İlkin mənbələrdən seçilmiş əsərlər
Beynəlxalq “Kabala LeAm” Konqresi “Ondan Başqa Heç Kim Yoxdur -da Birlik– May 2025.
”Dərs 5 "Enişlər Yüksəlişlər üçün tramplindir".
İlkin mənbələrdən seçilmiş əsərlər
1.Rabaş. Məqalə 29 (1986) – “Lişma və lo-lişma arasındakı fərq”
İnsan öz ilkin hazırlıq işini başa vurmayınca və islah olunmamış istəklərin hökmündən çıxmayınca, onun ruhani dünyaya nə qədər daxil olduğunu görməsi mümkün deyil. Əksinə, o, hər dəfə özünü ruhaniyyatdan daha da uzaqda görür. Çünki insan ruhaniyyətə daxil olduqca, içində gizlənmiş şəri aşkarlayır. Və ruhani işıq gəlməyincə, insan özündəki şəri onun həqiqi formasında görə bilməz. Çünki yalnız işığın olduğu yerdə evdə olan çirki ayırd etmək olar.
Buradan belə nəticəyə gəlmək olar ki, insan özü üçün hansı vəziyyətin yaxşı olduğunu bilə bilməz. Bəzən insan hiss edir ki, ruhən çökmüş vəziyyətdədir, yəni əməlləri yerinə yetirmək və Tora ilə məşğul olmaq üçün onda heç bir istək yoxdur. O görür ki, bu gün onun özünə olan sevgisi dünənkindən də artıqdır. Belə bir insan təbii olaraq deyəcək ki, dünən o, həyatlarını öz istəklərini təmin etməyə sərf edən insanlara baxdıqda, onlardan uzaqlaşmağa çalışırdı ki, bu qədər aşağı səviyyədə olmasın. O zaman o, yetkin, ağıllı insanların özlərini alçaltmasına baxa bilmirdi. Amma indi bu insan görür ki, o da onlardan biridir və artıq öz alçaqlığını hiss etməkdən utanmır. Bu onun üçün adi bir hala çevrilib, elə bil ki, heç vaxt ruhaniyyatı düşünməmişdi belə.
Bunu daha yaxşı başa düşmək üçün bir misal nəzərdən keçirək. İnsan sübh çağı qalxmalıdır və onu ya saat, ya da başqa bir insan oyadır. Və o hiss edir ki, qalxmalıdır, çünki Yaradan üçün işləməlidir. O, bu işin vacibliyini hiss etməyə başlayır və Yaradan üçün işləməyin verdiyi əhəmiyyət hissi ona güc verir və nəticədə o, dərhal qalxır.Təbii ki, bu halda o, yüksəliş vəziyyətindədir, çünki ona güc verən nə maddi qayğılar, nə də dünyəvi sevincdir, əksinə – ruhaniyyət və Yaradanla hər hansı bir formada əlaqədə olacağı düşüncəsidir. Bu ona işləmək üçün kifayət qədər güc verir. Və o, artıq başqa heç nə barədə düşünmür – yalnız Yaradan haqqında. O hiss edir ki, bu an o, “canlı” adlanır, halbuki ruhaniyyatsız “ölü” sayılır. Və əlbəttə ki, o, yüksəliş vəziyyətində olduğunu hiss edir.
Lakin əslində insan öz vəziyyətini müəyyən edə bilməz. Əgər insan – vermək yolu ilə getmək istəyən biri – özündə bir uzaqlaşma hiss edirsə, bu zaman anlamalıdır ki, yuxarıdan onunla xüsusi şəkildə davranılır. Yəni onu əvvəlki vəziyyətindən aşağı salırlar ki, o, Məqsəd haqqında, ondan nə istəndiyi barədə və özünün Yaradan’dan nə istədiyi barədə həqiqətən düşünsün.Halbuki əgər insan yüksəliş vəziyyətindədirsə və Toraya və əmrlərə qarşı istəyi varsa, bu zaman onun ruhaniyyat üçün narahatlıq hiss etməyə heç bir ehtiyacı olmur. O, həyatının bütün günlərini bu vəziyyətdə keçirmək istəyir, çünki bu hal onun üçün xoşdur.
