<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Bnei Baruch / Beynəlxalq “Kabala LeAm” Konqresi -May 2025 Dərs 4.Onluqda Ondan başqa Heç Kim yoxdur

İlkin mənbələrdən seçilmiş əsərlər

Beynəlxalq “Kabala LeAm” Konqresi  - “Ondan Başqa Heç Kim Yoxdur – 2025-ci May

Dərs 4.Onluqda Ondan başqa Heç Kim yoxdur

İlkin mənbələrdən seçilmiş əsərlər


1.Rabaş. Məqalə 19 (1990) – “ Ruhani işdəTövrata niyə «orta xətt» deyilir – 2”


İnsan inanmalıdır ki, “Ondan başqası yoxdur”, yəni hər şeyi Yaradan edir. Yəni, necə ki, atam və müəllimim deyirdi, insan hər bir hərəkətdən əvvəl deməlidir ki, ona seçim imkanı verilib, çünki “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” Yəni hər şey insanın seçiminə bağlıdır. Lakin hərəkətdən sonra insan deməlidir ki, bütün bunlar ali idarə ilə olub və insanın özü əslində heç nə etmir.
 

Bunu belə izah etmək lazımdır, necə ki, böyük Ari yazıb: “Saçlar (searot) anlayışı var – nuru örtür ki, ona layiq olunmamış halda ondan zövq alınmasın, çünki bu, zərər verə bilər.” Məsələ burasındadır ki, biz inanmalıyıq ki, Yaradan insana yaxşı əməllər görmək arzusu və meyli verir. Və insan hələ buna layiq deyilsə, o zaman hiss edə bilməz ki, Yaradan onu yaxşı əməllərə məcbur edir. Buna görə də Yaradan Özünü örtülü şəkildə gizlədir və bu örtü “lo lişma” adlanır. Yəni Yaradan bəzən Özünü yoldaşların libasında gizlədir.

Məsələn, elə hallar olur ki, insan səhər dərsə qalxmaq istəmir. O zaman Yaradan Özünü yoldaşların libasında gizlədir: insan yorğun olsa da, yataqdan qalxır, çünki beynində belə bir fikir yaranır – “bu, yoldaşlar qarşısında yaxşı görünmür”, hamı dərsə gəlir, o isə – gəlmir. Axı o zaman hamı onun alçaqlığına baxacaq. Buna görə də insan qalxır, yığıncaq evinə gedir və dərsə qoşulur. Belə çıxır ki, Yaradanın əmri səbəbindən insanın qalxmağa gücü yoxdur. Buna görə də Yaradan onu məcbur etmir ki, o yığıncaq evinə getsin, çünki belə səbəb olsaydı, o yataqda qalardı. Lakin yoldaşlar onu məcbur edirlər.

Və bu nümunə əsasında insanın lo lişma (yəni hələ Yaradan naminə olmayan) niyyəti ilə etdiyi bütün digər əməllər baş verir.  lo lişma halının da bir çox dərəcələri var. Amma biz bu nümunə barədə danışaq. Burada diqqət yetirilməlidir ki, insan oxumağa gedir və əməlləri yerinə yetirir, lakin səbəbi bu deyil ki, Yaradan onu məcbur edir. Axı Yaradanın əmri naminə insanın bədənini məcbur edəcək gücü yoxdur ki, onu xeyirli işlər görməyə məcbur etsin. Amma insanlar üçün o, bunu edə bilir. Belə çıxır ki, lo lişmada bir vaciblik var.

Lakin insan inanmalıdır, yuxarıda deyildiyi kimi, ki, “Ondan başqası yoxdur”. Yəni əslində Yaradan onu xeyirli əməllərə məcbur edir. Amma insan hələ buna layiq olmadığından, yəni bunun Yaradan tərəfindən olduğunu bilmək dərəcəsinə çatmadığından, Yaradan Özünü insanlara (sözün əsl mənasında: “ət və qan”a) bürüyür və onların vasitəsilə bu əməlləri həyata keçirir. Yəni Yaradan “arxa tərəfdən” – axoraim vasitəsilə hərəkət edir.

Bu o deməkdir ki, insan sadəcə insanların üzünü görür, amma inanmalıdır ki, onların üzlərinin arxasında duran Yaradandır və bu əməlləri O edir. Yəni insanın arxasında duran Yaradandır və O, insanı istədiyi əməlləri etməyə məcbur edir. Belə çıxır ki, hər şeyi Yaradan edir, lakin insan gördüyünə əhəmiyyət verir, inandığına yox.

Buna görə də insan deyir ki, o, hər şeyi lo lişma-da edir. Bizim misalda olduğu kimi – onu buna məcbur edən yoldaşlardır. Amma bu mütləq yoldaşlar olmaq məcburiyyətində deyil, hər hansı bir şəxs də ola bilər, kim ki, həmin insana uyğun xarici fərdi geyimə (formaya) bürünmüşdür.

