Baal Sulam

Hissə 2

On Sfirotun Tədrisi

İkinci hissə: Igulim və Yoşer – sferalar və düz   xətt 

 

Fəsil 1

İxtisardan sonra yaranan igulimə aid 10 Sfirotu və onları əhatəedici   Ein Sofun nuru nəzərdən keçirilir. Və bütün nur igulimdəki Sfirotlara kav  – xətt vasitəsilə daxil olur. 11 bənddən ibarətdir:

1.Kav  incə bir boruya bənzəyir. 2. Ein Sofun nurunun məkan daxilində yayılması. 3. Yayılma tədricən baş verdi. 4. Igul – sfera, Ein Sof ilə qarışmır, lakin onunla kav  – xətt vasitəsilə birləşir. 5. Ein Sofun nuru igulu uzaqdan əhatə edir və ona təsir göstərir. 6. Kav  Adam Kadmon adlanır. 7. Igulimdə 10 sfirotun yaranma qaydası. 8. kav  bütün igulimləri birləşdirir. 9. Hər bir aləm və hər bir sfira 10 xüsusi sfirot və sayısız alt-sfirotlardan ibarətdir. 10. Igulimdəki sfirot bir-birini əhatə edir, soğanın təbəqələri kimi. 11. Ein Sofa daha yaxın olan hər bir igul, digərindən daha yüksək və uca hesab olunur. Və beləliklə, “Olam Aze” – “Bu dünya” adlanan aləmə qədər, o, Ein Sofdan ən uzaqda yerləşən mərkəzi nöqtədədir və tamamilə maddidir.

Kav  incə bir boruya bənzəyir.

1.Və bu kav  (1) (xətt) incə bir boruya (2) bənzəyir, tək bir boruya (3). Onun içində Ein Sofun ali nurunun suları (4) yayılır və keçir, bu hava və məkanın yerində olan aləmlərə doğru.

-Or pnimi-

(1). Yəni kav  – ixtisardan sonra Ein Sofun nurundan məkanın içinə uzanan xətt (bax: yuxarıda, I hissə, II Fəsil, 2-ci bənd).

(2). Yoşerə ( düz xəttə) aid olan 10 sfirotun kelimləri "Tsinor" – boru və ya "Tsinorot" – borular adlanır, çünki onlar nuru idarə edərək onu məhdudlaşdırır və yüksək dəqiqliklə onun yollarını müəyyən edir. Belə ki, nur yalnız müəyyən edilmiş şəkildə bu kelimlərin içində yayılsın.Bu borunun içindən keçən suyun məhdudlaşdırılması misalı kimidir: su, olduğu formada, heç bir dəyişikliyə məruz qalmadan içindən axır və çıxır. Bu, istər incə, istərsə də geniş boruda dəyişmədən baş verir.Eynilə bu tsinorot içindən keçən nurlar da Yoşerin 10 sfirotu adlanır, çünki onlar bu tsinorotun qanunlarına – düz xəttə və doğruluğa uyğun yayılırlar.Başqa sözlə, daha incə bir klini içində, daha ali bir nur dəyişmədən bürünür , çünki bu tsinorotun üzərində qalan güclü hakimiyyəti ona təsir edir.

Və bu tsinorotun içində mövcud olan bu hakimiyyətin gücü ondan ibarətdir ki, daha ali pillənin istəyi onun nəticəsi kimi yaranan daha aşağı pillə üzərində məcbur edici bir güc olur.Buna görə də ixtisar dördüncü mərhələyə tətbiq olunmuşdur və o, kelim də-igulim içində sərbəst, müstəqil bir istək kimi mövcuddur.Lakin kelim də-Yoşer içində, hansı ki onlar igulimdən qaynaqlanır, o, hakimiyyət və güc kimi təsir edir, beləliklə, onları məcbur edir.Və bu güc "ekran" adlanır, necə ki yuxarıda deyildi.

Və bu, "Tikuney Zoar" kitabında yazılanlara uyğundur ki, əgər "Ratzon" (istək) sözünü dəyişsək, "Tsinor" (boru, kanal) sözü alınar (ivrit dilində bu sözlər eyni hərflərdən ibarətdir). Yəni, "Tsinor" anlayışı – boru, kanal, "Ratzon" anlayışına – istəyə əksdir, çünki o, özünü məcbur edir və istədiyinin əksini edir. Buna görə də bütün şərhlərdə və izahlarda görürük ki, əgər biz dördüncü mərhələdən nurun çıxarılmasını vurğulamaq istəyiriksə, bunu ixtisar adlandırırıq. Lakin əgər biz kav a tərəfdən ixtisarın əlavə gücünü vurğulamaq istəyiriksə, belə ki, nur dördüncü mərhələdə yayılmasın, bunu ekran adlandırırıq – nurun dördüncü mərhələyə yayılmasına mane olan güc. Və əgər biz klini haqqında ümumilikdə danışırıqsa – yəni klini və ekran birlikdə, bunu "Tsinor" – boru adlandırırıq. Əgər biz nur, klini və ekran birlikdə – yəni nurun Tsinora geyinməsi haqqında danışırıqsa, bunu "kav " – xətt adlandırırıq. Və əgər biz ekranı olmayan klini haqqında danışırıqsa, onu "Igul" – dairə adlandırırıq.

(3). Ari'nin "tək" sözü ilə dəqiqləşdirmək istədiyi şey, Atsilut aləmində həyata keçirilmiş üç xətt islahını vurğulamaqdır. Biz görürük ki, Adam Kadmon aləmində hələ üç xətt formasında bu düzəliş yoxdur, yalnız bir xətt mövcuddur. Məna ondadır ki, üç xətt düzəlişi sonradan, Atzilut aləmində edildi, və orada bu düzəliş mərhəmət tədbirinin ixtisar xüsusiyyəti ilə birləşməsi nəticəsində baş verdi, necə ki, bundan sonra izah ediləcək.Lakin burada, Adam Kadmon aləmində bu qarşılıqlı təsir hələ mövcud deyildi, və buna görə də burada yalnız bir kav  var.

Nurun yaradılmışın alıcı klinisinə gəlməsi "yayılma" adlanır (bax: Məna sualları, I hissə, 14-cü bənd). Necə ki yuxarıda nəzərdən keçirildi, yaradılmış içində bu alıcı klini "Tsinor" adlanır (orada ətraflı bax).

(4). Partsufun doğuluş mərhələlərinin məlum bir bölgüsü mövcuddur, burada istəkdə mövcud olan dörd mərhələ aşağıdakı kimi adlanır:

– nur;
– su;
– səma;
– yüz bərəkət və ya yüz qapı.

Bu, nurların öz yerlərində olmaması səbəbindən dəyişdirilməsindən irəli gəlir, çünki bu dəyişiklik nəticəsində nur su formasını alır, necə ki orada izah edilib.Və biz Ari'də görürük ki, bu kök məhz buradan, kav ın gəlişindən başlayır, çünki kav a uyğun olaraq yayılan nur ali nurla müqayisədə su kimi müəyyən olunur.Buna görə də o dəqiqləşdirir: Ein Sofun ali nurunun suları, çünki nur incə tsinordan – incə borudan yayılarkən, Ein Sofdakı əvvəlki vəziyyətdən çox daha zəifləyir və əvvəlki mərhələ ilə müqayisədə su adlanır.

Ein Sofun nurunun məkan daxilində yayılması. Yayılma tədricən baş verdi.

(2) Və Ein Sofun nuru bu məkanın içində düz bir xətt şəklində uzandıqda(5), o, dərhal ən aşağıya qədər yayılmadı(6), əksinə, tədricən yayıldı. Əvvəlcə nur yayılmağa başladı(7) xətt şəklində, və orada, yayıldığı ilk anda, kav  – xətti kimi uzandı və bir vahid sfera kimi dairəvi hala gəldi, onu əhatə etdi(8).