Belə çıxır ki, aldığı bu eniş – onun öz xeyrinədir. Bu, yuxarıdan ona qarşı xüsusi qayğının bir ifadəsidir – onu əvvəlki vəziyyətdən endirirlər, o vəziyyətdən ki, orada o, guya ki, bir qədər kamilliyə sahib olduğunu zənn edirdi, və buna görə də belə bir vəziyyətdə həyatının bütün günlərini keçirməyə razı idi.Amma indi, ruhaniyyatdan uzaq olduğunu gördükdə, düşünməyə başlayır: «Əslində məndən nə istəyirlər? Mənə nə tapşırılıb? Hansı məqsədə çatmalıyam?» Və insan görür ki, işləməyə heç bir gücü yoxdur, elə bil ki, göy və yer arasında asılı qalıb. Və yalnız o zaman insan dərk edə bilər ki, ona yalnız Yaradan kömək edə bilər. Öz gücü ilə – o, itmiş vəziyyətdədir.
Bu barədə deyilmişdir: «Yaradana ümid bəsləyənlər – güclərini təzələyərlər». Yəni o kəslər ki, görürlər – Yaradan’dan başqa onlara kömək edə biləcək heç nə yoxdur – məhz belə insanlar hər an öz güclərini yeniləyirlər.Beləliklə, elə həmin bu eniş – əslində yüksəlişdir. Çünki məhz bu eniş onlara öz dərəcələrini qaldırmağa imkan verir. Çünki istənilən həzz – ancaq əvvəlki arzu ilə mümkündür .Nəticədə, insan özünü yüksəlişdə hiss edəndə, onda heç bir əskiklik və istək hissi olmur ki, Yaradan ona nəyisə versin. Onun qabları–istəkləri dolu olur və buna görə də, içlərinə artıq heç nə daxil ola bilmir.
İndi isə, insan özünü ruhən eniş vəziyyətində hiss etdiyi zaman, o, öz nöqsanlarını və Yaradanla vəhdətə çatmasına əngəl olan əsas səbəbləri görməyə başlayır. Və bu zaman o bilir ki, Yaradan’dan nə istəməlidir: Ondan kömək diləməlidir. Çünki indi artıq o, həqiqəti görür – öz həqiqi maneəsini görür.Belə çıxır ki, deyilənlərə əsasən, insan deyə bilməz ki, Yaradan onu ruhani işdən uzaqlaşdırıb. Bunu sübut edən hal – onun eniş vəziyyətində olmasıdır. Yəni bu doğru deyil ki, Yaradan onu kənara atıb və istəmir ki, insan Onun üçün işləsin. Əksinə, Yaradan onu Özünə yaxınlaşdırmaq istəyir, lakin bunu o zaman edə bilmir ki, insan özünü yüksəliş vəziyyətində hiss edir və heç nə istəmir.
Buna görə də, insana istəklər vermək üçün Yaradan onu mövcud vəziyyətindən çıxarmağa və elə bir vəziyyətə salmağa məcbur olur ki, insan orada öz nöqsanlarını özü hiss etsin. Və yalnız bundan sonra Yaradan ona kömək edə bilər. Necə ki, müdriklər demişlər: «Təmizlənməyə gələnə – kömək edərlər».Və Zoar soruşur: «Nə ilə kömək edərlər?» – və cavab verir: «Ona müqəddəs bir ruh verərlər». Yəni ona hiss etdilər ki, ruh – Yaradanın bir hissəsidir.Və bu zaman o, ruhani dünyaya daxil olur və mərtəbədən mərtəbəyə qalxa bilər, nə qədər ki, ruhunu kamilliyə gətirər, öz üzərinə qoyulan hər şeyi islah edərək.
