Onluqda iş kursu - Dərs #25. Maaser (Zəkat)
Mövzu: Maaser (Zəkat)
Mənbələrdən Seçilmiş parçalar
1. Tövrat, Bereşit 28:22
"Və sən mənə verdiyin hər şeyin onda birini tam olaraq sənə həsr edəcəyəm."
2.Tövrat. Dvarim 14:22
"Hər il tarlanızda böyüyən əkinlərinizin bütün meyvələrindən onda birini ayırın".
3. Tövrat Bemidbar 18:21 «Torpaqdan gələn hər cür onda bir pay — torpaqdan toxum və ağacın meyvələri — Yaradanın malıdır; o, Yaradan üçün ithaf edilmiş müqəddəs varlıqdır.»
4. Zoar hamı üçün. Truma. Məqalə"Hər kəsdən, ürəyi yönəlmiş olanından" parça 366
"Deyilib: "Mənim üçün bir tövhə alsınlar" – yəni Şxiina, Malxut ruhu. Musa Yaradanla danışıb dedi: "Kim onu ala bilər və onu yüksəldə bilər?" Ona cavab verildi: "Musa , bu sənin düşündüyün kimi deyil, amma "hər kəsdən, ürəyi yönəlmiş olanından Mənə tövhə alsınlar", yəni onların arzularından və ruhlarından bunu alın və onu tamamlayın".
5. Baal Sulam. Şamati. 103. "Ürəklə həvəslənən"
"Ayədə: «Ürəyi ilə həvəslənmiş hər kəsdən Mənim tövhəmi alın», – bu o deməkdir ki: «tövhəmin əhəmiyyəti – müqəddəslikdən» . Başqa sözlə, insan nə ilə "tövhə vermək" xüsusiyyətinə çatır? Müqəddəslik vasitəsilə.
Bu deməkdir ki, əgər insan "icazə verilmişdə özünü müqəddəs edirsə", bunun vasitəsilə o, müqəddəs Şxina olan "tövhəm" xüsusiyyətinə çatır. Və buna görə də: «Ürəyi ilə həvəslənmiş hər kəsdən». Bütün ürəyi ilə, yəni əgər o, bütün ürəyindən fədakarlıq edərsə, «tövhə vermək» yəni müqəddəs Şxinaya qovuşma xüsusiyyətinə nail olur."
6.Rabaş. 397. “Sizdən Yaradan üçün ianə götürün”
“Bəzən görürük ki, məlumat çıxır ki, dünyada qızıl düşüb, və bu o deməkdir ki, o, öz dəyərində düşüb, yəni, lazım olduğu qədər vacib deyil.
Eləcə də ruhaniyyətdə: əgər ruhaniyyətin lazımlı dəyəri yoxdursa, buna görə tələb olunan haqq ödənilmir. Və insandan tələb olunduğuna görə tam fədakarlıqla işləməsi lazımdırsa və onda həqiqi dəyər yoxdursa ki, ona fədakarlıq qiymətini ödəmək sərfəli olsun, bu Şxina küldədir adlanır .
Və bunun haqqında biz dua edirik: «Ey Mərhəmətli, O, Davudun yıxılmış çadırını bizim üçün qaldıracaq» – yəni, Yaradan bizə müqəddəs işin böyüklüyünü hiss etməyi versin deyə. Və bunun mənası budur: «Sizdən Yaradan üçün ianə götürün» – yəni, insanın alan kelimləri Yaradan üçün verməyə çevrilsin, bu isə Yaradan qarşısında sədaqətdə özünü ləğv etmə deməkdir” .
7.Rabaş. Məqalə 22 (1991) “Ruhani işdə «tikanlar arasında qızılgül» nə deməkdir”
“«Yaradan üçün yüksəliş ianəsi kimi yarım şekel vermək». Deməli, insan bilməlidir ki, ondan tələb olunan yalnız yarım şekel verməkdir – yəni, «dua yarısını edir». Yəni, insan bilməlidir ki, o, bütöv bir şekel verə bilmir, bu isə nur və kli-dir, ancaq vermək arzusu ehtiyacı və onun tərəfindən hər şeyi vermək üçün etmək bacarığı olsun deyə.
Və yarım şekel insanın işinə aiddir – yəni, yalnız xisarón vermək. Və dolum Yaradan-a aiddir. Və bunun haqqında deyilib: «Yaradan üçün yüksəliş ianəsi kimi verin ki, canlarınızı kəffarə edəsiniz». Yəni, insanın Yaradan-a yarısını qurban verməsi vasitəsilə, Yaradan ona ikinci yarını tamamlayır, bu da «vermək arzusu» adlanır, hansı ki, ikinci təbiətdir. Bununla insan hər şeyi səma naminə etmək bacarığını əldə edərək öz canını kəffarə edir, .
Və buna görə, o, Yaradan-dan vermək arzusunu almağa layiq olduqdan sonra, o, inamın daimi xüsusiyyətinə layiq olur” .
8.Rabaş. 817. “«Yoxsul» nədir”
“Onun maaser verməsi sayəsində, – yəni biliksiz hərəkət sayəsində, – və deyir ki, bu maaser müqəddəslikdir, bunun sayəsində onun başqa yerdə var-dövləti var, yəni var-dövlət adlanan, bilik adlanan xüsusiyyətini o [başqa] şeylərdən alır.
Buna görə də onda doqquz xüsusiyyət olacaq, yəni bu doqquz xüsusiyyətdə o bilik alır, onuncu isə Yaradan üçün müqəddəslik olacaq, yəni o bütövlükdə – Yaradan üçündür, yəni onda heç bir dərk yoxdur. Buna görə də «Yaradan üçün» adlanır. Ev sahibinin aldığı, «onda olacaq» adlanan xüsusiyyət isə, sahiblərə dərk etmək üçün verilən şeydir.
Və bu belə adlanır: «Bunda Məni sınayın, – Tsvaot Yaradan deyir: göy pəncərələrini sizə açmayacağammı və üstünüzə ölçüdən artıq bərəkət tökməyəcəyəmmi?» «bununla» yuxarıda deyildiyi kimi ,var-dövlət xüsusiyyəti adlanır. Siz bunu bilikdən yuxarı alacaqsınızmı və bütün dünyanın var-dövləti sizin üzərinizə tökülməyəcəkmi” .