<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 9.Əməllərdə “insanın biliyini genişləndirən o üç amil “ nədir

9.Əməllərdə “insanın biliyini genişləndirən o üç amil “ nədir

1942-ci ilin avqust-sentyabr aylarında eşidilib.

Zoar müdriklərin sözlərini izah edir “Üç amil insanın biliyini genişləndirir: gözəl həyat yoldaşı,gözəl ev və gözəl avadanlıq -kelim”. Və Zoar deyir: ”gözəl həyat yoldaşı”-bu müqəddəs şxinadır,”gözəl ev”-onun ürəyi, “kelim” isə -onun orqanlarıdır”.

Və izah etmək lazımdır ki, müqəddəs Şxina həqiqi halı,yəni bütün gözəlliyi ilə yalnız o halda təzahür edir ki,insanın qəlbindən gələn və onun orqanlarını təşkil edən “gözəl kelimi “ olsun. Başqa sözlə desək, insan öncə almaq istəyini ləğv etməklə və özünü yalnız vermək istəyi naminə işləməyə vərdiş etdirməklə, qəlbini təmizləməlidir ki,  “gözəl evə” malik olsun” və nəticədə gözəl kelimə” sahiblənsin. Yəni onun “kelim” adlanan istəkləri özü üçün almaq istəyindən təmizlənmiş olmalıdır.Buna vermək xüsusiyyəti deyilir.

Eyni zamanda evi gözəl deyilsə,yəni Nurla Kli arasında quruluş bənzərliyi yoxdursa,Yaradan dediyi kimi: “Mən və o, eyni evdə yerləşə bilmərik”. Məhz buna görə insan düşüncə və ya qəlbində təmizlənərək, üzərinə inam xüsusiyyətini götürürsə,o zaman o,müqəddəs Şxinanın bütün gözəlliyi ilə təzahürünə nail olur.Bu isə insanın biliyini genişləndirir, yəni aldığı həzz və sevinj hissi hesabına müqəddəs Şxinanın bütün orqanlarında,daxili və xarici kelimlərində açılışı baş verir. Bu “biliyin genişlənməsi” adlanır.

Buna “şöhrətpərəstlik,qibtə,hərislik” kimi, “insanı özündən çıxaran” hisslərin köməyi ilə layiq olmaq mümkündür. Burada “qibtə”-müqəddəs Şxinaya olan qısqanclıq hissidir, deyildiyi kimi o, “Ordu Yaradanının qısqanclığı”  ilə qısqanır.«Şöhrətpərəstlik» 'kavod', o deməkdir ki, o,göylərin şöhrətini ('kvod şamaim') artırır. «Hərislik» 'Taava ' isə «Sən,mütilərin istəyini (taava)  eşitdin» deməkdir.