-Or pnimi-

(5). Dörd mərhələ qanunlarına uyğun olaraq tədricən yayılan, yəni incədən kobuda doğru keçən və dördüncü mərhələdə dayanan nur "kav  Yaşar" – düz xətt adlanır.

(6). Burada "dərhal" və ya "tədricən" sözlərini zaman baxımından şərh edərək səhvə yol vermə, çünki ruhaniyyэt zamandan yüksəkdədir, necə ki məlumdur. "Dərhal ən aşağıya qədər" – yəni pillələr üzrə dəyişmədən. "Tədricən" – pillələr üzrə yayılma deməkdir, yəni bizə məlum olan dörd mərhələ şəklində yayılma, necə ki yuxarıda izah edilib.

(7). İzah: Bu, "kav " – xətt adlanan yeni yayılmanın "köküdür" və bu yeni yaradılışda xüsusi bir kök seçilir, burada yeni bir xüsusiyyətlə nur saçır və bu xüsusiyyət həmin şüanın "Keter sfirası" adlanır. Və bu Keterdən Ein Sofun nuru kav  boyunca dörd məlum mərhələyə yayılır:

1-ci mərhələ Xoxma adlanır, 2-ci mərhələ Bina adlanır, 3-cü mərhələ Zeir Anpin adlanır və 4-cü mərhələ Malxut adlanır.

Və Ari bu yayılma qaydası haqqında yuxarıda dedi: "tədricən yayıldı", yəni əvvəlcə Keter yayıldı, sonra Xoxma, sonra Bina, sonra Zeir Anpin və s. (bax: sözlərin mənası haqqında suallar, I hissə, 8-ci bənd, "sonra" sözünün mənası).

(8). "Igul" sözünün mənasına bax: I hissə, "Anlayışların mənası", 41-ci bənd, həmçinin I hissə, I Fəsil, 100-cü bənd. Və çünki kava aid olan nur Igul – dairə içində bürünür, buna "Qalqal" – sfera deyilir.

Igul Ein Sof ilə qarışmır, lakin onunla kav  vasitəsilə birləşir.

(3) Və bu Igul Ein Sofun nuru ilə qarışmadı(9), onu hər tərəfdən əhatəedici   nurla birləşmədi. Əgər o, qarışsaydı(10), hər şey əvvəlki vəziyyətinə qayıdardı və Ein Sofun nuru içində ləğv olardı, və Onun gücü ümumiyyətlə ortaya çıxmazdı, əksinə, hər yerdə yalnız Ein Sofun nuru qalardı, necə ki, əvvəl idi.Buna görə də bu Igul Ein Sofun Iguluna söykənir, lakin onunla birləşmir.Və əsasən, bu yaradılmış Igulun Ein Sof ilə bütün əlaqəsi və birləşməsi məhz bu kav  vasitəsilə baş verir(20), çünki məhz bu kav dan keçərək, Ein Sofdan enən və yayılan nur bu Igulun içinə daxil olur(30).

-Or pnimi-

(9). Yəni, igulimdə mövcud olan bütün nur – onların kav  vasitəsilə qəbul etdikləri nurdur, və onun nurlanması yeni bir nurlanmadır, orada yalnız yuxarıda qeyd edilən üç mərhələ mövcuddur. Buna görə də o, onu əhatəedici (və yaxud ətraf)  Ein Sofun nurundan fərqlənir, hansı ki "Agol" – dairəvi nur adlanır (bax: I hissə, II Fəsil, 3-cü bənd).Və bu, Ari'nin "o, Ein Sofun nuru ilə qarışmadı" sözləri ilə ifadə etdiyi fikirdir, yəni Keter sfirasının Igulimdəki dairəvi nurunun forması (xüsusiyyəti) Ein Sofun nurundan fərqlidir. Və yalnız xüsusiyyətlərin uyğunluğu ruhani obyektlərin birləşməsinə gətirib çıxarır (bax: Anlayışların mənası, I hissə, 12-ci bənd, həmçinin Or Pnimi, I hissə, II Fəsil, 1-ci bənd, "və deyilənlərdən" sözlərindən başlayaraq). "əhatəedici  " – doğuran səbəb mənasını daşıyır.

(10). Yəni, əgər onun nurlanması dörd mərhələyə malik olsaydı, Ein Sofun nuru ilə eyni xüsusiyyətə sahib olardı və onunla birləşərdi, beləliklə də Ein Sofun nuru içində yox olardı və tamamilə fərqləndirilməz olardı.

(20). Ein Sofdan yaradılmışlara yayılan nur "Yəşar Or" – düz nur adlanır, və bu nur yaradılmışla ancaq "Or Xozer" – əks olunan nurun içində geyinilmə vasitəsilə əlaqəlidir, bu nur isə ekrandan yuxarı qalxır və Zivuq də-Akaa gücü ilə yaranır (bu anlayış sonra izah ediləcək).Bu, "birləşmə, əlaqə" adlanır, çünki bu əks olunan nur  düz kavın dördüncü mərhələsindən ekrandan yuxarı qalxır və ali nuru əhatə edir. Və o yerdə ki, əks olunan nur  ali nuru geyindirmir, bu nur yaradılmışlar üçün mövcud deyil, çünki onu ancaq bu geyinmə ilə dərk edirlər, bu da "Or Xozer" – əks olunan nur  adlanır (bu daha sonra izah ediləcək).Bu, aviyut avdala üçün yağ lampasına bənzəyir, burada əsas nur lampanın içindəki yağdan gəlir, lakin nur yağla yalnız fitil vasitəsilə əlaqələnir. Və fitilin bitdiyi yerdə şam sönür, baxmayaraq ki, orada hələ çox yağ qalır.

(30). Məna ondadır ki, igulimdə ekran yoxdur, hansı ki əks olunan nur u qaldıra bilsin, və əks olunan nur  olmadan yaradılmışlar ali nurla bağlana bilməzlər, necə ki yuxarıda deyildiyi kimi (bax: 5-ci bənd). Orada deyilir ki, kav a aid olan klini "Tsinor" adlanır və o, igulim klisindən daha zəifdir, çünki o, birinci ixtisardan sonra, kava çıxmazdan əvvəl yaranan igulim klisindən daha aşağıdır (orada daha ətraflı bax).Buna görə də Ari deyir ki, baxmayaraq ki, igulim kelimləri kav dan daha yüksəkdir, yenə də onlar müstəqil şəkildə heç bir nur qəbul etmir, çünki onların içində olan bütün nuru məhz bu kav  vasitəsilə qəbul etməyə məcburdurlar, hansı ki, onlardan qat-qat zəifdir, yuxarıda izah edilən səbəblərə görə.

Ein Sofun nuru Igulu uzaqdan əhatə edir və ona təsir göstərir.

-Or pnimi-

 

(4)Və Ein Sof onun ətrafında yerləşir və onu hər tərəfdən əhatə edir(40), çünki o, onun ətrafında sfera, kürə formasını alır (50) və ondan uzaqdır.Və bu zəruri bir şərtdir ki, Ein Sofun nurlanması yaradılmışlara yalnız bu kav  vasitəsilə keçsin.Çünki əgər nur onlara həm də bütün əhatələri vasitəsilə keçsəydi, o zaman yaradılmışlar Yaradanın Özünün vəziyyətində olardılar(60), almaqda heç bir sərhəd və ixtisar olmadan(70).

