31.İnsanların ruhuna xoş olan kəs
«İnsanların ruhuna xoş gələn».
[Baal Sulam] soruşdu: Axı görürük ki, böyük və ən məşhur insanların arasında da fikir ayrılıqları olub. Bu halda, o «insanların ruhuna xoş gələn» deyilmi? O, bunu belə izah etdi ki, burada «bütün insanlara» deyilməyib, «insanların ruhuna» deyilib. Yəni bədənlər fikir ayrılığında ola bilər.
Başqa sözlə desək, hər kəs almaq arzusundan istifadə edir. Eyni zamanda, «insanların ruhu (məxluqların ruhu)» artıq ruhaniyyat deməkdir. «Kim ki xoş gəlir» – bu o deməkdir ki, saleh bir şəxs ali neməti cəlb edəndə, bunu bütün nəsil üçün cəlb edir. Və yalnız ona görə ki, onlar hələ ruhlarını bu nemətə bürüməyiblər, saleh şəxsin cəlb etdiyi neməti dərk edib hiss edə bilmirlər.