Buna görə də, hərəkətdən sonra, məsələn, insan dərsə gəldikdən sonra və bu, yoldaşların onu buna məcbur etməsi səbəbilə baş verdikdə, o deməlidir: «Bu, ona görə baş verdi ki, mənim dərsə gəlməyimin səbəbi Yaradandır. Sadəcə olaraq, Yaradan mənim qarşımda yoldaşların libasına büründü. Buna görə də indi mən Yaradanı təşəkkür edirəm ki, O səbəbkar oldu».

Və deyilənlərdən aydın olur ki, insan hansısa əməli yerinə yetirdikdə – bu lo lişma ilə olub, yəni əmr edən və bu əmri yerinə yetirməyə səbəb olan Yaradan olmayıb, əksinə, o bunu məsələn, ona yoldaşlar göstəriş verdiyi üçün və insan da məcbur olub onlara tabe olduğu üçün edib. Belə olduqda insan inanmalıdır ki, o bunu Yaradanın əmrini yerinə yetirmək üçün əməl edib. Və o, Yaradanın ona əmr etdiyi şeyi yerinə yetirməli idi. Lakin Yaradan Özünü lo lişma libasında – yəni yoldaşların və s. libasında gizlədib ki, bu libas vasitəsilə insan düşünür ki, lo lişma səsinə tabe olmalıdır.

Amma həqiqət budur ki, insan inanmalıdır ki, hər şeyi Yaradan edir. Beləliklə, o, əmri yerinə yetirdikdən sonra deməlidir ki, lo lişma libasının arxasında Yaradan fəaliyyət göstərirdi. Və bu zaman ortaya çıxır ki, insan Yaradanı Ona verdiyi arzu və bu əmri yerinə yetirmək üçün lo lişma libasından istifadə etdiyi üçün təşəkkür etməlidir.

Beləliklə, deyilənlərdən anlayırıq ki, lo lişma halının çox böyük əhəmiyyəti var. Axı bu, insanın düşündüyü kimi deyil ki, o hər şeyi lo lişma-da edir; əslində o, hər şeyi Yaradan ona tövsiyə etdiyi üçün edir. Sadəcə hələ layiq olmayıb ki, hiss etsin: bu əmri verən məhz Yaradandır. Buna görə də insan düşünür ki, lo lişma elə əmrdir. Və bu səbəbdən onun gözündə bu əməl o qədər də əhəmiyyətli görünmür.

Lakin əgər insan inansaydı ki, “Ondan başqası yoxdur”, necə ki, əvvəlki məqalələrdə yazılmışdı, onda aydın olardı ki, əslində o, Yaradanın əmrlərini yerinə yetirir. Və o, lo lişma ilə etdiyi əməlin dəyərini bilməlidir. Çünki insanın təsəvvüründə bu sadəcə lo lişma ilə yerinə yetirilmiş bir hərəkətdir – bu isə yalnız onun hələ hiss etməyə layiq olmaması səbəbindəndir; yəni o, Kralın əmrlərini yerinə yetirdiyini və Kralın xidmətində olduğunu hələ dərk etmir.

Ona görə də, əgər insan inansa ki, lo lişma – bu, elə Yaradanın onun Tövrat və əməllərlə məşğul olmağa məcbur etməsidir, bu halda belə çıxır ki, insan Yaradanı Ona bu məcburiyyəti lo lişma libasında verdiyinə görə şükür edə bilər. Və bu səbəbdən insan Tövrat və əməllərin əhəmiyyətini lo lişmada da qiymətləndirə bilər. Bu da müdriklərin dediyi kimidir: «Borcu tələb edərlər – istər adamın xəbəri ilə, istər xəbəri olmadan», yəni lişma – xəbəri ilə, lo lişma isə – xəbəri olmadan.Və bu haqda deyilir ki, saçlar – yəni lo lişma – nuru gizlədir, ki, insan ona layiq olmayana qədər nurla qidalanmasın. Yəni saç – bu bir geyimdir, və bu geyimin altında nur var və parlayır. Lakin hələlik bu nur gizlədilmişdir.


2."Maor va-Şemeş". Vayexe fəsli
Toplantının əsas məqsədi ondadır ki, hamı  birlikdə olsun və yalnız bir şeyi istəsinlər – Yaradanı tapmağı. Çünki hər hansı on nəfər bir yerə yığıldıqda Şxina orada olur. Və əlbəttə, əgər on nəfərdən çoxdursa, Şxinanın təzahürü daha böyük olur. Və qoy hər kəs öz yoldaşı ilə birləşsin və ona yaxınlaşsın ki, ondan Yaradanın işi və Yaradanı necə tapmaq barədə nə isə eşitsin. Və özünü yoldaşının qarşısında ləğv etsin, yoldaş da onun qarşısında özünü ləğv etsin, və hamı eyni şeyi etsin.Və hər halda, əgər toplantı bu niyyətlə həyata keçirilirsə, necə olursa-olsun – necə ki, buzov yemək istədiyindən daha çox inək onu yedizdirmək istəyir – bu halda Yaradan Özünü onlara yaxınlaşdırır və onlarla birlikdə olur. Və böyük mərhəmət və açıq-aşkar bənzərsiz yaxşılıq İsrailin toplantısına enir.


