Dünya Kabala Konqresi, Oktyabr 2025 - "Bir Duada"
Dərs #3 - Qəlbin dərinliyindən edilən dua üçün şərtlər
İlkin Mənbələrdən Seçilmiş parçalar
- Baal HaSulam. Şamati. 209. "Dua üçün üç şərt"
Dua üçün üç şərt mövcuddur:
- Yaradanın onu xilas edə biləcəyinə inanmaq; baxmayaraq ki, onun vəziyyəti öz müasirləri arasında hamıdan pisdir, yenə də, görəsən, Yaradanın əli onu xilas etmək üçün qısadırmı? Axı əks halda, belə çıxır ki, «[hətta] Sahibi öz əmlakını — 'kelim'i xilas edə bilmir».
- Artıq onun heç bir məsləhəti qalmadıqda, yəni onun gücü daxilində olan nə varsa, hamısını etmişdir, lakin yaralarının sağalması baş verməmişdir.
4.Əgər O ona kömək etməzsə, belə bir həyatdan ölüm daha yaxşıdır.
Və dua — bu, qəlbdəki itkidir. Yəni o nə qədər özünü itiribsə, onun duasının böyüklüyü də o qədərdir. Axı şübhə yoxdur ki, ifratlardan məhrum olanı, ölüm hökmü çıxarılmış və yalnız onun icrasını gözləyən ilə müqayisə etmək olmaz. Və o artıq dəmir qandallarda zəncirlənmişdir, dayanıb həyatına görə dua edib yalvarır. Və şübhə yoxdur ki, o nə yuxulayacaq, nə mürgüləyəcək və nə də həyatına görə etdiyi duadan bir an belə yayınacaq.
Şərt 1: Yaradan haqqında inam və əminlik
- Rabaş. Məqalə 6 (1984) "Dostlara sevgi – 2"
İnamdan istifadə etmək lazımdır ki, onda məqsədə çata biləcəyi barədə əminlik olsun və əməlin ortasında ümidsizliyə qapılıb döyüş meydanından qaçmasın, əksinə inansın ki, Yaradan onun kimi bu qədər alçaq və nifrətəlayiq bir adama da kömək edə bilər, yəni Yaradan onu Özünə yaxınlaşdıracaq ki, o, Onunla vəhdətə nail olsun.
- Baal HaSulam. Məktub 34
Biz xahişlərimizi yuxarıya «zərbə üstə zərbə» ilə göndəririk, usanmadan və fasiləsiz, O bizə cavab vermir deyə heç də zəiflələmirik və inamımızda O duamızı eşidir, bizi gözləyir, yəni o anı ki, bizdə doğru xeyiri qəbul etmək üçün kelim olacaq. Və onda bütün dualara bir dəfəlik cavab alacağıq, çünki«Yaradanın əli tükənməz», qorxunc deməkdir.
- Baal HaSulam. Məktub 24
Artıq bilirsən ki, dua və əminlik əl-ələ gedir. Və tam inamla inanmaq lazımdır ki, Yaradan bütün dillərin duasını eşidir, xüsusilə də müqəddəs Şxina ilə bağlı olanı, və bu inamla əminlik əldə edirlər, və o zaman onun duası kamil olar, bu əminlikdə ki, o xilas ediləcək, və onda o, bütün gününü sanki artıq xilas olunmuş kimi əminlik və sevinclə keçirməyə layiq olacaq.
- Rabaş. Məqalə 17, hissə 2 (1984) "Qrup yığıncağının qaydası"
Əvvəlcə Yaradanı vəsf etmək lazımdır, çünki dünyada belə qəbul olunub ki, kimsə kimdənsə nə isə xahiş edəndə, iki şərt mövcuddur.
- Onda mənim istədiyim şey var. Məsələn, sərvət və ya imkanlar, və o, sərvəti və ucalığı ilə məşhurdur.
- Həmçinin onda xeyirxah ürək olsun, yəni başqalarına vermək istəyi olsun.Belə insandan xeyirli əməllər istəmək olar.
Buna görə deyilmişdir: «Həmişə insan əvvəlcə Yaradanı vəsf etməli, sonra dua etməlidir». Yəni, insan Yaradanın ucalığına — Onun məxluqlara verə biləcəyi müxtəlif həzzlərin olduğuna və Onun istəyinin — xeyir yaratmaq olduğuna inandıqdan sonra, demək olar ki, o, Yaradanla dua edir və şübhəsiz ki, O ona kömək edəcək, çünki Onun istəyi — xeyir yaratmaqdır. Buna görə də Yaradan onun qəlbinin arzuladığını ona verməyə qadirdir. Və onda dua bu əminlikdə edilə bilər ki, Yaradan onun duasını qəbul edəcək.
Şərt 2: Yalnız Yaradan kömək edə bilər
- Rabaş. Məqalə 16 (1984) "Vermə ilə bağlı"
O, işi — vermək dərəcəsinə aparan işi görməyə başlayanda görür ki, bundan çox uzaqdır. Fikrində, sözdə, əməldə niyyəti vermək üzərində qurmaq üçün qabiliyyətə malik olması üçün istəyi yoxdur. Və onda o vermək gücünü əldə etmək üçün nə edəcəyini bilmir. Və hər dəfə güc əlavə etdikcə görür ki, bu ondan uzaqdır. Ta ki, bu anlayışa gələnə qədər ki, insan öz imkanları ilə heç vaxt buna nail ola bilməz.
