<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Bnei Baruch / Beynəlxalq Konqres “Kabbala le-Am”-May 2025 Dərs 2: İnanmaq ki, Yaradan Xeyirxahdır və Xeyir Verəndir

İlkin mənbələrdən seçilmiş parçalar

Beynəlxalq Konqres “Kabbala le-Am”
“Başqa Heç Kim Yoxdur” ilə Birləşmək – May 2025

İlkin mənbələrdən seçilmiş parçalar


Dərs 2: İnanmaq ki, Yaradan Xeyirxahdır və Xeyir Verəndir

1.Rabaş. Məqalə 1 (1987) “Xeyirxahdır və pisə də, yaxşıya da xeyir verəndir”
 

Biz deyirik: “Və hamı inanır ki, [O]... pisə də, yaxşıya da xeyir verəndir”. Bunu əməldə, yəni Yaradanla yaxınlaşmaq istəyənlər üçün necə başa düşmək olar? Onlar üçün “xeyir” dedikdə – təkcə Yaradanla birləşməyə can atmaq nəzərdə tutulur. Bu halda “pisə də, yaxşıya da” ifadəsini necə başa düşmək olar? Əgər burada söhbət yaxşılığa – yəni Yaradanla birləşməyə gəlmək istəyən insandan gedirsə, bu adam necə “pis” sayılır? Bəs “yaxşı” dərəcəsi nədir?

Bunu anlamaq üçün əvvəlcə Yaradılış Məqsədi barədə danışmaq lazımdır. Bilindiyi kimi, Yaradılış Məqsədi – Yaradanın məxluqlarına yaxşılıq etməkdir. Və buna görə də deyirik: “Və hamı inanır ki, [O]... xeyirxahdır və xeyir verəndir”. Söhbət biliklərimizin dediyindən gedir: “Xeyirxahın təbiəti – xeyir etməkdir”. Ona görə də inanırıq ki, O, həm yaxşıya, həm də pisə xeyir gətirir. Yəni pislər də həzz və xeyir alacaqlar.

Sadə mənada “pis” dedikdə o adamlar nəzərdə tutulur ki, başqalarına ziyan vururlar, yəni onlar yalnız öz mənfəətlərini düşünürlər, başqalarına bəxş etməklə maraqlanmırlar. “Yaxşılar” isə başqalarına xeyir verməyi sevən adamlardır – yəni biz onları “yaxşı insanlar” adlandırırıq. Beləliklə, “xeyirxahdır və pisə də, yaxşıya da xeyir verəndir” – yəni eqoist özünüsevərlikdə olan insanlar da xeyir və həzz alacaqlar.

Biz bilirik ki, almaq üçün olan qablar (kellim) – “almaq üçün almaq” niyyəti ilə – ilk ixtisara (tsimtsuma) məruz qalıb və onlara nur daxil ola bilməz, yəni onlar boşluq şəklində qalırlar. Bu ilk ixtisar heç vaxt ləğv edilməyəcək, yalnız ikinci ixtisar (Tsimtsum Bet) ləğv oluna bilər. Amma almaq üçün almaq niyyəti ilə olan şəxs heç vaxt ali xeyiri ala bilməyəcək.

Mənim atam və müəllimim bir dəfə dedi ki, insanda iki növ qab var: 1) vermək qabları, 2) almaq qabları. Kabala dilində bunlar “panim qabları” (vermək qabları) və “axorayim qabları” (almaq qabları) adlanır. Vermək qabları “yaxşı qablar” adlanır. Elə insanlar var ki, yalnız vermək qablarında özlərini düzəldə bilirlər, yəni onlar yalnız bu qablar vasitəsilə “vermək üçün” niyyətini qururlar. Amma bəzi insanlar daha yüksək mərtəbəyə nail olub, almaq qablarında da “vermək üçün” niyyətini qura bilirlər.

Buna əsasən başa düşmək olar: “xeyirxahdır və pisə də, yaxşıya da xeyir verəndir” – yəni insan inanmalıdır ki, Yaradan ona kömək göndərir, necə ki, müdriklər demişlər: “Təmizlənməyə gələnə kömək olunur.” Və ona görə də insan Yaradanın ona kömək etməsini, ona güc verməsini, hətta almaq qablarında da niyyətini “vermək üçün” qura bilməsini istəməlidir – və bu “pisə də, yaxşıya da” deməkdir: “pis” – almaq qabları, “yaxşı” – vermək qabları. Və belə olduqda hər iki qab “Göylər naminə” – yəni Yaradan naminə – istifadə olunur.

Bu izahdan anlayırıq ki, biz niyə “pis” adlandırırıq o adamı ki, o, istəyir ki, Yaradan ona yaxınlaşsın və o da öz işlərini “Göylər naminə” yerinə yetirsin? Cavab belədir: kim istəyirsə ki, almaq qabları – yəni “pislər” də – Yaradanla yaxınlaşsın, onlar “pis” adlanır. Belə çıxır ki, “pis” qabların düzəldilməsi “yaxşı”dan daha yüksək bir mərhələdir. Çünki “yaxşılar” yalnız vermək qablarının düzəlməsi üçün dua edirlər, “pislər” isə – almaq qablarının da düzəlməsini istəyirlər.