2.Rabaş. Məqalə 34 (1988) – “Ruhani işdə gün və gecə nə deməkdir”
İnsan qaranlığın nə olduğunu tanımalı, daha dəqiq desək – hiss etməlidir, əks halda o, işıqdan həzz ala bilməz. Çünki insanın dadına baxmaq istədiyi hər bir şeyi – onun istifadə olunmağa dəyər olub-olmadığını başa düşmək üçün – o, ziddiyyət vasitəsilə öyrənməlidir. Necə ki, deyilmişdir: «İşığın üstünlüyü qaranlıqdan gəlir». Bu, elə bir haldır ki, insan yorğunluğun nə olduğunu bilmədən dincəlməkdən həzz ala bilməz.Ona görə də insan yüksəliş və eniş prosesindən keçməyə borcludur, lakin enişlərdən təsirlənməməli və döyüş meydanından qaçmamaq üçün səy göstərməlidir.Bu səbəbdən, insan iş prosesində bu iki halın – işıq və qaranlığın – fərqli olduğunu dərk etməli olsa da, işin sonunda o görür ki, işıq və qaranlıq – məqsədə doğru aparan iki ayaq kimidir.
3.Rabaş. Məqalə 22 (1989) – “Pesax ərəfəsində məhz dörd sualın verilməsi nə deməkdir”
Bizdə yüksəlişin əhəmiyyətini qiymətləndirməyə imkan verən ağıl yoxdur. Başqa sözlə, bizdə o anlayış yoxdur ki, bir anlıq hal – nə vaxt ki, Yaradan’a inanmağa gücümüz var və Yaradanın böyüklüyünü bir qədər hiss edirik – nə qədər dəyərlidir. Axı yüksəliş halında bizdə Onun qarşısında özümüzü tamamilə yox etmək arzusu olur, ağıl və fikirsiz, sadəcə məşəl qarşısında şam kimi.
Və necə olur-olsun, əgər biz bu yüksəlişin əhəmiyyətini qiymətləndirə bilmiriksə, Yaradanın bizi yaxınlaşdırmasından – bizə bir qədər yaxınlıq verməsindən – həzz ala bilmirik. Halbuki bu, bizdə sevinc və ruh yüksəkliyi yaratmalı idi.Lakin bizdə bu yaxınlığı qiymətləndirməyə yetəcək dərəcədə əhəmiyyət hissi olmadığından, bundan lazımınca həzz ala bilmirik.Buna görə də bizə enişlər verilir – ki, yüksəlişlərin əhəmiyyətini öyrənə bilək. Necə ki, deyilir: «İşığın üstünlüyü qaranlıqdan gəlir» – məhz enişlər sayəsində insan yüksəlişləri tanımağa və qiymətləndirməyə başlayır.
4.Rabaş. Məktub 77
Necə ki, atam və müəllimim demişdi: «Bütün əsas ondadır ki, insan dua etməlidir ki, onun bütün düşüncələri və arzuları yalnız Yaradanın xeyrinə olsun». Və bu zaman dərhal onun qarşısında öz alçaqlığının mənzərəsi açılır – bu, “Şxina torpaqda” adlanır. Buna görə də enişlərə təəccüblənmək lazım deyil, çünki «hər bir qəpik böyük hesabın üzərinə əlavə olunur».Bu da – biz öyrəndiyimiz kimi – ruhaniyyatda boşluq yoxdur, sadəcə [Yaradan] müvəqqəti olaraq uzaqlaşır ki, insanın irəliləmək imkanı olsun. Çünki hər bir an – əgər aydınlaşdırılır, təhlil edilir və müqəddəsliyə qoşulursa – artıq müqəddəslik sahəsinə daxil olur.İnsanın enməsi yalnız ona görə baş verir ki, əlavə müqəddəslik qığılcımlarını seçib çıxara bilsin. İnsan üçün yalnız bir məsləhət var: gözləməsin ki, onu eniş dərəcəsinə salsınlar, əksinə, nə zaman öz alçaqlığını hiss edirsə – yenidən qalxsın.
5.Rabaş. Məqalə 6 (1989) – “Ruhani işdə «bilikdən yuxarıda» nə deməkdir”
İş zamanı, insan deməlidir: «Əgər mən özüm üçün olmayacağamsa, kim mənim üçün olacaq?» – bu iş halında insanlar düşünürlər ki, yüksəlişləri və enişləri onlar özləri edirlər. Yəni, sanki onlar – «ordu», «igid qəhrəmanlar» adlandırılan döyüşçülərdir.Lakin sonradan, nə zaman ki, onlar xilas olunurlar, anlayırlar ki, döyüşən – Yaradandır. Başqa sözlə, onların keçdiyi bütün yüksəliş və enişləri edən – Yaradandır.Yəni, hətta enişlər də Yaradandan gəlir. İnsan sadəcə təsadüfi olaraq bu qədər eniş və yüksəliş almır – bütün bu çıxışları Yaradan təşkil edir.
