<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 15. Əməldə “Yad tanrı” anlayışı nə deməkdir

15. Əməldə “Yad tanrı” anlayışı nə deməkdir

3 avqust 1945-ci ildə eşidilib.

Deyilir: «Surətim önündə yad tanrılar yaratmayın». Zoar isə belə izah edir: «çəki üçün tərəzi daşları» olmalıdır.

Və Baal Sulam bu barədə soruşdu:Yaradanın yolunda hansı halda olduğunu müəyyən etmək üçün, əməli daşlarla necə ölçmək olar? Və o cavab verdi ki,insan vərdiş etdiyindən artıq işləməyə başlayanda cismi üsyan edir və bütün güvvəsi ilə müqavimət göstərir. Çünki, onun nöqteyi-nəzərincə vermək istəyinə aid olan hər bir əməl boyunduruq və yükdür.O,bu əmələ tab gətirə bilmir.İnsanın müqaviməti isə kənar düşüncələr şəklində onun qarşısında durur. Onlar gəlir, «Kim?» və «Nə?» deyə sual verir. İnsan isə deyir, şübhəsiz bu suallar Sitra Axra tərəfindən ona əməllərində maneə olmaq üçün göndərilib. . 

Və o dedi ki, insan onların Sitra Axradan gəldiyini dediyi halda, «Surətim önündə yad tanrılar yaratmayın» əmrini  tapdalayır.

Səbəb ondadır ki,insan bütün bunların Müqəddəs Şxinadan gəldiyinə inanmalıdır. Çünki «Ondan başqa kimsə yoxdur». Lakin Müqəddəs Şxina insanın Yaradanın yolundakı həqiqi halını göstərir. Başqa sözlə desək, kənar düşüncələr adlanan,bu  sualları göndərməklə, insanın necə cavab verəcəyinə baxır.Bütün bunlar ondan ötəridir ki,insan əsl vəziyyətini bilib,nə etmək lazım olduğunu anlasın. 

yoldaşının onu nə dərəcədə sevdiyini bilmək istəyən insan barədəki rəvayətdə deyildiyi kimi.Üz-üzə gələndə əlbəttə ki,dostu utandığından özünü büruzə vermir.Bu səbəbdən insan onu pisləyən birini yoldaşının yanına göndərir.Bu halda yoldaşının ondan uzaqda olduğunda münasibətini, ona olan sevgisinin dərəcəsini və həqiqəti görə bilər.

Buradan belə nəticə çıxır ki,müqəddəs Şxina  insana öz simasını göstərəndə, Yaradan insana sevinj və həyat eşqi verir. Belə olan halda insan özü üçün heç bir şey almadan, vermək əməli haqqında öz fikrini utandığından ifadə edə bilmir. Halbuki, «Onun siması qarşısında deyil» adlanan, sevinj və həyat eşqinin  zəiflədiyi hallarda,insan «vermək naminə» xüsusiyyətinə olan əsl münasibətini görə bilər.

Və əyər insan «Ondan başqa kimsə yoxdur» deyilişinə inanırsa, bütün kənar düşüncələri Yaradanın göndərdiyini qəbul edirsə,yəni fəal hərəkətdədirsə,yəqin ki,nə etməyi və çətin suallara necə cavab verməyi bilir. Elə bil  O, öz elçilərini yoxlamaq üçün göndərir ki, görsün insan onu, öz ali malxutunu necə yamanlayır.Yuxarıda deyilənləri belə izah etmək olar.  

Və insan bunu anlaya bilər.Axı hər şey Yaradandan gəlir.Çünki görür ki,kənar düşüncələrdən ibarət olan bütün bu zərbələr, insan ruhani əməllərdə olmayanda onun üzərinə tökülmür. Əksinə,insan Tövratla həmişəkindən artıq məşğul olmağa başladıqda,bu zərbələri o qədər güclü hiss edir ki,onlar bütün beyninə hakim kəsilirlər.

 Və bu «çəki üçün tərəzi daşları» adlanır, yəni bu daşlar (avanim),onun anlamaq istədiyi (leavin) suallar, ağlına girir. Bundan sonra o gedir və əməlinin məqsədini tərəziyə qoyur: həqiqətənmi vermək naminə bütün vücudu və qəlbi ilə işləyərək,istəklərinin hər hansısa maddi şeylər əldə etməyə deyil, yalnız Yaradana zövq bəxş etməyə yönəldərək, bu dünyada nə isə qazanmaq olar.

Və burada qızğın mübahisə başlayır,çünki o,görür ki, həm bir tərəf,həm də digər tərəf var.Müqəddəs kitab bu barədə bizə xəbərdarlıq edir:  «Surətim önündə yad tanrılar yaratmayın»,yəni deməyin ki,bu daşları sizə, əməllərinizi tərəziyə qoymaq üçün yad tanrı verdi. Çünki insan bilməlidir ki, bu «Mənim simam» xüsusiyyətidir.Səbəbi isə ondadır ki,insan əməllərinin binasının əsasının və fundamentinin həqiqi quruluşunu görsün.

Lakin əməllərdə olan əsas ağırlıq müqəddəs kitabdakı «bir birini inkar edən iki misradadır»:

  1. Bir tərəfdən insan çalışmalıdır ki, əməllərinin Yaradana zövq bəxş etmək  və öz xeyrinə heç bir şey almamaq üçün, istəklərinin Onunla vəhdətə gəlməsinə yönəlsin.
  2. Digər tərəfdən, biz görürük ki,bu başlıca məqsəd deyil.Cünki Yaradılış ideyası varlıqların Yaradana nə isə verməsindən ibarət deyil.Onda belə bir xisaron yosdur. Bunun,düşüncəsi belə titrəyişncdur. Əksinə,Yaradılış ideyası Yaradanın öz varlıqlarına həzz vermək istəyindən irəli gəlmişdir.Yəni varlıqlar Ondan anjaq rifah və zövq alsınlar.

Bu iki anlayış bir birini təkzib edir,,başqa sözlə desək tamamilə ziddir: çünki insan bir tərəfdən verməli,digər tərəfdən isə almalıdır. Yəni dünyanın islah olunması xüsusiyyəti var:

  1. Bu o deməkdir ki, insan Yaradanla quruluş bənzərliyinə gəlməlidir,yəni bütün əməlləri vermək istəyi niyyəti ilə olmalıdır.
  2. Sonra isə biz yaradılışın məqsədinə,yəni Yaradandan rifah və zövq almağa gələ bilərik.

Bu səbəbdən, insan vermək istəyi niyyəti ilə getmək yoluna özünü vərdiş etdirdikdə, avtomatik olaraq almaq kelimi yox olur.Almaq istəyi yolu ilə getdiyində isə vermək kelimi itir. Ona görə də «çəki üçün tərəzi daşları» -nın köməyi ilə o,hər iki yerə sahiblənir.Çünki,əməlləri zamanı apardığı dannurlardan və həm ağlında,həm də ürəyində vermək istəyi ilə əlaqəli  maneələri dəf edərək,ali malxutun boyunduruğunu qəbul etdikdən sonra,ali nuru özünə çəkmək istədikdə,artıq möhkəm bünövrəsi olduğu üçün kiçicik bir işıltı alsa belə,vermək naminə alır. 

Nəticədə əməllərinin bünövrəsi bütünlüklə vermək istəyi xüsusiyyəti əsasında qurulur. Buna o, «vermək istəyi niyyəti ilə alır» deyilir.