<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 66. Tövratın bəxş edilməsi – 1

66. Tövratın bəxş edilməsi – 1 

 Şavuot bayramı ərəfəsində, 1948-ci ildə süfrə başında eşidilib.

Tövratın bəxş edilməsi  Sina dağı qarşısında baş verən hadisə zamanı gerçəkləşdi. Lakin bu o demək deyil ki, Tövrat yalnız bir dəfə verildi və bundan sonra bu veriliş dayandı. Axı, ruhaniyyatda yox olmaq və ya itki yoxdur, çünki ruhaniyyət əbədi bir hadisədir və heç vaxt dayanmır. Sadəcə, Tövratı almağa hazır olmadığımız üçün, biz deyirik ki, sanki bu veriliş yuxarıdan dayandırılıb.

Lakin o vaxt, Sina dağı qarşısında dayandıqları zaman, bütün İsrail xalqı bütövlükdə Tövratı almağa hazır idi, necə ki, deyilir: "Və xalq dağın ətəyində dayandı." Və müdriklərimiz izah edirlər ki, "bir qəlbdə bir insan kimi" dayandılar. Yəni, o zaman bütün cəmiyyət ("klal") tərəfindən hazırlıq var idi, çünki onların yalnız bir niyyəti var idi – Tövratı almaq düşüncəsi. Lakin verən tərəfdə heç bir dəyişiklik yoxdur və Yaradan həmişə verir, necə ki, Baal Şem Tov adından deyilir: "İnsan hər gün Sina dağında on ehkamı eşitmək məcburiyyətindədir."

Tövrat "həyat cövhəri" və "ölüm cövhəri" adlanır. Və başa düşmək lazımdır ki, necə olur ki, bir şey haqqında iki ziddiyyətli ifadə işlədilə bilər.

Bilmək lazımdır ki, biz heç bir reallığı öz-özlüyündə dərk edə bilmərik, biz hər şeyi yalnız hisslərimizə uyğun olaraq qavrayırıq. Və reallıq özü olduğu kimi bizi ümumiyyətlə maraqlandırmır. Buna görə də biz Tövratı öz-özlüyündə dərk edə bilmirik, yalnız onu hisslərimiz vasitəsilə qavrayırıq. Və bizim bütün təsirimiz yalnız hisslərimizə əsasən formalaşır.

Buna görə də, əgər insan Tövratı öyrənir və bu Tövrat onu Yaradan sevgisindən uzaqlaşdırırsa, onda bu Tövrat, şübhəsiz ki, "ölüm cövhəri" adlanır. Və əksinə, əgər o, öyrəndiyi Tövrat onu Yaradan sevgisinə yaxınlaşdırırsa, o zaman bu Tövrat, şübhəsiz ki, "həyat cövhəri" adlanır. Lakin Tövrat özü, yəni Tövratın gerçəkliyi – aşağı olanın onu dərk etməsi ilə bağlı bir mühakimə olmadan – klı olmayan bir nur kimi hesab edilir ki, burada heç bir dərketmə yoxdur. Buna görə də, Tövratdan danışılarkən, nəzərdə tutulan məhz insanın Tövratdan aldığı hisslərdir, çünki yalnız onlar məxluqlar üçün reallığı müəyyən edir.

Lakin insan öz mənfəəti naminə işlədikdə, bu "Lo Lişma" adlanır.  "Lo Lişmadan" isə "Lişmaya" gəlirlər. Buna görə də, əgər insan hələ Tövratı almaq şərəfinə nail olmayıbsa, o, gələn il Tövratı almağa layiq olacağına ümid edir. Lakin o, artıq "Lişma", yəni kamillik xüsusiyyətinə nail olduqdan sonra, onun artıq bu dünyada edəcək heç nəyi qalmır, çünki o, hər şeyi düzəldib ki, "Lişma", yəni kamillik içində olsun.

Buna görə də, hər il Tövratın alınma vaxtı var, çünki bu, aşağıdan oyadılma üçün əlverişli bir zamandır. Çünki o zaman Tövratın veriliş nurunun aşağılara açıldığı vaxt oyadılır. Və bu səbəbdən yuxarıda bir oyanış var ki, bu da aşağılara, Tövratı almağa hazırlıq görmək üçün hərəkət etməyə imkan verən güclər bəxş edir – necə ki, onlar o zaman Tövratı almağa hazır idilər.

Ona görə də, əgər insan "Lo Lişma"-da onu "Lişmaya" aparacaq bir yolla gedirsə, o, həqiqət yolu ilə gedir. Və o, ümid etməlidir ki, nəhayət, "Lişmaya" çatmaq şərəfinə nail olacaq. Və Tövratı qəbul etməyə layiq olacaq .

Lakin insan daim məqsədi gözləri qarşısında saxlamalıdır, əks halda, o, əks istiqamətə yönələr. Axı, bədənin kökü – özünə almaq xüsusiyyətidir. Buna görə də o, həmişə öz kökünə tərəf can atır və bu, məhz almaq xatirinədir ki, bu da Tövrata əksdir, hansı ki, "Həyat Ağacı" adlanır. Buna görə də Tövrat bədən üçün "ölüm cövhəri" sayılır.