İlkin mənbələrdən seçilmiş parçalar
Dərs 3 Beynəlxalq Konqres “Kabala le-Am”
“Ondan Başqa Heç Kim Yoxdur”la Birlik – May 2025
Dərs 3:«Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək»?
İlkin mənbələrdən seçilmiş parçalar
1.Baal HaSulam məktub 16
“…Əmri yerinə yetirməzdən əvvəl heç bir halda şəxsi idarəçilik haqqında düşünmək olmaz, əksinə, insan mütləq deməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək». Lakin əməl başa çatdıqdan sonra insan öz daxilində bu düşüncəni sabitləşdirməli və inanmalıdır ki, bu əmri mən öz gücümlə deyil yalnız Yaradanın qüvvəsi ilə yerinə yetirdim, – çünki O, mənim üçün hər şeyi əvvəlcədən belə planlaşdırdı və buna görə də mən bunu etmək məcburiyyətində qaldım.
Bu qayda bu Dünyada da keçərlidir, çünki ruhaniyyət və maddiyyət bir-birinə bənzəyir. Odur ki, insan bazara çıxıb gündəlik ruzisini qazanmazdan əvvəl şəxsi idarəçiliklə bağlı düşüncələrini bir kənara qoymalı və həmin an deməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək», və insanlar necə qazanırsa, o da onların etdiyi bütün üsulları tətbiq etməlidir.
Amma axşam evə qayıdıb qazancını əlində gördükdə, Allah eləməsin ki, fikirləşsin: «Bu qazancı öz hiyləgərliklərimlə qazandım», çünki hətta əgər o, bütün günü zirzəmidə uzanmış olsaydı belə, yenə də qazancı əlinə keçəcəkdi. Çünki Yaradan onun üçün bunu əvvəlcədən planlaşdırmışdı və belə olmalı idi.
Və baxmayaraq ki, zahiri ağla görə bu fikirlər ziddiyyətlidir və ürək tərəfindən qəbul edilmir, yenə də insan buna inanmalıdır, çünki Yaradan öz Tövratında ona bu cür hökm verib – müdriklərin və müqəddəs kitabların dediyinə əsasən.
Bu, «AVAYA – Elokim» birliyi adlanır. Burada AvaYa – şəxsi idarəçiliyi ifadə edir – yəni Yaradan hər şeyi yaradır və palçıqdan (maddi) evlərdə yaşayanların Ona kömək etməsinə ehtiyacı yoxdur. «Elokim» – «Qüdrətli» sözü isə eyni say dəyərinə malikdir, necə ki, «təbiət» sözü, və insan, əgər Yaradanın göy və yerin maddi sistemlərinə yerləşdirdiyi təbiətə uyğun davranırsa və bu qanunlara riayət edirsə, və eyni zamanda AvaYa adına – fərdi idarəçiliyə inanırsa, deməli, bunları birləşdirir – «və Onun əlində bir olarlar», və bununla da Yaradanı böyük sevincə qərq edir və bütün aləmlərə nur saçır.”
2.Baal HaSulam. Şamati 217. “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?”
“Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək? Amma əgər mən özümə etsəm – mən kiməm?” Bunlar bir-birinə ziddir. Məsələ burasındadır ki, insan bütün işini “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” xüsusiyyətində görməlidir. Yəni onu xilas edəcək başqa heç kim yoxdur və “ağzınla və qəlbinlə bunu yerinə yetirməlisən”. Başqa sözlə, mükafat və cəza xüsusiyyətində. Amma daxilində – təvazökarlıqla – bilməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” Yəni hər şey şəxsi idarəyə aiddir və heç kim öz başına heç nə edə bilməz.Əgər sən deyərsənsə ki:
Əgər hər şey İdarənin altındadırsa, bəs “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” xüsusiyyəti ilə işin nə mənası var? Ancaq insan – “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” – xüsusiyyətdəi şləməsi sayəsində fərdi idarəyə nail olur, yəni onu dərk etməyə layiq olur. Başqa sözlə, hər şey islahat yolu ilə gedir. Fərq isə budur ki, bu, “Oğullarım” adlanan xüsusi bir münasibətdir. Və bu münasibət yalnız insanın əvvəlcədən “Əgər mən özümə dəstək olmasam, kim mənə olacaq?” xüsusiyyəti ilə işləməsindən sonra üzə çıxır.
3. Rabaş. Məqalə 19 (1990)
“Tövratnın ruhani işdə «orta xətt» adlandırılması nə deməkdir – 2”
İnsan inanmalıdır ki, “Ondan başqa heç kim yoxdur”, yəni hər şeyi Yaradan edir. Başqa sözlə, mənim atam və müəllimim dediyi kimi, insan hər bir hərəkətdən əvvəl deməlidir ki, insana seçim verilmişdir. Çünki “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” – yəni hər şey insanın seçiminə bağlıdır. Lakin hərəkətdən sonra insan deməlidir ki, bütün bunlar yuxarıdan olan İdarədir və insan özü heç nə etmir.
4. Rabaş. Məqalə 6 (1991)
“Ruhani Əməldə İbrahimin sürüsü ilə Lotun sürüsü arasında çobanlar nə deməkdir”
“İşi sən bitirməli deyilsən” – bu, insanın əlində deyil, əksinə yazıldığı kimi: “Yaradan mənim əvəzimə tamamlayacaq”. Yəni insan özü vermək istəyini əldə etməyə qadir deyil. Burada iki mərhələ var:
- İnsan deməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” Buna görə də insan təəccüblənməməlidir ki, hələ vermək istəyinə nail olmayıb, baxmayaraq ki, onun fikrincə, çox çalışıb. Hər halda inanmalıdır ki, insan özü etməli olduğu şeyi üzə çıxarana qədər Yaradan ondan gözləyir.