(40). Hər bir sfirada iki növ nur fərqləndiririk, onlar "Daxili Nur" və "Əhatəedici Nur" adlanır. sfiranın içinə geyinən nur "Daxili Nur" adlanır, lakin sfiranın sərhədləri səbəbindən onun içinə geyinə bilməyən nur, onun kökündə qalaraq "Əhatəedici Nur" hesab olunur. Sfira ondan uzaqdan nurlanma alır, bu da "Əhatəedici Nur" adlanır.Və necə ki Ari dedi, baxmayaraq ki, Igulim Ein Sofdan uzaqdır, yəni onların xüsusiyyətlərində çox böyük fərq var, yenə də onlar ondan uzaqdan nur alırlar, bu da "Əhatəedici Nur" adlanır.Bu nur iki şəkildə nur saçır: ümumi və fərdi."Ətrafında" sözü ümumi Əhatəedici Nura işarə edir, "Əhatəedici" sözü isə fərdi Əhatəedici Nura işarə edir.

(50). Deyildiyi kimi, bu Əhatəedici Nur, hansı ki Igulim Ein Sofdan alır, onları əhatə edərək nur saçır, yəni dörd mərhələnin hamısını əhatə edir.Hətta Dördüncü Mərhələ, hansı ki Daxili Nuru qəbul etmir, yenə də Ein Sofdan gələn Əhatəedici Nur vasitəsilə uzaqdan bu nuru qəbul edir.Və bunun mənasını izah edərək deyir ki, çünki Ein Sof da "sfera, kürə formasını alır", yəni Ein Sofun nuru "dairəvi nur" adlanır, çünki o, mərhələlər arasında fərq qoymur, həmçinin Dördüncü Mərhələni də nurlandırır və doldurur (bax: yuxarıda, I hissə, II Fəsil, 3-cü bənd).Və buna görə də onun nurlanması Dördüncü Mərhələyə də çatır, lakin uzaqdan, necə ki, yuxarıda deyildi.

(60). Bax: yuxarıda, 10-cu bənd.

(70). Dördüncü Mərhələdə həyata keçirilən ixtisar və ekran, onun nuru içinə qəbul etməməsi üçün yaradıldı və bu, nur üçün sərhəd formalaşdırır, hansı ki, o, yalnız həmin sərhədə qədər yayıla bilər.Bu proses belə baş verir ki, nur Dördüncü Mərhələnin sərhədində dayanır.Və ixtisar nəticəsində azaldılmış ümumi alma prosesi "məhdudlaşdırılmış alma" adlanır.-

Igulimdə 10 sfirotun yaranma qaydası. kav  "Adam Kadmon" adlanır.

(5) Və bu Igul, Ein Sof ilə ən çox birləşən və birinci olan, Adam Kadmonun Keteri adlanır(80). Daha sonra kav  bir qədər daha yayılır(90), bir az uzanır və yenidən dairəvi olur, və bunun içində ikinci Igul yaranır(100). Bu, Adam Kadmonun Xoxma Igulu adlanır(200).Və kav  bir az daha aşağı yayılır, yenidən dairəvi formaya gəlir və üçüncü Igul ikinci Igulun içində yaranır, bu isə Adam Kadmonun Bina Igulu adlanır(300).Və bu şəkildə yayılaraq və dairəvi formaya gələrək davam edir, nəhayət onuncu Igul formalaşır, hansı ki Adam Kadmonun Malxut Igulu adlanır(400).Beləliklə, biz on sfirotun anlayışını dəqiqləşdirdik(1), onlar on Igul şəklində formalaşmışdır, biri digərinin içində(2).

-Or pnimi

(80). On sfirotun adlarında olan fərqləri düzgün anlamaq lazımdır. Çünki bəzən onları dörd mərhələ adlandırırıq, bəzən Yexida, Xaya, Neşama, Ruax, Nefeş adlandırırıq, bəzən isə Keter, Xoxma, Bina, Zeir Anpin (hansı ki, özü altı sfirotu ehtiva edir) və Malxut adlandırırıq.Məna ondadır ki, yalnız kelimlərdən danışdıqda, yəni yalnız yaradılışın materialından bəhs etdikdə, biz on sfirotun adlarını dörd mərhələnin adlarına uyğun müəyyən edirik, hansı ki almaq istəyi içində mövcuddur.Lakin yalnız nurun bu kelimlərə geyinməsindən danışdıqda, biz onları Nefeş, Ruax, Neşama, Xaya, Yexida adlandırırıq.Əgər yalnız kelimlərdən danışırıqsa, lakin içlərində mövcud olan və hələ nurdan boş olduqları zaman onlarda qalan Reşimotları vurğulamalıyıqsa, o zaman biz onları Keter, Xoxma, Bina, Zeir Anpin, Malxut adlandırırıq.

Və bu on sfirotun mənbələri, hansı ki Keter, Xoxma və s. adlanır, ixtisar dünyasında, kav  çıxmazdan əvvəl müəyyən edilir, yəni Ein Sofun nuru on sfirotdan çıxarıldıqdan sonra, bu kelim nuru içlərindən boşaldıqda və onlar "on Igulim" adlananda.Və bunu bil ki, baxmayaraq ki, nur onlardan ayrıldı, o, yenə də hər bir Igulda həmin nurdan bir Reşimo buraxdı. Yəni hər bir klidə əvvəlki ümumi nurdan çox kiçik bir nurlanma qaldı.Və bu nurlanma klinin içində bir tərpəniş yaradır ki, o, sakitləşmir və sönmür, ta ki içində əvvəl olmuş bütün nuru – həm miqdar, həm də keyfiyyət baxımından – yenidən qəbul edənə qədər.Və bu nurlanma "Reşimo" adlanır (hərfi mənası- yazı, hər hansı bir şeyin yaddaşı).Və bunu bil ki, on sfirotun Keter, Xoxma və s. adlarının mahiyyəti odur ki, onlar əsasən həmin on klidə qalan nurların Reşimotlarını müəyyən edirlər.

Və buradan bilə bilərik ki, elə bir istək yoxdur ki, istər aləmlərin heç birində, istərsə də ən kiçik bir istək oyanışı – nə ali aləmlərdə, nə aşağı aləmlərdə, nə də maddi dünyanın cansız, bitki, heyvan və ya insan təbiətində – kökləri bu on Igulim sfirotuna bağlı olmasın.Eyni zamanda aydın olur ki, reallıqda heç bir istək oyanmazdan əvvəl, mütləq ən azı bir dəfə onun üçün yetərli olan bir dolum açılmalıdır, əks halda bu, mümkün deyil.

Məsələ ondadır ki, biz artıq kitabın birinci hissəsində ətraflı izah etdik ki, almaq istəyi nur və ya onun dolumu üçün ilkin səbəb deyil, necə ki, ümumiyyətlə düşünülür. Əksinə, tam əksinədir: nur və dolum istəyi yaradır.Beləliklə, ali nurun daxilində ayrılmaz şəkildə mövcud olan vermək istəyi  yaradılmışlarda müvafiq olaraq almaq istəyi yaradır.Çünki ali olanın istəyi aşağı olan üçün məcburi qanundur (orada daha ətraflı bax).Beləliklə, ali nur yaradılmışlarda istəkdə dörd mərhələnin açılmasının səbəbi oldu, və onlar aləmlərdə açılan bütün istəklərin kökləridir.Və buna görə də, heç bir istək onun səbəbi olmadan, yəni onu yaradan ali nur olmadan mövcud ola bilməz.Elə bil dünyada heç bir valideyni olmayan bir varlığın mövcud olduğunu iddia edirlər.

