<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 5.Lişma-Yaradandan gələn oyanışdır, bəs məxluqlardan gələn oyanış nəyə gərəkdir?

5.Lişma-Yaradandan gələn oyanışdır, bəs məxluqlardan gələn oyanış nəyə gərəkdir?

1945-ci ildə eşitdiklərim

İnsanın lişma xüsusiyyətinə necə layiq olmağı anlaması mümkünsüzdür. Çünki bizim aləmda belə bir hadisənin baş verməsini insan şüuru dərk edə bilməz. Bunun səbəbi ondadır ki, insana Tövrat və ehkamlarla məşğul olarsa,  səmərə əldə edəcəyi söylənilir. Əks halda o, bir şey eləmək iqtidarında deyil.Lakin bu Yaradandan gələn bir nur işartısıdır və  onu yalnız  dadını hiss edən anlaya və dərk edə bilər. Deyildiyi kimi: “Dadın və görün, Yaradan necə gözəldir”. Bu halda, insanın lişmaya nail olmaq üçün bu qədər çalışıb səy göstərməsi, hər cür məsləhətlərə əməl etməsi nəyə gərəkdir? Çünki Yaradan ona vermək istəyi adlanan ikinci bir təbiəti verməsə ona heç bir səy  lişma xüsusiyyətinə nail olmağa kömək edə bilməyəcək.

Cavab müdriklərin dediyindədir: “Bu işi sən bitirməməlisən, lakin ondan imtina etmək ixtiyarında da deyilsən”. Yəni insan aşağıdan güclü səy göstərməlidir (itaruta deletata). Belə bir  səy dua xüsusiyyəti adlanır. Çünki dua xisaron (əksiklik) deməkdir, onu hiss etmədən istəyin tamamlanması mümkün deyil. İnsanda lişma xüsusiyyətinə ehtiyac olduqda, ona “yuxarıdan istəyin tamamlanması hissi” gəlir, bu isə dualara olan cavabdır, yəni o, xisaronunu tamamlamağa nail olur. İnsanın Yaradandan  lişma xüsusiyyəti alması üçün səy göstərməsi yalnız xisaron və kli əldə etməsi üçündür.Bu xisaronun tamamlanmasını isə insan özü əldə edə bilməz, o, Yaradanın bəxşişidir.

Amma dua mükəmməl olmalıdır, yəni qəlbin daxilindən gəlməlidir və insanın onu Yaradandan başqa heç kim bu aləmdə xilas edə bilməyəcəyindən əmin olmasından irəli gəlməlidir. Bəs insan bundan necə əmin ola bilər? Buna insan, bütün gücünü sərf etməsinə baxmayaraq heç bir bəhrə görməyəndə nail olur. Ona görə də insanın Yaradana vermək istəyi xüsusiyyətinə nail olmaq üçün bütün əməlləri yerinə yetirməsi vacibdir. Yalnız o halda insan qəlbinin daxilindən kömək istəyi üçün dua etməyə qadir olur- və Yaradan onu həmin an eşidir.  

Lakin insan lişma xüsusiyyətinə nail olmağa çalışanda bilməlidir ki, o,  vermək istəyi naminə tam bir mükəmməlliklə səy göstərməlidir və özü üçün heç bir mükafat gözləməməlidir. O zaman insan, bütün orqanlarının bu istəyə qarşı olduğunu görür.

Bu zaman insan sonuncu bir nəticəyə gəlir ki, Yaradana yalvarıb, bütün vücudunun Ona şərtsiz itaət etməsinə razılaşmasında ona kömək etməsini istəməsindən başqa yolu yoxdur.İnsan, bədənini öz istəklərindən imtina etməsinə razı salmaq gücündə olmadığını görür. 

Burdan belə bir nəticəyə gəlmək olar ki, insan vücudunun istəklərini xoşluqla Yaradana vermək üçün işləməsinə nail ola bilməyəcəyini anlayır və məhz o an onun duaları qəlbinin daxilindən doğulur və   Yaradan onları qəbul edir.

