27."Yaradan ucadır və aşağı olan görər" nə deməkdir.
Yehuda Leyb Alevi Aşlaq (Baal Sulam)
5 Mart 1949 ildə eşidilib
Necə ola bilər ki, insan Yaradanla bənzərlik əldə etsin, axı insan qəbul edən, Yaradan isə verəndir? Bu ayədə deyildiyi kimi: "Yaradan ucadır, və aşağı olan Onu görər". Əgər insan özünü ləğv edərsə, yəni onu Yaradanla ayıran heç bir səlahiyyətə malik olmadığını qəbul edərsə, onda o, "görər", yəni xoxma mərhələsinə çatmaq şərəfinə nail olar.**
"Yüksək olan uzaqdan tanıyar". Ancaq təkəbbürlü, yəni öz səlahiyyətinə malik olan biri, bənzərlik olmadığından uzaqlaşır.
Aşağı olmaq başqalarının yanında özünü kiçiltmək demək deyil. Bu, sadəlikdir – yəni insan bu işdə kamillik xüsusiyyətini hiss edir. Aşağı olmaq isə dünyanın ona dəyər verməməsidir. Məhz insanların ona dəyər vermədiyi zaman bu, alçaq olmaq sayılır, çünki o zaman insan heç bir kamillik hiss etmir.
Bir qanun mövcuddur ki, insanların onunhaqqında düşündükləri şeylər insana təsir edir. Buna görə də, əgər insanlar onu qiymətləndirirlərsə, o, özünü kamil hiss edir. Lakin insanlar tərəfindən dəyər verilməyən şəxs, özünü aşağı hesab edir.