Və artıq məlumdur ki, Ein Sof dünyasında bütün reallıq və aləmlərdə üzə çıxmalı olan bütün yaradılışlar artıq müəyyən edilmiş və mövcuddur, bütün müxtəlifliyi, ehtişamı və kamilliyi ilə, hansı ki, hələ aləmlərdə onlar üçün açılmalıdır (bax: "Daxili təfəkkür", I hissə, 11-ci bənd, orada hamısına bax).Və həqiqətən də, biz dəqiqləşdirdik ki, Ein Sof dünyasında artıq bütün açılmalı olan istəklər çıxmış və açılmışdır, və həmçinin onlar tam şəkildə dolmuşdur, sonuncu doluma qədər.Bu kamillik və dolum – yəni ali nur – bu istəkləri yaratdı və açdı, beləliklə, dolum istəkdən əvvəl gəlir və həmin doluma aid olan istək üçün səbəb olur, necə ki, biz dəqiqləşdirdik.

Və indi biz daha yaxşı başa düşə bilərik ki, ixtisardan və on Igulim sfirotundan bütün kamillik və dolum çıxarıldıqdan sonra, orada qalan Reşimot nədir.Dörd mərhələdə – hansı ki, on Igulim adlanır – mövcud olmuş bütün kamillik və dolum çıxarıldıqdan sonra, onlarda Reşimot (dosl. yazılar) qaldı.Və bu Reşimotun mənası ondadır ki, onlar Igulimdə sanki "yazılıb" və çox möhkəm həkk olunub.Bu, onların müxtəlif istəklərində özünü göstərir, çünki onlar Ein Sofda olarkən bu istəklərlə dolu idilər və indi onları itirdikləri üçün məcburi şəkildə həmin dolumlara və kamilliyə qarşı güclü bir tərpəniş və arzu içində qaldılar.Və bu, Reşimo adlanır.

Və necə ki, yuxarıda deyildi, heç bir istək açılışı yoxdur ki, istər ali aləmlərdə, istərsə də maddi dünyada, onun kökü bu on Igulim sfirotunda olmasın.İxtisardan sonra bütün aləmlərin reallığına əvvəlcədən təsir edən iki növ kök mövcuddur:

– 1-ci – hər bir istək artıq öz dolumu ilə, bütün əzəməti və kamilliyi ilə mövcuddur. Bu reallıq Ein Sof dünyasında mövcuddur.

– 2-ci – bütün istəklər tamamilə əvvəl Ein Sof dünyasında onlara aid olan dolumdan məhrum olur. Və bu, ixtisar dünyası adlanır.

Bütün kelim və yaradılışın bütün materialı ixtisar dünyasından çıxır.

Aydındır ki, yalnız boş kelim və dolumlarını itirmiş istəklər bu aləmdən gəlir.Lakin bu istəklər üçün bütün dolum Ein Sof dünyasından gəlir.Və bu iki faktı yadda saxlamaq vacibdir, çünki bunlar Kabala elmi ilə məşğul olduğun müddət boyunca ən mühüm anlayışlardan biridir.

(90). Səhvə yol vermə ki, kav  hər hansı bir məkanda və ya sahədə uzanmışdır. Hər hansı bir obyekt daha kobud olduqda, ona aviyut  (qalınlıq) əlavə olunur və bu zaman deyilir ki, o, yuxarıdan aşağıya doğru uzanmışdır.Çünki daha incə olan yuxarıda hesab olunur, daha kobud olan isə aşağıda.Və bu, Dalet mərhələsinə olan yaxınlıqla ifadə olunur, çünki Dalet mərhələsinə daha yaxın olan daha kobud hesab edilir, ondan uzaq olan isə daha incə."Bir qədər uzandı" – deməkdir ki, o, daha kobud oldu.Və "uzandı" sözü xətt nuruna işarə edir.Və bu "uzanma" anlayışı onu bildirir ki, hər bir sfirada 10 sfirot var, və bu həm on Igulim sfirotundan birinə aid olan sfiraya, həm də on Yоşer sfirotundan birinə aid olan sfiraya aiddir.Və Keter sfirasının 10 sfirotu meydana çıxanda, əvvəlcə kav  onun ilk üç sfirotu şəklində çıxdı, bu isə Keter de-yoşer  sfirasının Roşu adlanır.Və bu nurlanma Keter de-iqulim   sfirasına yayıldı, hansı ki, yuxarıda deyildiyi kimi, o da 10 sfirotdan ibarətdir.Və bu 10 sfirot Keter de-iqulim   sfirası yalnız kav ın Keter sfirasının 10 sfirotundan ilk üçünü əhatə edir.Və bundan sonra, yəni Keter de-iqulim   sfirasının 10 sfirotu tam şəkildə tamamlandıqdan sonra, "kav  bir qədər də yayıldı" və "bir qədər də uzandı" – yəni onun yeddi aşağı sfirotu çıxdı ki, Keter de-yoşer  sfirasını 10 sfirotuna qədər tamamlamaq üçün.Belə ki, bu yeddi aşağı sfirot kav ın Keter sfirasından aşağıya doğru uzandı, yəni onlar Keter de-iqulim   sfirasının bütün 10 sfirotundan daha kobud oldular.Və buna görə də bu yeddi aşağı sfirot artıq Sfirot de-iqulimdən heç birini əhatə etmir, çünki Igulim onlardan daha yuxarıda, yəni onlardan daha incədir.Və məlum olduğu kimi, "digərindən yuxarı" ifadəsi "digərindən daha incə" deməkdir.

Və deyilənlərin mənası, yuxarıda öyrənilənlərə uyğun olaraq (bax: 30-cu bənd), ondan ibarətdir ki, Sfirot de-iqulim kav  sfirotlarından əvvəl gəlir və onlardan qat-qat daha vacibdir, çünki Igulimdə ümumiyyətlə ekran yoxdur.Və bu ekran, hansı ki kav  sfirotlarında yerləşir, sfiranın ortasında yerləşir, yəni Roş sfirotlarından sonuncusunda, yəni hər Yoşer sfirasında mövcud olan on Yoşer sfirotunun ilk üç sfirotunun sonunda yerləşir, və bu üçü həmin sfiranın Roşu adlanır.Deyilən odur ki, ekran sfirot kavın içinə daxil olur və onun daxilindədir, lakin bu, hər sfiranın ekrandan aşağıda yerləşən yeddi aşağı sfirotuna aiddir.Lakin ilk üç sfirada, hansı ki Roş adlanır, ekranın təsiri hələ üzə çıxmamışdır, çünki onlar ekranın üstündədir.Və buna görə də, bu üç ilk sfirot tamamilə Igulimin on sfirotuna bənzəyir, çünki nə onların içində, nə də Igulimdə ekran yoxdur və buna görə də onlar xüsusiyyətlər baxımından vəhdətdədirlər.Və deyilir ki, hər Igulim sfirasının on sfirotu, hər kav  sfirasının ilk üç sfirasını əhatə edir.Lakin hər kav  sfirasının yeddi aşağı sfirotu artıq ekranın altında yerləşir və ekran onlara daxil olur, və onlar Igulimdən qat-qat daha kobuddur.Və məlumdur ki, kim daha kobuddursa, o, daha aşağı hesab olunur, buna görə də onlar bütün Igulimin on sfirotundan aşağıda hesab olunur.Və Igulimdən heç bir sfira bu yeddi aşağı sfirotun yerində ola bilməz, çünki Igulim onlardan daha yüksəkdə və daha vacibdir, necə ki deyildi.