Vermək istəyinə nail olduqda, insan içindəki şər niyyətləri öldürür, bunu bilmək vacibdir. Çünki şər niyyət-  almaq istəyidir və insan əldə edilmiş vermək istəyi hesabına almaq istəyini ləğv edir ki,onun heç bir şey etməyə  imkanı olmasın.İstifadə olunmayan istək isə ölməyə məhkumdur. Çünki o, onu "vəzifəsindən uzaqlaşdırmışdır" və onun artıq heç bir işi qalmır, çünki ondan artıq istifadə olunmur. Onun fəaliyyət baxımından ləğv edilməsi, onun "öldürülməsi" sayılır.

Əgər insan özündə, həyatda yolunda çalışmağa dəyən ən vacib amilin nə olduğunun hesabatını apararsa, özünü Yaradanın qarşısında itaətə gətirməyin elə də çətin olmadığını  görəcək. Bunun da iki səbəbi var:

  1. İstənilən halda, insan bu dünyada səy göstərməlidir. Bəs sonda, bütün səylərdən sonra ona qalan nə olacaq?
  2. Halbuki lişma xatirinə işləyənlər hətta iş zamanı belə çox böyük həzz hissinə nəsib olurlar. 

“Sən Məni çağırmırdın Yaqub, çünki sən, İsrael, məndən bezmişdin”- cümləsini anlatmaq üçün Dubnadan olan görkəmli kabalistin sözlərini misal kimi çəkmək olar. Öz açıqlamasında o, söyləmişdir ki, bu varlı insan haqqında olan bir hədisə bənzəyir. O,əlində kiçik çamadanla qatardan çıxarkən çamadanını sərnişinlər baqajlarını qoyduğu yerə qoyur. Yükdaşıyanlar baqajları götürüb varlı tacirlərin dayanacaqları qonaq evlərinə aparırlar.Onlardan biri tacirin kiçik çemodanını qoyub,böyüyünü götürür,çünki fikirləşir ki,kiçik baqajı tacir özü də qaldırıb apara bilər.Tacir yükdaşıyana həmişəki kimi çox da böyük olmayan ödənişi vermək istəyəndə,o,imtina edərək deyir:”Mən sənin ağır baqajını çətinliklə qonaq evinə daşımışam,çox yorulmuşam, sən isə bunun müqabilində mənə belə az pul verirsən?”

İnsan ruhani əməllərdə  böyük səy göstərdiyini deyərsə, Yaradan ona belə cavab verəcəkdir: “Sənin çağırdığın mən deyildim, Yaqub!” , yəni “öhdənə götürdüyün yük məmin deyil! Bu yük başqalarınındır. Əgər ruhani əməllərdə  böyük səy göstərdiyini deyirsənsə, deməli sən, başqa ağaya işləmisən. Ona görə də bəxşişini almağa da həmin ağanın yanına get”, “Sən Məndən bezdin, İsrael”.

Yaradan üçün işləyən, heç bir yük hiss etməməlidir, əksinə işini sevinc və fərəhlə görməlidir. Çünki digər məqsədlər naminə işləyən-niyə Yaradan ona işində fərəh hissi vermir deyə -Yaradana öz tələbləri ilə müraciət edə bilməz. Axı o, Yaradan naminə işləməyib, niyə Yaradan ona iş gördüyünə görə bəxşiş verməlidir? Yəni insan tələblərlə yalnız kim üçün işləyirsə,ona müraciət edə bilər ki, o da insana həzz və həyat eşqi versin.

“Lo lişma” səviyyəsində görülən ruhani iş müxtəlif  niyyətlə ola bilər, və insan o zaman işlədiyi niyyətin məqsədindən bəxşiş, yəni həzz və həyat eşqi tələb edə bilər. Bu barədə belə deyilib: “Qoy onları yaradana və  onlara arxalanana  bənzər olsunlar!”(Psalom 115)

Lakin deyilənlərdə aydın olmayan bir məqamı görürük:  insan ali malxutun boyunduruğunu hər hansı bir yad niyyəti olmadan qəbul etdikdə belə,onu bu halda qalmağa vadar edən heç bir həyat eşqi hiss etmir.Əslində bu boyunduruq yalnız bilik üzərində inam,yəni öz istəklərinin əksinə gedərək maneələri dəf etmək sayəsində qəbul edilir. 

