<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 18.Əməldə «ruhum gizlicə ağlayacaq» nə deməkdir - 1

18.Əməldə «ruhum gizlicə ağlayacaq» nə deməkdir - 1

Eşidilib  1940 il., Qüds

İnsanın üzərində Yaradanın gizliliyi hakim olanda o,elə bir dərəcəyə çatir ki,əməllərində heç bir dad ,sevgi və həyəcan hiss etmir və müqəddəslikdə  bir şey etməyə qadir olmur-bu halda ona Yaradan qarşısında ağlayıb yalvararaq ona rəhm etməsini, gözlərindəki və qəlbindəki pərdəni qaldirmasını tövsiyə etməkdən başqa bir şey qalmır.

Və ağlayış halı-bu çox vacib və böyük bir haldır.Müdriklərin dediyi kimi: «Göz yaşı qapılarından başqa bütün qapılar bağlıdır». Bu barədə adətən soruşurlar: əyər gözyaşı qapıları bağlıdırsa,o zaman qapılar nəyə lazımdır?

O [yəni Baal Sulam] dedi ki, bu, dostundan ehtiyacı olan bir şeyi istəyən adama bənzəyir. Və bu istək onu böyük həyəcana gətirir və bütün mümkün dua və yalvarışlarla yoldaşından istəyir. Amma yoldaşı bütün bunlara əhəmiyyət vermir. Və gördükdə ki, artıq dua və ricaya yer qalmayıb, həmin şəxs ağlaya-ağlaya səsini ucaldır və bu haqda belə deyilir: “Göz yaşı qapılarından başqa bütün qapılar bağlıdır”. Yəni göz yaşlarının qapısı nə vaxt bağlı deyil? Məhz bütün qapılar bağlı olanda göz yaşları qapısı üçün yer var və o zaman onun bağlı olmadığını görürük.

Halbuki duanın qapıları açıq olanda gözyaşı və ağlayış qapılarından danışmaq olmaz. Göz yaşı qapısının bağlı olduğu deyilir. Bəs göz yaşlarının qapısı nə vaxt bağlı deyil? Məhz bütün qapılar bağlı olanda göz yaşlarının qapıları açıq olur, çünki onun dua etmək və diləməkdən başqa çarəsi yoxdur.

Bu kəlmənin mənası budur: “Ruhum gizlicə ağlayacaq”3 Yəni, insan Yaradanın tam gizliliyinə gələndə, başqa çarəsi olmadığı üçün “ruhum ağlayacaq” deyir. Bu isə belə adlanır: “Bacardığınız və gücünüz çatan hər şeyi edin”4.