Və beləliklə, biz ətraflı araşdırdıq ki, bütün Sfirot de-iqulim arasında, Yoşer sfirasının orada yerləşən yeddi sfirotunun böyüklüyünə uyğun gələn boş bir məkan mövcuddur.Çünki Keter Igulim sfirasının bütün on sfirotu yalnız Keter kav  sfirasının ilk üç sfirasını əhatə edir, lakin Keter kav  sfirasının yeddi aşağı sfirotu bütün Keter Igulim sfirasının on sfirotundan daha aşağıya uzanır.Və bu yeddi sfira Keter kav  sfirasının tamamlandıqda, kav  Xoxma sfirasının ilk üç sfirotu çıxmağa başlayır, və onları Xoxma Igulim sfirasının bütün on sfirotu əhatə edir.Və Keter Igulim sfirasının sonuncu sfirası ilə Xoxma de-Igulim sfirasının ilk sfirası arasında onların arasında boş bir məkan vardır, və burada Keter kav  sfirasının yeddi aşağı sfirotu yerləşir, və Sfirot de-iqulim onları əhatə etmir.Eyni qaydada bu, Xoxma ilə Bina arasında və bütün digər sfirotlar arasında da baş verir.

(100). Burada çox ehtiyatlı olmaq lazımdır ki, Yoşer və Igulim – düz xətlər və dairələr – haqqında məkan və sahə anlayışlarında qarışıqlığa düşməyək, çünki bu, dilin qısalığı və natamamlığı səbəbindən çox mümkündür.Və bundan sonra daima yadda saxlamaq lazımdır ki, "düz nurlanma" o deməkdir ki, nur Dalet mərhələsi üzərində ekrana sahib olan kelimlərə daxil olur.Və "dairəvi formaya malik nurlanma" isə o deməkdir ki, nur Dalet mərhələsi üzərində ekrana malik olmayan kelimlərə daxil olur.

Lakin yadda saxla ki, baxmayaraq ki, Igulim kelimlərində Dalet mərhələsi üzərində heç bir ekran yoxdur, yenə də bu Dalet mərhələsi ixtisardan sonra heç bir nurlanma qəbul edə bilmir. Çünki Igulimdə mövcud olan bütün nur kav a nurlanmasından – yəni düz nurlanmadan – qəbul edilməlidir (bax: 30-cu bənd).Və kavın nuru Dalet mərhələsində heç bir şəkildə nur saçmır, çünki o, ekran vasitəsilə çıxır, necə ki, öyrəndik.Və Igulimdə Dalet mərhələsinin nura olan ehtiyacı kelimlərdən qaynaqlanmır, çünki onların içində heç bir ekran yoxdur, əksinə, bu, onlara təsir edən birinci ixtisardan irəli gəlir.Və çünki Birinci İxtisar (Ç"A) ehtiyac kimi qəbul olunmur (bax: yuxarıda, I hissə, III Fəsil), buna görə də Igulim kelimlərində olan dörd mərhələ hündürlük baxımından bərabərdir, böyük və kiçik arasında heç bir fərq olmadan (bax: yuxarıda, I hissə, 30-cu bənd).Və Dalet mərhələsində mövcud olan bütün qaranlığın səbəbi kav nurudur, çünki o, oraya nur saçmır, necə ki, biz bunu artıq öyrəndik.

Və bununla yanaşı, başa düş ki, Igulim kav  vasitəsilə nuru qəbul etdikdən sonra, bu səbəbdən Igulimdəki on sfirotda da pillələrin böyük və kiçik olaraq bölünməsi yarandı.Və Zeir Anpin Dalet mərhələsi – Malxutdan daha vacib və daha böyük hesab olunur, çünki Malxutda nur yoxdur, Zeir Anpində isə nur var.Axı o, üçüncü mərhələdir, və Igulimdəki Bina sfirasında nur Zeir Anpində olduğundan daha çoxdur, çünki o, Dalet mərhələsindən ondan da uzaqdır, çünki Bina ikinci mərhələdir və s.Lakin bütün bu pillələr kelimlər səbəbindən deyil, onların kav  nurunu qəbul etməsi nəticəsində yaranmışdır, və bunu yadda saxla.

(200-300). Biz artıq öyrəndik ki, bu adlar dörd mərhələni ifadə edir: onların kökü – ali nurun içində yerləşən vermək istəyi  – Keter adlanır. Yaradılmışa ilkin yayılma, yəni birinci mərhələ – Alef, Xoxma adlanır. İkinci mərhələ – Bet, Bina adlanır. Üçüncü mərhələ – Qimel, Zeir Anpin adlanır və ya altı sfirot: Xesed, Qvura, Tiferet, Netsax, Xod, Yesod. Dördüncü mərhələ – Dalet, Malxut adlanır.Və biz yalnız onların daxilində yerləşən ilkin material haqqında danışdıqda, onları dörd mərhələnin və kökün adları ilə adlandırırıq.Lakin əgər bu dörd mərhələ artıq öz Reşimotlarını ehtiva edirsə, necə ki, bu ixtisar dünyasında olmuşdur, o zaman onlar Keter, Xoxma və s. adları ilə adlandırılır, necə ki, yuxarıda ətraflı izah edildi.

İndi nəzərdən keçirək ki, onların bu adlarla adlandırılmasının mənası nədir.Kök Keter ( tac) adlanır, çünki o, yaradılışın kelimlərinin içinə geyinmir, əksinə, onları xaricdən əhatə edir və bəzəyir.

Və o, həm də "Keter" adlanır, çünki hər şeyi qabaqlayandır.Alef mərhələsi Xoxma ( müdriklik, elm) adlanır, çünki ondan Kabala elmi və dünyada mövcud olan bütün digər elmlər çıxır, onların son və tamamlanmış formasında.Və müdriklər artıq bu adı dəqiq müəyyən etmiş və demişlər: "O qədər müdrikdir ki, doğulanı görür" (Masehet Tamid, s. 32).Bunun mənası odur ki, o, hər hansı bir şeyə baxan kimi dərhal onun törəmələrini və nəticələrini görür, yəni həmin şeydən çıxan bütün nəticələri, ta ki, sonuncu, yekun nəticəyə qədər.

Məsələn, əgər deyirlər ki, bu həkim böyük müdrikdir, bu o deməkdir ki, o, baxdığı hər bir xəstəlikdə ən kiçik detallara qədər bütün mümkün nəticələri qabaqcadan görə bilir, bu xəstəlikdən nə çıxa bilər və hansı son nəticəyə gətirib çıxarar.Eyni şəkildə, əgər o, hər hansı bir müalicə metodunu nəzərdən keçirirsə, onda bu metodun xəstənin bədənində hansı nəticələr verəcəyini tam şəkildə əvvəlcədən bilir və s. Eləcə də bir təbiətşünas alim, təbiətdə hər hansı bir obyekti araşdırarkən, həmin obyektin ümumi reallığa daxil olmasının bütün nəticələrini ən kiçik detallarına qədər qabaqcadan görə bilir.Və bu, digər elmlərdə də belədir."Müdrik" və ya "kamil müdriklik" adlandırılmasının yeganə meyarı – hər bir detalda, hər bir incəlikdə, gerçək şəkildə, doğulmaqda olanı görmək qabiliyyətidir, ta ki, son nəticəyə qədər.

Və buradan həmçinin "Bina" (hərfi mənada- ağıl, düşüncə, müşahidə) adının dəqiq müəyyən edilməsini də öyrən.Bu, "dərin baxış və müşahidə gücünü" təşkil edir ki, hər bir detalda onun doğurduğu nəticələri görmək mümkün olsun.Necə ki, Kabalada, eləcə də digər xarici elmlərdə Bina sfirasından çıxır, buna görə də "Bina" adlanır.Və Malxut sfirasından (hərfi mənada- hökmranlıq, səltənət) isə tam hökmranlıq və zor gücü ilə məcbur etmə xüsusiyyəti çıxır, necə ki, kral hakimiyyəti qarşısında qorxu var, və buna görə də "Malxut" adlanır.Digər sfirot isə onların aid olduğu yerlərdə ayrıca araşdırılacaq.

