdir"
Əməldə biliyin üzərində inam o deməkdir ki, baxmayaraq ağıl bunun belə olduğunu görmür və onda bunun əksinə dəlillər var, lakin o, inanmalıdır – buna «biliyin üzərində inam» deyilir. Yəni o deyir ki, o, inanır, sanki bunu bilik içində görür – və bu da «əməldə biliyin üzərində inam» adlanır.
Bu, insanın üzərinə götürdüyü nəhəng bir işdir – və bu, onun biliyinə ziddir. Yəni bədən buna razı deyil, lakin o, yenə də bunu öz üzərinə götürür, sanki bu, onun biliyindədir. Belə inam üçün Yaradanın köməyi lazımdır. Buna görə də insan belə inam naminə dua etməlidir ki, Yaradan ona qüvvə versin, O’na bənzəsin, sanki o, bunu artıq öz biliyində dərk edib. Lakin o, Yaradana dua etməməlidir ki, Ona bunu bilik içində anlamağı versin, əksinə, dua etməlidir ki, Yaradan ona qüvvə versin ki, bunu biliyin üzərində inamla qəbul etsin, sanki bu, onun biliyindədir.
9.Rabaş. 266. "Şərabdan sonra düşünən"
Yaradana inanan kəs üçün - O, duanı eşidir. İnsan hər gün dua edib onun duasının Yaradan tərəfindən eşidildiyini görməsə belə, yenə də inanır ki, Yaradan duanı eşidir. Amma o kəs ki,artıq elə bir mərtəbəyə çatıb ki, nə istəsə, Yaradan onun istəyini yerinə yetirir, o artıq inanmağa ehtiyac duymur ki, Yaradan duanı eşidir, çünki o, açıq-aşkar görür ki, Yaradan ona istədiyini verir.
Deməli, inanmaq lazım olan yer sirr adlanır. Aşkar olunma yeri isə «Tövratın şərabı» adlanır. İnsanın vəzifəsi isə hətta o, aşkar olunma vəziyyətini görsə belə,Yaradan duanı eşidir deyə,özünü inamda möhkəmləndirməkdir.
10. Rabaş. Məqalə 28 (1987) "Ruhani işdə «artırma və əskiltmə» nə deməkdir"
İnsan biliyin üzərində inanmalı və təsəvvür etməlidir ki, o, artıq Yaradanın inamına öz orqanlarında hissiyyatla layiq olub, yəni görür və hiss edir ki, Yaradan bütün dünyanı «xeyirxah və xeyir verən» xüsusiyyətində idarə edir. Halbuki, biliyin içində baxdıqda, o, bunun əksini görür, yenə də o, biliyin üzərində işləməlidir ki, onun qavrayışında bu, sanki artıq orqanların hissindədir. Çünki əslində də belədir – Yaradan dünyanı «xeyirxah və xeyir verən» xüsusiyyətində idarə edir.
Və burada o, məqsədin əhəmiyyətini qazanır, buradan həyat alır, yəni Yaradanla yaxınlaşması olduğuna görə sevinir, və insan Yaradanın «Sən bizi bütün xalqların içindən seçdin, bizi sevdin və istədin» demək imkanı əldə edir, çünki onun Yaradana şükr etməyə səbəbi var. Və nə qədər o, ruhaniyyətin əhəmiyyətini hiss edirsə, bir o qədər də Yaradanın həmdini qurur.