7. Əməllərində vərdişin insanın ikinci təbiətinə çevrilməsi nə deməkdir
1943-cü ildə eşitdiklərim
İnsan özünü hər hansı bir əmələ öyrəşdirərsə, həmin əməl onun vərdişinə çevrilir, istənilən vərdiş isə insanın ikinci təbiətinə çevrilə bilər. Ona görə də insanın reallığını duya bilmədiyi heç bir təzahür yoxdur. Bu o deməkdir ki, insan nəyə isə tamamilə hissiyatsız olsa da, vərdişin köməkliyi ilə onu hiss etməyə başlayır.
Və bilmək vacibdir ki, Yaradanla varlıqların duyğuları təbiətcə fərqlidir. Varlıqlar duya bilən və duyulan, dərk edən və dərk olunan,başqa sözlə, bizdə müəyyən bir reallıqla ümumiləşən duya bilən xüsusiyyəti var. Reallıq özü isə duya bilən olmadan yalnız Yaradanın özünə aiddir, hansı ki, insan düşüncəsi üçün tamamilə əlçatmazdır.
İnsan isə istənilən reallığı hissiyatından irəli gələrək duya bilir. Analoji olaraq, bu reallığın həqiqiliyi də anjaq onu duya bilənə nisbətdə qiymətləndirilir.Başqa sözlə desək, duya bilən üçün həqiqət hiss etdiyidir.Reallıq onun üçün hiss edə biləcək və dadını çıxara biləcək dərəcədə aşkar olunur. Əgər o, həqiqətdə acı dad duyursa, özünü pis hiss edib əzab hissi çəkirsə, ruhani işində həmin insan “raşa” - yəni əməlində günah işlətmiş sayılır, çünki o, Yaradanı, “marşia”-nı günahlandırmış kimi olur.Lakin Yaradan mərhəmətli və yalnız xeyir verəndir. İnsan isə öz duyğularına əsasən hiss edir ki,o, Yaradandan əks hal alır, yəni içində olduğu vəziyyət-pisdir.
Müdriklər dediyi kimi: “Dünya ya ən sonuncu günahkarlar, ya da tamamilə saleh insanlar üçün yaranıb”. Bu o deməkdir ki, o, ya özünü mövcud olduğu reallıqda yaxşı hiss edir, Yaradana haqq qazandıraraq və “Yaradan dünyaya yalnız xeyir verir”-deyərək saleh insan adlanır.Və ya dünyada acı dad hiss edərək, “raşa” - yəni əməlində günah işlətmiş sayılır,çünki Yaradanı, “marşia”-nı günahlandırır.
Buradan belə qənaətə gəlmək olar ki, hər şey insanın duyğuları ilə ölçülür.Lakin həmin duyğular Yaradana aid ola bilməz, birlik nəğməsində qeyd edildiyi kimi: “Sən həmişə olduğun kimi qalacaqsan - heç bir zaman nə əksiyin, nə artığın olmayacaq”. Ona görə də bütün aləmlər və bütün dəyişikliklər yalnız insanın qavrayışına uyğun olaraq almaq istəyi olanlara aiddir.