Bu zaman sual yaranır: “İnsan nəyə görə həmişə ruhi əməldə səy hiss edir və vücudu heç bir həyat eşqi duymadığına görə daima bu işdən canını qurtarmağa çalışır? Insan təvazökarlıqla və yalnız vermək istəyinə nail olmaq üçün, kənar niyyəti olmadan çalışarsa, niyə Yaradan ona işin dadını duymağı və həyat eşqi  hissi bəxş etmir?

Cavab ondadır ki, bunun böyük bir islah olduğunu bilmək lazımdır.Belə ki,əyər insan  ali malxutun boyunduruğunu qəbul edən kimi həyat eşqi,güc və nur alsaydı,o zaman almaq istəyi də bu işə asanlıqla razı gələrdi.Niyə? Şübhəsiz ona görə ki,almaq istəyi özünü ehtirasla tamamlamaq istəyər,yəni şəxsi mənfəəti naminə çalışardi.  

Elə olsa idi, insan heç vaxt vermək istəyinə(lişma) yiyələnə bilməzdi, çünki Yaradan naminə edilən əməllərdə maddi istəklərin təmin edilməsinə nisbətən daha çox həzz hiss edərdi.Bu səbəbdən də daima məmnunluq hiss etdiyindən,ömrünün sonuna kimi “lo lişma”-da qalmış olardı. İnsan məmnunluq hissi olan yerdə başqa heç bir şey edə bilmir və bu hissin əsarətindən qurtarmağa qadir olmur. 

Bu, camaatın oğrunu güdən zaman, onun hamıdan irəlidə qaçaraq “Tutun oğrunu!” - çığırmasına bənzəyir. Bu zaman oğurlanmış malın sahibinə qaytarılması üçün oğrunu müəyyən etmək olmur. 

Lakin oğru, yəni eqoizm Ali malxutun xüsusiyyətini öz üzərinə qəbul edən zaman, həzz hissini duymadıqda, insan özünü inamın bilikdən üstün olması şərtini qəbul etməyə məcbur edirsə və onun bədəni buna alışarsa,yəni almaq istəyinə qarşı çalışarsa,o zaman insan artıq Yaradana həzz vermək naminə çalışmaq üçün vasitə əldə etmiş olur. İnsandan tələb olunan ən vacib amil- əmək tədbiq etməklə, Yaradan ilə birləşməyə nail ola bilməsidir, yəni bütün əməlləri vermək istəyi ilə bağlı olaraq, Onunla bənzərlik xüsusiyyətlərinə nail olmasıdır.

      Bu hal haqqında deyilmişdir: “Bax, indi Yaradandan həzz alarsan!”, burada “Bax,indi…”- ruhani işin başlanğıc ərəfəsində heç bir həzz hissini duya bilməməsi nəzərdə tutulur, yəni insanın bütün əməlləri bədəninin istəklərinə qarşı çıxıb, əmək tədbiq etmək hesabına olur. Lakin özünü, vermək istəyi naminə, hər hansı bəxşiş gözləmədən, işləməyə öyrəşdərsə, yəni onun güc tədbiq etməyinin Yaradana fərəh hissi bəxş etməsinə inanarsa,- həmin an insanda Yaradanı duymaq kimi hiss yaranır. İnsan, Yaradanın onun iş üçün tədbiq etdiyi, göstərdiyi istənilən gücü, onun özünün qiymət verib və ya verməməsindən asılı olmayaraq, qəbul edir. Yaradan yalnız insanın niyyətinə fikir yetirir və Onun həzz alması insanın niyyətindən asılıdır və bunun nəticəsində insan ali həzz hissinə nail olur.

Ona görə də insan gördüyü işin başlanğıc ərəfəsində həzz hissini duymalıdır, çünki o, Yaradan xatirinə işləyir, axı tədbiq olunan güc insana Yaradan üçün həqiqi ruhi işdə çalışmağa kömək edir. O zaman insanda Yaradan xatirinə göstərdiyi gücdən həzz almaq imkanı yaranır və bu imkan hətta istəklərin ixtisarı mərhələsində  də mövcud olur.