45. Tövrat və əməldə iki xüsusiyyət
Eşidilmişdir, 5 sentyabr 1948-ci il
Tövratda iki xüsusiyyət, işdə də iki xüsusiyyət var:
- Bu, titrəyiş xüsusiyyətidir,
- Bu isə sevgi xüsusiyyətidir.
Tövrat kamillik vəziyyəti adlanır, yəni burada insanın işindən və hansı vəziyyətdə olduğundan danışılmır. Söhbət Tövratın özündən, onun baxış bucağından gedir.
Birinci xüsusiyyət sevgi xüsusiyyəti adlanır. Yəni insanın Yaradanın yollarını və Onun gizli xəzinələrini dərk etmək üçün arzusu və səyləri var. Buna görə də o, arzuladığı məqsədə çatmaq üçün bütün gücünü və enerjisini sərf edir. O, Tövratdan öyrəndiyi hər bir kəlmədən ilham alır, sanki çox nadir bir şeyə nail olub. Və Tövratın əhəmiyyətindən doğan bu ilhamın böyüklüyü ilə o, tədricən inkişaf edir, nəhayət, göstərdiyi səylərə uyğun olaraq Tövratın sirlərini ona açırlar.
İkinci xüsusiyyət titrəyiş xüsusiyyətidir. Yəni o, Yaradanın xidmətçisi olmaq istəyir. Amma axı "Rəbbinin əmrlərini bilməyən biri Ona necə xidmət edə bilər?" Bu səbəbdən o, titrəyiş və təşviş içindədir və Yaradanı necə xidmət edəcəyini bilmir. O, bu düşüncə ilə öyrəndikcə və Tövratda müəyyən bir ləzzət tapanda, bu ləzzətdən istifadə etdikcə, Tövratda nəyəsə nail olduğunu hiss etdikcə və bu yolda sabitlik göstərdikcə, ona tədricən Tövratın sirlərini açırlar.
Bu cəhətdən xarici (dünyevi) hikmət Tövratın hikmətindən fərqlənir. Çünki xarici hikmətdə ilhamlanmaq ağlı zəiflədir, çünki hiss ağla ziddir. Buna görə də ilhamlanma ağılın anlayışını azaldır. Eyni zamanda, Tövratın hikmətində isə ilhamlanma həm ağılın özü, həm də mahiyyətidir.
Bunun səbəbi odur ki, Tövrat həyat xüsusiyyəti sayılır, necə ki, deyilir: "Hikmət, ona sahib olanın həyatını qoruyur." Çünki hikmət və həyat eyni mahiyyətdir. Buna görə də hikmət necə ağıl vasitəsilə açılırsa, eyni şəkildə hiss vasitəsilə də açılır, çünki həyat nuru bütün orqanları doldurur. (Mənə elə gəlir ki, bu səbəbdən insan Tövrat hikmətində həmişə ilhamlanma hissinə sahib olmalıdır, çünki bu ilhamlanmada Tövrat hikmətini xarici hikmətdən fərqləndirən böyük bir nişan var.)
Eyni şəkildə, iş xüsusiyyətində də bu hal müşahidə olunur. Bu, sol xətt sayılır, çünki bu, almaq xüsusiyyətidir. Axı almaq o deməkdir ki, insan bir çatışmazlıq hiss edir və bunu doldurmaq istəyir. Çatışmazlıq xisaron üç xüsusiyyətə bölünür:
- Fərdi şəxsin xisaronu,
- Bütün cəmiyyətin xisaronu,
- Şxinanın xisaronu.
Hər bir xisaron onu doldurmaq istəyi deməkdir, buna görə də bu, almaq və sol xətt sayılır.
Eyni zamanda Tövrat o halda adlanır ki, insan çatışmazlıq hiss etdiyi üçün deyil, Yaradanına ləzzət vermək istədiyi üçün çalışır. (Bu, dua, tərif və şükran vasitəsilə baş verir.) İnsan özünü kamillikdə hiss etdiyi və dünyada heç bir çatışmazlıq görmədiyi bir şəkildə çalışanda, bu Tövrat xüsusiyyəti sayılır. Əgər insan işini hər hansı bir çatışmazlıq hissi ilə görürsə, bu, iş xüsusiyyəti adlanır.
İş zamanı iki xüsusiyyəti ayırd etmək lazımdır:
- Yaradana sevgi səbəbilə: İnsan Yaradanla birləşmək istəyir, çünki bu hissdə o, sahib olduğu sevgi ölçüsünü ifadə edə biləcək bir yer tapır və Yaradanı sevmək istəyir.
- titrəyiş səbəbilə: Yəni insan Yaradan qarşısında titrəyiş və ehtiram hiss edir.