Və deyilənlərdən çətinlik çəkmək lazım deyil ki, əgər belədirsə, onda Bina sfirası Xoxmadan əvvəl gəlməli idi. Çünki doğulanı görmək üçün istək və dərin baxışın yönəldilməsi son kamillikdən – yəni doğulanı görməkdən, hansı ki Xoxma (müdriklik) adlanır – əvvəl gəlir və onu yaradır.Lakin biz artıq izah etmişik ki, aləmlərin yaradılış qaydası bizim anladığımızın əksinədir, və dolum istəkdən əvvəl gəlir və istəyi açır (bax: yuxarıda, 80-ci bənd, "və məsələ..." sözlərindən).Və kamillik əvvəl gəlir və natamamlığın üzə çıxmasını yaradır, çünki məhz bu yolla pillələr yayılır və Ein Sofdan ixtisarlar ardınca ixtisarlarla aşağı enir, ta ki, ən pozulmuş olan bu dünyaya – Olam Aze – çatanadək.

(400). İxtisardan sonra yaradılan ilk aləm Adam Kadmon aləmi adlanır və həmçinin Keter aləmi adlanır. Dörd aləm – Atsilut, Briya, Yetsira, Asiya – bu Adam Kadmon aləminə bürünürlər.

(1). Və baxmayaraq ki, dörd pillədən – yəni dörd məlum mərhələdən – artıq yoxdur, yenə də onların içində on sfirot mövcuddur. Bu, ona görədir ki, üçüncü mərhələ – Qimel, hansı ki Zeir Anpin və ya Tiferet adlanır – altı sfirota malikdir: Xesed, Qvura, Tiferet, Netsax, Xod, Yesod.Və bunun mənasını müvafiq yerdə dəqiqləşdirəcəyik.

Və burada "Yetsira" kitabında (I Fəsil, 4-cü Mişna) "on – amma doqquz deyil" ifadəsinin dəqiqliyini başa düşmək lazımdır, və bu, çox vacib bir fikirdir.Çünki biz artıq müəyyən etdik ki, bütün sfirot nurlanması ali nurdan gəlir. Hətta Igulimdə, hansı ki, vahid bənzərlik içindədirlər, Dalet mərhələsi – Malxut adlanan mərhələ – nurlandırılmır.Və "sfira" adı yalnız nur və klini birlikdə olduğu zaman tətbiq olunur, yəni ali nurun klini içində geyinməsi zamanı.Lakin klininin içində nur yoxdursa, o, bu adla adlandırılmır, çünki "sfira" nurlanma və aydınlıq deməkdir.

Buna görə də belə bir düşüncə yarana bilərdi ki, Malxut guya sfira sayılmır, çünki ali nur onun içində nur saçmır, necə ki, biz bunu müəyyən etdik.Və buna görə də "Yetsira" kitabının müəllifi bunu dəqiqləşdirir və deyir ki, bu, on sfirotdur, doqquz deyil, çünki Malxut da sfira adlanır.Bu ona görədir ki, ali nurun on sfirot ilə olan bütün əlaqəsi əks olunan nurun birləşməsi üzərində qurulmuşdur, hansı ki, Malxut onu ekran vasitəsilə içində qaldırır, aşağıdan yuxarıya doğru (bax: yuxarıda, 20-ci bənd).Və buna görə də, əlbəttə, o, on sfirotun içində ən vacib sfiradır, çünki onsuz ali nurun yuxarıdakı doqquz sfira ilə heç bir əlaqəsi olmazdı.Və buna görə də o, sanki tamamilə nurdan ibarət kimi qəbul edilir.Bunu anla, və bundan sonra bu, müvafiq yerdə daha da izah ediləcək. (2). Bax: I hissə, Or Pnimi, I Fəsil, 100-cü bənd.

kav  bütün Igulimləri birləşdirir.

(6)Və bütün Igulimləri birləşdirən xüsusiyyət, Ein Sofdan enən incə bir xətt – kav dır(3), hansı ki, bir Iguldan digərinə keçərək(4), aşağı enir(5) və yayılır(6), ta ki, onların hamısının tam sona çatmasına qədər(7).Və bu kav  vasitəsilə hər bir Igul üçün lazım olan nur və həzz enir.

-Or pnimi-

(3). İzah. Məlum olduğu kimi, on Igulim sfirotunda bir sfiradan digərinə keçiddə fasilə və boş məkan mövcuddur, yəni həmin sfirada mövcud olan yeddi düz nurlanma sfirotu ölçüsündə (bax: yuxarıda, 100-cü bənd, "və beləliklə" sözlərindən).Lakin on kav  sfirotunda onların arasında heç bir fasilə yoxdur – onlar Ein Sof nurundan başlayır və mərkəzi nöqtəyə qədər yayılır, yəni Dalet mərhələsinə qədər, hansı ki Malxut adlanır və ondan aşağıda heç bir sfira mövcud deyil.Yəni, Ein Sofdan düz xətt – kav  şəklində yayılan ilk on sfirotda, hansı ki, həmçinin Adam Kadmonun on sfirotu adlanır, onların arasında heç bir fasilə yoxdur.

Və buna görə də Ari deyir ki, kav  sfirotları həmçinin on Igulim sfirotunu birləşdirir. Çünki hər Yoşer sfirasının yeddi aşağı sfirotu, yuxarıdakı Igulim sfirasının on sfirotunu aşağıdakı Igulim sfirasının on sfirotu ilə birləşdirir.Ona görə ki, Xoxma Igulim sfirasının on sfirotunda nurlanma mövcuddur, hansı ki, Xoxma Yoşer sfirasının üç ilk sfirotundan nur alır, və buna görə də bu nur mütləq Keter Yoşer sfirasının yeddi aşağı sfirotundan keçməlidir.Çünki Xoxma Yoşer sfirasının üç ilk sfirotu Keter Yoşer sfirasının yeddi aşağı sfirotundan nur almağa və onu Xoxma Igulim sfirasının on sfirotuna ötürməyə məcburdur.Beləliklə, Keter Yoşer sfirasının yeddi aşağı sfirotu Keter Igulim sfirasının on sfirotunu Xoxma Igulim sfirasının on sfirotu ilə birləşdirir.Və eyni qaydada Xoxma ilə Bina arasında da, və bundan sonra da bütün digər mərhələlərdə də bu proses davam edir.

Və buna görə də Ari deyir ki, kav  sfirotları həmçinin on Igulim sfirotunu birləşdirir. Çünki hər Yoşer sfirasının yeddi aşağı sfirotu, yuxarıdakı Igulim sfirasının on sfirotunu aşağıdakı Igulim sfirasının on sfirotu ilə birləşdirir.Ona görə ki, Xoxma Igulim sfirasının on sfirotunda nurlanma mövcuddur, hansı ki, Xoxma Yoşer sfirasının üç ilk sfirotundan nur alır, və buna görə də bu nur mütləq Keter Yoşer sfirasının yeddi aşağı sfirotundan keçməlidir.Çünki Xoxma Yoşer sfirasının üç ilk sfirotu Keter Yoşer sfirasının yeddi aşağı sfirotundan nur almağa və onu Xoxma Igulim sfirasının on sfirotuna ötürməyə məcburdur.Beləliklə, Keter Yoşer sfirasının yeddi aşağı sfirotu Keter Igulim sfirasının on sfirotunu Xoxma Igulim sfirasının on sfirotu ilə birləşdirir.Və eyni qaydada Xoxma ilə Bina arasında da, və bundan sonra da bütün digər mərhələlərdə də bu proses davam edir.

