1. Ondan başqa heç kim yoxdur
İtro həftəsinin ilk günü eşidilib, 12 şevat, 6 Fevral, 1944-cü il
“Ondan başqa heç kim yoxdur” yazılıb. Bu o deməkdir ki, aləmda Onun əleyhinə hər hansı bir iş görməyə qadir olan ikinci qüvvə yoxdur. O ki qaldı, bu aləmda Ali qüvvələrin varlığını inkar edən şeyləri və qüvvələri insan görə bilir, bunun da səbəbi Yaradanın ona izn verməsidir. Bu islah sayılır və “sol əl rədd edir, sağ əl yaxınlaşdırır” adlanır, solun rəddi islah sayılır. Bu o deməkdir ki, aləmda mövcud olan elə şeylər var ki,əvvəlcədən insanı doğru yoldan ayırmaq və müqəddəslikdən uzaqlaşdırmaq üçün nəzərdə tutulub.
Bu təkanların (itələmələrin) faydası odur ki, bunların vasitəsilə insan kömək üçün Yaradana müraciət etməyə tam ehtiyac və istək qazanır və anlayır ki, əks halda məhv olacaq. İnsan görür ki, o, nəinki əməlləri ilə irəliləyir, hətta geriləyir. Yəni ruhani əməlləri və Əhkamları hətta Lo Lişmada (öz xeyri üçün) belə davam etdirmək qüvvəsinə malik deyil. İnsan yalnız bütün maneələri bilik üzərində inamla dəf etmək sayəsində, həqiqi ruhani əməl və əhkamlara davam edə bilər. Ancaq, insanın heç də həmişə buna qüvvəü olmur və hətta, düşünülməsi belə qorxunc olan, Lo Lişmada da Yaradanın yolundan azmağa məcbur olur.
Və həmişə “mətinlikdən çox sınmaları var,” yəni yıxılmaları yüksəlişlərindən daha çoxdur və bu vəziyyətlərin sonunu görmür, əbədi olaraq müqəddəslikdən kənarda qalacağını düşünür, çünki hətta ən kiçik mənəvi (ruhani) ehkamları belə etməkdə çətinlik çəkdiyini və yalnız bilikdən üstün imanla çalışmaqla bu maneələri dəf edə biləcəyini görür. Ancaq o, həmişə dəf etmək qüvvəsinə malik deyil, bəs bunun sonu necə olacaq?
Sonra qərara gəlir ki,Yaradandan başqa ona kömək edə biləcək heç kim yoxdur. Nəticədə qəlbində Yaradana həqiqi bir ehtiyac yaradır ki, gözlərini və qəlbini açsın və həqiqətən onu əbədi olaraq Özü ilə birləşməyə yaxınlaşdırsın.
Belə alınır ki, hiss etdiyi bütün rədedilmələrin səbəbi ondakı hər hansı bir çatışmamazlıq və ya dəf etmək qüvvəünün əskikliyindən deyil, sadəcə Yaradan tərəfindən gəlmişdir.
Yalnız Yaradana yaxınlaşmaq istəyənə yuxarıdan kömək verilir, azla qane olmasına və kiçik, ağılsız bir uşaq pilləsində qalmasına imkan verilmir, çünki şükürlər olsun, onun Tövratı ,ehkamları və хеyirxah əməlləri var - bəs başqa nəyi əskikdir ki?
Və yalnız bir insanın doğrudan da həqiqi bir istəyi varsa, belə bir insan yuxarıdan kömək alır və hər zaman hazırkı vəziyyətdə nə qədər şər içində olduğu göstərilir, yəni gördüyü əmələ qarşı yönəlmiş fikir və düşüncələri ona göndərirlər. Və bütün bunlar onun üçündür ki, Yaradanla mükəmməliyinin olmadığını görsün.
