8. Müqəddəslik kölgəsi ilə Sitra Axra kölgəsi arasında olan fərq
Iyul ayında eşitdilib (İyul 1944 -cü il)
Deyilmişdir: «Gün gələnədək, kölgələr qaçanadək...» (Nəğmələr nəğməsi, bölüm-2). “Kölgə” nədir və niyə iki cür olur, bunu anlamaq vacibdir. İnsan Yaradanın idarəetməsinin mərhəmətli və xeyir verən olduğunu hiss edə bilmirsə, onun halı günəşin işığını gizlədən kölgə kimi təyin olunur. Günəşi gizlədən kölgənin ona heç bir halda təsir edə bilmədiyi kimi və günəş tam gücü ilə ətrafa nur saçdığı kimi - insan da Yaradanın idarəetməsini hiss etmədən, yuxarıda baş verən və ya baş verə biləcək hadisələri dəyişə bilmir.Cünki Yuxarıda hər şey dəyişməzdir, deyildiyi kimi: «Mən, Yaradan ( AVAYA), dəyişmədim».
Bütün dəyişikliklər almaq istəyində baş verir. Və bu kölgədə, yəni bu gizlilikdə 2 növ ayırd edilir :
- Birinci növ o odur ki, insan hələ ki həmin qaranlıq və gizliliyin öhdəsindən gələ bilir, Yaradana haqq qazandırır və Ona dua edir, dualarında Ondan xahiş edir ki, Yaradan onun gözlərini açsın və insan hər bir gizliliyin Onun tərəfindən gəldiyini duya bilsin, yəni Yaradan bunları ona görə edir ki, o, Yaradana dua edib Ondan kömək istəsin və Onunla birləşmək istəsin. Çünki insan Yaradandan aldığı iztirablardan qurtulmaq istəyərək əlindən gələni edəcəkdir. Ona görə də Yaradandan gizlilik və əzab hissi alırsa, o, əlbəttə ki, məlum şəfadan, yəni duadan istifadə edib, onu daha da gücləndirəcək, Yaradandan onu, düşdüyü bu haldan qurtarmağı xahiş edəcəkdir. Deməli düşdüyü haldan asılı olmayaraq insan hələ də Yaradana və Onun idarəetməsinə inanır.
2. İkinci növ isə odur ki, insan inamında möhkəmlənə bilmir, və hiss etdiyi bütün əzab və zərbələrin Yaradandan, onun növbəti pilləyə qalxması üçün gəldiyini söyləyə bilmir. O zaman, insan, deyilməsi belə titrəyişlu olan, inamsızlıq halına düçar ola bilər, çünki o, Yaradanın idarəetməsinə inanmır və təbii ki, Ona dua edib kömək diləmir. Buradan elə bir qənaətə gəlirik ki, iki növ kölgə var, və bu aşağıdakı deyimin mənasını izah edir: “Və kölgələr qaçmadı”, yəni kölgələr dünyadan yox olsun.
Klipanın kölgəsi: «Digər tanrı qısırdır və heç bir bar vermir»-adlanır. Müqəddəs kölgə haqqında isə belə deyilir: «Onun kölgəsini istədim, altında oturdum və Onun barı mənə şirin gəldi.» İnsana gələn bütün gizlilik və əzablar Yaradanın istəyi ilə ona görə baş verir ki,, Yaradan, insanın həmin vəziyyətdən, inamını bilikdən yüksək tutub çıxmasını diləyir.
Əgər insanın, Yaradanın göndərdiyi hər bir şeyin ona xeyir gətirəcəyinə inanmağa gücü varsa, o, ancaq bu yol ilə, öz naminə deyil, vermək xatirinə çalışmağa başlaya bilər,- bu zaman insan, Yaradanın məhz bu işdən həzz ala biləcəyini anlayır və buna inanır, çünki belə əməl inamın bilikdən üstün olması prinsipi ilə qurulub.
Və insan bir daha Yaradandan onun dünyasında olan kölgələri qovmasını isislah, əvəzində belə söyləyir: «Mən görürəm ki, Yaradan mənim, inamımın bilikdən yüksək olması halında işləməyimi diləyir». O zaman deyəcəkdir: “Əlbəttə ki, Yaradan belə işdən həzz alır! Və mənim Onun gizliliyi şəraitində çalışmağımın heç bir əhəmiyyəti yoxdur”. Axı o, vermək xatirinə, Yaradana fərəh hissi bəxş etmək xatirinə çalışır. Ona görə də o, əməlində heç bir nöqsan hiss etmir, əks halda o, Yaradanın qeybə çəkildiyini və onun əməlindən həzz ala bilməyəcəyini hiss etmiş olardı.
İnsan isə Yaradanın idarəetməsilə razıdır - yəni o, bütün qəlbi və ruhu ilə əməlləri zamanı Yaradanın mövcudluğuna inanmaq istəyir, çünki o, özünün ala biləcəyi həzz haqqında deyil, Yaradana bəxş edəcəyi fərəh hissi barədə düşünür. Buradan belə qənaətə gəlmək olar ki, bu kölgə ona həyat verir.
Bu barədə belə deyilir: “Onun kölgəsini arzuladım”, yəni insan elə bir hala yiyələnmək istəyindədir ki, o, inamın bilikdən üstün olması ilə maneələri dəf edə bilsin. O zaman belə məlum olur ki, İnsan bunu, gizlilik şərti daxilində, hələ ki, dua etməyə imkanı olduğu halda etmirsə, yəni Yaradana, onu özünə yaxınlaşdırmaq üçün yalvarmırsa, o, bu imkanı əldən qaçırırsa, insana ikiqat gizlilik halı göndərilir və bu halda o, heç bir dua edə bilmir.Bütün bunlar onun, var gücünü toplayıb Yaradana dua edə bilməməsi günahı səbəbindən baş verir və insanı dərin rəzalətə uğradır.Lakin bu vəziyyətdə Yaradan rəhm edərək onu yenidən oyadır. O isə hər şeyi bir daha başdan başlayır.