14.Yaradanın Ucalığı nədir
1948-ci ildə eşidilib
Yaradanın Ucalığı İnsanın Ondan, bilik üzərindən getmək üçün qüc istəməsi deməkdir.Başqa sözlə desək,Yaradanın Ucalığının 2 mənası var:
- Əvvəla, insan suallarına biliyi,yəni dərrakəsi vasitəsilə cavab verməməlidir.Əksinə,istəməlidir ki, suallarına Yaradan cavab versin. Deməli,bu Ucalıq adlanır.Belə ki,insanın bütün suallarına cavab tapması üçün dərrakə yuxarıdan gəlir. İnsanın izah edə biləcəyi bütün şeylər isə ona,zahiri dərrakəsi hesabına gəlir. Başqa sözlə desək, almaq istəyi başa düşür ki,Tövrata və ehkamlara riayət etmək lazımdır.Eyni zamanda “bilik üzərində” xüsusiyyəti insanı əməllərində irəliləməyə məcbur edir.Buna bilik əleyhinə almaq istəyi deyilir.
- İnsanın suallarına cavab tapmaq üçün Yaradana olan ehtiyacı Yaradanın Ucalığı adlanır.
Bu səbəbdən:
- İnsan bilik üzərindən irəliləmək istədiyində,içində bir boşluq olduğunu anlayır və Yaradana ehtiyac duyur.
- Yalnız Yaradan ona bu gücü verə bilər ki,insan bilik üzərindən getsin.Yəni, Yaradanın verdiyi Onun Ucalığı adlanır.