<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 30.Əsas – yalnız vermək niyyətini arzulamaqdır.

30.Əsas – yalnız vermək niyyətini arzulamaqdır.

*20 mart 1943-cü ildə eşidildi*

Əsas odur ki, Yaradanın böyüklüyü əsasında, vermək niyyətindən başqa heç şeyi arzulamayasınız, çünki hər hansı almaq istəyi istifadəyə yaramır. Almaq xüsusiyyətindən çıxmaq, yalnız başqa bir həddə– yəni vermək xüsusiyyətinə keçməklə mümkündür. Hərəkətə gətirən qüvvə, yəni cəlbedici qüvvə və bu işi görməyə məcbur edən qüvvə, yalnız Yaradanın böyüklüyündən asılı olaraq ortaya çıxır.

Və hesab etmək lazımdır ki, axırda, hər halda, güc tətbiq etməyə məcburuq.Yalnız bu güc vasitəsilə bir fayda və ya ləzzət gətirmək mümkündür. Başqa sözlə, insan tətbiq etdiyi bu güc və səylərlə ya "yoldan keçən qonaq" adlanan məhdud bədən üçün, ya da "əbədi olan" üçün ləzzət ala bilər. Yəni onun enerjisi əbədi olaraq qalır.

Bu, bütöv bir ölkə qura biləcək bir insana bənzəyir, amma o, yalnız güclü küləkdən dağılan bir daxma qurur. Nəticədə, bütün səyləri hədər gedir. Halbuki, əgər müqəddəslikdə qalsa, bütün qüvvələr əbədi olaraq qalır. O, yalnız bu müqəddəslikdə bütün işlərinin əsasını almalıdır. Bütün digər əsaslar – istifadəyə yararsızdır.

İmanın gücü, insanın vermək xüsusiyyətində işləməsi üçün kifayətdir, yəni o, Yaradanın onun əməlini qəbul etdiyinə inanmağa qadirdir. Hətta onun əməli onun gözündə o qədər də əhəmiyyətli olmasa belə, Yaradan hər şeyi qəbul edir. Çünki nə olursa olsun, bütün işlər Ona bağlıdırsa, arzu ediləndir və Onun tərəfindən qəbul edilir.

Əgər insan imanı almaq üçün istifadə etmək istəyirsə, o zaman ona iman yetmir. Yəni, bu halda, onun imanda şübhələri var. Bunun səbəbi, almanın həqiqət olmamasıdır. Başqa sözlə, əslində, insanın işdən heç bir faydası yoxdur və yalnız Yaradanın onun işindən faydası olacaq. Buna görə də onun şübhələri həqiqidir. Yəni ağlında yaranan bu yad düşüncələr – həqiqi iddialardır.

Eyni zamanda, əgər insan imanı vermə xüsusiyyəti yollarında istifadə etmək istəyirsə, o zaman imanda heç bir şübhəsi olmaz. Əgər şübhələri varsa, onda bilməlidir ki, o, yəqin ki, vermək xüsusiyyətində getmək istəmir, çünki vermək üçün onda olan iman kifayətdir.