İlkin mənbələrdən seçilmiş əsərlər
Beynəlxalq “Kabala LeAm” Konqresi
“Ondan Başqa Heç Kim Yoxdur – 2025-ci ilin mayı”
Dərs 6: Tək Olanın Aşkarlanması üçün Cəmiyyətin Duası
İlkin mənbələrdən seçilmiş əsərlər
1.Rabaş. Məqalə 15 (1986) “Cəmiyyətin duası”
Zoar Kitabı, daxilində tələbat hiss edən, yəni mövcud olduqları vəziyyətlə barışa bilməyən insanlar üçün bir məsləhət verir. Onlar Yaradanın işində heç bir irəliləyiş görmürlər və inanırlar ki, belə deyilib: “Və Yaradanı, Rəbbini sev, Onu dinlə və Ona bağlan, çünki O – həyatındır və uzun ömründür.” Lakin onlar sevgi və birləşmənin onlarda olmadığını görürlər, Tövratda həyat hiss etmirlər və necə bir çarə tapacaqlarını bilmirlər ki, yazıda deyilənə uyğun olaraq orqanlarında bu hissi əldə etsinlər.
Bu zaman məsləhət ondan ibarətdir ki, insan bütün cəmiyyət üçün dua etsin, yəni hiss etdiyi və çatışmayan hər nə varsa, onun dolması üçün dua etsin. Yəni o deməməlidir ki, guya o cəmiyyətdən istisnadır, yəni guya ona, bütün cəmiyyətin malik olduğundan daha çox şeylər düşür. Əksinə: “Xalqımın arasında yaşayıram” – yəni mən bütün cəmiyyət üçün dua edirəm, çünki elə bir halı əldə etmək istəyirəm ki, artıq özüm üçün heç nəyə ehtiyac duymayım, yalnız Yaradanın zövq alması mənim üçün vacib olsun. Bu halda, mənim üçün nə fərqi var – Yaradan mənim vasitəmlə zövq alır, ya başqaları vasitəsilə.
Yəni insan Yaradanın bizə “göylər naminə” adlanan anlayışı verməsi üçün dua edir, bu isə o deməkdir ki, o, özünü aldatmadığına, yəni doğrudan da Yaradana vermək istədiyinə əmin olacaq. Axı, əslində ola bilər ki, o sadəcə özünün eqoist sevgəsi haqqında düşünür, yəni özü zövq və həzz hiss etsin deyə.Bu səbəbdən o, Yaradan üçün bütün cəmiyyətə dua edir. Yəni əgər cəmiyyətdə bir neçə nəfər varsa ki, onlar məqsədə – Yaradanla birləşməyə çatmaq iqtidarındadırlar və əgər Yaradan bu vasitə ilə onlardan daha çox zövq alacaqsa, o zaman insan özündən imtina edir və istəyir ki, Yaradan onlara kömək etsin, çünki bu, Ona daha çox zövq gətirəcək. Buna görə də o, bütün cəmiyyət üçün dua edir, yəni Yaradan cəmiyyətin hamısına kömək etsin və onlara bu hissi versin, yəni onun Yaradan üçün bəxş edə bildiyindən məmnunluq hissi versin ki, Yaradan zövq alsın.
Və hər şeydə aşağıdan gələn bir oyanış olmalıdır, ona görə də insan aşağıdan oyanışı verir. Amma yuxarıdan oyanışı başqaları alır, yəni Yaradanın bildiyi və vasitəsilə daha çox fayda əldə ediləcəyi insanlar.
Deməli, əgər o belə bir dua üçün gücə malikdirsə, bu zaman şübhəsiz ki, onu əsl imtahan gözləyir – bu cür dua ilə razıdırmı? Amma əgər o anlayırsa ki, dedikləri sadəcə boş sözlərdir və o nə edə bilər axı, çünki görür ki, bədəni doğrudan da saf vermək istəyinə, belə bir duaya razı deyil ki, heç bir almaq niyyəti olmasın.
Onda yalnız bir məlum məsləhət qalır: qoy Yaradan üçün dua etsin və biliyin fövqündə inansın ki, Yaradan ona və bütün cəmiyyətə kömək edə bilər.
2..Rabaş. Məqalə 15 (1986) “Cəmiyyətin duası”
Gəlin anlayaq: “Xalqımın arasında yaşayıram” deyilən kimi, “çoxluğun duası”nın əhəmiyyəti nədədir? Zoar kitabı bu haqda belə deyir: “Ona görə insan heç vaxt xalqdan ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdə olur.”
Bunun mənası budur: əgər insan Yaradan üçün bəxş edən kelim istədikdə – necə ki, müdriklərimiz demişlər: “O necə mərhəmətlidirsə, sən də mərhəmətli ol” – bu halda insan bütün cəmiyyət üçün dua etməlidir. Çünki bu zaman aydındır ki, onun niyyəti odur ki, Yaradan ona saf vermək kelimlərini versin.Yuxarıda deyilən kimi: “Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində olur.”