Və onda o bu anlayışa gəlir ki, yalnız Yaradan ona kömək edə bilər, yuxarıda deyildiyi kimi. Və yalnız onda anlayır ki, o, Tövrat və ehkamlarla məşğul olmalıdır ki, mükafat alsın. Və onun mükafatı, uğrunda əziyyət çəkdiyi, Yaradanın ona vermək gücünü verməsindən ibarətdir. Və o, bu mükafata bel bağlayır. Çünki o, Yaradanla vəhdətə gəlmək istəyir ki, bu da forma oxşarlığı xüsusiyyəti, yəni vermək xüsusiyyətidir.
- Baal HaSulam. Şamati. 1. "Ondan başqa heç kim yoxdur"
Deyilib: «Ondan başqa heç kim yoxdur», yəni dünyada elə bir başqa qüvvə yoxdur ki, Yaradanın əleyhinə nə isə etməyə qadir olsun. Və insanın dünyada ali qüvvələri inkar edən şeylər gördüyü faktının səbəbi ondadır ki, bu, Yaradanın iradəsidir. Və bu, «sol [əl] uzaqlaşdırır, sağ isə — yaxınlaşdırır» adlanan islah növüdür. Başqa sözlə, solun uzaqlaşdırması islahın bir hissəsidir. Yəni, dünyada elə şeylər var ki, əvvəlcədən insanı düz yoldan sapdırmaq üçün nəzərdə tutulub, onların təsiri onu müqəddəslikdən uzaqlaşdırır.
Və bu uzaqlaşdırmaların faydası ondadır ki, onların sayəsində insan Yaradanın ona kömək etməsi üçün ehtiyac və kamil bir istək əldə edir, çünki əks halda görür ki, o məhv olur.
- Baal HaSulam. Şamati. 5. "Lişma — yuxarıdan oyadılmadır, bəs aşağıdan oyadılma nə üçündür?"
Dua kamil olmalıdır. Yəni qəlbin dərinliyindən; bu o deməkdir ki, insan yüz faiz bilir ki, dünyada Yaradanın Özündən başqa ona kömək edə biləcək heç kəs yoxdur. Bəs insan necə bilir ki, ona Yaradanın Özündən başqa kömək edə biləcək heç kəs yoxdur? Bu biliyi insan ancaq o zaman əldə edə bilər ki, ixtiyarında olan bütün güvvələri sərf etmiş və bu ona kömək etməmişdir.
Ona görə insan «göylər naminə» xüsusiyyətinə layiq olmaq üçün dünyada ola biləcək bütün hərəkətləri etməyə borcludur. Onda o, qəlbin dərinliyindən dua qaldıra biləcək. Və o zaman Yaradan onun duasını eşidir.
Şərt 3: "Belə həyatdan ölüm daha yaxşıdır"
- Rabaş. Məktub 9
İşə alışmış və həqiqəti görüb ona tabe olmaq istəyən, bütün arzusu yalnız öz əməllərini islah etmək olan kimsəyə, onun həqiqətə meylinə uyğun olaraq, məhz həmin ölçüdə ona göylərdən həqiqi ölçü göstərilir – lişma əməlindən nə qədər uzaq olduğunu. Buna görə o, aşağı bir vəziyyətdə qalmağa məcbur olur, çünki öz şərini nəslindəki bütün adamlardan daha çox görür. Çünki bütün dünya ziyanın hökmü altında nə dərəcədə olduqlarının həqiqətini görmür, Yaradan naminə işi isə hələ başlamayıblar. Halbuki o, göylər naminə nə isə edə bilməyə tamamilə imkanının olmadığını görür və təbii ki, özünü Yaradandan ayrılmış hiss edir. Və həyat mənbəyindən ayrıldığı üçün özünü guya ölü kimi hiss edir; ölümü daddığına görə isə, təbii ki, pərişandır, çünki alçaq hal – ölüdən də betərdir. Və o zaman o, qışqırır: «Belə həyatdan ölüm daha yaxşıdır». Çünki onda heç olmasa Tövrata və ehkamlara zərər vurmaz, yəni müqəddəs şeyləri öz mənafeyi üçün istifadə etməz; çünki o, müqəddəs adları məişət ehtiyacları üçün istifadə etdiyini hiss edir.
- Rabaş. Məqalə 5 (1989) "Dünyanın yaradılışı sədəqə şəklində olmuşdur nə deməkdir"
Bəzən iztirablar o həddə çatır ki, insan deyir: «Əgər mən məndə olan o xisaronu doldura bilmirəmsə, belə həyatdan ölüm yaxşıdır». Və bu, onda olan xisaronun ona yaşatdığı iztirablara görədir. Və təbii olaraq aydındır ki, o, «belə həyatdan ölüm yaxşıdır» dediyi həmin xisaron üzərində dolum aldıqda, insan dolumu aldığı anda hansı ləzzəti hiss edir. Və həqiqətən, işdən danışanda, insan Yaradanla vəhdətin onda olmadığına görə bir xisaron vəziyyətinə gəlməlidir. O həddə qədər ki, deyir: əgər mən Yaradanla vəhdətə gələ bilmirəmsə, bu xisaron ona o qədər böyük iztirablar yetirir ki, deyir: «Belə həyatdan ölüm daha yaxşıdır».
Və buna «həqiqi istək» deyilir, yəni bu xisaron doluma layiqdir.