10. Əməllərdə «Qaç, ey mənim sevgilim» nə deməkdir
1944-cü ilin iyun-iyul aylarıda eşidilib.
İnsan bütün əməllərinin göylər xatirinə olmasını istədiyi yola düşdükdə,o, ruh düşkünlüyü və ya ruh yüksəkliyi hallarına gəlir.Bəzən o qədər dərin düşkünlükdə olur ki,hətta Tövratdan və ehkamlardan qaçmağı belə düşünür.Başqa sözlə desək,onda, müqəddəsliyin hakimiyyətində olmaq istəyinin yox olması fikri yaranır.
Belə olan halda,insan inanmalıdır ki, vəziyyət tamamilə əksinədir,yəni əslində müqəddəslik ondan qaçır. Bunun səbəbi ondadır ki,insan müqəddəsliyə zərər gətirmək istədikdə,müqəddəslik gedir və birinci olaraq ondan qaçır.Və əyər insan buna inanaraq,qaçış zamanı özünə qalib gəlirsə,o zaman “qaç” (brax), “xeyir-dua ver” (barex)-ə çevrilir. Necə deyərlər: “Ey Yaradan, onun qüvvəsinə xeyir-dua ver və əməllərinə mərhəmət göstər.”