Məlumdur ki, “yuxarıdan yarımçıq heç nə verilmir”, bu isə o deməkdir ki, yuxarıdan aşağıya xeyir göndərildikdə, o, bütün cəmiyyət üçün nəzərdə tutulur.
3.Rabaş. Məqalə 7 (1986) – “Çoxluğun duasının əhəmiyyəti”
Atam və müəllimimin izah etdiyi kimi, “çoxluğun duası” odur ki, insan başqaları üçün dua edir. Bu, “çoxluğun duası” adlanır. Bu səbəbdən də çoxluğun duası “lütf saatı” adlanır.Çünki insan özü üçün dua etdikdə, onun duasının qəbul olunmağa layiq olub-olmadığını izləyən ittihamçıları olur. Halbuki o, başqaları üçün dua etdikdə, “onun işi nəzərdən keçirilməlidirmi, yoxsa yox?” kimi bir sual ortaya çıxmır – çünki o, özü üçün heç nə istəmir, o bütün cəmiyyət üçün istəyir. Bu səbəbdən demişlər ki, çoxluğun duası “lütf saatı” adlanır – bu zaman onun duası qəbul olunur.
4.Rabaş. 217. “Qaç, ey sevimlim”
Bu böyük qaydadır: yalnız insanın özü “məxluq” adlanır. Ondan başqa hər şey müqəddəs Şxina’dır.Deməli, o, öz nəslinə görə dua etdikdə, bu, müqəddəs Şxina üçün dua sayılır, çünki o, sürgündədir və qurtuluşa ehtiyacı var. Bu – əbədiyyət halıdır.Yalnız bu yolla mərhəmət nuru təzahür edə bilər.Cəmiyyət üçün dua etməyin daha bir səbəbi – mərhəmət nurunu aşkar etmək zərurətidir. Bu nur – bəxşetmə nurudur.
Qayda isə budur: insan oxşarlıq olmadan heç nə qəbul edə bilməz, hər zaman oxşarlıq vəziyyətində olmaq lazımdır.Ona görə də, insan özünə mərhəməti oyatdıqda, bu – onun özü üçün qəbul etməsi sayılır.Və nə qədər çox dua edərsə, bu o deməkdir ki, o, bəxşetmə kəlisini hazırlamaq əvəzinə, əksinə – almaq qığılcımları onda ortaya çıxır.Beləliklə, o, əks yolla gedir – halbuki o, bəxşetmə kəlisini hazırlamalı, “Onun sifətlərinə birləşməli”, və “O necə mərhəmətlidirsə, sən də mərhəmətli olmalısan” halına çatmalı idi.Bu səbəbdən, insan cəmiyyət üçün dua etdikdə, bu hesab olunur ki, o, dua vasitəsilə bəxşetmə sifəti ilə işləyir.Və o dərəcədə ki, dua edir, onda bəxşetmə kəlisi yaranır, hansı ki, onda “mərhəmətli” adlanan bəxşetmə nuru açıla bilər.Və mərhəmət nurunu qəbul etdiyimiz üçün, bundan sonra “və mərhəmətli” ölçüsü aşkar ola bilər.
5."Hamı üçün Zoar". "Zoar kitabına Giriş". Məqalə: "Tövrat və dua", bənd 183
Bizim yüksəltdiyimiz dua – müqəddəs Şxinanın islahıdır ki, ona bütün nöqsanlardan qurtaracaq xeyirlə dolma gətirilsin. Məhz buna görə də bütün istəklər cəm şəklindədir, məsələn: “Və bizə Sənin bütün biliklərinl bəxş et”, “və ey Atamız, bizi Tövratına qaytar”.Çünki dua bütün İsrail cəmiyyəti üçün yüksəldilir, və müqəddəs Şxinada olan hər şey – bütün İsrailin malik olduğu şeydir, və onun əskikliyi – bütün İsrailin əskikliyidir.Bu səbəbdən, biz bütün İsrail üçün dua etdikdə, biz müqəddəs Şxina üçün dua edirik, çünki bu – eyni şeydir.Ona görə də, duadan əvvəl biz Şxinanın nəyi əskik etdiyini görməliyik ki, nəyi islah etmək və nə ilə doldurmaq lazım olduğunu bilək.
6."Hamı üçün Zoar". Fəsil: Vayexi. Məqalə: “Qoy yığılsınlar, sizə bəyan edim”, bəndlər 514–516
Dünyadakı bütün dualar, yəni çoxluğun duaları – məhz bunlar əsl dualardır. Tək bir şəxsin duası isə müqəddəs Padşahın hüzuruna yalnız böyük qüvvə ilə daxil ola bilər. Çünki dua öz yerində bəzədilmək üçün daxil olmamışdan əvvəl, Yaradan ona baxır, onu incələyir və bu insanın günahlarına və ləyaqətlərinə nəzər yetirir – halbuki çoxluğun duası zamanı belə etmir.