- Sonra isə “Yaradan onun əvəzinə tamamlayacaq”, yəni istədiyi şeyi bir anda alacaq, necə ki, deyilir: “Yaradanın xilası bir göz qırpımında gəlir”.
5. Rabaş. Məqalə 18 (1986)
“Duanın səbəbi kimdir”
İnsan deməməlidir: “Mən gözləyirəm ki, Yaradan mənə yuxarıdan bir oyanış versin. Onda mən müqəddəs əməli yerinə yetirə bilərəm”. Çünki Baal HaSulam demişdi ki, gələcək barədə insan mükafat və cəza prinsipinə inanmağa borcludur. Yəni o deməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək? Amma əgər mən özüm üçün etsəm –onda mən kiməm? Və əgər indi deyilsə, o zaman nə vaxt?”
Bu halda bir an belə gözləmək olmaz. İnsan deməlidir: “əgər indi deyilsə, o zaman nə vaxt?” Və daha uyğun bir vaxt gözləmək olmaz, “onda müqəddəs əməli yerinə yetirəcəyəm” demək olmaz. Çünki müdriklər demişdilər: “Demə: ‘Nə vaxtsa vaxtım olacaq, onda öyrənəcəyəm’, çünki ola bilər ki, o vaxt heç gəlməsin.”
6. Rabaş. 659. “Tövrat və əməl nədir”
Yaradanla bağlı olaraq Tövratdan danışmaq lazımdır, çünki əməl (iş) məhz məxluqlara aiddir.
Əməl yalnız məxluqlara aiddir. Buna görə də “əməl” deyildikdə, məqsəd odur ki, insan nə etməlidir – bunu öyrənirik. Və bu vəziyyətdə insan deməlidir: “Əgər mən özümə kömək etməsəm, kim mənə edər?”
Və sonra bu əməldə “Tövrat” xüsusiyyəti cəlb olunmalıdır, və bu, Yaradanın etdiyi sayılır. Başqa sözlə, şəxsi idarə xüsusiyyətini cəlb etmək lazımdır və demək olmaz: “Mənim gücüm və əlimin qüdrəti bu zənginliyi mənə gətirdi.” Və buna görə də Tövrat Yaradanın adları ilə adlandırılır – yəni hər şeyi Yaradan edir.
7. Rabaş. 845. “Yaradan kimi müqəddəs yoxdur”
İnsanın hiss etdiyi bütün müqəddəslik ona Yaradandan gəlir. Bu o deməkdir ki, insanın özü müstəqil şəkildə əldə edə biləcəyi heç bir müqəddəslik yoxdur – hər şey Yaradandan qaynaqlanır. Necə ki, deyilir: “Yaradan kimi müqəddəs yoxdur və bizim Rəbbimizə bənzər istehkam(sarsılmaz qüvvə) yoxdur.”
Məlumdur ki, kelim (qablar) “Elokim” adı ilə, nurlar isə “AVAYA” adı ilə adlandırılır. Necə ki deyilir: “istehkam yoxdur” – bu, o deməkdir ki, insan özündə verici qablar olduğunu görür, yəni onda əvvəllər mövcud olmayan bir şey yaranmışdır – bu “istehkam” adlanır. Yəni harada ki, onda alıcı qablar var idi, indi orada verici qablar yaranmışdır.
İnsan heç vaxt düşünməməlidir ki, o, Yaradanın işinə bir şey əlavə edib və bununla verici qabları əldə edib. Çünki hər şey yuxarıdan gəlir. Və mənim ustadım, atam və müəllimimin sözləri məlumdur: işdən əvvəl insan deməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” – amma işdən sonra inanmalıdır ki, şəxsi idarə var – yəni hər şeyi Yaradan edir. Necə ki, orada (Zoarda) deyilir: “Yaradan formanın içində forma yaradır.” Burada izah olunmalıdır ki, alıcı qabların formasının içində O, verici forma yaradır.
8. Baal HaSulam. Şamati 5. “Lişma – yuxarıdan oyanışdır. Bəs aşağıdan olan oyanış nəyə lazımdır?”
İnsan dünyada ola biləcək bütün əməlləri etməyə borcludur ki, “göylər naminə” xüsusiyyətinə layiq olsun. Ancaq o zaman o, ürəyinin dərinliyindən dua yüksəldə bilər. Və bu zaman Yaradan onun duasını eşidər.
Lakin lişma (Yaradan naminə) xüsusiyyətini əldə etməyə çalışarkən insan bilməlidir ki, o, öz üzərinə tam şəkildə vermək üçün işləmək niyyətini götürür – mütləq kamilliklə. Yəni o, tamamilə verəcək və heç nə qəbul etməyəcək. Və yalnız bundan sonra o, görməyə başlayır ki, onun bədən üzvləri bu fikirlə razı deyillər.
Və buradan o, aydın bir biliyə gələ bilər ki, onun başqa çıxış yolu yoxdur – yalnız Yaradan qarşısında yalvarışını tökmək, ki O, ona kömək etsin və bədəni heç bir şərt qoymadan özünü Yaradanın xidmətinə təslim etməyə razı olsun.