Onluqda iş Kursu - Dərs №28. Dərs üçün ürəyi açaraq: Orijinal Kabala mətnləri ilə işləmək

Onluqda iş Kursu - Dərs №28. Dərs üçün ürəyi açaraq: Orijinal Kabala mətnləri ilə işləmək

Dərs məzmunu
Materiallar

Kurs "Qrupda/Onluqda Praktiki İş" - dərs № 28.
Mövzu: "Dərs üçün qəlbin açılması: ilkin mənbələrlə iş"
İlkin mənbələrdən seçilmiş hissələr


1. Rabaş. Məqalə 2 (1986) "Qulaq asın, ey göylər"
"Əgər insan layiq olub ona Tövratın sirlərini öyrənməsi üçün fikir verilibsə, hətta orada yazılanlardan bir söz də başa düşməsə belə, yenə də bu böyük şərəfdir - tədris anında Tövratın daxili hissəsi ilə birləşməsi.

Yəni inanır ki, söhbət yalnız ilahi olanlardan gedir və onun öz fikrini dərinləşdirmək imkanı var, "axı öyrəndiyim hər şey müqəddəs adlardan gəlir, belə olan halda, şübhə yoxdur ki, mənim payıma böyük şərəf düşüb. Ona görə də Yaradana şükür və həmd etməkdən başqa edəcək bir şeyim yoxdur".


2. Baal Sulam. "On Sfirotun Tədrisinə Ön söz", bənd 156
"Bu elmlə məşğul olmaq üçün ciddi bir şərt var: anlayışları xəyali və maddi şeylərlə eyniləşdirməmək, çünki bununla insanlar ehkamı pozurlar: "Özünə oyma büt və heç bir surət düzəltmə". Üstəlik, bu  fayda əvəzinə zərər gətirir".


3. "Hamı üçün Zoar". Toldot fəsli. "Esavı çağırdı - ölüm günümü bilmirəm" məqaləsi, b. 125
"İnsan Yaradanın adı naminə Tövrat ilə məşğul olmalıdır. Şxina "ad" adlanır. Və Tövrat ilə məşğul olan və onun adı naminə çalışmayan hər kəs - doğulmasaydı daha yaxşı olardı. [...]

Yəni Tövrat ilə məşğul olarkən onun niyyəti belə olmalıdır: Yaradanı ucaltmaq və Onu dünyada ən vacib və böyük etmək.

Başqa sözlə, [...] "lişma" Tövrat, yəni "ürəklərində yollar" deməkdir - O Tövratı ilə məşğul olarkən öz ürəyini yönəltməlidir ki, bu biliyi həm özünə, həm də bütün dünyaya bolluqla cəlb etsin və bununla Yaradanın adını dünyada ucaltsın, deyildiyi kimi: "Və yer üzü Yaradanı tanımaq biliyi ilə dolacaq [...]". Və onda : "Və Yaradan bütün yer üzündə padşah olacaq"" həyata keçəcək.


4. Ribaşın göstərişlər kitabı və saleh əməllər
"Tədris zamanı müəyyənləşdirməlidir ki, kimin qarşısında öyrənir, çünki bəzən tədrisində Yaradandan uzaqlaşır və ona görə də bunu hər an və hər saat özü üçün aydınlaşdırmalıdır".


5. Baal Sulam. "On SfirotunTədrisinə Ön söz", bənd 18
"Şər başlanğıcı törədən və ona güc verən Yaradan həm də bilirdi ki, şər başlanğıcın qüvvələrini tükətmək və onu tamamilə məhv etmək üçün düzgün dərman və ədviyyat necə yaratmaq lazımdır.

Əgər kimsə Tövrat ilə məşğul olub özündən şşər başlanğıcı uzaqlaşdıra bilməyibsə, bu ona görədir ki, səhlənkarlıqla lazımi səy və zəhməti göstərməyib, deyildiyi kimi: "Səy göstərməyib və tapdı - inanma". Və ya bəlkə tələb olunan "miqdar"-da səy toplayıblar, amma "keyfiyyətdə" səhlənkar olublar, yəni Tövrat ilə məşğul olarkən ağlını və ürəyini ona yönəltməyiblər ki, Tövratda gizlənən və insanın ürəyinə inam gətirən nura layiq olsunlar, əksinə Tövratın əsas tələbindən - inama aparan nurdan yayınaraq məşğul olublar. Və başlanğıcda Yaradana yönəlsələr də, tədris zamanı Ondan yayınıblar".


6. Baal Sulam. Şamati. 68. "İnsanın sfirotlarla əlaqəsi"
"İnsanın öz fikrini islah imkanı yoxdur, ancaq ürəyini yönəldə bilər ki, ürəyi birbaşa Yaradanın adı naminə olsun. Və onda avtomatik olaraq onun bütün fikirləri yalnız öz Yaradanına həzz bəxş etmək üçün olacaq. Və ürəyini islah edəndə, bu müqəddəsliyə aid ürək və istək olsun, onda ürək ali nurun içinə yerləşdirilməsi üçün kli olur. Və ali nur ürəyin içində işıqlandırildıqda, onda ürək möhkəmlənir. Və hər dəfə getdikcə daha çox əlavə edir.

Və buradan müdriklərimizin sözünü aydınlaşdıra bilərik: "Böyükdür əmələ aparan tədrisl". Bu o deməkdir ki, Tövratın nuru sayəsində əmələ gəlir, ki, orada olan nur mənbəyə qaytarır. Və bu əməl vəziyyəti adlanır. Bu o deməkdir ki, Tövratın nuru ona ürəkdə yeni quruluş yaradır.