Özünü dəf etmək üçün nə qədər çalışsa da, Yaradanla tam mükəmməlliklə əlaqə quran digər çalışanlarla müqayisədə həmişə müqəddəslikdən uzaq bir vəziyyətdə olduğunu görür. Həmişə etiraz və şikayətləri var və Yaradanın davranışına bəraət qazandıra bilmir. Və bu onu incidir – nə üçün o Yaradanla razılıqda deyil? Bu hiss, müqəddəsliyin olmadığı hissinə gəlincəyə qədər davam edir. Hətta bəzən yuxarıdan müəyyən bir oyanış alsa da, onu bir müddət canlandırsa da, dərhal alçaq hallara düşür. Ancaq yalnız bu, Yaradanın ona kömək edə biləcəyini və həqiqi mənada daha da Özünə yaxınlaşdıracağını başa düşməyə məcbur edir.
İnsan həmişə Yaradanla birləşmə yolunu tutmağa çalışmalıdır ki, bütün düşüncələri Onun haqqında olsun. Ən dəhşətli bir vəziyyətdə olmasına baxmayaraq, və bundan daha böyük bir yıxılmanın ola bilməyəcəyi təqdirdə belə, müqəddəsliyə girməsinə imkan verməyən,xeyir və şər əməlləri yarada bilən başqa bir güvvənin olduğunu söyləməklə Yaradanın hakimiyyətinin altından kənara çıxmamalıdır. Bu o deməkdir ki, şər qüvvələrində hər hansı qüvvəün olduğunu və insanın xeyirxah işlər görməsinə mane olduğunu fikirləşmək belə olmaz - əksinə hər şeyin Yaradan tərəfindən edildiyini unutmamalıdır.
Baal Şem Tov yazdığı kimi: "aləmda başqa bir güvvənin, yəni Klipotun olduğunu söyləyən, digər tanrılara xidmət mərhələsindədir." Yaradana inanmaması ilə deyil, Yaradandan başqa bir qüvvənin olduğunu düşünməsi ilə cinayət törədir. Budur onun cinayəti. Üstəlik, insan özünün bir qüvvə sahib olduğuna inanırsa, yəni Yaradanın yolu ilə dünən getmək istəməməsi öz iradəsi ilə olduğunu söyləyirsə, bu da inamsızlıq cinayəti adlanır. Çünki o, yalnız Yaradanın aləmnın hökmdarı olduğuna inanmır.
Ancaq hər hansı bir cinayətə yol veribsə, şübhəsiz ki, qanunu pozduğuna görə təəssüf etməli və peşman olmalıdır. Ancaq peşman olduğunu və tövbə etdiyini də başa düşməlidir,əzab və acılarının ardıcıllığını qurmalıdır - yəni cinayətinin səbəbini nədə görür? Məhz bu haqda peşman olmalıdır.
Bu halda insan tövbə edib deməlidir ki, Yaradan onu müqəddəslikdən çıxarıb, çirkli, mundar bir yerə atdığı üçün günah etmişdir. Başqa sözlə, Yaradan insana əylənmək və üfunətli bir yerin havasından nəfəs almaq istəyi vermişdir. (Və kitablardan sitat gətirərək deyə bilərik ki, bəzən bir insan bu aləmya bir donuz təcəssümü ilə gəlir. Və bu şəkildə deyilənləri belə aydınlaşdırmaq lazımdır: insan əvvəllər tullantı kimi tanıdığı şeylərdən indi ləzzət almaq , qidalanmaq istəyir.)
Həmçinin, insan artıq yüksəlişdə olduğunu və işləmək üçün bir az zövq aldığını hiss edirsə,: "İndi mən elə bir vəziyyətdəyəm ki, Yaradana xidmətin lazım olduğunu başa düşürəm "deməməlidir. Bilməlidir ki, indi Yaradanın gözündə mərhəmət tapmışdır, Yaradan onu daha da Özünə yaxınlaşdırır və o səbəbdən bu işdə həzz hiss edir. Həm də “Yaradandan başqa birisi var” deməkdən ehtiyat etməlidir ki,müqəddəsliyin hakimiyyətindən çıxmasın.
(Ancaq bundan belə nəticə çıxır ki, Yaradanın gözündə mərhəmət tapmaq insanın özündən deyil, yalnız Yaradandan asılıdır. Və niyə indi Yaradana xoşdur, sonra yox – bunu başa düşmək insanın səlahiyyətində deyil, çünki əqli buna imkan vermir.