3. Rabaş. Məqalə 13 (1986) – “Gəl, Firona gedək – 2”
Biz bilməyə borcluyuq ki, yoldaşlara sevgi bizə ona görə verilib ki, onun vasitəsilə kralın ləyaqətini necə təhqir etməməyi öyrənək. Bu o deməkdir ki, əgər insanın təkcə kralı razı salmaq arzusu yoxdursa, şübhəsiz ki, o, kralın ləyaqətini təhqir edəcək. Bu isə o adlanır ki, müqəddəslik xaricə verilir.
Və buna görə də yoldaşlara sevgi işinin əhəmiyyətini kiçiltmək olmaz, çünki insan bu yolla necə eqoist sevgidən çıxmağı və yaxınını sevməyə aparan yola qədəm qoymağı  öyrənəcək. Və əgər insan yoldaşlara sevgi işini tamamlayarsa, o zaman Yaradan sevgisinə layiq ola bilər.


4.Baal HaSulam. Şamati. 67. “Şərdən uzaq dur”
Əgər kimsə düşünürsə ki, o, yoldaşını aldadır, əslində o, Yaradanı aldadır, çünki insanın bədənindən kənarda yalnız Yaradan var. Axı yaradılışın mahiyyətinə görə, insan yalnız özünə nisbətdə “məxluq” adlanır. Çünki Yaradan istəyir ki, insan Özündən ayrılmış bir reallıq kimi hiss etsin.Lakin bundan başqa hər şey “Yer Onun şöhrəti ilə doludur” sayılır. Ona görə də, əgər insan yoldaşını aldadırsa – deməli, Yaradanı aldadır. Və əgər yoldaşını incidir – deməli, Yaradanı incidir.


5. Rabaş. Məqalə 15 (1989) – “Salehlər günahkarlar vasitəsilə seçilirlər”


Əgər onların niyyəti – Yaradanı razı salmaqdırsa, bu, belə bir nəticəyə gətirir ki, əgər əməldə artım istəyirlərsə, onda Yaradanın böyüklüyünü artırmalıdırlar. Çünki insan yalnız Yaradanın böyüklüyü ölçüsündə Özünü Onun qarşısında ləğv edə bilər və bütün əməllərini Göylər naminə yerinə yetirə bilər. Bu barədə “Zoar” kitabında deyilir: «Onun əri  şəhərin darvazalarında tanınar» – hər kəs “qəlbinin anlayışı”na uyğun olaraq.Buradan belə nəticə çıxır ki, Göylər naminə işləmək istəyən insanlar – iş üçün yanacaq əldə etmək məqsədilə – hər gün Yaradanın böyüklüyünə inamı dərk etməyə çalışmalıdırlar. Çünki Yaradanın böyüklüyü onları Ona xidmət etməyə məcbur edir və onların bütün həzzi də bu xidmətdən ibarətdir.


6. Rabaş. Məqalə 13 (1989) – “Ruhani işdə ‘düşmənin çörəyi’ nə deməkdir”


Biz layiq olmaq istəyirik ki, Tövrat və əməlləri yerinə yetirərkən hiss edək ki, biz Uca və Vacib Kralın xidmətindəyik. Və eyni zamanda Yaradanın böyüklüyünü hiss etdiyimiz üçün Onu sevək. Lakin bizim bütün həzzimiz yalnız Yaradanın xidmətində olmaqdan ibarət olsun – məhz bu, bizim mükafatımız olsun, və heç bir halda O, bizim işimizə görə ayrıca bir qarşılıq verməsin.Və biz hiss edək ki, elə işin özü mükafatdır. Və nə vaxt ki, insan Yaradanın xidmətinə layiq olur,dünyada bundan böyük mükafat ola bilməz .


7.“Pri ha-Aretz”. Məktub 30


Ağlın kiçilməsi və birliyin – dvekutun – pozulmasından qoruyan əsas qayda – qarşılıqlı  sevgi və yoldaşlara qarşı tam səmimi bağlılıqdır. Və insan özünü alışdırmalıdır ki,ruhu onu tərk edənə qədər daim qəlbində yoldaşlara qarşı sevgi yerləşdirsin. Və ruhu yoldaşlara yapışana qədər  bu sevgini artırmalıdır ki, insan qardaşlarına bağlansın.Və nə vaxt ki, hamı bir insan kimi olacaq, tək olan Yaradan onların içində məskunlaşacaq və bütün qurtuluşlarda və təsəllilərdə Onun təsiri altında olacaqlar.


8.Baal HaSulam. Məktub 4
Və sənin heç nədə bir əskikliyinə ehtiyac yoxdur, yalnız o qalır ki, “Yaradanın bərəkət verdiyi tarlaya” çıxasan, ruhundan qopmuş bütün hissələri yığasan və onları bir bədən halında birləşdirəsən.Və bu kamil bədənə Yaradan Öz Şxinasını əbədi olaraq, heç bir fasilə olmadan yerləşdirəcək. Və böyük hikmət bulağı – tvuna və ali nur çayları tükənməyən bir mənbə kimi axacaq.