Onluqda iş Kursu - Dərs #29. Yoldaşın qüsurlarını deyil, üstünlüklərini görməyi öyrənirik
Mövzu: Yoldaşın qüsurlarını deyil, üstünlüklərini görməyi öyrənirik
Mənbələrdən Seçilmiş Hissələr
-
Rabaş, məqalə 17, hissə 1 (1984) “Yoldaşların əhəmiyyəti haqqında”
«Əgər insanın yoldaşlara qarşı sevgisi varsa – sevginin qanunu belədir ki, biz məhz yoldaşın üstünlüklərini görmək istəyirik, onun çatışmazlıqlarını yox. Buna görə də əgər insan yoldaşında hər hansı bir nöqsan görürsə, deməli bu nöqsan yoldaşında deyil, onun özündədir. Başqa sözlə, o, yoldaş sevgisini pozub və buna görə də yoldaşında nöqsanlar görür.
Belə olan halda, insan indi başa düşməlidir: özünü islah etməli olan yoldaş deyil, elə onun özüdür. Deməli, insanın yoldaşında gördüyü çatışmazlıqların islah etməsi üçün narahat olmasına ehtiyac yoxdur – əksinə, o, yoldaş sevgisini pozduğuna görə özünü islah etməyə möhtacdır. Və o, özünü islah etdikdə, yoldaşın yalnız üstünlüklərini görəcək, çatışmazlıqlarını yox».
-
Likutey Etsot (Məsləhətlər toplusu). «Sülh», 10
«Yoldaşda pis tərəfləri görmək, onda məhz mənfi keyfiyyətlər tapmaq və yoldaşın işində nöqsanlar axtarmaq olmaz. Əksinə, yalnız yaxşı tərəflərə baxmaq, onda həmişə üstünlüklər və yaxşı keyfiyyətlər axtarıb tapmaq lazımdır. Və bunun sayəsində hamı ilə sülh yaranacaq».
-
Rabaş, məqalə 17, hissə 1 (1984) “Yoldaşların əhəmiyyəti haqqında”
«İnsan yoldaşını özündən necə yüksək saya bilər, cünki o özünün yoldaşından daha çox üstünlüklərə malik olduğunu görür: yəni,daha istedadlıdır və təbiətcə daha yaxşı keyfiyyətlərə sahibdir.
Bunu iki yolla başa düşmək olar:
-
İnsan inamı bilikdən üstün tutaraq gedir: özünə yoldaş seçdikdən sonra, ona artıq bilikdən yuxarı baxır.
-
Daha təbii yolla – bilik daxilində. Əgər insan kimisə yoldaş seçib və onu sevmək üçün öz üzərində işləyirsə, – sevgidən yalnız yaxşı şeylər görünür, pis şeyləri isə, baxmayaraq ki, onlar yoldaşında mövcuddur, o görmür, necə ki deyilib: “bütün günahları sevgi örtər”».
-
Rabaş, məqalə 1 (1985) “Özünə Rav yarat və yoldaş satın al – 1”
«Ravvin Yehoşua Ben Praxya deyir: “Hər bir insanı yaxşı tərəfdən mühakimə et”. Yəni insan hamını yaxşı tərəfdən qiymətləndirməlidir. İnsanın onlarda üstünlüklər görməməsində onların günahı yoxdur – məsələ onun özündədir. Ona başqalarının üstünlüklərini görmək qabiliyyəti çatmır. Nəticədə, o, onlara öz ruhunun xüsusiyyətlərinə uyğun baxır və bu, onun qavrayışı baxımından doğrudur, lakin həqiqət baxımından doğru deyil».
-
Şla a-Kadoş. «Hərflərin qapıları», 2
«Yoldaşının xüsusiyyətləri sənin ruhunun xüsusiyyətləri ilə uyğun gəlməsə belə, sən ona dözməli və Yaradan naminə sevməlisən, çünki Yaradan onu belə yaradıb».
