<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 13. Nar barədə deyilənlər

13. Nar barədə deyilənlər

15 Sentyabr 1947-ci ildə eşidilib..

Baal Sulam deyir: nar, müdriklərin söylədikləri aşağıdakı sözlərə işarədir: Səndəki (yəni İsraeldəki) boşluqlar belə, narda olduğu kimi, ehkamlarla doludur.

Və O,əlavə edir: “nar” rimon, “ucalıq” romemut sözündən irəli gəlir.Bu isə” bilikdən yüksək” deməkdir, yəni “səndəki boşluqlar ehkamlarla doludur.” Dolğunluq isə bilikdən yüksəkdə nə dərəcədə getməsindən asılıdır.Bu isə ucalıq adlanır. Boşluq yalnız var olmayan yerdə mövcuddur. ( Buna “Yeri havadan asıb” deyilir.)

Sual olunur,boş yerin dolğunluq dərəcəsi nədən asılıdır? Cavab: bilik üzərindən özünü nə qədər qaldırmasından.Başqa sözlə desək, boşluğu Yaradanın ucalığı,yəni “bilik üzərindən” xüsusiyyəti ilə doldurmaq lazımdır. Və qoy Yaradana, ona bu qüvvəni verməsi üçün yalvarsın. Anlamaq lazımdır ki, boşluq insana özünü boş hiss etməsi üçün deyil,bu boşluğu Yaradanın ucalığı ilə doldurması üçün verilir.Yəni İnsan hər şeyi bilik üzərindən yüksəlməklə qəbul etməlidir.

Deyildiyi kimi,”Yaradan elə edib ki,Ondan qorxsunlar”.Yəni insana bu fikirlərin boşluqda gəlməsi,onda bilik üzərindən inama ehtiyac yaratmaq üçündür. Lakin bunun üçün Yaradanın yardımı labüddür.Belə ki, insan Yaradandan elə bir güc istəməlidir ki,o,bilik üzərindən inama gəlsin.Məhz həmin anda insanın Yaradana ehtiyacı var ki,ona kömək etsin.Bunun səbəbi ondadır ki, zahiri ağıl ona əksini anladır.

Bu səbəbdən insanın Yaradana ona kömək etməsi üçün yalvarmaqdan başqa çarəsi yoxdur.Bu barədə belə deyilir: “ İnsanın şəri ona hər gün qalib gəlir və əyər Yaradan yardım etməsəydi,o,davam gətirə bilməzdi”.Deməli,yalnız bu vəziyyətdə insan anlayır ki, Yaradandan başqa ona kömək edəcək bir qüvvə yoxdur.Ona görə də ”Yaradan elə edib ki,Ondan qorxsunlar” deyilir. Çünki, inamda həyəcan xüsusiyyəti var və yalnız o anda insan Yaradana ehtiyac duyur.