 


2. Baal HaSulam. Şamati 34. “Torpağın üstünlüyü – hər şeydədir”

Kitablardan və müdriklərdən məlum olduğu kimi, Yaradan xeyirxahdır və xeyir verəndir, yəni Onun idarəçiliyi aşağıdakılara xeyirxah və bəxşedici kimi açılır. Biz də belə inanmağa borcluyuq.

Ona görə də insan dünyanın idarəçiliyinə baxanda və özündə və ya başqalarında bu idarəçiliyin nəticəsində əziyyətlər gördüyünü dərk edəndə, və bu idarəçilikdən zövq deyil, əzab aldıqlarını müşahidə etdikdə – bu, Yaradanın adına uyğun deyil, çünki ad, yəni Xeyirxah və Xeyir verən belə bir təəssürat yaratmalı deyil. Bu vəziyyətdə insana demək çətindir ki, ali idarəçiliyin təbiəti “xeyirxahlıq, xeyir etmək və onlara bütün xeyiri vermək”dir.

Lakin bilməlidir ki, əgər bu vəziyyətdə – yəni Yaradanın yalnız xeyir verdiyini deyə bilmədikləri halda onlar “şər adamları” – “raşa” adlanırlar. Çünki əzab hiss etmələri onları Yaradanı günahlandırmağa (“marişea”) vadar edir. Və yalnız o zaman ki, Yaradan onlara zövq verir, Ona haqq qazandırırlar. Necə ki, müdriklər demişlər: “Kimdir saleh? O kəs ki, Yaradana haqq qazandırır”, yəni deyir ki, Yaradan dünyanı ədalətlə idarə edir.

 


3. Baal HaSulam. Məktub 55

“Saleh” – bu o insandır ki, Yaradanın dünyasında yaşayır və daim yaxşı və xoş duyğular alır, və daimi olaraq həzz içindədir. Ona görə də daim Yaradanı xeyirxah bir dünya yaratdığı üçün mübarək sayır və Ona təşəkkür edir. Əlbəttə, o bu sözləri mütləq dillə deməli deyil – çünki onun yaşadığı hisslərin özü artıq Yaradanı mübarək saymaqdır. [...]

Və bu səbəbdən ona “saleh” deyilir – çünki yaradılışa haqq qazandırır və onu necə varsa, elə də qəbul edir və hiss edir.

 


4. Rabaş. Məqalə 28 (1987) “İşdə ‘artırma və azaltma’ nə deməkdir?”

İnsan inamı idrakdan yuxarı qoymalı və özünü sanki artıq Yaradanın varlığına inanmağa orqanlarında hiss edirmiş kimi təsəvvür etməlidir. Yəni, o, görür və hiss edir ki, Yaradan bütün dünyanı “xeyirxah və xeyir edən” siması ilə idarə edir. Baxmayaraq ki, o, idrakı çərçivəsində baxdıqda bunun əksini görür – yenə də o, idrakdan yuxarı işləməli və bu hissi öz orqanlarında artıq mövcudmuş kimi qəbul etməlidir. Çünki əslində də belədir – Yaradan dünyanı “xeyirxah və xeyir edən” siması ilə idarə edir.

Bu zaman o, Məqsədin əhəmiyyətini dərk edir və oradan həyat – yəni sevinc alır. Bu isə ondan ibarətdir ki, onun Yaradanla yaxınlığı var və o , Yaradan – xeyirxah və xeyir verəndir deməyə qadirdir.

 


5. Baal HaSulam. Məktub 1

Hamı xüsusi idarəetməyə inanır, lakin onunla tamamilə birləşmiş deyillər.
Və bunun səbəbi ondadır ki, necə olar ki, yad və murdar bir fikri … xeyir və xeyir yaradanın mütləq təzahürü olan Yaradanla əlaqələndirmək mümkün olsun? … Lakin yalnız Yaradanın həqiqi qulluqçularına əvvəlcə xüsusi idarəetmə haqqında bilik aşkar olunur – yəni Onun bütün səbəbləri – həm yaxşı, həm də pis – bir araya gətirdiyini, və o zaman onlar xüsusi idarəetmə ilə birləşirlər, çünki kim ki təmiz olanla birləşibsə, özü də təmizdir.

Və idarə edən Öz idarəçiliyi ilə birləşdikdən sonra, yaxşı ilə pis arasındakı fərq tamamilə seçilməz olur – “və onların hamısı seviləndir, və onların hamısı seçiləndir”, çünki onların hamısı Yaradanın qabını daşıyandır və Yaradanın birliyinin aşkarsını tərif etməyə hazırdırlar, və bu duyumda tanınır. Və bu mənada sonunda onlarda bilik yaranır ki, bütün hərəkətlər və düşüncələr – həm yaxşı, həm də pis – Yaradanın qabını daşıyandır, Onun tərəfindən hazırlanmışdır və Onun ağzından çıxmışdır, və bu, Son İslahda hamıya məlum olacaq.