Və bu çıxışlara “müqəddəslikdən çıxışlar”, girişlərə isə “müqəddəsliyə girişlər” demək olar. Hər şeyi Yaradan edir.Və bu yüksəliş haqqında deyilir ki, insan müqəddəslikdə pay seçdi. Lakin o, özü enir və başqa qığılcımları qaldıraraq onları müqəddəslik sahəsinə yüksəldir. Necə ki, deyilir: «İtirməmişdən əvvəl axtarırdı» (Şabat, 152), yəni mən indiki vəziyyətimi hələ itirməmiş, artıq axtarmağa başlayıram.
Necə ki, atam və müəllimim demişdi – Davud padşah haqqında, o demişdi: «Mən şəfəqi oyadıram»; və müdriklərimiz bu sözləri belə şərh etmişlər: «Mən şəfəqi oyadıram, şəfəq məni oyatmır».Buna görə də əsas diqqət – yüksəliş zamanı olmalıdır, yoxsa eniş zamanı deyil; və yüksəliş zamanı biz özümüzə Yaradandan qorxu dərəcəsini cəlb etməliyik ki, aman Tanrım, bayıra atılmayaq.Lakin bütün bunlardan sonra bizə yalnız bir şey qalır – Padşaha fəryad etmək və Ondan yalvarmaq ki, bizə rəhm etsin – bir dəfəlik və əbədi olaraq.
6.Baal HaSulam. Şamati. 172 – “Əngəllər və maneələr haqqında”
Bütün o əngəllər və maneələr ki, gözümüzün önündə açılır və bizə görünür – bunlar yalnız yaxınlaşma xüsusiyyətidir, nə vaxt ki, Yaradan bizi Özünə yaxınlaşdırmaq istəyir.
Və bu maneələrin hamısı bizə yalnız yaxınlaşma gətirir. Axı əgər bunlar olmasaydı, Onunla yaxınlıq qurmaq üçün heç bir imkan olmazdı.Çünki təbiət baxımından bizim – maddədən yaradılmışların – və Yaradanın – ən yüksək Olanın – arasında bundan böyük bir uzaqlıq yoxdur.Və yalnız insan yaxınlaşmağa başlayanda, o zaman bu məsafəni hiss etməyə başlayır. Və o, hər bir maneəni aşdıqca – bu, onun üçün yolu yaxınlaşdırır.
7.Rabaş. Məqalə 6 (1990) – “İnsan ruhani işdə nə zaman qürurdan istifadə etməlidir”
İnsan buna diqqət yetirməli və inanmalıdır ki, Yaradan onun qayğısına qalır və onu Padşahın sarayına aparan yolla aparır. Buradan belə çıxır ki, insan sevinməlidir ki, Yaradan ona nəzarət edir və ona enişlər də daxil olmaqla, hər şeyi verir.Yəni insan inamla qəbul etməlidir ki, onun anlayışı ölçüsündə başa düşə bildiyi qədər – Yaradan ona yüksəlişlər verir. Axı insan deyə bilməz ki, bu yüksəlişləri o, özü əldə edir. Əksinə, Yaradan onu Özünə yaxınlaşdırmaq istədiyi üçün – məhz buna görə ona yüksəlişlər verir.
8.Baal HaSulam. Şamati. 19 – “Ruhani işdə Yaradanın bədəni sevməməsi nə deməkdir”
İnsanın ümidi bunda olmalıdır ki, o, almaq arzusunun hökmündən azad ola bilmədiyindən və buna görə də daima yüksəlişlər və enişlər içində olduğundan, Yaradandan gözləyir ki, Yaradan ona gözlərinə işıq versin və onda yalnız Yaradan naminə dəf edib işləmək gücü yaransın.Necə ki, deyilir: «Bir şeyi diləyirəm Yaradandan, bunu axtarıram». “Bu” – müqəddəs Şxinadır.Və o, dua edir ki, belə olsun: «Yaradanın evində bütün həyatım boyunca qalım».