-
Rabaş, məqalə 19 (1990) “Ruhani əməldə Tövratın orta xətt adlanması nə deməkdir – 2”
«İnsan inanmalıdır ki, “Ondan başqası yoxdur”. Yəni Yaradan onu yaxşı əməllər etməyə məcbur edir. Lakin insan hələ ki bunun Yaradan tərəfindən olduğunu bilməyə layiq olmadığından, Yaradan insanlara (yəni ət və qana) bürünür və bu əməlləri onların vasitəsilə yerinə yetirir, yəni Yaradan “arxa tərəf” – axorayim vasitəsilə hərəkət edir.
Bu o deməkdir ki, insan, insanların üzlərini görür, lakin inanmalıdır ki, onların üzlərinin arxasında Yaradan dayanır və bu əməlləri O edir. Yəni insanın arxasında Yaradan dayanır və onu Yaradanın istədiyi hərəkətləri etməyə məcbur edir. Belə çıxır ki, hər şeyi Yaradan edir, lakin insan əhəmiyyəti gördüyünə verir, inanmalı olduğuna yox».
-
Baal Sulam, “Şamati”, məqalə 67. «Şərdən uzaqlaş»
«Kim yoldaşını aldatdığını düşünürsə – əslində, Yaradanı aldadır, çünki insandan başqa yalnız Yaradan var. Axı insan başlanğıcda yalnız öz qavrayışında varlıq adlanır, çünki Yaradan istədi ki, insan özünü Ondan ayrı mövcud kimi hiss etsin. Lakin əslində “bütün yer üzü Yaradanla doludur”. Buna görə də yoldaşını aldadaraq Yaradanı aldadır, yoldaşını kədərləndirərək Yaradanı kədərləndirir».
-
Baal Sulam, “Şamati”, məqalə 62. «Aşağı enir fitnə salmağa, yuxarı qalxır ittiham etməyə»
«Özünü şərdən təmizləmək üzərində işləyən insan başqalarını ittiham edə bilməz, həmişə özünü ittiham edir. Başqalarını isə özündən daha yüksək pillədə görür».
-
Rabaş, məqalə 124 «Mənə xidmət etmək üçün»
«“Bütün dünya yalnız mənə xidmət etmək üçün yaradılıb”. Sahibim, atam və müəllimim izah etdiyi kimi, bu o deməkdir ki, insan başqalarında gördüyü bütün çatışmazlıqların öz çatışmazlıqları olduğuna inanır, buna görə də onun islah edəcək şeyi var. Belə çıxır ki, bütün insanlar ona xidmət edirlər, çünki onun çatışmazlıqlarını (xisaronlarını) ona aşkar edirlər və o, özü axtarmamalıdır, çünki onlar onun xisaronlarını aşkar etməklə ona böyük xeyir verirlər».
-
Rabaş, məqalə 21 (1986) «Bilikdən yuxarı inam haqqında»
«Yoldaşların birləşməsi sayəsində yeni xüsusiyyətlərə nail olmaq mümkündür, bu xüsusiyyətlər vasitəsilə onlar Yaradanla birləşməyə çata bilərlər. Və bütün bunlar yalnız o halda doğrudur ki, insan yoldaşlarında üstünlüklər görsün. Onda demək olar ki, o, onların əməllərindən öyrənəcək. Əgər insan görsə ki, o, yoldaşlarından daha qabiliyyətlidir, onda onlardan artıq heç nə ala bilməz.
Buna görə də deyilib ki, şər başlanğıc insana yoldaşların alçaqlığını göstərdikdə, o, bilikdən yuxarı getməlidir. Lakin, şübhəsiz ki, daha yaxşı və daha uğurlu olardı ki, o, bilik daxilində yoldaşların ondan daha yüksək pillədə olduğunu görə bilsin. Buradan bizim üçün ravvin Elimelex tərəfindən tərtib edilmiş dua başa düşülür: “Bizə ürəkdə yoldaşların çatışmazlıqlarını yox , onların üstünlüklərini görməyi nəsib et ”».