Lakin hələlik uzun və qorxunc sürgün davam edir, və əsas fəlakət ondadır ki, insan hansısa uyğun olmayan bir əməl aşkar olanda bunu görəndə, öz pilləsindən düşür (və məşhur yalanın tələsinə düşür, unudur ki, özü meşəçi əlindəki baltaya bənzəyir). Çünki o, düşünür ki, bu əməli özü edir və bütün səbəblərin səbəbkarını – hər şeyin Ondan gəldiyini  və Ondan başqa dünyada heç kimin təsir göstərmədiyini unudur. Və dərs də bundadır – baxmayaraq ki, əvvəlcə o, bu pillədə bilik vasitəsilə dayanırdı, amma lazım olan anda, bilik gücü ilə hər şeyi səbəblərin Səbəbkarı ilə elə bir birliyə gətirmək qabiliyyətinə malik olmayacaq ki, bu birləşmə xidmətləri kasasını doldursun.


 

6. Rabaş. Məqalə 44 (1990) – “İşdə «hakimiyyət uğrunda müharibə» nədir – 2”

İnsan inanmalıdır ki, gizlənmə – yəni insanın dünyada Padşahın (Yaradanın) varlığını hiss etməməsi – Yaradan tərəfindən yaradılmışdır və bu, “ixtisar islahı” adlanır. Lakin insan inanmalı və bunun üçün böyük səylər göstərməlidir – o vaxta qədər ki, onun orqanlarında Yaradanın dünyanı idarə etdiyini hiss etsin. Və sadəcə idarə etdiyini yox, insan inanmalıdır ki, Onun idarəçiliyi xeyirxah və xeyir gətirəndir. Və insan, buna nail olmaq üçün əlindən gələni etməlidir.

 


7. Baal HaSulam. Şamati 16 – “İşdə ‘Yaradanın günü’ və ‘Yaradanın gecəsi’ nə deməkdir”

Yaradanın gününü gözləyənlər – yəni onlar, “inamın biliyin fövqündə olduğu” dərəcəyə çatacaqlarını gözləyirlər. Elə bir inam ki, sanki açıq-aşkar görürlər və tam biliyə sahibdirlər ki, bu belədir. Yəni – Yaradan dünyanı “xeyirxah və xeyi rverən” siması ilə idarə edir.

Başqa sözlə desək, onlar, Yaradanın dünyanı xeyirxahlıqla idarə etdiyini görmək istəmirlər. Çünki görmək inama ziddir. Yəni, inam yalnız ağla zidd olduqda məna kəsb edir. İnsan, ağlına qarşı bir şey etdikdə – bu, “biliyin fövqündə olan inam” adlanır. Onlar inanırlar ki, Yaradanın məxluqlara olan idarəçiliyi “xeyirxah və xeyir verən” formadadır. Onlar Yaradanı “görmək” istəmirlər ki, bu sifət Onun idarəsində görünən olsun. Əksinə, istəyərlər ki, bu sima onların daxilində biliklə deyil, “biliyin fövqündə olan inam” kimi qalsın.

Lakin onlar Yaradandan dua edərək istəyirlər ki, bu inam o qədər güclü olsun ki, sanki ağıl daxilində biliklə görülən kimidir. Yəni, ağıl daxilində inam və bilik arasında fərq hiss olunmasın. Bu, Yaradanla birləşmək istəyənlər üçün “Yaradanın günü” adlanır.

 


8. Rabaş. Məqalə 28 (1988) – “Yaradanın gizli və aşkar idarəçiliyi nə deməkdir”

Bizə əmr olunub ki, Yaradanın idarəçiliyinə inanaq – yəni O, dünyanı “xeyirxah və xeyir verən” siması ilə idarə edir. Və bunun səbəbi odur ki, biz inanmalıyıq: Yaradılışın məqsədi – Yaradanın məxluqlarını həzzləndirmək istəyindən doğur. Və biz inanmalıyıq ki, hətta biz [yuxarıdan gələn] idarəçilikdən əziyyət hiss etsək belə, yenə də inanmalıyıq ki, bizim Yaradanın əmr etdiyi əməlləri yerinə yetirməməyimizə görə aldığımız cəzalar – bu, nə intiqam, nə də insanların etdiyi kimi qisas deyil. İnsanlar, kiminsə ləyaqətini alçaltdığını düşündüyü üçün onu cəzalandırır. Lakin burada islah baş verir.

Bu o deməkdir ki, insan, Yaradanın əmrlərini yerinə yetirmədiyinə görə çəkdiyi əzablara görə islah olunur. Çünki Tövrat və ehkamların verilməsi insanın xeyrinədir – bu vasitə ilə o, Yaradanın yaratdıqları üçün hazırladığı xeyir və həzzi qəbul edə biləcək qabları əldə edəcək.