(4). İzah. kav , hansı ki, Yoşer nurunu təmsil edir, sanki Igulimlərin üst hissələrini deşir və onların içindən keçərək, enir və Siuma – yəni mərkəzi nöqtəyə qədər uzanır.Lakin, əlbəttə ki, burada məkan və ya sahələr haqqında danışılmır.Bunu anlamaq üçün bilmək lazımdır ki, aləmlərdə, istər ali aləmlərdə, istərsə də aşağı aləmlərdə, Ein Sofdan gəlməyən heç bir nur açılışı yoxdur, hansı ki, ixtisardan yuxarıda yerləşir.Və nur mütləq yayılmalı və o pillələrdən və aləmlərdən keçməlidir ki, onlar Ein Sof dünyası ilə bu nuru qəbul edən dünya arasında yerləşirlər.

Və biz artıq bilirik ki, ruhani aləmdə heç bir şey yox olmur, və buna görə də demək mümkün deyil ki, bu açılış – pillələr üzrə yayılan əlavə bir nur – birinci pillədən ikinci pilləyə keçdikdə yox olur, və ikinci pillədən üçüncü pilləyə keçdikdə də yox olur.Çünki bu, maddi bir obyektin bir yerdən başqa yerə keçməsinə bənzəyərdi, halbuki ruhani aləmdə belə bir şey ümumiyyətlə mümkün deyil.Çünki ruhani aləmdə yox olma prosesi mövcud deyil, və nur keçdiyi hər pillədə qalmaq məcburiyyətindədir.Və onun ikinci pilləyə gəlməsi, bir şamın digərindən alovlandırılmasına bənzəyir, və birinci şam bundan heç nə itirmir.Yəni, əgər A­siya aləmində müəyyən bir pillədə nur açılırsa, o nur bu açılışa nail olan pillədən əvvəl bütün digər pillələrdə də mövcud olur: ixtisardan yuxarıda yerləşən Ein Sof dünyasından başlayaraq, A­siya aləmində olan alıcıyə qədər.

Bu əlaqə ilə tapırıq ki, düz kav ın nurlanması mütləq Igulim kelimlərindən keçməlidir.Başqa sözlə, Igulim kelimləri kav dan əvvəl gəlir, çünki Igulim kelimləri ixtisarla birbaşa yaranmışdır.Və Yoşer kelimləri daha sonra kav la birlikdə meydana gəldi, və buna görə də onların arasında yayılan bu nurlanma heç vaxt oradan yox olmur, çünki ruhani aləmdə yox olma yoxdur.

Və əlavə olaraq, bilmək lazımdır ki, bizdən danışılan nurun bir yerdən başqa yerə yayılması zamanı iki şəkildə həmin yerdə qalmaq mümkündür.Birinci şəkildə – "daimi qalmaq" deyilir, yəni o, artıq orada mövcud olan nurla qarışır və birləşir, və onlar vahid bir bütövə çevrilirlər, sanki həmişə bir yerdə olmuşdular.İkinci şəkildə isə – "müvəqqəti qalmaq" deyilir, yəni o, bu pillənin nuruyla qarışmır və birləşmir, bir bütövlük yaratmır, əksinə, orada ayrılmış və öz başına qalır.Və Ari burada deyir ki, "bu kav  nuru, hansı ki, Igulim pillələrindən keçir, orada "daimi qalmaz", yalnız "müvəqqəti qalır".Bununla o, bizə izah edir ki, kav  nuru Igulim nuruyla birləşmir və orada ayrılmış olaraq qalır.Və bu, Ari'nin "və keçir" sözləri ilə dəqiqləşdirdiyi məna olur.

Məna ondadır ki, kav da olan nur, Igulimdəki nura əvvəl gəlir, çünki Igulim yalnız kav  nurundan nur alır.Və buna görə də kav  nuru Igulim nurundan qat-qat daha vacibdir, və ona görə də o, Igulim nuru ilə qarışmır.kav  nuru Ruax nuru adlanır, və Igulim nuru Nefeş nuru adlanır.

(5). Bütün ali nurun yaradılmışlara yayılması "enmə" adlanır.Bu o deməkdir ki, yayılarkən nur əlavə aviyut  (qalınlıq) əldə edir, daha kobud olur.Və artıq məlumdur ki, ən təmiz, ən incə olan "yuxarı" deməkdir, ən kobud, ən çox aviyut  olan isə "aşağı" adlanır.Amma çünki nur yayılarkən əlavə aviyut  əldə edir, ona görə də o, "yuxarıdan aşağıya doğru enir".

Və nurun yayılması zamanı daha kobud olmasının mənası ondadır ki, o, dörd mərhələnin ardıcıllığı ilə yayılır.Alef mərhələsindən başlayaraq, Dalet mərhələsində ekranda dayanana qədər, və buna görə də o, daha çox aviyut  (qalınlıq) əldə edir, daha kobud olur.Çünki Alef mərhələsi bütün mərhələlərdən ən təmiz, ən incə olanıdır, sonra Bet mərhələsi və s. Dalet mərhələsinə qədər, hansı ki, o, ən kobud olan mərhələdir (bax: I hissə, I Fəsil, 50-ci bənd, "və mənası" sözlərindən).

(6). Yoşer nurlanması "uzandı" sözü ilə ifadə olunur, Igulim nurlanması isə "dairələndi" sözləri ilə ifadə olunur (bax: yuxarıda, 100-cü bənd).

(7). Yəni Igulimdə, hansı ki, "mərkəzi nöqtə" adlanır, Dalet mərhələsinə qədər. Və bu, Olam Aze – bu dünyada yerləşən maddi kürədir.Yaradıcı xüsusiyyət, hansı ki, Adam Kadmon aləminə məxsusdur, əvvəlcə Olam Aze-ə qədər yayıldı.Amma ikinci ixtisar baş verdikdən sonra, hansı ki, Nekudim aləmi adlanır, Adam Kadmon aləminin yaradıcı xüsusiyyətinin sonu Olam Aba – gələcək dünya nöqtəsinə qaldırıldı.Və bunun yeri – Briya aləmindən yuxarıdır, necə ki, müvafiq yerdə izah ediləcək.

Hər bir aləm və hər bir sfira 10 xüsusi sfirotdan ibarətdir, hansılar ki, öz növbəsində 10-dan ibarətdir, və s. – sonsuzluğa qədər.Sfirot de-iqulim bir-birini əhatə edir, soğan qabığındakı halqalar kimi.

(7)Hər bir aləmdə öz xüsusi 10 sfira var, və hər bir xüsusi sfira, hər bir aləmdə, 10 xüsusi alt-sfirotdan ibarətdir(8), və hamısı – soğan qabığındakı halqalar kimi(9), biri digərinin içində.Bu, göy sferalarının təsvirinə bənzəyir.

-Or pnimi-

(8). Sfirotların qarşılıqlı daxil olması anlayışını ruhani aləmdə yox olmanın olmadığına dair məşhur qanuna uyğun olaraq başa düşmək olar.Və hər bir nur, bir yerdən digər yerə keçərkən, keçdiyi hər bir xüsusiyyət vasitəsilə öz yerini əbədi olaraq tutur (bax: yuxarıda, 4-cü bənd, "izah" sözlərindən).Və çünki hər bir aşağı sfira yuxarı sfiradan yaradılır, səbəb və nəticə kimi, buna görə də aşağı sfira yuxarı sfiradan keçmiş hesab olunur.

