17. “Sitra Axra tacsız səltənətdir” nə deməkdir.
Qüdsdə, 1941-ci ildə eşidilib.
Tac “taqa” sözü keter deməkdir.Keter isə- Yaradanın və Kökümüzün xüsusiyyətidir.Müqəddəslik isə Köklə bağlıdır.Başqa sözlə desək,müqqəddəslik formaca kökə uyğundur.
Bu o deməkdir ki,bizim kökümüz,yəni Yaradan anjaq vermək istəyinə malikdir və deyildiyi kimi, Onun istəyi məxluqlara həzz hissi bəxş etməkdir. Həmçinin müqəddəslik də yalnız Yaradana verməkdir. Başqa sözlə desək Sitra Axranın niyyəti yalnız özü üçün almaqdır, ona görə də o, Köklə ,yəni Keter xüsusiyyəti ilə bağlı deyil .Ona görə də hesab olunur ki,Sitra Axranın tacı,yəni keteri yoxdur, çünki o, keterdən aralanıb.
Və burada müdriklərin dediklərini anlaya bilərik: «Əlavə edən hər kəs,korlayır». Yəni hesaba əlavə edən,azaldır. Və Zohar belə deyir: ««İçində yazılanlar haqqında: «Skiniyanı on qumaş parçasından düzəlt», xaricində yazılanlar haqqında: «On bir 'aştey-esre' qumaş parçası», – hərflər əlavə edir», yəni 'ştey-esre'(on iki) sözünə ain hərfi əlavə edir «və hesabı azaldır», yəni on ikiyə ainin əlavə edilməsi nəticəsində ümumi hesab azaldı».
Məlumdur ki,olduğu pillənin səviyyəsinə uyğun olaraq hesabatı yalnız malxut aparır (ondakı əks olunan nurun köməyi ilə). Həmçinin bilirik ki, malxut «özü üçün almaq istəyi »adlanır.Lakin o,öz Kökü qarşısında almaq istəyindən imtina edərək, vermək istəyi olan Kökünə bənzər yalnız vermək istədikdə, «mən» 'ani' adlanan malxut, «alef» hərfi ilə «heç nə» 'ain' xüsusiyyətinə çevrilir.Və yalnız o halda malxut öz partsufunu qurmaq üçün keterin nurunu cəlb edərək alır və müqəddəsliyin on iki partsufuna çevrilir.
Elə həmin an,o,özü üçün almaq istədikdə bəd nəzərə ('ain' ) çevrilir. Yəni indiyə qədər aleflə «ain» birləşməsi şəklində ,yəni Kökü qarşısında özünü ləğvetmə və ya keter xüsusiyyətində idisə,indi ain hərfi ilə olan «nəzər» xüsusiyyəti yaranır (bu isə görmə və dərrakə daxilində bilik deməkdir). Bu isə «əlavə edən»adlanır, yəni o, inama bilik xüsusiyyəti əlavə etmək və bilik daxili çalışmaq istəyir.Yəni o,deyir ki,bilik daxilində çalışmaq daha üstündür, çünki o zaman almaq istəyi ona müqavimət göstərmir.
Və bu vəziyyəti korlayır,cünki o,vermək istəyi olan öz kökündən uzaqlaşır. Ведь тут уже нет подобия по форме с корнем, называемым «кетер»Bu səbəbdən Sitra Axra «tacsız malxut »adlanır. Başqa sözlə desək,Sitra Axranın, yəni onun malxutunun keterlə əlaqəsi olmur.Ona görə də onların yalnız 11 partsufu var. Partsuf keter yoxdur.
Ona görə də müdriklərimiz demişlər: «Bəd nəzərdən doxsan doqquzu öldü». Yəni onlarda keter xüsusiyyəti yoxdur,onların malxutu -almaq istəyi, kökü olan keter qarşısında özünü ləğv etmək isislah. Yəni onlar «mən»( 'ani' ) adlanan almaq istəyinin, «heç nə» 'ain' xüsusiyyətinin, yəni almaq istəyinin ləğvini isislahlər və əlavə edirlər. Bu isə «bəd nəzər» 'ain ra' adlanır. «Ain»-nin alef hərfi ilə olması əvəzinə , bəd olan «ain» ( «ain» hərfi və ya «göz») əlavə edirlər. Ona görə də onlar öz pillələrindən kökləri ilə əlaqələri olmadığından enirlər.
Və müdriklərimizin kəlamlarının mənası bundadır: «Təkəbbür göstərənlə -Yaradan deyir, – Mən bir yerdə ola bilmərik». Çünki o,iki hakimiyyətliyə səbəb olur.
Eyni zamanda,o, «heç nə» xüsusiyyətində olduqda, Kökü qarşısında özünü ləğv edir, yəni onun niyyəti Kökü kimi -yalnız verməkdir və belə olan halda anjaq bir hakimiyyət- Yaradanın hakimiyyəti mövcud olur. Onun qazanacağı yeqanə şey-Yaradana vermək istəyidir. «Dünya yalnız mənim üçün yaradılıb ki,mən Yaradana qulluq edim» deyiminin mənası məhz budur, yəni mən dünyada olan bütün pillələri qəbul etməyə məcburam ki, «öz Yaradanına qulluq» adlanan mövqedən Yaradana verə bilim.