Yaradanın onu özünə yaxınlaşdırmadığına görə təəssüflənməklə yanaşı, Yaradandan uzaqlığı ilə bağlı narahat olmaqdan da çəkinmək lazımdır. Axı, o zaman öz xeyri üçün almağa səy göstərəcək – alıcı isə Yaradandan ayrılmışdır. Halbuki Şxinanın (İlahinin) sürgün olunmasına, yəni Şxinaya əzab verdiyinə görə peşman olmalıdır.
Nümunə üçün təsəvvür etməlisiniz ki, bir insanın bədənində nə qədər kiçik bir ağrı olursa olsun, bu ağrı həmişə beyində və ürəkdə hiss olunur, çünki ürək və beyin insanın diqqət mərkəzidir. Əlbəttə ki, ayrıca bir orqanın hiss qüvvəsini ağrının əsas hiss olunduğu insan orqanizminin diqqət mərkəzinin qüvvəsi ilə müqayisə etmək olmaz.
İnsanın Yaradandan uzaq olması səbəbindən hiss etdiyi ağrılar da belədir. Axı, insan müqəddəs Şxinanın yalnız ayrıca bir orqanıdır, çünki müqəddəs Şxina İsrail ruhlarının birliyidir. Buna görə də, özəl ağrı hissi ümumi ağrı hissi ilə müqayisə olunmur, yəni Şxina, orqanlarının ondan ayrılması və bütün orqanlarını qidalandıra bilməməsindən əziyyət çəkir.
(Və xatırlatmaq lazımdır ki, bu haqda müdriklər söyləmişdir: "İnsan əzab çəkdiyində Şxina nə deyir? - Başımda ağırlıq var") Və demək ki, əzabının, təcrid olunduğu səbəbindən baş verdiyini öz üzərinə götürmədiyi üçün, öz xeyrinə almaq istəyinin hakimiyətinin altına düşməkdən– müqəddəslikdən ayıran xüsusiyyətdən özünü xilas edir .
Eyni şəkildə, insan müqəddəsliyə bir az yaxın olduğunu hiss edəndə və Yaradanın alma lütfünün sevincini yaşayanda, onun üstünə belə məsuliyyət düşür ki, bu sevincində əsas şeyin yuxarıda – müqəddəs Şxinada sevincin olduğunu söyləsin, belə ki Özünü ona, yəni ayrı orqanına yaxınlaşdırmaq imkanı olmuşdur, və bu orqandan imtina etməməlidir.
Və bir insana Şxinaya sevinc bəxş etməsi şərəfi verildiyi üçün onun özündə də bir sevinc vardır. Və bütün bunlar eyni hesaba gedir, çünki şəxsinin sevinci, ümuminin sevincinin yalnız bir hissəsidir. Və bu hesablamaların köməyi ilə təcrid olunmanı itirir və öz xeyri üçün almaq istəyən şər qüvvələrin hakimiyyətinin altına düşmür.
Buna baxmayaraq, həzz almaq istəyi bir zərurətdir, çünki bu, bütövlükdə insanın özüdür. Axı, bu arzudan başqa insanda olan heç nə varlıqlara aid deyil, ancaq Yaradana aiddir. Lakin həzz almaq istəyi, altruizm - vermək istəyi naminə islah edilməlidir. Yəni, o,həzz və sevinci, Yaradanın varlıqlara həzz hiss verdiyi üçün zövq alması niyyəti ilə almalıdır, çünki yaratdığının həzz alması Yaradanın məqsədi olmuşdur. Və buna Şxinanın “Ali Aləmdə sevinci” deyilir.
Buna görə də aşağıdakı nəsihətə qulaq asmaq insanın borcudur - Yaradana necə həzz hissi verə bilər (təbii ki, əgər özü həzz alırsa). Və həmişə Yaradanın iqamətgahında olmağa çalışmalıdır ki, sonra Onun xəzinələrində əylənmək imkanı qazansın, bu isə əlbətdə Yaradanı sevindirəcəkdir. Beləliklə, onun bütün istəkləri yalnız Ali aləmlər naminə olmalıdır.