Və bundan nəticə çıxır ki, bütün sfirot bir-birinə daxil olur.Məsələn: Keter və Xoxma ilk iki sfira çıxdıqda, Xoxma nuru mütləq Ein Sofdan çıxmalıdır, çünki hər şey ondan çıxır.Və sonra Xoxma nuru mütləq Keter sfirasından keçməlidir, əvvəlcə Keter sfirasında yaranmalıdır, çünki Keter onun meydana gəlməsini səbəb olub.Və Xoxma sfirası Keter sfirasından keçdiyi üçün, burada öz yerini almış olur.İndi Keterdə iki sfira mövcuddur – Keter və Xoxma.

Eyni qaydada, daha sonra bütün 10 sfirot ali nurdan yuxarıdan aşağıya doğru, ta ki Malxut'a qədər yayıldı.Və Keterdən aşağıda olan 9 sfira mütləq Keterdən keçməlidir, çünki o, onların hamısının yaranmasının ilkin səbəbidir, və hamısı orada öz yerini aldı – çünki ruhani aləmdə yox olma yoxdur.Və buna görə də, aşağıdakı 9 sfira mütləq Keterin özündə də mövcuddur, çünki onlar oradan keçdilər.

Və eyni şəkildə, Xoxma sfirasında da mütləq 9 sfira mövcuddur, çünki onun altındakı 8 sfira mütləq ondan keçməlidir, necə ki, yuxarıda Keter nümunəsində göstərildi.Eyni şəkildə, Bina sfirasında da 8 sfira mövcuddur, eyni qaydada.Və eyni şəkildə, Xesed sfirasında da 7 sfira mövcuddur, və s.Və Malxutda, ən aşağı olanında, yalnız bir sfira mövcuddur.

Məlumdur ki, Malxut özündən yuxarıya doğru 10 sfirot əks olunmuş nuru qaldırır, və bu nur 10 sfirot ali nurunun – düz nurunun üzərinə bürünür .Və bu əks olunmuş nur Malxutun nuru adlanır, və onda başqa heç bir nur yoxdur.Bu əks olunmuş nuru hər yerdə 10 sfirot olaraq adlandırırlar, hansı ki, aşağıdan yuxarıya doğru qalxır (bax: "Vnıtr. soz.", II hissə, VI Fəsil, 66-cı bənd).Və orada aydın olur ki, Malxut bu 10 sfirot üçün Keter adlanır, çünki onların yaranmasının səbəbidir.Ona ən yaxın olan sfira Xoxma adlanır, üçüncü aşağıdakı mərhələ Bina adlanır və s.Beləliklə, hər bir daha incə sfira əvvəlkindən daha kiçikdir, ta ki, həqiqi Keter yalnız bu əks olunmuş nurdan yalnız Malxut xüsusiyyətini alır.

Və buna uyğun olaraq, aydın olur ki, bu 10 sfirot, aşağıdan yuxarıya doğru gedən, hamısı Malxutda mövcuddur, çünki hamısı Malxutdan keçir, və Malxut onların köküdür, buna görə də hamısı öz yerini Malxutda tapıb.Beləliklə, biz görürük ki, Malxut da 10 sfirotu özündə saxlayır.

Və Yesoddan 9 sfirot əks olunmuş nur keçir, və buna görə də Yesod sfirasında 10 sfira mövcuddur: birinci, yuxarıdan aşağıya gedən ali nur, və 9 sfirot əks olunmuş nur – aşağıdan yuxarıya, hansılar ki, Yesoddan keçməlidir.Eynilə, Xodda da 10 sfirot mövcuddur: 2 sfira yuxarıdan aşağıya, yəni Xod nuru və Yesodun içindən keçən Yesod nuru, və 8 sfirot aşağıdan yuxarıya.Eynilə, Netsahda da 10 sfirot mövcuddur: 3 sfira yuxarıdan aşağıya, və 7 sfirot aşağıdan yuxarıya.Və beləliklə, ali nur və əks olunmuş nurun 10 sfirotu çıxdıqdan sonra, hər bir sfira tam olaraq 10 tam sfirot saxlayır.Və bu, həmçinin xüsusi sfirotlar və alt-sfirotlar üçün də belədir.Buna son yoxdur, və hamısı mütləq belə qarşılıqlı daxil olma vəziyyətindədirlər.Və burada əlavə etmək üçün heç nə qalmır. (Bax: "Vnıtr. soz.", orada bu mövzu çox ətraflı şəkildə izah edilir).

(9). Yəni hər bir ali sfira aşağı sfirani hər tərəfdən bərabər şəkildə əhatə edir, pillələr arasında fərq olmadan (bax: yuxarıda, 50-ci bənd).

Hər bir Igul, Ein Sof-a daha yaxın olan, digərlərinə nisbətən daha yüksək və daha vacib hesab olunur. Beləliklə, bu, bu dünyaya – Olam Aze-yə qədər davam edir, hansı ki, mərkəzi nöqtədə yerləşir, Ein Sof-dan ən uzaqda və tamamilə maddidir.

(8)Hər bir Igul, hər bir aləmdə, məkan daxilində, hansı ki, Ein Sof-a daha yaxın olan hər bir Igul, digərlərindən çox daha yüksək və üstün hesab olunur. Beləliklə, bu, bu dünyaya – Olam Aze-yə qədər davam edir, hansı ki, ən maddi və ən yer üzərində olan aləmdir, və bu, mərkəzi orta nöqtədir, bütün Igulimlərin içində, bütün məkanın və boş havanın içində yerləşir.O, həmçinin Ein Sof-dan ən uzaqda olan aləmdir, bütün digər aləmlərdən daha çox.Və buna görə də, o, tamamilə egoist və tam maddi olub, bütün Igulimlərin içində mərkəzi nöqtə olaraq qalır.Bunu daha yaxşı başa düşmək lazımdır.

-Or pnimi-

(10). Artıq yaxınlıq anlayışını müzakirə etdik, bunun heç bir halda "məkan" demək olmadığı, yalnız xüsusiyyətlərin yaxınlığını ifadə etdiyi məlumdur. Həmçinin məlumdur ki, Ein Sof-dan mərkəzi nöqtəyə qədər olan yol 4 mərhələ ilə fərqlənir və bunlar da – 10 Igulim sfirotudur.Və mərkəzi nöqtə – 4-cü mərhələdir, bütün pillələrdən ən çox aviyut  (qalınlıq) olanıdır.İlk Igul, hansı ki, Keter adlanır, bu 4 mərhələnin kökünün yerləşdiyi mənbədir.Və tamamilə aydındır ki, Keter Igulu – bütün Igulimlərdən ən incə olanıdır və onun xüsusiyyətləri – bütün digər xüsusiyyətlərdən daha çox – Ein Sof-a daha yaxındır.Alef mərhələsi – Keterdən bir az daha böyük aviyut  ilə, Ein Sof-dan daha uzaqda yerləşir.Bet mərhələsi – daha böyük aviyut  ilə, Ein Sof-dan Alefdən daha uzaqda yerləşir.Nəhayət, mərkəzi nöqtə – bütün pillələrdən ən kobud olanıdır – və o, Ein Sof-dan bütün digər mərhələlərdən daha çox uzaqda olan kimi müəyyən edilir.

Və yuxarıda (I hissə, I Fəsil, 100-cü bənd) deyildiyi kimi, Igulimlərdə yuxarı və aşağı anlayışının olmadığına görə çətinlik çəkmək lazım deyil. Çünki burada deyilir ki, Igulimlər kav a nurlanmasını özlərində qəbul etdikdən sonra, onlarda yuxarı, aşağı və kav a ilə əlaqəli bütün digər xüsusiyyətlər meydana gəldi.