7. Rabaş. Məqalə 29 (1986) "Lişma ilə lo-lişma arasındakı fərq"
"İnsan Tövratı öyrənərkən məqsədi unutmamağa çalışmalıdır ki, o həmişə onun gözü qarşısında olsun - tədrisin ona Yaradanın böyüklüyünü və vacibiyyətini verməsini istəyir".


8. Rabaş. Məqalə 22 (1985) "Bütün Tövrat bir müqəddəs addır"
"Tədris zamanı həmişə diqqət yetirməlidir ki, Tövratı öyrənməkdə onun məqsədi nədir, yəni Tövratı öyrənməkdən nə tələb etməlidir. Və onda ona deyirlər ki, əvvəlcə kelim haqqında xahiş etməlidir, yəni verici kelimi olsun ki, bu formaca oxşarlıq adlanır və beləliklə varlıqlara münasibətdə baş verən "ixtisar və gizlilik" aradan qalxır. Və bu ölçüdə müqəddəsliyi hiss etməyə başlayır və Yaradanın işində dad almağa başlayır. Və onda sevincdə ola bilər, çünki müqəddəslik sevinc doğurur, çünki orada Öz yaradılışlarını sevindirmək [istəyi] nuru işıqlanır".


9. Rabaş. Məqalə 12 (1988) "Ruhani işdə Tövrat və sənətkarlıq nədir"
"Tövratı öyrənmək naminə Tövratı öyrənəndə, o da müəyyənləşdirməlidir ki, hansı niyyətlə öyrənir, yəni Yaradanın əmrlərini : "Və onun haqqında gecə-gündüz düşün" deyildiyi kimi yerinə yetirir. Və ya Onu öyrənir ki, nur alsın, çünki ona Tövratın nuru lazımdır ki, öz şərini ləğv etsin. Müdriklər dedikləri kimi: "Mən şər başlanğıc yaratdım, Mən Tövratı ədviyyat yaratdım". Deməli, Tövratı öyrənir ki, ədviyyata çatsın, deyildiyi kimi: "Ondakı nur onu mənbəyə qaytarır"".


10. Baal Sulam. "On Sfirotun Tədrisinə Ön söz", bənd 17
"Öyrənən tədrisdən əvvəl Yaradana və Onun mükafat və cəza ilə idarəçiliyinə inamını möhkəmləndirməyə borcludur. Müdriklər dedikləri kimi: "Əməyin müqabilində sənə mükafat verməsi üçün üzərində çalışdığın Şəxs etibarlıdır" (Ataların kəlamları, 6:5). Və səylərini ona yönəltsin ki, Tövratın əmrləri naminə olsun. Və bu yolla o, gizlənən nurdan zövq almağa layiq olacaq və onun inamı da bu nurun möcüzəvi təsiri ilə möhkəmlənəcək və artacaq. Deyildiyi kimi: "Bu sənin bədənin üçün şəfa və sümüklərin üçün təravət olacaq" (Misleyi, 3:8).

Və onda şübhəsiz ki, ürəyi hazır olacaq, çünki lo lişmadan lişma-ya gələcək. Beləliklə, hələ inama layiq olmadığını özü bilən şəxsdə belə, Tövratla məşğul olmaq vasitəsilə buna nail olmaq üçün ümid var. Çünki ürək və ağlını ona yönəltsə  Tövrat vasitəsilə Yaradana inama layiq olacaq, o zaman bundan böyük əmr yoxdur. Müdriklər dedikləri kimi: "Xavakuk gəldi və hamısını birə endirdi: saleh öz inamı ilə yaşayacaq" (Makot, 24).

Və üstəlik, onun üçün bundan başqa məsləhət yoxdur".


11. Rabaş. Məqalə 12 (1988) "Ruhani işdə Tövrat və sənətkarlıq nədir"
"Əgər bu onun tədrisinin başlanğıcında yoxdursa, insan öyrənməyə hazırlaşanda, lakin bununla kamil inama nail olmaq istəyirsə, o buna Tövratın nuru vasitəsilə nail ola bilər, bununla Tövrata bürünmüş Bürünənə tutunmaq istəyir. Və yalnız O Tövratın nurunu verir, başqası yox. Deməli, Yaradanın libasları adlanan Tövratı öyrənir. Və onlar vasitəsilə kamil inama nail olmaq, Tövratı verən Bürünənə tutunmaq istəyir.

Və burada artıq 3 şeyin birləşməsi var:

1) Tövrat, yaxud Yaradanın libasları;

2) Tövrata bürünmüş Yaradan;

3) İsrael, yuxarıda göstərilən niyyətlə Tövratı öyrənən insan.

Və bu birlikdir, yəni "Tövrat, Yaradan və İsrael birdir"".


12. Baal Sulam. Şamati. 99. "Günahkar yaxud saleh, demir"

“İnsanın seçimi var – salehlərin olduğu yerə getmək və onların hakimiyyətini qəbul etmək. O zaman ona doğuşdan çatışmayan qüvvələri əldə edəcək. Və bunu salehlərdən alacaq. Bununla da ‘Onları bütün nəsillərə səpələdi’ sözünün faydası aydın olur ki, hər nəsildə müraciət ediləcək, tutunacaq biri olsun və onlardan saleh səviyyəsinə qalxmaq üçün lazım olan qüvvələri almaq mümkün olsun. Və bunun sayəsində onlar sonradan özləri də saleh olurlar.”