<- Kabalah Kitabxanası
Oxumağa Davam Et ->
Kabalah Kitabxanasının Ana Səhifəsi /

Baal HaSulam / 4. Yaradan naminə insanın öz istəklərindən imtina etməsinin çətinliyinin səbəbi

4. Yaradan naminə insanın öz istəklərindən     imtina etməsinin çətinliyinin səbəbi

 

                               12 Şevatda eşidilib (6 fevral 1944-cü il)

Bilmək vacibdir ki, insan Yaradan qarşısında öz istəklərindən imtina etməklə çalışmaq istədikdə və şəxsi mənafeyinin qayğısına qalmadıqda, sanki bütün dünyanın haradasa çox uzaqlarda olduğunu və yalnız onun, ailəsini ,dostlarını Yaradan naminə tərk edərək, sanki özünün yox olduğunu hiss etməsinin səbəbi, sadəcə olaraq  inamın olmamasıdır.

      Lakin Yaradanı hiss etdiyi andan başlayaraq, onun ruhu biliksiz və dərrakəsiz, “ məşəl qarşısında şam” kimi  özündən imtina edərək,kökü ilə birləşmək,ona ziyarət etmək  istəyinə gəlir. 

Ona görə də insan üçün ən vacib nailiyyət- Yaradanın varlığını və dünyanın Onun böyüklüyü ilə dolu olduğunu hiss etməkdir. Və insan bütün enerjisini,səylərini başqa bir şeyə deyil, məhz bu hissiyata çatmaq üçün sərf etməlidir. Çalışmalıdır ki, heç nə onu yanlış yola yönəltməsin.Çünki insanın yalnız bir çatışmazlığı var, o da Yaradana olan inamdır və öz əməlləri üçün arzuladığı bütün mükafat- inama layiq olmaqdır. 

   Bilmək lazımdır ki, insanın qavradığı az və çox miqdarda nurun keyfiyyətcə bir-birindən fərqi yoxdur. Çünki nur daxilində heç bir dəyişiklik baş vermir. Bütün dəyişikliklər ali rifahı alan kelimdə baş verir.Deyildiyi kimi : “Mən öz Avayamı dəyişmədim”.Bu səbəbdən kelim nə qədər böyüyərsə,onu dolduran nurun işığı da o qədər artar.

Lakin sual ondadır ki, insan kelimi necə böyüdə bilər.Cavab: İnsan öz gözündə Yaradanı tərifləyib ucaltmaqla,  ona, özünə yaxınlaşdırdığına və onu hiss etmək imkanı verdiyinə görə şükr etməklə, Yaradan ilə əlaqənin nə dərəcədə vacib olduğunu dərk etdiyi üçün minnətdarlıq  hiss etməklə, aldığı nuru artıra bilər. 

İnsan anlamalıdır ki, Yaradan ilə arasındakı  əlaqənin vaciblik dərəcəsinin həqiqi ölçüsünü heç bir zaman bilməyəcək.Çünki onun əsl dəyəri qiymətləndirmək imkanı yoxdur. Lakin qiymət verdiyi dərəcədə Yaradanın böyüklüyünü və vacibliyini dərk edir. Beləliklə, insan “zqula” adlanan bu məxsusi xüsusiyyət sayəsində, kelimində əbədi qalan nurla mükafatlandırıla bilər.