Axı bu duaların bir çoxu salehlərdən gəlmir, amma buna baxmayaraq, onların hamısını Yaradan qəbul edir və onların günahlarına fikir vermir. “Yaradan tək olanın duasına yönəldi” – bu o deməkdir ki, Yaradan bu duanı hər tərəfdən incələyir, baxır ki, bu dua hansı istəklə yerinə yetirilib, bu dua ilə müraciət edən insan kimdir və onun əməlləri necədir.Ona görə də insan duasını cəmiyyət içində etməlidir, çünki deyildiyi kimi “O, onların duasını xor görmədi” – baxmayaraq ki, onların hamısı düzgün niyyət və ürək istəyi ilə dua etmirlər.
Və “Yaradan tək olanın duasına yönəldi” sözləri o mənaya gəlir ki, yalnız tək olanın duasına baxılır, diqqətlə incələnir. Lakin çoxluğun duası haqqında deyilir: “O, onların duasını xor görmədi”, hətta əgər bu dualar arzuolunan olmasa belə.
Başqa bir izah: “Yaradan tək olanın duasına yönəldi” – yəni Onun duasını qəbul etdi. Amma “bu – çoxluğun içində olan təkdir” – bu səbəbdən onun duası çoxluğun duası kimi sayılır. “Və kimdir bu, çoxluğun içində olan tək? – Bu, Yaqubdur ki, sağ və sol tərəfə – yəni İbrahimə və İtshaqa daxil edilib.”
“Və o, oğullarını çağırdı və onlar üçün duasını yüksəltdi. Və bu necə duadır ki, yuxarıda tamamilə qəbul olunur? – Bu, İsrail oğullarının sürgündə həlak olmamaları üçün edilən duadır.”
İzah: Müqəddəs Şxina üçün edilən hər dua tam şəkildə qəbul olunur, çünki İsrail sürgündə olanda, Şxina da onlarla birlikdədir, buna görə də bu dua Şxina üçün dua sayılır və tam şəkildə qəbul olunur.
7. "Hamı üçün Zoar". Fəsil: Vayetse. Məqalə: “Anım və xatırlatma”, bəndlər 284–285
İnsan duasını hansı vəziyyətdə yüksəltməyindən asılı olmayaraq, o, özünü başqalarına daxil etməlidir, bütün cəmiyyətin içində olmalıdır.Bu, Şunamlı qadının halına bənzəyir; ona Elişa demişdi: “Padşahla və ya ordu başçısı ilə sənin barəndə danışmaq lazım deyilmi?” – “Padşahla danışmaq lazım deyilmi?” – çünki bu gün bayram günü idi, İl Başı (Roş A-Şana).Bu gündə Göylərin Malxutu dünyaya hökm vermək üçün hökmranlıq edir və Yaradan bu vaxt “Ədalət Padşahı” adlanır. Buna görə Elişa ona dedi: “Padşahla danışmaq lazım deyilmi?” – yəni o, Yaradanı padşah adlandırdı.Qadın isə dedi: “Xalqımın arasında yaşayıram.”
Başqa sözlə, o dedi: “Mən yuxarıda heç nə ilə seçilmək istəmirəm, başdan-ayağa başqalarına daxil olmaq istəyirəm və istisna olmaq istəmirəm.” Eynilə də insan cəmiyyətin içində əriməli, özünü xüsusi saymamalıdır ki, ittihamçılar onun günahlarını yada salmaq üçün bir səbəb tapmasınlar.
8.Rabaş. Məqalə 5 (1991) – “Ruhani əməldə Salehlərin yaxşı əməllərinin onların törəmələri olması nə deməkdir”
Biz dua edirik ki, Yaradan bizə güc versin ki, bütün əməllərimizi Sənin naminə – yəni Yaradan üçün yerinə yetirə bilək.Əgər bu olmazsa, yəni əgər Sən bizə kömək etməsən, o zaman bütün əməllərimiz yalnız öz faydamız üçün olacaq. Bu, “əgər olmazsa” sözlərinin mənasıdır – yəni əgər Sən bizə kömək etməsən, bütün əməllərimiz yalnız özümüz üçün, öz xeyrimizə olacaq. Axı, almaq istəyimizi dəf etməyə bizdə güc yoxdur.
Ona görə də bizə kömək et ki, biz Sənin naminə işləyə bilək. Bu səbəbdən Sənin bizə kömək etməyin zəruridir.Və bu, “Sənin naminə et” deməkdir – yəni bu hərəkəti Sən et, bizə vermə arzusu deyil, vermək arzusu gücünü ver.Yoxsa, yəni “əgər olmazsa,” biz məhv olarıq. Bu o deməkdir ki, biz yalnız öz faydamız üçün almaq istəyində qalacağıq.